I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
120 
 
 

 3, 6  4 və 24  5 olur. Altıncı dəfə while dövrü yerinə yetirilməyəcək, çünki 
i dəyişəninin qiyməti 5 olacaq və i < n şərti ödənilməyəcək. 
 
 
 
 
Sәrbәst iş üçün mәsәlәlәr 
1. Verilmiş n və k (k < n) natural ədədlərinə görə aşağıdakı düsturu hesablayan 
proqram yazın. 
=
!
!

!
 
2. Verilmiş n natural ədədinə görə 1
3 ... (2n–1) hasilini hesablayan proqram 
yazın. 
3. Verilmiş n natural ədədinə görə 2
4 ... (2n) hasilini hesablayan proqram 
yazın. 
4. n! ədədinin 990-a bölündüyü ən kiçik n natural ədədini tapan proqram yazın.  
5. Verilmiş n-ə görə n! ədədində neçə 1 rəqəminin olduğunu müəyyənləşdirən 
proqram yazın.  
 
Әdәdin onluq say sistemindәn ikiliyә keçirilmәsi
 
Onluq ədəddən ikilik ədədin alınması alqoritmi ilə tanışsınız: 
1.  Verilmiş onluq ədəd ikiyə (2-lik say sisteminin əsasına) bölünür.  
2.  Qismət tam ədəd şəklində bir dəyişənə, qalıq isə sətir şəklində başqa bir 
dəyişənə yazılır (əgər qalıq yoxdursa, 0 yazılır).
 
3.  Əgər qismət sıfra bərabər deyilsə, ikiyə bölünür.  Əvvəlki qismətlə bağlı 
dəyişənə
 
yeni qismət mənimsədilir (əvvəlki qismət itir). Qalıqların 
saxlanması üçün nəzərdə tutulan sətir tipli dəyişənin başlanğıcına isə yeni 
qalıq əlavə olunur.
 
4.  Qismət sıfra bərabər olanadək 3-cü addım təkrarlanır.
 
5.  Tərs ardıcıllıqla yazılmış və sətir tipli dəyişəndə yerləşdirilən qalıqlar 
verilmiş onluq ədədin ikilik yazılışı olacaq.
 
LAYİHƏ


 
 
 
121 
 
•  
Məşhur alqoritmlər

Python dilindә proqram kodu
 
x = 
int
(
input
(
"Natural ədədi daxil edin: "
)) 
n = 
""
 
while
 x > 0: 
    y = str(x % 2) 
    n = y + n 
    x = int(x / 2) 
 
print
 (n) 
 
 
Sәrbәst iş üçün mәsәlәlәr 
1. 123456 onluq ədədinin ikilik yazılışında 1-lərin sayını hesablayan proqram 
yazın. 
2. 135797 onluq ədədinin ikilik yazılışında 1-lərin, yoxsa 0-ların sayının çox 
olmasını müəyyənləşdirən proqram yazın. 
3. [1, 100] intervalında olan natural ədədlərin ikilik yazılışında cəmi neçə 1 ol-
masını müəyyənləşdirən proqram yazın. 
4.
 
[1, 100] intervalında olan natural ədədlərin ikilik yazılışında yalnız bir 1 
rəqəmi olan ədədlərin sayını müəyyənləşdirən proqram yazın. 
5.
 
Verilmiş [ab] intervalında olan neçə natural ədədin ikilik yazılışında bütün 
rəqəmlərin 1 olmasını müəyyənləşdirən proqram yazın. 
 
Fibonaççi әdәdlәri
 
Hər bir növbəti ədədi özündən əvvəlki iki ədədin cəminə bərabər olan ədədlər 
ardıcıllığına Fibonaççi әdәdlәri deyilir:
 
1, 1, 2, 3, 5, 8, 13 və s.
 
Düstur: 
F
1
 = 1 
F
2
 = 1 
F
n
 = F
n-1
 + F
n-2
 
LAYİHƏ


 
 
122 
 
 
Nümunә: 
F
3
 = F
2
 + F
1
 = 1 + 1 = 2 
F
4
 = F
3
 + F
2
 = 2 + 1 = 3 
F
5
 = F
4
 + F
3
 = 3 + 2 = 5 
F
6
 = F
5
 + F
4
 = 5 + 3 = 8 
Fibonaççi ardıcıllığında n-ci әdәdin hesablanması alqoritmi 
1.  Ardıcıllığın ilk iki həddi daxil edilir (fib1 və fib2). 
2.  Müəyyənləşdirilən elementin nömrəsi daxil edilir. 
3.  Aşağıdakı əməllər müəyyənləşdirilən elementin nömrəsindən iki vahid az 
sayda (çünki ardıcıllığın birinci və ikinci elementləri qabaqcadan 
məlumdur) yerinə yetirilir.
 
a.  fib1 və fib2 toplanır və nəticə üçüncü fib_sum dəyişəninə 
mənimsədilir. 
b.  fib1 = fib2 və fib2 = fib_sum əvəzləmələri edilir. 
Python dilindә proqram kodu 
 
fib1 = 1 
fib2 = 1  
n = 
input
(
"Ədədin Fibonaççi sırasında yeri: "

n = 
int
(n) 
  
i = 2  
while
 i < n: 
    fib_sum = fib2 + fib1 
    fib1 = fib2 
    fib2 = fib_sum 
    i = i + 1 
print
 (fib_sum) 
 
LAYİHƏ


 
 
 
123 
 
•  
Məşhur alqoritmlər

 
 
 
Sәrbәst iş üçün mәsәlәlәr 
1. Fibonaççi ardıcıllığında ilk n ədədi ekrana çıxaran proqram yazın.
 
2.
 
Fibonaççi ardıcıllığının n
1
-ci və n
2
-ci elementini və onların cəmini ekrana 
çıxaran proqram yazın.
 
3.
 
Klaviaturadan daxil edilən ədədin Fibonaççi ədədi olub-olmadığını 
müəyyənləşdirən proqram yazın.
 
4.
 
Verilmiş [ab] intervalında olan Fibonaççi ədədlərinin sayını 
müəyyənləşdirən proqram yazın. 
5. [0, 100] intervalında olan bütün Fibonaççi ədədlərinin cəmini 
müəyyənləşdirən proqram yazın. 
 
Cütlərin 
sayı   
LAYİHƏ


 
 
124 
 
 
Terminlәr lüğәti 
 
abacus счеты, абак abakus çötkәabak – qədim yunanlarda və 
romalılarda  zolaqlara  ayrılmış  lövhə  şəklində  hesablama  aləti. 
Hesablama zamanı kiçik daşlar, yaxud çubuqlar ədədlərin mərtəbələrini 
bildirən zolaqlar boyunca hərəkət etdirilirdi.  
 
absolute address ~ абсолютный адрес ~ salt adres ~ mütlәq ünvan 
–  elektron  cədvəl  proqramlarında:  müəyyən  yerə  istinad  edən  və 
düsturun başqa yerə köçürülməsi zamanı dəyişilməyən xana ünvanı.  
 
absolute  value  (abs)  ~  абсолютное  значение  ~  mutlak  değer  ~ 
mütlәq qiymәt – ədədin mütləq qiyməti, yəni onun işarəsiz kəmiyyəti.  
 
active cell ~ активная ячейка ~ etkin hücre ~ aktiv xana – elektron 
cədvəlin cari (seçilmiş) xanası, yəni həmin anda işlək olan xanası. 
 
active window ~ активное окно etkin pencere ~ aktiv pәncәrә – 
çoxpəncərəli  sistemlərdə:  hazırda  istifadə  olunan,  istifadəçinin  ve-
rilənləri  daxil  etdiyi,  rəsm  çəkdiyi,  yaxud  menyuda  seçim  etdiyi 
pəncərə. 
 
address ~ адрес ~ adres ~ ünvan – 1. Kompüterin yaddaşında yer. Hər 
yerin başqalarından fərqli ünvanı olur.  
2. Elektron cədvəldə xananın yerləşdiyi sətri və sütunu tanıtmaq üçün 
hərf və ədəd.  
3. İnternet şəbəkəsində olan kompüteri tanıtmaq üçün ədədlər yığını. 
4. Elektron poçt ünvanı. 
5. Veb-səhifəninin İnternetdəki yeri. 
 
administrator  ~  администратор  ~  yönetici  ~  inzibatçı,  adminis-
trator – şəbəkənin, sistemin və ya verilənlər bazasının idarəolunması 
sisteminin layihələndirilməsi, quraşdırılması, konfiqurasiya, nəzarət və 
xidmət edilməsinə cavabdeh olan mütəxəssis. 
 
algorithm ~ алгоритм ~ algoritma alqoritm – müəyyən məqsədə 
çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığı. 
 
algorithmic language ~ алгоритмический язык ~ algoritmik dil ~ 
alqoritmik  dil  –  problemlərin  (məsələlərin)  alqoritmlər  vasitəsilə 
həllinə əsaslanan istənilən proqramlaşdırma dili. 
 


























LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə