I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi


Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur



Yüklə 292,61 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix31.12.2021
ölçüsü292,61 Kb.
#82227
1   2   3   4   5   6
Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur: 

1.

 



Liberal model. (Amerika modeli)  

2.

 



Sosial yönümlü bazar iqtisadiyyatı modeli 

3.

 



Bazar iqtisadiyyatının sosial – demokratik modeli 

 

 



Azərbaycanda  bazar  iqtisadiyyatının  amerikan  modelindən  istifadə  edilmsinə  daha  çox 

üstünlük  verilirdi.  Bunun  səbəbini  onunla  izah  etməyə  çalışırlar  ki,  70  il  ərzində  bizdə 

cəmiyyət hesabına yaşama prinsipi hökm sürüb, hal-hazırda bunu düzəltmək lazımdır. İndi 

cəmiyyətin  hər  bir  üzvü  sahibkar,  mülkiyyətçi  olmaqla,  Amerika  vətəndaşları  kimi, 

özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər. Yəni, bu cəmiyyətdə hərə öz 

gücünə arxalanmalıdır. 

 

Artıq biz aydınlaşdırdıq ki, bazar iqtisadiyyatı açıq iqtisadiyyata daxildir. Lakin onu 



da  qeyd  etmək  lazımdır  ki,  bazar  iqtisadiyyatında  azad  sahibkarlıq  hökm  sürür.  Bəs 

Azərbaycanda müasir dövrdə sahibkarlıq fəaliyyəti necədir? 

 

Azərbaycanda  həyata  keçirilən  iqtisadi  islahatların  əsas  istiqamətlərindən  biri  də 



sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi, 

təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 

1998-ci  ildə  ÜDM-nun  55  faizi  özəl  bölmənin  payına  düşmüşdür.  1998-ci  ilin  əvvəlində 

respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox 

kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir. 



 

Bununla  belə,  bu  gün  respublikamızda  sahibkarlıq  fəaliyyəti  qarşısında  heç  bir 

problem  olmadığını,  sahibkarlıq  mühitinin  isə  tamamamilə  qənaətbəxş    olduğunu  iddia 

etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayıilə münasibətdə  fəaliyyət göstərən 

özəl müəssisələrin kəmiyyəti, həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər 

ölkələrə nisbətən xeyli azdır. 

 

Qərb  ölkələrinin  təcrübəsi  göstərir  ki,  özəl  bölmənin,  xüsusən  kiçik  sahibkarlığın 



inkişafı  dövlətin  daimi  himayəsi  və  fəal  köməyi  sayəsində  baş  verir.  Bununla  yanaşı  bu 

ölkələrdə  dövlət  qanunvericilik,  inzibati-hüquq,  büdcə  və  s.  vasitəsilə  sahibkarlıq 

fəaliyyətini tənzimləyir. 

 

Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, gömrük, bank-



kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət məmurlarının özbaşınalığı və s. ilə 

xarakterizə  olunur.  Qeyd  edilmiş  bu  problemlərin  aradan  qaldırılması  sahibkarlıq 

fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycannın yüksək iqtisadi inkişafı üçün 

istifadə etməyə imkan verəcəkdir. 

 

 

Açıq iqtisadiyyatda kapitalın beynəlxalq axını da mühüm rol oynayır. Kapital ixracı 



xarici  bazarlar  uğrunda  mübarizədə  ölkəərin  iqtisadi  və  siyasi  mövqeyini 

möhkəmləndirmək məqsədilə həyata keçirilir. Tarixi baxımdan kapital ixracı əsasən dövlət 

və xüsusi kapital formasında həyata keçirilir. Kapital ixracından istifadənin sahibkar və borc 

kapitalı formasını göstərmən olar. 

 

Kapital  ixrac  edən  xaricdə  öz  kapitalını,  kənd  təsərrüfatına,  ticarətə  və  s.  sahələrə 



qoyan  sahibkar  kimi  çıxış  edir.  İxrac  olunan  kapital,  sahibkar  kapitalı  formasında  öz 

sahibinə sahibkar mənfəəti gətirir.  

 

Dünyanın  bazar  iqtisadiyyatı  ölkələrinin  infrastrukturunda  müxtəlif  xidmətlər 



göstərən  kompaniyaların  rolu  çox  böyükdür.  Bunların  arasında  ən  geniş  yayılmış 

kompaniyalardan biri beynəlxalq lizinq kompaniyalarıdır. Beynəlxalq lizinq dedikdə, lizinq 

kompaniyası  tərəfindən  digər  bir  ölkədə  xarici  bir  firmadan  hər  hansı  bir  əmlakın  pulla 



alınıb, digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür. Lizinq xidməti, 

dünayanın  İEÖ-də  son  25-30  ildə  geniş  vüsət  almışdır.  Lizinqin  yayılmış  növlərindən 

maliyyə lizinqi, beynəlxalq lizinq və ixrac lizinqini göstərmək olar. 

 

Kapital  ixrac  edən,  kapital  qoyulan  ölkədə  fəaliyyət  göstərən  sahibkar  rolunda  çıxış 



etməyə də bilər. O, öz kapitalını xarici sahibkarlara və ya başqa dövlətlərə borc verə bilər. 

Borc  kapitalı  mülkiyyətçilər  tərəfindən  fəaliyyətli  sahibkarlara  borc  verən  və  faiz  gətirən 

kapitaldır. Borc alanlar sənayeçılər, tacirlər, iri fermerlərdir ki, bunlar da qazanc əldə etmək 

üçün borc almış pulu kapital şəklində istifadə edirlər. 

 

Müasir dövrdə dövlət kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf 



edilir.  Dövlət  kapital  ixracı  əsasən  göndərilən  malları  kreditləşdirmək  vasitəsi  kimi 

istiqrazlar  şəklində  və  xarici  bankların  cari  hesablarına  qoyuluşlar  şəklində  ixrac  olunur. 

Müasir  şəraitdə  kapital  ixracının  mühüm  xüsusiyyətlərindən  biri  dövlətin  beynəlxalq 

təşkilatları  tərəfindən  kapital  ixracının  artmasıdır.  Bu  işdə  beynəlxalq  kredit  təşkilatları 

(Dünya  Bankı,  Beynəlxalq  Maliyyə  Korporasiyası,Avropa  Bərpa  və  İnkişaf  Bankı  və  s.) 

mühüm rol oynayırlar.Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət 

göstərirlər. 

 

Beynəlxalq  və  xarici  kapital  bazarlarında  beynəlxalq  kredit  müxtəlif  formalarda, 



istiqraz,  səhm  və  başqa  qiymətli  kağızlar  emissiyası  şəklində  həyata  keçirilir.  Beynəlxalq 

kredit müxtəlif ölkələrin dövlətlərinin bir-birinə verdiyi kreditə deyilir. Beynəlxalq kredit 

kommersiya, bankir və dövlət krediti formasında həyata keçirilir. 

 

Hazırda dünya ölkələrində bankların rolu xeyli artmışdır. Bankların verdiyi kreditlər 



təkcə  bura  cəlb  edilmiş  azad  pul  vasitələri  hesabına  yox,  həm  də  özünəməxsus  kapital 

vaitəsilə  həyata  keçirilir.  Bundan  əlavə,  banklar  ölkədə  maliyyə  vəziyyətinin  normal 

gedişini,  qiymətlrin  səviyyəsini.  Ölkənin  tədiyə  balansını  və  beləliklə  də  iqtisadi  artım 

prosesini təmin etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanına malikdir. 

 




Yüklə 292,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə