I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə9/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   5   6   7   8   9   10   11   12   ...   159

21

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

mıyla canıma yayılır elə bil… Sanki məni əhatə edən hər bir predmet «Salam Türkün 

bayrağına» şərqisi ötür.

Tarixin  tunc  dönəmindən  boylanır  Amasiya  Qalası  (Harşena).  Daş  kitabəsi 

şəhadət verir ki, qala Osmanlının sonuna qədər (MÖ.3200) öz fəaliyyətini hifz edə 

bilmiş, zaman-zaman təmir edilmişdir.

Heç  olurmu  Amasiya  qalasından  bəhs  edəsən,  ancaq  Kral  Qaya  məzarlarına 

baxmamış ötə biləsən. Önündən etinasız keçməkmi olar? Yerləşir Harşena dağının 

güney ətəklərində.

Babalı böyük tarixçi Strabonun boynuna. O, Kral Qaya məzarlarının krallara aid 

olduğunu dönüb-dönüb yazıb da!

Kral  Qaya  məzarlarının  insan  ruhunu  dünyanın  min  bir  çeşdili  sirrin,  pünhan 

yaşamı ilə baş-başa qoyduğu aurasından ayrılmamış məşhur Qızlar Sarayının axar-

baxarı çəkir könlümü. Baxdıqca uşaqlıq illərimin bir bilməcəsi ötür yaddaşımda:

Biz biz idik,

Otuz iki qız idik!

Əzildik,

Büzüldük,

Bir taxçaya düzüldük.

Tarixin ötən yüzilikləri bir taxçaya düzülmüş kimidi burada; əvvəl yalçın qayalar 

sıralanıb… Sonra iki qaya səmtinə qol açan daş hasar. Dörd yanı yoxun-yosun… Bu 

hasarın o üzündən qarşı duran abidələr xana-xana evlərdimi, ya elə tarixin, zamanın 

şəklidi durub?

Sındırma könlümün şüşəsin, zalım…

Aynalı Mağaranın tarixə, ötüb keçən ruzigarlara səslənişi belə… Miladdan öncə 

ikinci yüzilliyə hesablanıb yaşı. Qaya təsvirlərinin ən baxımlı olanlarındandır. Silinib-

pozulmaz  yadigarlarına  –  Həzrəti  Məryəmin  və  on  iki  həvarinin  rəsmlərinə  tari-

xin daş aynasından baxılır burda. Təsvirlərin rəng çalarlarına baxdıqca adamın əli 

üzündə qalır.



Yaşananlar necə də yaxın,

Və özü də necə uzaq!

İnanmayan Aynalı Mağaranın önündə «baxa dursun…»

Haşiyə

Şəhərin qədim tarixini özündə birər-birər yaşatmaqda olan Amasiya muzeyi ilk 

dəfə 1925-ci ildə II Bəyazid Qülləsinin bir bölümü olan mədrəsə binasının iki ota-

ğında cəmlənən az sayda arxeoloji abidələr ilə İslami dövr muncuqlarının bir araya 

gətirilməsi nəticəsində «Muzey deposu» («Muzey anbarı») olaraq yaradılmışdır.

Daha sonra abidələrin çoxalması və nümayiş etdiriləcək yeni məkanlara ehti-

yac duyulması nəticəsində eksponatlar 1962-ci ildə Səlcuqlu dönəmi abidələrindən 

olan, 1266-1267-ci il tarixli Göymədrəsə Camesinə köçürülmüşdür.

Muzeyin eksponatları 22 mart 1977-ci ildə yeni tikilən hazırkı modern binasına 

köçürülmüşdür. Abidə və Muzeylər Genel (böyük, baş) mudirliyi tərəfindən təmir 




22

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

edilmək məqsədilə qapadılmış və nəticədə abidələr yenidən xronoloji ardıcıllıqla 

sərgiyə qoyulmuşdur.

Bir çox mədəniyyət daşıyıcısı olan arxeoloji, etnoqrafik sikkə, möhür, əlyazma 

və mumiyalar olmaq baxımından təqribən 23.000 civarında abidə-eksponatı olan 

bölgənin müasir və ən zəngin muzeyi olaraq Türkiyənin mədəniyyət və turizminə 

xidmət göstərməkdədi. 

Amasiya  Muzeyi  qoynunda  nələri  süsləmir?  Məşhur  mumiyalar  salonundan-

mı,  konfrans  və  sərgi  zallarındanmı  söz  açım?  Baxçasının  sərdabə  və  məqbərə 

zənginliyindənmi soraq verim? Səlcuqlu dönəmindən Osmanlıyacan yol eyləyən ta-

rixi eksponatların hansını qoyub, hansından söz açasan? Baxça içərisindəki Səlcuqi 

Sultan I Məsuda aid türbədənmi, Osmanlı dönəminə aid arlıbaxça Camesinin (Xe-

yirli baxça) səltənətinin röyayabənzər yaşantısındanmı?

XIV əsrdə Amasiyada hökm sürmüş, Elxanilər dövrünün tanınmış simalarından 

biri  olan  Şahzadə  Cumudarın  mumiyası  bu  muzeyin  bir  əbədiyyət  saxlancı  kimi 

diqqət çəkir. Bir yanında Amasiya əmiri İmbuci Koyin, bir üzündə İzzəddin Məhmət 

Pərvanə bəy mumiyalanmış, dayandırılmış zaman qismində. Böyür-başlarında da 

müxtəlif qadın, kişi, gənc qız uşaqlarına aid mumiyalar. Sanki bütöv bir ailə, tam 

bir  nəsil  yuxuya  gedib.  İndicə  bir-bir  oyanacaqlar,  durub  bir  ocaq,  bir  süfrə  ba-

şında  cəm  olacaqlar.  Qeyri-iradi  olaraq  bu  əbədiyyət  yuxusunun  nizamını  poz-

mamaq üçün ayaq səslərini boğmağa, qımıldanmamağa, nəfəsini içinə çəkməyə 

məcbursan.  Qorxursan  səs  düşə,  aləm  oyana.  Belədi  Amasiya  Muzeyinin  gerçək 

yaşamı. Bir balaca sayğısızlıq göstərərsən, Hitit Fırtına Tanrısının qəzəbi tutar səni. 

Muzeyin saxlancından qalxar, dikələr…

Saraydüzü Qışlağı Milli Mücadilə Muzeyi və Konqres Mərkəzi isə Amamsiya ta-

rixinin ən önəmli, xüsusi şərəf duyğusu ilə ziyarət edilən bir məkandır; Nümayiş 

edilən hər eksponat Türkiyə Cümhuriyyətinin təməlini yaradan Amasiya təhsilinin 

baş ucalığını ortaya qoyur. Nəzər çəkən hər bir sənəd dil açıb 12 iyul 1919-cu ilin 

unudulmazlığından  söhbət  açır;  o  gözəl  gündə,  o  şanlı  tarixdə  şövkətli  Mustafa 

Kamal Paşa öz silahdaşları ilə bərabər Amasiyaya gəldi. İyirmicə gün sonra isə bu 

gözəl diyar artıq öz müstəqillyinə qovuşdu, gözəlimiz Türkiyə «dünyaya günəş kimi 

doğdu…»

Paşanın Türkiyə Cümhuriyyətinin təməl daşı olaraq Amasiyanı seçməsi təsadüf 



deyildi  ki!  Ruh  ruhu,  istək  istəyi  çəkirdi.  Türk  dünyasının  ən  möhtəşəm  tari-

xi gəlişmələrinin fikir babaları məhz buradan, muzeylər şəhəri Amasiyadan zəfər 

yolçuluğuna  qədəm  basmışlar.  Amasiya  Saraydüzü  Qışlası  Milli  Mücadilə  Muze-

yinin  çox  önəmli  bir  guşəsinə  nəzər  yetirirəm.  elə  bil  tarix  geri  fırlanır.  Həmin  o 

12  iyul  1919-cu  ilin  məlum  xoş  səhəri  yenidən  açılır  elə  bil.  Amasiyanın  bürcü-

bürcü təpəcikləri önündə ehtiramlı qarşılanma mərasimidi… Türk hərb geyiminin 

səliqə-səhmanı necə də yaraşır Mustafa Kamal Paşaya! Lap öndə, şövkətli  silah-

daşlarından bir addım irəlidə dayanıb. Amasiya valisi də eynən onun kimi Amasiya 

seçilmişlərinin bir addım önündə Paşayla üzbəüz dayanıb, ehtiramla baş endirib. 

Ortada  bir  əbədiyyət  sükutu…  Hər  cizgi  bir  tarix,  hər  nəzər  bir  dastan  dilmancı. 

Baxıram. O gözəl, xoş səhərlə çağdaşlığımız, bu günümüz, lap elə bu dəqiqəmiz 

arasından vaxtın sınırı, sərhəddi kimi nəzər çəkən ağlı-qırmızılı bir ip bağlantısı ke-

çir. Dünənlə bu günü bir-birinə düyən, calayan bir bağ… Zaman iynə kimi, arxasınca 

sürünən sap kimidi bu ipcik… Fərqli tarixləri bir-birinə calayır… Hər biri saplı qoz 

kimi yerindədi; öndə şövkətli Paşa, kürəyi arxasında əqidə silahdaşları, bürclər, qa-

lalar kimi… Amasiya ağsaqqalları ehtiramla pişvaza çıxıb.




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə