I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
#300
1   2   3   4   5   6   7   8   9   10   ...   21

18 

                                   

müxtəlif  xəstəliklərə və ölümə səbəb olur. 

  Tütün  şirkətləri yalnız   qadınlar  üçün adlandırılan  siqaretlər daxil  olmaqla  müxtəlif  çeşidli 

tütün  məlumatları  təklif  edirlər.  Adətən  qadınlar  üçün  nəzərdə  tutulan  siqaret  çeşidləri uzun 

ölçülü,  nazik,  az  qatranlı  tərkibində  nikotinin  miqdarı  az  olduğundan  açıq  rəngli  olur  və 

onlara  mentol  və  ya  digər  dad  və  ətirverici  maddələr  qatılır.  Qadınlar  kişilər  qədər  tütün 

çəkməyə  başlasalar,  bu  qlobal  miqyasda  sağlamlıqla  bağlı  əsl  fəlakətə  gətirib  çıxara  bilər. 

Təbii  ki,  kifayət  qədər  həyəcanlı  və  qorxulu  bu  rəqəmlər  və  arqumentlər  bizim  ölkədən, 

xalqımızdan  da  yan  keçmir. Azərbaycanın  göstəriciləri  də  ürəkaçan  deyil.  1999-cu  ilin 

statistikasına  görə  bizim  ölkədə  kişilərin  arasında  tütündən  istifadə  30,2  faiz  olmuşdursa, 

2006-cı ildə Azərbaycanda keçirilmiş demoqrafiya və sağlamlıq sorğusunun nəticələrinə görə 

15-49  yaş  arasında  bu  zərərli  vərdişin  aludəçiləri  49%  təşkil  etmişdir.  Unutmaq  olmaz  ki, 

bizdə qadınların tütündən istifadəsi də istisna deyil. 1999-cu ilin məlumatına görə qadınların 

1,1 % tütündən istifadə edirdisə, hazırda bu rəqəm daha böyük ola bilər.

43 


  Oğlanlar  qızlarla  müqayisədə  tütün  çəkməyə  daha  meylli  olurlar.  Buna  baxmayaraq 

yeniyetmələr arasında Qlobal Tütün Sorğusunun keçirildiyi ölkələrin demək olar ki, 60%-də 

oğlanlar  və  qızların  tütün  çəkmə  səviyyəsi  arasında  böyük  fərq  müşahidə  olunmamışdır. 

Sorğu  ilə  əhatə  olunmuş  ölkələrin  14%-də  qızlar  arsında  siqaret  çəkmə  səviyyəsi  oğlanlara 

nisbətdə daha yüksək olmuşdur. Tütün çəkən uşaqların əksəriyyəti bu vərdişə yetkinlik yaşına 

çatmazdan əvvəl aludə olurlar. Siqaret çəkən gənclərin təxminən ¼ hissəsi ilk siqaretlərini 10 

yaşına çatmazdan əvvəl çəkmişlər. 

  Tütün bazarı genişləndikcə uşaqlar arasında tütün çəkmə səviyyəsi də artır. Səbəb isə tütün 

məhsullarını  asanlıqla  əldə  etmək  mümkünlüyü,  qiymətlərin  ucuz  olması,  həmyaşıdlar 

tərəfindən  təzyiqlər,  həmyaşıdların  tütündən  istifadəyə  və  tütünə  müsbət  münasibəti,  tütün 

çəkmənin  əhali  arasında  nüfuz  qazanmaq  vaistəsi  olduğu  kimi  yanlış  fikrin  qəbul 

olunmasıdır. 

  Tütünün istifadəsi ilə bağlı ən ciddi sağlamlıq problemləri özünü adətən bir neçə onilikdən 

sonra büruzə verir. Tütün çəkən gənc kişilərdə ereksiyanın pozulması ehtimalı çəkməyənlərlə 

müqayisədə daha yüksəkdir və hər çəkilən siqaretlə impotensiyanın yaranma ehtimalı da artır. 



19 

                                   

Tütünün çəkilməsi tendensiyasında nəzərə çarpan dəyişikliklər baş verməzsə, tütün bu günün 

250 milyon yeniyetməsi və uşaqlarını məhv edə bilər.  

 

1.3.Tütünlə mübarizə üzrə milli strategiya 



   Dünyada  hər  il  təxminən 6  milyon insan  tütünçəkmənin  yaratdığı  xəstəliklərdən dünyasını 

dəyişir.  XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.       

Tütünün törətdiyi təhlükə əhali sağlamığı və ölkə iqtisadiyyatı kimi sahələrdəlki problemləri 

kəskinləşdirməklə bu mühüm sahələrin stabil inkişafına məhvedici təsir göstərir.  

  1996-cı  ildə  qlobal  tütün  epidemiyasının  qarşısını  almaq  məqsədilə  49-cu  Ümumdünya 

Səhiyyə Assambleyası tütünlə mübarizə haqqında beynəlxalq çərçivə konvensiyasının işlənib 

hazırlanması təşəbbüsü ilə çıxış etməyi Ümumdünya Səhiyyə Təşkilatının baş direktorundan 

xahiş  etdi.  Bu  Strategiya  ÜST-nin  qlobal  tütün  epidemiyası  ilə  mübarizə  üçün  hazırlanmış 

MPOWER tədbirlər kompleksinə əsaslanır və Azərbaycanda tütün çəkmə ilə mübarizədə əsas 

prioritetləri  nəzərə  alır.  Tütün  istehlakının,  istehsalının  və  satışının  bütün  aspektlərini  əhatə 

edən  bu  Strategiya  Azərbaycan  vətəndaşlarının  həyatını  və  sağlamlığını  qoruyur,  ölkəmizi 

tütünçəkmə  yükündən  azad  etmək  məqsədi  daşıyır.  Çərçivə  Konvensiyasının  iştirakçı 

dövlətləri,  həmçinin,  Azərbaycan  öz  üzərinə  bir  tərəfdən  tütün  məhsullarına  tələbatın  və 

istifadəsinin  azalması  ilə,  digər  tərəfdən  isə  tütün  məmulatlarının  idxalına  nəzarətlə  bağlı 

siyasət  və  qanun  işləyib  hazırlamaq  və  qəbul  etmək  öhdəliyi  götürürlər.  Azərbaycan 

Respublikası  2005-ci il sentyabrın  20-də  "Tütünə  qarşı  mübarizə  haqqında"  Ümumdünya 

Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul etmiş və bununla 

da  üzərinə  bir  çox  öhdəliklər  götürmüşdür. Beş  il  müddətində  həyata  keçiriləcək  bu 

öhdəliklərin  ən  əsası  ÜST-ün  Çərçivə  Konvensiyasının  tələblərinə  uyğun  tütünə  qarşı 

mübarizə üzrə Milli Strategiyanın və antitütün siyasətinin daha səmərəli tədbirlərinin həyata 

keçirilməsini də özündə birləşdirən planın qəbul edilməsidir. Qəbul ediləcək Milli Strategiya 

dövlətin antitütün siyasətinin prioritetlərini göstərəcək və əsasən lobbistlərin destruktiv  

32

Tütünə nəzarət: 2012 ,Bakı :15-16s (www.



 //tobaccocontrol.az/) 


20 

                                   

təsirindən  müdafiəyə  xidmət  edəcək.  Çərçivə  Konvensiyasının  digər  mühüm  tələblərindən 

biri  tütün  məmulatlarının  reklamının  və  hərəkətinin,  tütün  şirkətlərinin  sponsorluğunun  tam 

qadağan  olunmasıdır. 102  ölkədə  aparılmış  təhlillər  göstərir  ki,  tütündən  istifadənin 

reklamının tam qadağan olunması istifadənin azalmasına kəskin təsir göstərir.  

  Mühüm  tələblərdən  biri  də  tütündən  istifadənin  təhlükəliliyi  haqqında  əhalinin 

məlumatlandırılması  və  maarifləndirilməsi  üzrə  proqramın  işlənib  hazırlanmasıdır. Bu 

istiqamətdə  Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  müvafiq  layihələr 

işləyib hazırlamışdır. Bununla paralel olaraq mərkəz proqram qəbul edilənə qədər də bir sıra 

mühüm tədbirlər həyata keçirmişdir. 

  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  (İSİM) 

yarandığı  ilk  gündən  ÜST-ün  Çərçivə  Konvensiyasının  qarşıya  qoyduğu  vəzifələr 

istiqamətində müxtəlif istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bunlardan, 

əsasən,  dördü  daha  səmərəli  tədbirlər  hesab  olunur:  tütün  məmulatlarına  aksizlərin 

qaldırılması,  qapalı  yerlərdə  100  faiz  tütünsüz  mühitin  yaradılması,  tütünün  istənilən 

reklamının  və  istehsalçılarının  sponsorluğunun  tam  qadağan  olunması,  həmçinin,  siqaret 

qutularının  üstündə  tütünün  insan  sağlamlığı  üçün  ziyanını  göstərən  rəngli  şəkillərin 

yerləşdirilməsi. 

  “


Tütün  məhsullarını  nümayiş  etdirən  filmlər  dünyada  milyonlarla  insanda  siqaret     

çəkməyə  həvəs  oyadır”.  DST-nin  qeyri-infeksion  xəstəliklərin  qarşısının  alınması 

departamentinin  direktoru  Duqlas  Betçerin  dediyi  kimi,  “kinolarda  siqaret  çəkmə  tütün 

məmulatlarının  güclü  təbliği  formasıdır”.  O  qeyd  edib  ki,  tütünün  reklamına  olduqca  sərt 

məhdudiyyət  qoyulduğu  üçün  “filmlər  milyonlarla  yeniyetmələrə  siqaret  çəkmə  səhnəsini 

göstərən  son  vasitələrdən  biridir.  DST-nin  Tütünə  Qarşı  Mübarizəyə  dair  Çərçivə 

Konvensiyası 180 iştirakçı ölkənin üzərinə  “tütünün təbliğini və bu sahəyə  sponsorluğa dair 

reklamı qadağan etmək” öhdəliyini qoyur. 

  ABŞ-da aparılan tədqiqatlara görə, ekranlarda siqaret çəkilən səhnələri görən yeniyetmələrin 

37 faizində tütünə meyl yaranıb.  2014-cü ildə bu cür səhnələr Hollivudda çəkilən kinoların 

44  faizində  olub,  bu  filmlərin  36  faizi  yeniyetmələr  üçün  nəzərdə  tutulub.  ABŞ  səhiyyə 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə