ailəsi başa düşülür. Müəyyən hallarda hüquq sistemi dedikdə məhz
hüquq ailəsi başa düşülür.’
Hüquq ailəsi dedikdə ayn-ayn ölkələrin milli (dövlətdaxili) hüquq
sistemlərinin elə qrupu başa düşülür ki, bu qrupa daxil olan milli hüquq
sistemləri bir-birinə yaxm olub, ümumi əlamətlərlə xarakterizə olunur.
Hüquq ədəbiyyatı səhifələrində hüquq ailəsinin müxtəlif tipoioji
bölgüsünə rast gəlinir: roman-german, ingilis-amerikan, skandinaviya,
indus, müsəlman, slavyan, sosialist və digər qanşıq hüquq ailəsi.^ Lakin,
ənənəvi olaraq, hüququn mənbələrinin iyerarxiyası (hüququn formalan)
baxımından, müasir dövrdə dünyada, əsasən, iki hüquq ailəsi
fərqləndirilir:
-
rornan-german hüquq ailəsi (bu ailəyə kontinental Avropa
ölkələrinin, Türkiyənin və digər ölkələrin milh hüquq sistemləri
daxildir);
-
ingilis-amerikan və ya ingilis-sakson hüquq ailəsi (bu ailəyə ABŞ,
İngiltərə, Kanada, Avstraliya və digər ölkələrin milli hüquq
sistemləri daxildir).
1.1.2.
Beynəlxalq hüquq - dövlətlərarası hüquq kimi
Beynəlxalq hüquq daxili (milli) hüquq sistemindən bununla fərqlənir
ki, o, dövlətlərarası hüquqdur. Hətta hüquq doktrinasında dəfələrlə qeyd
edilmişdir ki, beynəlxalq hüququ «dövlətlərarası hüquq» adlandırmaq
daha düzgün olardı. Beynəlxalq hüquqa dair
1
Məsələn, bax: Правовые системы стран мира / Отв. ред. А.Я.Сухарев. М.,
2001; Рене Давид, Камилла Жоффре-Спинози. Основные правовые
системы современности. М., 1999; Марченко М.Н. Правовые системы
современного мира. М., 2001.
2
Hüquq ailəsi barədə bax: Юридическая энциклопедия / Под ред. М.Ю.Ти-
хомирова. М., 2005, с.671.
12
tədris və monoqrafiya ədəbiyyatı səhifələrində beynəlxalq hüquq düzgün
olaraq «dövlətlərarası hüquq» kimi xarakterizə edilir. Bunun bir neçə
səbəbi vardır. Birinci səbəb ondan ibarətdir ki, beynəlxalq hüquq, əsasən
və başlıca olaraq, dövlətlər tərəfindən yaradılır (qeyd etməliyik ki,
dövlətlər beynəlxalq hüququn yeganə yaradıcısı deyildir; o, digər
subyektlər tərəfindən də yaradıla bilər). Dövlətdaxili (milli) hüquq isə
səlahiyyətli dövlət orqanlannın hakimiyyət xarakterli qərarlan
nəticəsində formalaşır. Beynəlxalq hüquqa gəldikdə isə, qeyd etməliyik
ki, o, dövlətlərin öz iradə ifadələri barədə razılığa gəlmələri yolu ilə
yaradılır; bu yol beynəlxalq hüquq yaradıcılığı prosesinin mahiyyətini
təşkil edir; bu proses isə beynəlxalq sazişlər vasitəsi ilə həyata keçirilir.
Birmənalı şəkildə deməliyik ki, beynəlxalq sazişlər (müqavilələr)
beynəlxalq hüquq sistemində hüquq yaradıcılığının əsasım təşkil edir.
Buna görə də, beynəlxalq hüquq bilavasitə dövlətlərin iradəsini ifadə
edir. Bununla yanaşı və bərabər, qeyd etməliyik ki, beynəlxalq hüquq
həm də dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən yaranır.'
İkinci, beynəlxalq hüquqla, bir az əvvəldə qeyd etdiyimiz kimi,
dövlətlərarası münasibətlər tənzimlənir. Belə ki, beynəlxalq hüquq
ayrı-ayn hüquq normalarından ibarətdir; bu normalar, hər şeydən əvvəl
və başlıca olaraq, dövlətlər arasındakı münasibətləri tənzimləyir.^ Xüsusi
olaraq qeyd etməliyik ki, beynəlxalq hüququn dövlətlərarası
münasibətləri tənzimləməsi barədə fikir sovet dövrünün bütün
dərsliklərində öz təsdiqini tapmışdır.-* Müasir
1
Международное право. Учебник / Отв. ред. Г.В.Игнатенко, О.И.Тиунов. М.,
1998,
С.6.
2
Международное право. Учебник / Отв. ред. Г.И.Тункин. М., 1974, с.46- 47;
Международное право. Учебник / Под ред. Г.И.Тункина. М., 1982, с.44-45.
3
Məsələn, bax: Международное право / Под ред. Ф.И.Кожевникова. М., 1957;
Лисовский В.И. Международ-ное право. Киев, 1955; Международное право.
Учебник / Отв. ред. Е.А.Коровин. М., 1951; Международное право. Учебник
/ Под ред. Н.Т.Блатовой. М., 1987; Международное право / Под ред.
Г.И.Тункина. М., 1982 və Ь.
13
dövrdə bu fikir həm də bizim yaxın qonşumuz olan Rusiya
Federasiyasında yazılan dərsliklərdə geniş yayılmışdır.' Azərbaycanlı
alim L.H.Hüseynov haqlı olaraq göstərir ki, beynəbcalq hüquq dövlətlər
arasındakı münasibətləri nizama salmaq üçündür.^ Qərb hüquq
ədəbiyyatı səhifələrində də göstərilir ki, beynəlxalq hüquq dövlətlərin
davranışını (amerikalı hüquqşünas R.Vallas),^ onlar arasındakı
münasibətləri qaydaya salan normalardan ibarətdir (polşalı professor
A.Klafkovski,'' ingilis professoru C.Obrayen^). Deməli, bütün bunlar
bizə belə bir fikir söyləməyə imkan verir ki, beynəlxalq hüquq, hər
şeydən
əvvəl,
ilk
növbədə,
dövlətlərarası
münasibətlərin
tənzimlənməsinə yönəlmişdir.
Üçüncü, be)məlxalq hüquq, əsasən və başlıca olaraq, dövlətlərin öz
səyləri hesabına təmin edilir. Belə ki, beynəlxalq hüquq, məlum olduğu
kimi, müxtəlif və çoxsaylı hüquq normalanndan ibarətdir; bu normalara
əməl olunması və riayət edilməsi əgər lazım gələrsə, bu və ya digər
məcburiyyət tədbiri vasitəsi ilə təmin edilir; həmin tədbirləri isə
dövlətlər, habelə dövlətlərarası beynəlxalq təşkilatlar həyata keçirirlər.^
Göstərdiyimiz səbəblərə görə bejməlxalq hüquqa həm də
dövlətlərarası hüquq deyilir. Hətta bir sıra xarici ölkədə «beynəlxalq
hüquq» termininin qarşılıqlı ekvivalenti və əvəzi kimi işlədilən
anlayışlarda beynəlxalq hüququn dövlətlərarası hüquq olması öz əksini
tapır. Məsələn, «beynəlxalq hüquq» terminini ifadə etmək üçün ingiliscə
«intemational law», fransızca «droit intemational», ispanca «gerecho
intemacional», italyanca «diritto intemazionale» və s. anlayışlarından
istifadə olunur; həmin anlayışlarda işlədilən
1
Məsələn, bax: Международное право. Учебник / Отв. ред. Е.Т.Усенко,
Г.Г.Шинкарецкая. М., 2003, с. 17.
2
Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı, 2000, s.6.
3
Wallace R. International Law. London, 2005, p. 1-2.
4
Klafkowski A. Prawo miedzynarodowe publiczne. Warszawa, 1970, c.l8.
5
O’Brien J. intemational Law. London / Sydney, 2001, p.l.
6
Курс международного права. Том 1. M., 1989, с.29; Международное право.
Учебник / Пред. ред. кол. Г.И.Тункин. М., 1999, с. 10; Международное
право. Учебник / Под ред. Л.Н.Шестакова. М., 2005, с. 17.
14
Dostları ilə paylaş: |