İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə11/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



26 

cümlələr  və  digər  sintaksis  quruluşlar,  riyaziyyatda  isə  rəqəmlərdən  ədədlər 

yaranması  öyrənilirsə  və  s.,  iqtisadi  informasiya  nəzəriyyəsində  informasiyanın 

quruluşca əmələ gəlməsi və dəyişməsi öyrənilir. 

İnformasiyanın  quruluş  elementlərinə  ayrılması  zamanı  bir  çox  hallarda 

iyerarxik  prinsipə  üstünlük  verilir.  Hər  hansı  idarəetmə  obyektinin  (müəssisə, 

firma,  şirkət,  sahə,  region  və  i.a.)  ən  yüksək  informasiya  quruluş  vahidi 

informasiya sistemi sayılır. 

İqtisadi  sistemlərdə  idarəetmə  obyektlərinin  fəaliyyətinin  bütün  cəhətləri, 

orada  baş  verən  əməliyyatlar,  proseslər  öz  əksini  bütünlükdə  informasiya 

sistemində tapır. İnformasiya sistemi öz növbəsində daha aşağı səviyyəli quruluş 

vahidlərinə ayrılır.  

İnformasiyanın  quruluşu  dedikdə  onun  ayrı-ayrı  elementlərə  (hissələrə) 

bölünməsi  nəzərdə  tutulur.  Bu  elementlər  informasiya  vahidləri  adlanır.  Onlar 

sadə  və  mürəkkəb  olur.  Sadə  informasiya  vahidlərini  hissələrə  ayırmaq  olmur. 

Lakin mürəkkəb informasiya vahidləri bir neçə sadə və ya mürəkkəb informasiya 

vahidlərinin birləşməsi nəticəsində yaranır.   

İqtisadi  informasiyanın  quruluşu  iki  prinsip  üzrə  yaradıla  bilər:  çoxsəviyyəli 

(iyerarxik)  və  birsəviyyəli.  İqtisadi  informasiyanın  quruluşunda  iyerarxik  səviyyə 

üstünlük  təşkil  edir.  Burada  ən  aşağı  səviyyəli  informasiya  vahidi  rekvizitlərdir. 

Rekvizit sadə və bölünməyən informasiya vahidinə deyilir. Rekvizitlər sözlərdən və 

ya ədədlərdən ibarət olur. 

Rekvizitlər obyektdə baş verən hadisələri kəmiyyət və ya keyfiyyət cəhətdən 

xarakterizə  edir.  Obyektin  vəziyyətini  keyfiyyət  cəhətdən  xarakterizə  edən 

rekvizitlər  əlamət  rekvizitləri,  kəmiyyətcə  xarakterizə  edən  rekvizitlər  isə  əsas 

rekvizitlər adlanır. 

Əlamət rekvizitləri bir qayda olaraq sözlərdən, söz birləşmələrindən və onları 

əvəz  edən,  lakin  mətnin  mahiyyətini  dəyişməyən  rəqəm kodlarından  ibarət  olur. 

Əlamət  rekvizitlərinə  misal  olaraq  müəssisə,  təşkilat,  firma  və  şirkətlərin  adını, 

vergilərin  növünü  və  s.  göstərmək  olar.  Əsas  rekvizitlər  yalnız  konkret  ədədlər 

şəklində  ifadə  olunur.  Məsələn,  miqdar  cinsi  ölçü  vahidlərində,  dəyər  manat  və 

qəpiklə, əmək tutumu  isə norma-saatla ifadə edilir. 

Rekvizitlər,  qeyd  olunduğu  kimi  mahiyyəti  təsvir  edən  xassələr  olub, 

aşağıdakı əlamətlər üzrə təsnifləşdirilə bilər: 

 

xassələrə görə: əsas və əlamət; 



 

əhəmiyyətə görə: zəruri və qeyri-zəruri; 



 

stabilliyə görə: daimi və dəyişkən



 

indikasiyaya (təsvirə) görə: rəqəm və hərf-rəqəm; 



 

texnoloji prosesdə təyinatına görə: xüsusi, arayışı və qruplaşdırıcı. 



Ən yüksək səviyyəli informasiya quruluş vahidi olan informasiya sistemi ilə 

ən  aşağı  səviyyəli  quruluş  vahidləri  olan  rekvizitlər  arasında  digər  informasiya 

quruluş elementləri mövcuddur. Həmin quruluş vahidlərinə göstəriciləri, xəbərləri, 

massivləri aid etmək olar. 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  27 

Göstəricilər əsas və əlamət rekvizitlərinin məntiqi məcmusudur. Göstəricilər 

iqtisadi prosesləri və əməliyyatları keyfiyyət və kəmiyyət baxımından xarakterizə 

etməklə, onlar haqqında təsəvvür yaradır. 

Göstərici  bir  əsas  rekvizitə  və  bir  neçə  əlamət  rekvizitinə  malik  ola  bilər. 

İqtisadi proseslərin təsvirində və xarakterizə olunmasında göstərici müstəsna rola 

malik  olduğuna  görə,  onu  iqtisadi  informasiyanın  əsas  quruluş  vahidi  hesab 

etmək olar. 

Göstəricilər  xarakterizə  etdikləri  iqtisadi  proseslərin  müxtəlifliyi  üzündən 

müxtəlif və çox saylıdır. Bu isə onların bir sıra əlamətlər üzrə təsnifləşdirilməsini 

tələb edir. Müxtəlif əlamətlər üzrə təsnifat aşağıdakı kimidir: 

 

obyektin  informasiya  sisteminə  münasibətinə  görə:  giriş  və  çıxış 



göstəriciləri; 

 



daxil olma mənbəyinə görə: daxili və xarici

 



indikasiyaya görə: hərf, rəqəm və hərf-rəqəm; 

 



stabilliyə görə: dəyişkən və daimi; 

 



əks olunma qaydasına görə: mütləq və nisbi; 

 



işin təşkilinə görə: emal edilən və emal edilməyən. 

Göstəricilərin  qaydaya  salınmış  məcmusu  xəbərləri  əmələ  gətirir.  Müxtəlif 

məzmuna  malik  eyni  formalı  xəbərlər  birləşərək  informasiyanın  yeni  quruluş 

vahidini - massivi yaradır. 

İnformasiya sistemi öz tərkibində müstəqil quruluş vahidləri kimi idarəetmə 

obyektinin  funksiyalarına  və  quruluşuna  uyğun  olaraq  bir  sıra  informasiya 

altsistemlərini  birləşdirir.  İnformasiya  altsistemlərinin  hər  biri  müəyyən 

informasiya  massivlərindən  ibarətdir  və  onların  tərkibi  altsistemdə  həll  edilən 

məsələlərdən asılıdır. Kompüterlərdə informasiyanın quruluşu tətbiq edilən xüsusi 

qaydalardan  asılıdır,  bu  da  yeni  informasiya  vahidlərinin  baytlar,  maşın  sözləri, 

sahə və i.a. yaranmasına səbəb olmuşdur. 

İnformasiyanın  təşkili  avtomatlaşdırılmış  sistemlərin  tələbləri  nəzərə 

alınmaqla  müxtəlif  prinsiplər  və  qaydalar  əsasında  yerinə  yetirilir.  Bu  isə  öz 

növbəsində  informasiyanın  yeni  quruluşunun  meydana  gəlməsinə  səbəb  olur  və 

nəticədə  məlumat  bazaları,  informasiya  fondu,  məlumatlar  kataloqu  və  lüğəti 

adlandırılan  yeni  quruluş  vahidləri  təşəkkül  tapır.  Avtomatlaşdırılmış  sistemlərdə 

tətbiq  olunan  proqramlaşdırma  dillərindən  asılı  olaraq  informasiyanın  müvafiq 

quruluş vahidləri olan fayllar, cədvəllər yaranır. 

Massivlər  müxtəlif  əlamətlərə  görə  birləşdikdə  informasiya  axını  yaranır. 

İnformasiya axınları isə birləşib informasiya sistemlərini təşkil edir.  

İdarəetmə  fəaliyyətinin  müxtəlif  sahələrində  informasiyanın  özünəməxsus 

quruluş  vahidlərindən  istifadə  edilməsi  nəzərdə  tutulur.  Buna  misal  olaraq 

mühasibat  və  statistika  hesabatlarını,  istehsal  tapşırıqları  formalarını,  uçot 

sənədlərini və s. göstərmək olar. 

Müasir dövrdə iqtisadi informasiyanın əks etdirilməsində maşın qrafikasının 

rolu  da  xeyli  artmışdır.  İstifadəçi  ilə  fərdi  kompüter  arasında  ünsiyyətin  dialoq 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə