772 :
BÖLMƏ – E: FƏALİYYƏT NƏTİCƏLƏRİNİN
ÖLÇÜLMƏSİ
Nümunə
Z Şirkətinin nəzərinə 15/08/20X1
Mövzu
:
Mənfəətliliyin, likvidliyin və fəaliyyət nisbətlərinin şaquli təhlili
Mənfəətlilik
Ümumi mənfəət nisbəti 41,11%-dən 35%-ə enib. Buna səbəb satış məsrəflərindəki artım və
ya digər amillər ola bilər. Əməliyyat mənfəəti marjası da ümumi mənfəət marjasındakı azalma
ilə bağlı 25,56%-dən 21,66%-ə qədər azalıb. Əməliyyat məsrəfləri nəzarət altındadır. Xalis
mənfəət marjası 11,11%-dən 10%-ə düşüb. Bunun səbəbi faiz ödənişləri ola bilər, çünki vergi
dərəcəsi dəyişməz olaraq qalıb. Bu məsələ əlavə araşdırma tələb edir.
Likvidlik
Həm cari nisbət, həm də likvid nisbəti müvafiq olaraq 3,43-dən 4,04-ə və 2,57-dən 3,25-ə
qədər nəzərəçarpacaq dərəcədə artmışlar. Cari aktivlər və likvid aktivlər hər ikisi ödəniş vaxtı
gəldikdə və ya lazım olduqda cari öhdəlikləri ödəmək üçün kifayət qədər nağd pul yaratmaq
qabiliyyətinə malikdirlər
Ehtiyatlarin səmərəli istifadəsi
Aktivlərin dövriyyəsi 0,59:1-dən 0,75:1-ə doğru artmışdır. Satış gəlirinin yaradılmasında
aktivlərin ümumi səmərəliliyi artmışdır. Mal-material ehtiyatının dövriyyəsi 83 gündən 47 günə
doğru dəyişib. 20X8 maliyyə ilindəki günlərin sayı reallığa uyğun olmayan dərəcədə çox idi,
çünki rəhbərlik məhsulun çatışmazlıq ehtimalını nəzərə alaraq və topdan satış endirimləri əldə
etmək üçün daha çox əmtəə ehtiyatı toplayıb.
Əlavələr
Maliyyə nisbətləri vərəqi
_________________________________________________________________________
Qisa testin cavablari
1.– (D)
(iii) bəndindəki fikir düzgün deyil, çünki qeyri-maliyyə fəaliyyət göstəriciləri diqqəti uzunmüddətli
müəssisə strategiyaları üzərində cəmləyir.
2.– (D)
Verilmiş bütün göstəricilərdən uzunmüddətli fəaliyyət nəticələrini ölçmək üçün istifadə edilir.
3.– (D)
P Şirkətinin aşağıdakı faydaları əldə etmək üçün müqayisəyə ehtiyacı var:
➢
Təkmilləşdirmə və dəyişikliklərin həvəslədirilməsi üçün zərurət hissinin yaradılması
➢
Gələcəkdə baş verəcək problemlər haqqında xəbərdarlıq edilməsi
➢
Rəqiblərin strategiyalarının, ən yaxşı təcrübələrin müəyyən edilməsi və digərlərinin
uğur və uğursuzluqlarından dərs çıxarmaq üçün
➢
Yeni işgüzar fikirlərin formalaşdırılması üçün
Sinaq suallari
1.
Ali məktəb üçün aşağıdakı hədəfləri və fəaliyyət göstəricilərini uyğunlaşdırın:
Hədəflər
Fəaliyyət göstəriciləri:
A.
Mümkün qədər çox sayda tələbəyə dərs
deyilməsi
(i) Təklif edilən fənnlərin sayı
Bu hesabatda
istifadə edilmiş
rəqəmlər şərtidir.
: 773
FƏSİL – E4:
FƏALİYYƏTƏ NƏZARƏT EDİLMƏSİ VƏ HESABATIN HAZIRLANMASI
B.
Çoxlu sayda fənnlərin təklif edilməsi /
geniş çərçivədə təhsilin verilməsi
(ii) Yeni qəbul edilmiş tələbələrin sayı
C.
Tələbələrə informasiya texnologiyaları
haqqında təhsil verilməsi
(iii) Qiymətlərlə ifadə edilmiş imtahandan
keçmə dərəcəsi
D.
Cəmiyyətə təsir etmək
(iv) İş tapan və yaxşı nəticələr göstərən
tələbələrin sayı
E.
Yüksək səviyyəli təhsil vermək
(v) Məktəbdə təhsil alan tələbələrin sayı
F.
Səriştəli məzunlar hazırlamaq
(vi) İstifadəyə verilmiş kompyuterlərin sayı
2.
Aşağıda S Xəstəxanasının qeyri-maliyyə hədəfləri verilmişdir:
➢
Klinik xidmət keyfiyyətinin təkmilləşdirilməsi və qorunub saxlanması
➢
Xəstələrə göstərilən xidmətin təkmilləşdirilməsi
Aşağidaki fəaliyyət göstəricilərindən hansi yuxarida verilmiş hədəflərin ölçülməsində
istifadə oluna bilər?
(i)
Xəstələrin məmnuniyyətini
göstərən ballar
(ii)
Müalicə zamanı buraxılan səhvlərin sayı
(iii)
Xəstələrin dərmanlarla təmin edilmə dərəcəsi
(iv)
Xəstələrin şikayətlərinə sərf edilən vaxt
(v)
İşçi heyətinin xəstələrə və onların ailə üzvlərinə qarşı davranışı
(vi)
Cəlb edilmiş kapital üzrə gəlir
A.
Yuxarıdakıların hamısı
B.
(i), (ii), (iii) və (iv)
C.
(i), (ii), (iii), (iv) və (v)
D.
(iv) və (vi)
Sinaq suallarinin cavablari
1. –
Fəaliyyət göstəriciləri:
Göstəricilər
A.
Mümkün qədər çox sayda tələbəyə dərs
deyilməsi
(i) Məktəbdə təhsil alan tələbələrin sayı
B.
Çoxlu sayda fənnlərin təklif edilməsi /
geniş çərçivədə təhsilin verilməsi
(ii) Təklif edilən fənnlərin sayı
C.
Tələbələrə informasiya texnologiyaları
haqqında təhsil verilməsi
(iii) İstifadəyə verilmiş kompyuterlərin sayı
D.
Cəmiyyətə təsir etmək
(iv) Yeni qəbul edilmiş tələbələrin sayı
E.
Yüksək səviyyəli təhsil vermək
(v) Qiymətlərlə ifadə edilmiş imtahandan
keçmə dərəcəsi
F.
Səriştəli məzunlar hazırlamaq
(vi) İş tapan və yaxşı nəticələr göstərən
tələbələrin sayı
2. – (C)
(vi) bənddəki fəaliyyət göstəricisi maliyyə fəaliyyəti göstəricidir.