I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dillərin geneoloji təsnifatı



Yüklə 405,13 Kb.
səhifə56/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   63
muhazire

Dillərin geneoloji təsnifatı
(XIV mühazirə)
1. Müqayisəli-tarixi dilçilik
Müqayisəli-tarixi dilçilik XIX əsrin birinci rübündə yaranmışdır (F.Bopp, R.Rask, Y.Qrimm, A.X.Vostokov və b.). Bu istiqamətdə A.Şlayxerin xüsusi əməyi olmuşdur. O, şəcərə ağacı terminini təklif etmişdir. Lkain onların özləri və davamçıları qohum dillərin tarixinin ardıcıl süqut aktlarının (divergensiyanın) nəticəsi olmasına şübhə ilə yanaşırdılar.
XIX əsrin 70-ci illərində İohan Şmidt dalğa nəzəriyyəsini təklid edir. Bu nəzəriyyəyə görə, dillərin coğrafi baxımdan qonşuluğunun qarşılıqlı təsirləri nəzərə alınmalıdır. Dialektoqrafiyanın və linqvistik coğrafiyanın uğurları areal (məkan) dilçiliyin yaranmasına səbəb oldu. Areal dilçilik üçün təkcə divergensiya deyil, həm də uzunmüddətli kontaklar nəticəsində konvergensiya prosesləri də vacibdir. Yeni yanaşmanın əsas anlayışı kimi izoqloslar (bu və ya digər səs dəyişmələrinin, leksik vahidlərin yayılması) anlayışı çıxış edir. Nəticədə müqayisəli-tarixi metod coğrafi linqvistik metodla tamamlanmış oldu. Areal yanaşma dil dəyişmələrinin zaman lokallaşmasının (yerləşməsini) yeni düzənini ortaya qoydu: arvaik faktlarınqoyulması (reliktlər) və yeni yaranmalar (innovasiyalar).
Müasir müqayisəli-tarixi dilçilikdə (komparativistika) dillərin daha böyük genetik ailələrinin – makroailə müəyyən edilir. Məsələn, ural dil ailəsinə fin-uqor və samodiq dilləri daxil edilir. Altay dil fərziyyəsinə görə, türk, monqol, tunqus-mancur, habelə genetik cəhətdən təcrid edilmiş koreya və yapon dilləri eyni bir makroailəyə aid edilir. Afrazi, hind-Avropa, kartvel, ural, dravid, altay dilləri nostratik makroailəyə daxil edilir.
Müqayisəli-tarixi dilçilik ilkin dil bütövluyunun, monolit dilin parçalanmsı ideyasına söykənir. Bu ideya müqayisəli-tarixi dilçiliyin əsas meyarıdır və aşağıdakı üsul və prosedurların vasitəsilə həyata keçirilir:
- müqayisə olunan dillərin mənşə ümumiliyi, bir dil ailəsinə mənsubluğu sübut edilir;
- pradilin (ulu,əcdad dilin) sisteminin və arxetipinin (fonem və prosodem sistemi, sözdəyişmə, sözdüzəltmə sistemləri,əski morfem və leksem inventarı və s.) bərpasına cəhd edilir;
- qohum dillərin müstəqil diaxronik təkamül prosesləri izlənilir;
-dillərdə nisbi xronoloji dəyişmələrin həm pradildə, həm də onunla bağlı dillərdə müəyyən edilməsinə cəhd edilir;
-həmin dil ailəsində tarixi-genetik təsnifar tərtib edilir.
Bu və ya digər konkret dil əksər hallarda digər dillərlə qohumluq əlaqəsində girir, yəni bir dil-mənbəyə aid olur. Bununla da onun mənşəyi (genezis) məsələsi müqayisəli-tarixi dilçiliyin kompetensiyasına daxil olur və beləliklə, bu və ya digər dil müəyyən dillər arasında qohumluq əlaqələrinin (müvafiq maddi oxşarlıq olduqda) araşdırılması nəticəsində genetik mənbəyə (pradil, dil-əsas) aidliyi üzə çıxarılır və eyni bir dil ailəsinə daxil edilir. Dillərin qohumluğu barədə onların həqiqi mənalı vahidlərində (dil ilişgiləri (kontaktlar) vasitəsilə alınmamış, mənimsənilməmiş) müntəzəm səs və semantik uyğunluqlar aşkar edildikdən sonra bəhs olunur. Başqa sözlə, genetik uyğunluq onların materiyasında sistemli oxşarlıq, yəni həmin dillərdə mənaca eyni və ya yaxın vahidlərin - morfem və leksemlərin yarandığı materialda oxşarlıqdan ibarətdir. Məsələn, rus dilində “tri”, ing.d. “threeÜ, fr.d. “trois”, lat. d. “tres” və s.
Maddi oxşarlıq təqlid yolu ilə yaranan sözlərdə müşahidə edilməsi daha təbiidir və bu oxşarlıq müvafiq əşya və proseslərin mahiyyəti ilə şərtlənir. Dillər arasında iki cür əlaqəni – kontakt (ilişgi) və həqiqi qohumluqları (divergensiya nəticəsində yaranmış) fərqləndirmək lazımdır. Kontaktlar söz, ifadələrin (təsadüfi hallarda sözdüzəldici affikslər) mənimsənilməsinə gətirib çıxarır. A.Meyeyə görə, “iki dil əvvəllər istifadə edilmiş eyni bir dilin müxtəlif təkamülünün nəticəsi olduğu zaman qohum dillər adlandırılır”. Qohum dillərin ümumi mənbəyi olan dil pradil (ulu dil, əcdad dil), qohumluq bağlılığı olan dillərin məcmuyu isə dillər ailəsini əmələ gətirir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə