31
Amerikada istehlak edilən bütün siqaretlərin yarısını psixi xəstələr çəkir və deprcssiya
onların ən məşhur problemidir. Siqaret çəkənlərin təxminən 30%-i bəzi depressiya
simptomlarını göstərir. Epidemiologic Catchment Area (ECA) nəticələrinə görə major
depressiyası olan qadınların 80%-i və kişilərin təxminən 70%-i siqaret çəkməyə aludədir.
Siqaret çəkənlərin az olduğu ictimai qruplarda, məsələn Amerika Universitet
məzunlarının(bunların 85-i % çəkmir) siqaret çəkənləri xüsusilə yüksək bir nisbəti
depressivdir. Depressiv nikotin asılıları, vərdişlərini tərk etmək üçün olduqca çox zamana
ehtiyac duyurlar. Qadınların kişilərə nisbətdə siqarəti çətin tərgitmələrinin səbəblərindən
biri,qadınlarda depressiya nisbətinin daha yüksək olmasıdır (depressiyası olmayan siqaret
çəkənlər arasında hər iki cinsiyyətdə də tərgitmə eyni nisbətdədir).
Nyu -York Əyaləti Psixiatriya İnstitutunda aparılan tədqiqatda 16 yaşında gündə bir paket
siqaret çəkən sağlam yeniyetmələrdə, panik pozuntuların inkişafi siqaret çəkməyənlərdən 16
dəfə çox olduğu, həyacan pozutusunun inkişafının isə 5 dəfə daha çox olduğu müəyyən
olunmuşdur. Siqaret çəkmək, nəfəs alıb verməyi pozduğu üçün panik atak riskini artıra
,boğulma əlamətlərini meydana gətirə bilir.
64
Başda şizofreniya olmaq üzrə ciddi psixi pozuntusu olan xəstələrdə siqaret çəkmə faizi
çoxdur və bu xəstələr siqareti tərgitmək müalicələrinə daha müqavimətlidirlər. Xüsusilə
yetkinlərdə siqaretə başlama və ya yenidən başlama depressiya ilə əlaqəli ola bilməkdədir.
Siqaret və depressiya arasındakı əlaqə müxtəlif ehtimallar təməlində açıqlanmışdır. Bu
ehtimallardan birində genetik uyğunluğun ola biləcəyi qeyd edilmiş və nikotin asılılığının
depressiya kimi eyni ailədə davam etdiyi və yüksək nisbətdə irsi olduğu bildirilmişdir.
65
Yetkinlər üzərində aparılan tədqiqatlarda, siqaretə başlamaları ilə stress, həyacan,
özünüqiymətləndirmənin aşağı olması və depressiv vəziyyət arasında əlaqə olması aşkar
64
Smoking Increases Depression and Anxiety (psychcentral.com/disorders/depressionresearch.)
65
Psikiyatride Güncel Yaklaşımlar-Current Approaches in Psychiatry 2014;:284-293(www.cappsy.org)
32
olunmuşdur.
66
Siqaret çəkən yetkinlərin çəkməyənlərə görə daha həyacanlı və daha
depressiv olduqları müəyənləşdirilmişdir.
67
Bütün psixi pozuntular nikotin asılılığı üçün ciddi bir risk faktorudur. 23393 şəxs üzərində
aparılan əsaslı bir araşdırmada psixi problemləri olan şəxslər arasında siqaret çəkmənin
34.3%-i (fobiyaları olan) ilə 59.1% -i (şizofreniya xəstələrində) arasında dəyişdiyi və
bunun, eyni araşdırmada psixi pozuntusu olmayan şəxslər arasında müəyyən olunan 18.3 %
nisbətindən çox yüksək olduğu tapılmışdır.
Siqaret çəkənlərin 15- 20%- i alkoqol aslılığından əziyyət çəkirlər. Siqaret çəkənlərdə psixi
pozuntular çəkməyənlərlə müqayisədə daha çoxdur.
Sigaret çəkənlərin
1
3
depressiya,həyəcan pozuntuları və narkotik maddə istifadəçisi
görülməkdədir. Sigaret çəkmə vaxtı və miqdarı ilə yaşanan problemlər arasında bir əlaqə
vardır. Problemlər artdıqca siqaret çəkmə, siqaret çəkmə artdıqca da psixi və fiziki
problemlər artmaqdadır. Siqaret istifadə edənlərin, siqaretin stress və gərginlik duyğularını
azaltdığına bağlı bir inancları var, əslində isə çəkənlərin stress səviyyələrinin çəkməyənlərə
görə daha yüksək olduğu bilinməkdədir. Şizofreniya xəstələrində siqaret çəkmə faizi olduqca
yüksəkdir. Şizofreniyalı xəstələrin təxminən 90,1%-i nikotin asılısıdır. Bu vəziyyətin səbəbi
qəti olaraq bilinməməklə birlikdə əlaqənin olduqca qarışıq olduğu düşünülməkdədir. Siqaret
istifadəsi ilə dofaminin ifrazı artır. Bu səbəblə də şizofreniya xəstələrinin siqareti xəstəlikləri
üçün bir dərman olaraq istifadə etdikləri düşünülə bilər. Bununla yanaşı siqaret şizofreniya
xəstələrinin istifadə etdikləri dərmanlara təsir edir, neyroleptik plazma səviyyələrini azaldır
ona görə lazım olandan daha yüksək bir neyroleptik dozasının istifadə edilməsinə ehtiyac
yaranır.
68
66
Hughes JR, stead lF, lancaster T. Antidepressants for smoking cessation. Cochrane Database SystRev 2007;1:cD000031.(
www.korhek.org)
67
Çam Çelikel F, Erkorkmaz Ü. Üniversite öğrencilerinde depresif belirtiler ve umutsuzluk düzeyleri ile ilişkili etmenler.
Nöropsikiyatri Arşivi Dergisi 2008; 122-129.( www.dusunenadamdergisi.org/).
68
Reprinted from AusTRAlIANFAmIly Phycıan Vol. 41, No. 5, may 2012. 305 p(www.ilknuryilmaz.com)
33
Avropa və Amerikada aparılan araşırmalarda bipolyar pozuntu olan xəstələrdə siqaret
çəkmə faizi cəmiyyətdən 2-3 qat çoxdur.
69
Siqaret çəkən bipolyar pozuntulu xəstələrdə
emosional pozuntu daha şiddətli olur. Bu xəstələrdə xəstəlik əlamətlərinin şiddətinin çox
olması, intihar düşüncəsi və cəhdləri, depresiv əlamətlərin kəskin olması xarekterikdir.
Bipolyar pozuntulu xəstələrin siqaret çəkməsinin çox olmasının səbəbi, həm siqaretə
başlama ehtimallarının yüksək, həm də siqareti tərgidə bilmək ehtimallarının aşağı
olmasıdır.
Vilens və həmkarları bipolyar pozuntusu olan insanların siqaretə başlama ehtimallarının
hər hansı bir psixi pozuntusu olmayan yaşa uyğun kontrol qrupundan ( 22 %-a qarşı
4%)yüksək olduğunu göstərmişdir.
Həyatları boyu hər hansı bir sıxlıqda siqaret istifadə etmiş bipolyar pozuntulu xəstələr
arasında siqareti müvəfəqiyyətli şəkildə tərgidənlərin nisbəti ümumi cəmiyyətdən aşağıdır
(bipolyar xəstələrində 8-16% ümumi cəmiyyətdə 33-43%).
70
2.3.Siqaret asılılığı və depressiya arasında əlaqə
Depressiya ilə nikotin asılılığı arasındakı əlaqə olduqca qarışıq və çox tərəflidir. Depressiya,
nikotin asılılığı üçün bir risk faktorudur.
71
Aparılan araşdırmalarda, major depressiya ilə
siqaret asılılığı arasında əlaqə olduğu müəyyən olunmuşdur.
72
Həyatının müəyyən bir
dövründə major depressiya keçirmiş şəxslərdə siqaret istifadəsi bu xəstəliyi olmayanlara görə
olduqca yüksəkdir. Siqaret aludəçilərinin depressiya olma ehtimalı siqaret aludəçisi
69
Akiskal HS, Mallya G (1987) Criteria for the ‘soft’ bipolar spectrum: treatment implications. Psychopharmacol Bull, 23: 68-
73,Akiskal HS, Pinto O (1999) The evolving bipolar spectrum: Akiskal HS, Pinto O (1999) The evolving bipolar
spectrum: prototypes I, II, III and IV. Psychiatr Clin N Am, 517-534(www.apa.org)
70
George TP, Vessicchio JC, Sacco KA, Weinber ontrolled trial of bupropion combined with nico-tine patch for smoking cessation
in schizo-phrenia. Biol Psychiatry 2008; 1092-1096 p. (psychcentral.com/lib/can-smoking-cause-depression)
71
Wilhelm K, Richmond R, Wodak A. clinical aspects of nicotine dependence and depression. med Today 2000,40–4(/
www.bagimlilikdergisi.net)
72
.Banham L, Gilbody S. Smoking cessation in sev-ere mental illness: what works? Addiction 2010; 1176-1189 p(www.stop-
tobacco)
Dostları ilə paylaş: |