I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi


Açıq iqtisadiyyatın mahiyyəti və üstünlükləri



Yüklə 292,61 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix31.12.2021
ölçüsü292,61 Kb.
#82227
1   2   3   4   5   6
Açıq iqtisadiyyatın mahiyyəti və üstünlükləri 

 

Ümumiyyətlə iqtisadiyyatın iki tipi mövcuddur: 



1.  Açıq iqtisadiyyat 

2. Qapalı iqtisadiyyat 

 

Bunların hər birinin özünəməxsus xüsusiyyətləri, göstəriciləri inkişaf meylləri var. 



Açıq iqtisadiyyat olduğuna görə biz qapalı iqtisadiyyat yox, açıq iqtisadiyyat haqqında 

söhbət açacağıq. Açıq iqtisadiyyatın bütün göstəricilərini, inkişaf meyllərin, 

qanunauyğunluqlarını üzə çıxaracaq, ona daxil olan sistemlər haqqında ətraflı məlumat 

verəcəyik. İndi isə bu dediklərimiz haqında qurduğumuz plan əsasında daha ətraflı tanış 

olaq. 

Açıq  iqtisadiyyat  haqqında  danışarkən  ilk  növbədə  onun  nə  demək  olduğunu  bilmək 



lazımdır. Açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında çox böyük fərq vardır. Belə ki, açıq 

iqtisadiyyatda  bazar  iqtisadiyyatı  hökm  sürür.  Burada  sağlam  rəqabət  gedir.  Ölkələr 

arasında  qarşılıqlı  idxal-ixrac  olur.  Açıq  iqtisadiyyatın  hökm  sürdüyü  ölkə  tam  müstəqil 



olur, heç bir ölkədən asılı və heç kimin himayədarlığı altında olmur. Bütün bu dediklərimiz 

qapalı iqtisadiyyatda yoxdur. Deməli, bu sadalananlar açıq iqtisadiyyatla qapalı iqtisadiyyat 

arasında olan fərqi təşkil edir. 

 

Açıq  iqtisadiyyatda  həmçinin  xarici  iqtisadi  əlaqələr  də  mühüm  rol  oynayır.  Məs: 



keçmiş SSRİ ilə Türkiyə arasında münasibətlər çox gərgin olduğuna görə Naxçıvan Muxtar 

Respublikasında sərhəddə yerləşən Sədərək qəsəbəsi çox əlverişsiz iqtisadi-coğrafi mövqeyə 

malik  idi.  Azərbaycan  Respublikası  müstəqilliyə  nail  olduqdan  və  Türkiyə  ilə  özünün 

dostluq,  qardaşlıq  münasibətlərini  bərpa  etdikdən  sonra  Sədərək  qəsəbəsinin  iqtisadi-

coğrafi mövqeyi təkcə bu iki ölkə üçün deyil, həm də mərkəzi Asiya ölkələri üçün xüsusi 

əhəmiyyət  kəsb  etməyə  başladı.  Yaxud,  Bakı-türkmənçay  gəmi-bərə  xətti  işə  düçdükdən 

sonra Mərkkəzi Asiya respublikalarınıın, Rusiyanın Sibir, uzaq şərq rayonlarının, habelə Çin 

və  Yaponiyanın  Avropa  ölkələri  ilə  nəqliyyat-iqtisadi  əlaqələrində  Respublikamızın 

iqtisadi-coğrafi mövqeyinin qat-qat artmışdır. 

 

Son illərdə İran və Türkiyə ilə mehriban qonşuluq münasibətləri möhkəmlənir. Astara, 



Biləsuvar, Cəlilabad, Cəbrayıl, Babək, Sədərək rayonlarında yeni yaradaılmış sərhəd keçid 

məntəqələri  və  dömrükxanalar,  Araz  çayı  üzərində  salınan  yeni  körpülər,  İranla  birgə 

tikilməkdə olan Muğan SES və s. buna əyani nümunədir.  

 

Respublikamızın  mavi  yanacaqla  təmin  olunmasında  İran-Azərbaycan  qaz  kəməri 



mühüm rol oynayır. Gələcəkdə İran, Azərbaycan və Türkiyə arasında qarşılıqlı enerji verilişi 

gücləndiriləcəkdir. 

 

Azərbaycan  öncə  qeyd  etdiyimiz  kimi,  açıq  iqtisadiyyatda  qarşılıqlı  idxal-ixracda 



mühüm  rol  oynayır.  Respublika  daxilində  istehsal  olunan  məhsulların    xarici  ölkələrə 

satılması  və  xarici  ölkələrdən  lazım  olan  məhsulun  alınması  xarici  ticarət  adlanır  və  əsas 

xarici-iqtisadi əlaqə hesab edilir. Hal-hazırda respublika 52 xarici ölkə ilə ticarət edir. Ən sıx 

iqtisadi əlaqə İran, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ, Qazaxıstan, Ukrayna, Almaniya, 

Fransa,  BƏƏ,  Macarıstan,  Polşa  və  digər  dövlətlərdir.  Danimarka,  Yaponiya,  Finlandiya, 



İraq və digər ölkələrə Azərbaycan yalnız mal ixrac edir. İrlandiya, Kanada, Misir, Norveç, 

İsveç,  Sinqapur,  Hindistan  və  s.  ölkələrdən  isə  mal  idxal  edir.  Azərbaycandan  əsas  ixrac 

olunan  mallar  neft  və  neft  məhsulları,  xam  neft,  pambıq  lifi,  əlvan  metallar,  kimya 

məhsulları,  soyuducular  və  onlar  üçün  buraxılacaq  neft  avadanlığı,  kondisionerlər,  şərab 

məhsulları, meyvə konservləri və s. mallardır. Ümumi dəyərinə görə neft və neft məhsuları 

əsas yer tutur.  

 

Xarici ölkələrdən şəkər, yağ, un, sitrus meyvələri, buğda, uşaqlar üçün süd, müxtəlif 



maşən və avadanlıq, hazır paltar, parçalar, ayaqqabı,məişət əşyaları və s. gətirilir. Rusiyadan 

əsasən taxıl, metal, meşə materialı, müxtəlif maşın və avadanlıq, Ukraynadan ət, şəkər, yağ, 

nəqliyyat vasitələri, Belarusiyadan ərzaq məhsulları, avtomobil, traktorlar, Qazaxıstandan 

taxıl, ət, metal və s. alır. 

Açıq  iqtisadiyyat  mövcud  olan  ölkələrdə  həm  də  bazar  iqtisadiyyatı  mövcuddur.  Çünki 

bazar iqtisadiyyatı hökmranlıq edən inkişaf etmiş ölkələrdə azad sahibkarlıq və azad ticarət 

prinsipi hökm sürür. Bu prinsipin mahiyyəti ondan  ibarətdir ki, hər bir şəxs (fiziki və ya 

hüquqi) qanunla qadağan edilməmiş sənət və kommersiya fəaliyyətinin istənilən növü ilə 

məşğul ola bilər. Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil 

edir. Ancaq bundan başqa onlara daxili və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, 

bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir. 

 

İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət 



tənzimlənməsinin    iki  üsulunun  mövcud  olduğunu  göstərir:  iqtisadi  və  inzibati. 

Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, 

kredit,  valyuta,  gömrük  siaysəti  vasitəsilə  həyata  keçirilir.  Qiymətlərin  dövlət  tərəfindən 

tənzimlənməsi 

bazar 

mexanizminin 



 

fəaliyyətini 

pozmur, 

qiymətin 

iqtisadi 

əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır. 

 

Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqaladə hallarda, 



iqtisadiyyatın böhran keçirdiyi, sürətli inflyasiya təsərrüfat kompleksinin bütün sahələrində 


tənəzzül  baş  verdiyi  şəraitdə,  digər  məhsulların  qiymətlərinin  sürətli  artımından  əhalini 

soial  müdafiə  etmək  məqsədilə  də  həyata  keçirilə  bilər.  Bu  halda  hökumət  özü  inzibati 

qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və 

dəyişdirir. 

 

Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola 



bilər. Parlament tərəfindən qiymətlər üzrə qanunların qəbul edilməsi müəssisələr, eləcə də 

onlarla  dövlət  arasındakı  münasibətlər  üçün  hüquqi  əsaslar  yaradırlar.  Bu  qanunlar 

kompleksi  mülki  hüququn  tərkib  hissəsi  olanqiymət  hüququnu  təşkil  edir.  Səlahiyyətli 

orqanlar qiymət hüququ əsasında qiymətlərin tənzimlənməsi üzrə inzibati fəaliyyəti həyata 

keçirirlər. Onların pozulması zamanı günahkarlar məsuliyyətə cəlb olunurlar. Qiymətlərin 

tənzimlənməsi üzrə birbaşa fəaliyyət nazirliklər və Milli Bank tərəfindən aparılır. Bir sıra 

dövlətlərdə  tərkibinə  tanınmış  mütəxəssislər,  həmkarlar  təşkilatının  nümayəndələri, 

sahibkarlar,  fermerlər  daxil  olan  ekspert  komissiyaları  yaradılır.  Bu  komissiyalar  dövlət 

idarələrinə və hökumətə qiymət məsələləri üzrə məsləhətlər verir, eləcə də müvafiq qanun 

layihələri haqqında öz fikirlərini bildirirlər. 

 

Ümumiyyətlə, bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini 



təşkil edir və iqtisadi inkişafımız bu istiqamətdə formalaşır. Getdikcə bazar münasibətləri 

daha geniş xarakter alaraq bütövlükdə istehsal münasibətlərinin mahiyyətini dəyişir və ona 

yeni məzmun verir. Bu proses getdikca daha da genışlənməli və mövcud iqtisadi böhrandan 

çıxmağın  əsas  yolu  olmalıdır.  Yalnız  bazar  iqtisadiyyatına  keçıd,  dünya  iqtisadi 

sivilizasiyasına  qayıdış  respublikamızı  düşdüyü  bu  ağır  iqtisadi  vəziyyətdən  qurtarmağa 

imkan verəcəkdir. 

 

Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  Respublikasının  dünya  iqtisadiyyatına 



daxil  olması  və  onun  tələblərinə  uyğunlaşması,  inzibati-amirlik  sistemindən  bazar 

iqtisadiyyatına  keçməyi  tələb  edir.  Hal-hazırda  Azərbaycanda  iqtisadiyyatın  bazar 

prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə 

edilməsi sahısində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı 




ölkələrində  istifadə  edilən  modellərin  xüsusiyyətlərinin  öyrənilməsi  böyük  əhəmiyyətə 

malikdir.  Mövcud  olan  bazar  modelləri  və  onların  inkişaf  istiqamətləri  geopolitik 

vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət 

və ənənələrindən, məhsuldar qüvvələrin  inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan 

sosial gərginlikdən asılıdır. 


Yüklə 292,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə