I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   23   24   25   26   27   28   29   30   31

yazan bütün müəlliflər, demək olar ki, birmənalı şəkildə göstərirlər ki, 

beynəlxalq hüququn sistemi obyektiv əsasa malikdir.* 

Beynəlxalq hüquq elminin sisteminə gəldikdə, qeyd etməliyik ki, 

0



obyektiv  xarakter  daşımır.  Belə  ki,  beynəlxalq  hüquq  elminin  sistemi 

beynəlxalq  hüquq  üzrə  mütəxəssis  alimlərin,  ümumiyyətlə,  beynəlxalq 

hüquq barədə yazan müəlliflərin elmi fikirlərinin nəticəsidir. Deməli, o, 

obyektiv  mənada  beynəlxalq  hüququn  sistemindən  fərqli  olaraq, 

subyektiv  xarakter  daşıyır.  Başqa  sözlə,  beynəlxalq  hüquq  elmi 

müəlliflərin  (alimlərin)  subyektiv  mülahizələri  əsasında  obyektiv 

mənada  beynəlxalq  hüququn  şərh  olunması  və  izah  edilməsidir.  Buna 

görə  də,  ayrı-ayrı  müəlliflər  (alimlər)  beynəlxalq  hüquq  elminin 

bir-birindən fərqli, müxtəlif sistemlərini təklif edə bilərlər. Lakin, buna 

baxmayaraq,  necə  olsa da,  beynəlxalq  hüquq  elminin  sistemi  obyektiv 

mənada  beynəlxalq  hüququn  sisteminə  əsaslanır  və  onunla  müəyyən 

olunur.^  Amma  «beynəlxalq  hüquq  elminin  sistemi»  və  «obyektiv 

mənada  beynəlxalq  hüququn  sistemi»  kimi  iki  anlayışı  eyniləşdirmək 

olmaz. 


Dördüncü,  onlar  bir-birindən  tərkibinə  görə  fərqlənirlər.  Belə  ki, 

qeyd  etdiyimiz  kimi,  obyektiv  mənada  beynəlxalq  hüquq  beynəlxalq 

hüquq normalanndan ibarətdir. Beynəlxalq hüquq elminin tərkibcə nədən 

ibarət olmasına gəldikdə isə, qeyd etməliyik ki, o, elmi-nəzəri fikirlərin 

məcmusudur.  Bir  az  öncə  qeyd  etdik  ki,  beynəlxalq  hüquq  elmi 

beynəlxalq-hüquqi  tənzimetmənin  qanu-  nauyğunluqlanm  öyrənir.  Bu 

öyrənmə  nəticəsində  obyektiv  mənada  beynəlxalq  hüquq  haqqında 

nəzəriyyə - beynəlxalq hüquq nəzəriyyəsi formalaşır.^ Beynəlxalq hüquq 

nəzəriyyəsi  isə  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  anlayışların,  elmi 

mühakimə,  mülahizə,  nəticə,  baxış,  şərh,  postulat,  hipoteza,  tezis, 

müddəa, aksiom, fərziyyə və konsepsiyaların sistemidir. 

1

 

Məsələn, bax: Международное право. Учебник / Отв.ред. Ю.М.Колосов, 

Э.С.Кривчикова. М., 2000, с. 15. 

2

 

Международное право. Учебник / Отв. ред. А.А.Ковалев, С.В.Черни- ченко. 

М., 2008, с.31. 

3

 

Məsələn, bax: Тункин Г.И. Теория международного права. М., 1970; Чер- 

ниченко С.В. Теория международного права. В 2-х томах. М., 1999. 

85 



Beşinci,  onlar  bir-birindən  bütün  dövlətlər  üçün  ümumi  və  vahid 

olmaq  baxımından  fərqlənir.  Belə  ki,  bütün  dövlətlər  üçün  ümumi  və 

vahid  olan  beynəlxalq  hüquq  elmi  yoxdur.  Hər  bir  dövlətdə  aynca 

beynəlxalq  hüquq  elmi  mövcuddur.  Məsələn,  Rusiyamn  beynəlxalq 

hüquq elmi, Almaniyanın beynəlxalq hüquq elmi, Fransanın beynəlxalq 

hüquq elmi, Azərbaycanın beynəlxalq hüquq elmi və s. Bu gün dünyada 

təxminən 220-yə yaxm dövlət və dövlətəoxşar qurumlar vardır və onların 

hər birində beynəlxalq hüquq elmi formalaşmışdır. 

Obyektiv  mənada  beynəlxalq  hüquqa  gəldikdə  isə,  qeyd  etməliyik 

ki,  o,  bütün  dövlətlər  üçün  ümumi  və  vahiddir.  Buna  görə  də,  əgər 

ABŞ-m,  Almaniyanın,  Azərbaycanın,  Fransanın,  İtaliyanın,  Rusiya 

Federasiyasının  və  s.  ölkənin  öz  beynəlxalq  hüququna  malik  olması 

barədə fikir söyləmiş olsaq, belə fikir səhv və yanlış olardı. Ona görə ki

dünyada  mövcud  olan  bütün  dövlətlər  üçün  yalnız  bir  universal 

dövlətlərarası  hüquq  sistemi  vardır  ki,  o,  obyektiv  mənada  beynəlxalq 

hüquq və ya sadəcə olaraq, beynəlxalq hüquq adlanır. 

Beynəlxalq  hüquq  elminin,  ilk  növbədə,  böyük  nəzəri  əhəmiyyəti 

vardır; çünki beynəlxalq hüquq, hər şeydən əv\'əl, nəzəri elmdir. Belə ki, 

0

, beynəlxalq-hüquqi tənzimetmə mexanizminin qanıma- uyğunluqlarını 



izah  edir,  obyektiv  mənada  beynəlxalq  hüququn  bütün  anlayışlannın 

şərhini verir və onlann mahiyyətinə aydınlıq gətirir. Elə məsələlər vardır 

ki, obyektiv  mənada beynəlxalq hüquq onlara leqal (normativ) anlayış 

vermir (məsələn, beynəlxalq hüquq subyektliyinə, beynəlxalq hüququn 

mənbələrinə, beynəlxalq hüquq məsuliyyətinə, beynəlxalq hüququn əsas 

prinsiplərinə, beynəlxalq hüququn sahələrinə və digər məsələlərə). Belə 

halda  beynəlxalq  hüquq  elminin  köməyindən  istifadə  olunur.  Həmin 

məsələlərin  hüquqi  tərifini  məhz  beynəlxalq  hüquq  elmi  verir.  İn- 

qilabaqədərki Rusiya alimi, Sankt-Peterburq Universitetinin professoru 

F.F.Martensin  haqlı  mövqeyinə  görə,  beynəlxalq  hüquq  elmi  həmişə 

beynəlxalq  adətlərin  əsl  və  həqiqi  mənasım  müəyyənləşdirməyin 

(aydınlaşdırmağın) vacib vasitəsi olmuşdur; buna 

86 



görə də, 

0

, mübahisəsiz olaraq, beynəlxalq hüququn mənbələri sırasına 



aiddir.' 

Beynəlxalq hüquq elmi həm də, eyni zamanda, praktiki əhəmiyyətə 

malikdir. Belə ki, o, nəzəri elm olmaqdan savayı, həm də tətbiqi elm kimi 

tanmır.  Nəzərə  almalıyıq  ki,  beynəlxalq  hüquq  elmi  beynəlxalq  hüquq 

normalannın  praktikada  necə  tətbiq  olunmasını  da  öyrənir  və 

ümumiləşdirmələr apanr.^ 

Hüquqtətbiqetmə  orqanlan  öz  fəaliyyətlərində  müəyyən  hallarda 

beynəlxalq hüquq elminin köməyinə bel bağlayır. BMT-nin Beynəlxalq 

Məhkəməsi  qərar  çıxaran  və  müvafiq  məsələ  barədə  rəy  tərtib  edən 

zaman, bəzən, beynəlxalq hüquq elmindən istifadə edir. Qeyd etməliyik 

ki,  beynəlxalq  məhkəmə  və  tribunallann  qərarlannda,  habelə  BMT-nin 

Beynəlxalq Hüquq Komissiyasının sənədlərində tanınmış alimlərin elmi 

əsərlərinə istinad etmək praktikası geniş yayılmışdır. Təsadüfi deyil ki, 

Beynəlxalq  Məhkəmə  Statutunun  38-ci  maddəsi  beynəlxalq  hüquq 

elmini beynəlxalq hüququn mənbə növlərindən biri kimi nəzərdə tutur. 

Belə  ki,  həmin  maddəyə  görə,  Beynəlxalq  Məhkəmə  mübahisələrə 

baxarkən beynəlxalq hüquq doktrinasını (elmini) tətbiq edə bilər. 

Güman  edirik  ki,  beynəlxalq  hüquq  doktrinası  (elmi),  xüsusən  də 

beynəlxalq  hüquq  sahəsində  tanmımş  alimlərin  elmi  əsərləri  bundan 

sonra  da  məhkəmələr  tərəfindən  beynəlxalq  hüquq  sahəsində  qərarlar 

qəbul  edilərkən  müəyyən  rol  oynamaqda  davam  edəcəkdir.  Məhkəmə 

qərarlarında  doktrinadan  istifadə  olunması  bu  və  ya  digər  hüququn 

mövcudluğunu sübut etmək məqsədinə xidmət edir.^ 

1

 

Мартенс  Ф.Ф.  Современное  международное  право  цивилизованных 

народов.  Том  1.  М.,  1996,  с.  151  (bu  əsərin  1-ci  cildi  ilk  dəfə  1882-ci  ildə 

Sankt-Peterburqda nəşr olunmuşdur). 

2

 

Шумилов B.M. Международное право. Учебник. M., 2008, с. 163. 

3

 

Оппенгейм Л. Международное право. Том 1. Полутом 1. Пер. с анг. М., 

1948. 

С.52.

 

87 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə