I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi


Beynəlxalq iqtisadiyyatın hüquqi tənzimlənməsi



Yüklə 292,61 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix31.12.2021
ölçüsü292,61 Kb.
#82227
1   2   3   4   5   6
Beynəlxalq iqtisadiyyatın hüquqi tənzimlənməsi 

Dövlətlər arasında iqtisadi əlaqələrin, ilk növbədə də ticarət əlaqələrinin beynəlxalq-

hüquqi tənzimlənməsi qədim zamanlarda meydana gəlmişdir. Ticarət münasibətləri 

qədimdən beynəlxalq müqavilələrin əsas predmetlərindən biri kimi çıxış etmiş, azad 

ticarət münasibətləri mənəvi və hüquqi prinsip kimi tanınmışdır. 

XVII əsrdə ilk xüsusi beynəlxalq ticarət müqavilələri meydana gəlmişdir. XX əsrə qədər 

dövlətlərin qarşılıqlı iqtisadi münasibətlərinin tənzimlənməsinə dair bir sıra xüsusi 

prinsiplər, institutlar və beynəlxalq-hüquqi doktrinalar təşəkkül tapmışdır.  

“Bərabər imkanlar”, “açıq qapılar”, “konsul yurisdiksiyası”, “qazanılmış hüquqlar”, 

“millət üçün ən əlverişli”, “milli-rejim”, “qeyri-ayrıseçkilik” və s. bu kimi prinsip və 

nəzəriyyələrdə azad ticarətin mənafeləri ilə xarici bazarların inhisara alınması arasındakı 

ziddiyyətlər əks edilmişdir. 

XIX-XX əsrlərdə beynəlxalq iqtisadi və elmi-texniki əməkdaşlığın yeni formalarının 

meydana gəlməsi yeni müqavilə növlərinin (mal dövriyyəsi və ödəmələr haqqında, 

nəqliyyat, rabitə, sənaye mülkiyyəti və s. üzrə sazişlər) yaranmasına, habelə çoxsaylı 

beynəlxalq iqtisadi və maliyyə təşkilatların yaranmasına təkan vermişdir.  

İkinci dünya müharibəsindən sonra bu sahədə inkişaf daha da sürətlənmişdir. Beynəlxalq 

iqtisadi əməkdaşlığın və onun hüquqi tənzimlənməsinin beynəlxalq həyatda müstəsna 

rolu vardır. Təkcə onu göstərmək kifayətdir ki, bağlanan bütün beynəlxalq müqavilələrin 

və fəaliyyət göstərən beynəlxalq təşkilatların böyük əksəriyyəti dövlətlərin qarşılıqlı 

münasibətlərinə aiddir. 

XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin makrosəviyyədə tənzimlənməsi, yəni 

çoxtərəfli mexanizmlər və ya razılaşdırılmış hərəkətlər vasitəsilə bütövlükdə sistemin və 

ya onun az və ya çox iri altsistemlərinin idarəedilməsi daha böyük əhəmiyyət kəsb etməyə 

başlamışdır. Makrosəviyyədə problemlərin obyektiv həlli ya çoxtərəfli (universal) , ya da 

üstmilli tənzimlənmə mexanizmlərinin olmasını tələb edir. 

Beynəlxalq iqtisadi münasibətlər iki hüquqi sistemin tənzimlənmə obyekti kimi çıxış edir. 

Bunlardan biri dövlətlərin daxili hüququ, digəri isə beynəlxalq iqtisadi hüquqdur. Daxili 

hüquqda beynəlxalq iqtisadi münasibətlər fərdi hüquqi və publikhüquqi sahələrin 

(məsələn, mülki hüquq, inzibati hüquq) vasitəsilə tənzimlənir. 

Beynəlxalq iqtisadi hüquq isə publik şəxslər (dövlətlər, dövlətlərarası təşkilatlar) arasında 

qarşılıqlı münasibətləri tənzimləyir. Daxili hüquq və beynəlxalq iqtisadi hüquq bir-birləri 

ilə aktiv şəkildə qarşılıqlı fəaliyyətdə olurlar. Bu qarşlıqlı fəaliyyətdən mərhələ-mərhələ 

onların keyfiyyətcə yeni vahidi formalaşır. Bu vahidi isə qlobal hüquqi sistem adlandırmaq 

olar. 



Yuxarıda deyilənlərdən beynəlxalq iqtisadi hüququ ən qısa şəkildə belə müəyyən etmək 

olar: beynəlxalq iqtisadi hüquq beynəlxalq iqtisadi münasibətləri tənzimləyən  beynəlxalq 

hüquqi normalar sistemidir. Başqa sözlə, beynəlxalq iqtisadi hüquq beynəlxalq hüquq 

subyektləri arasında münasibətləri tənzimləyən normalar sistemidir. 

Bu normalar həmin subyektlərin beynəlxalq iqtisadi münasibətlərin müxtəlif sahələrindəki 

(ticarət, maliyyə, investisiya və s.) fəaliyyətlərinə tətbiq edilir. 

Beləliklə, beynəlxalq iqtisadi hüququ beynəlxalq ümumi hüququn dövlətlər və beynəlxalq 

hüququn digər subyektləri arasında beynəlxalq münasibətləri tənzimləyən prinsip və 

normaların məcmusundan ibarət olan sahəsi kimi müəyyən etmək olar. 

Beynəlxalq iqtisadi hüququn tənzimləmə predmeti kimi əsasən iki hüquqi münasibətlər 

qrupu çıxış edir: 

resursların ikitərəfli və ya çoxtərəfli qaydada (o cümlədən makrosəviyyədə) 

transsərhəd hərəkəti ilə əlaqədar publik şəxslər arasında münasibətlər; 

fərdi şəxslərin beynəlxalq iqtisadi münasibətlərdə qarşlıqlı fəaliyyətdə 

olduqları, əmtəələrin/xidmətlərin, pul vəsaitlərinin, investisiyaların, işçi 

qüvvəsinin və s.-nin hərəkətdə olduğu daxili hüquqi rejimlərlə əlaqədar olaraq 

publik şəxslər arasında münasibətlər. 

Beləliklə, beynəlxalq iqtisadi hüququn predmeti dövlətlər arasında, habelə beynəlxalq 

publik hüququn digər subyektləri arasıda çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi 

münasibətlərdir. İqtisadi münasibətlərə ticarət əlaqələrini, habelə istehsalat, elmi-texniki, 

valyuta-maliyyə, nəqliyyat, rabitə, energetika, intellektual mülkiyyət, turizm və s. 

sahələrdə kommersiya münasibətlərini aid etmək olar. 

Qərb ölkələrinin müasir hüquq ədəbiyyatında beynəlxalq iqtisadi hüququn bir əsas 

konsepsiyaları irəli sürülmüşdür. Bunlarda birinə, klassik konsepsiyaya görə, beynəlxalq 

iqtisadi hüquq beynəlxalq publik hüququn sahəsidir və onun predmeti beynəlxalq 

hüququn subyektləri arasında iqtisadi münasibətlərdir.  

Hazırda Qərb ədəbiyyatında geniş yayılmış konsepsiyaya əsasən, beynəlxalq iqtisadi 

hüququn normaları, mənbəyi həm beynəlxalq hüquq, həm də dövlətdaxili hüquqdur, 

beynəlxalq iqtisadi hüququn hüquqi qüvvəsi isə bir dövlətin hüdudlarından kənara çıxan 

ticarət münasibətlərində iştirak edən bütün hüquq subyektlərini əhatə edir. Bu ikinci 

konsepsiya Qərbdə irəli sürülmüş və beynəlxalq hüququn subyektləri kimi dövlətlərlə 

transmilli şirkətləri bərabərləşdirmək üçün istifadə edilən transmilli hüquq nəzəriyyələrinə 

uyğundur. 



İnkişaf edən ölkələrin hüquq ədəbiyyatında həmçinin “inkişaf üzrə beynəlxalq hüquq” 

konsepsiyası geniş yayılmışdır. Bu nəzəriyyəyə görə ən yoxsul ölkələr inkişaf etmək üçün 

xüsusi hüquqa malik olmalıdır. 

Beynəlxalq iqtisadi hüquq ümumi və xüsusi hissələrə bölünür. Ümumi hissəyə 

aşağıdakıları əks etdirən beynəlxalq-hüquqi institutlar daxildir: 

- beynəlxalq iqtisadi hüququn xüsusi (sahəvi) prinsipləri; 

- dövlətlərin, beynəlxalq iqtisadi hüququn digər subyektlərinin hüquqi 

vəziyyətləri; 

- beynəlxalq iqtisadi münasibətlərin “operatorları”nın beynəlxalq-hüquqi 

statusu; 

- dövlət mülkiyyəti rejimi və “bəşəriyyətin ümumi varidatı” rejimi də daxil olmaqla 

müxtəlif növ resursların beynəlxalq-hüquqi rejimi; 

- “iqtisadi inteqrasiya hüququ”; 

- “iqtisadi inkişaf hüququ”; 

- beynəlxalq iqtisadi hüquqda dövlətlərin məsuliyyəti qaydaları və sanksiyaların tətbiqi; 

- beynəlxalq iqtisadi qaydanın və beynəlxalq iqtisadi təhlükəsizliyin ümumi əsasları; 

- beynəlxalq mübahisələrin tənzimlənməsinin prosessual normaları və s. Xüsusi hissəyə 

bütün əsas növ resursların (əmtəələr, maliyyə, investisiyalar, işçi qüvvəsi) transsərhəd 

hərəkətini tənzimləyən altsahələr/institutlar daxildir: 

- beynəlxalq ticarət hüququ, bu hüququn çərçivəsində əmtəələrin hərəkəti, həmçinin 

xidmətlərlə, intellektual mülkiyyətin nəticələri ilə ticarət tənzimlənir; 

- beynəlxalq maliyyə hüququ, bu hüquq maliyyə axınlarını, hesablaşma, valyuta, kredit 

münasibətlərini tənzimləir; 

- beynəlxalq investisiya hüququ, bu hüquq çərçivəsində investisiyaların (kapitalın) 

hərəkəti tənzimlənir; 

- beynəlxalq miqrasiya hüququ, bu hüquq çərçivəsində əmək resurslarının, işçi qüvvəsinin 

hərəkəti tənzimlənir; 

- beynəlxalq iqtisadi yardım hüququ, bu hüquq əmtəə hesab edilməyən maddi və qeydi-

maddi resursların hərəkətini tənzimləyən normalar məcmusudur. 



Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi zamanı müxtəlif metodlardan 

istifadə edilir. Dövlətlər normaları formalaşdırarkən qadağa, məcburetmə və yolvermə 

kimi metodlardan aktiv surətdə istifadə edirlər. Normativ sərtlik nöqteyinəzərindən 

dövlətlər tövsiyyə, dispozitiv və imperativ metodlardan istifadə edilir. 

Həmçinin birtərəfli hərəkət, ikitərəfli, çoxtərəfli və üstmilli tənzimləmə metodları 

fərqləndirilir. Son zamanlar transmilli hüquq metodu anlayışından da geniş istifadə edilir. 

Məqsəd və maraqlar nöqteyi-nəzərindən dövlətlər tənzimlənin ya koordinasiya, ya da 

subordinasiya metoduna üstünlük verirlər. 

Beynəlxalq hüququn ayrı-ayrı sahələrində və altsahələrində tənzimlənən xüsusi 

metodlarından da istifadə edilə bilər. Məsələn, beynəlxalq ticarət hüququnda əmtəələr 

üzrə və ya sektorlar üzrə tənzimləmə metodu mövcuddur. 

Eyni zamanda, dövlətlər və beynəlxalq təşkilatlar arasında səlahiyyətlərin bölüşdürülməsi 

metodu mövcuddur. 

Bütövlükdə beynəlxalq münasibətlər sisteminə təsir metodu kimi beynəlxalq təşkilatların 

təsis edilməsi metodu çıxış edir. Bura həm qeyri-hökumət təşkilatlarının yaradılması, həm 

də inteqrasiya birliklərinin yaradılması da aiddir. 

Beynəlxalq təşkilatlar daxilində dövlətlər qərarların qəbul edilməsi üçün konsensus, 

əksəriyyət və s. metodlardan istifadə edirlər. 

Beynəlxalq hüquqa və daxili hüquqa təsir aşağıdakı metodlarla həyata keçirilir: 

beynəlxalq-hüquqi normaların unifikasiyası, daxili hüquq normalarının unifikasiyası, 

daxili hüquq rejimlərinin konvergensiyası, beynəlxalq hüququn daxili hüquqa daxil olması 

və s. 


Yuxarıda deyilənlərdən aşağıdakı iki nəticəni çıxarmaq olar: 

- beynəlxalq iqtisadi hüququn hər bir altsahəsinin və ayrı-ayrı institutlarının öz metodu və 

ya metodlar çələngi mövcuddur; bu metodlar tənzimlənən münasibətlərin 

xüsusiyyətlərinin nəzərə alır; 

- hüquqi tənzimlənmənin bu və ya digər metodlarının düzgün seçimi tənzimləmə 

obyektinə təsirin lazımi səmərəlilik dərəcəsini təmin edir. 

Düzgün metodu seçməklə lazımi nəticə ən qısa yol vasitəsilə əldə edilir. 

Beynəlxalq iqtisadi hüququn beynəlxalq publik hüququn bir sahəsi olması anlayışından 

çıxış etsək, belə məntiqi nəticəyə gəlmək olar ki, beynəlxalq hüququn subyektləri həm də 

beynəlxalq iqtisadi hüququn subyektləridir. Beynəlxalq hüquqda subyektlər kimi adətən 




dövlətlər və beynəlxalq təşkilatlar qəbul edilir. Onlar adətən şərti olaraq publik şəxslər 

termini ilə ümumiləşdirirlər. yalnız onlar beynəlxalq hüquq subyektliyi keyfiyyətinə 

malikdirlər. 

Beynəlxalq iqtisadi hüququn subyektləri beynəlxalq ictimaiyyət anlayışını formalaşdırırlar. 

Beynəlxalq ictimaiyyət öz növbəsində bir tərkib hissəsi kimi beynəlxalq iqtisadi sistemə 

daxildir. 

Beynəlxalq iqtisadi hüququn subyektlərinin statusunun əsas xüsusiyyəti ondan ibarətdir 

ki, onlar təkcə norma və öhdəliklərin daşıyıcıları deyillər. onlar həm də beynəlxalq hüquqi 



normaların yaradıcılarıdırlar. 

Yüklə 292,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə