I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə7/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   2   3   4   5   6   7   8   9   10   ...   159

17

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



Qalxdı, köç elədi Əfşar elləri,

Ağır-ağır gedən ellər bizimdir.

Ərəb atlar yaxın edər uzağı,

Uca dağdan aşan yollar bizimdir.

«Öləni ölüb, qalan sağları bizim» olan Amasiya civarları boyu yenə də Dada-

loğlunun «Yürü, iyid, yürü, yoluna yürü» təskinliyi qəlbimdə xüsusi bir rahatlıq do-

ğururdu, ustadın «Dostun bağçasından yad əl keçməsin» diləyilə həmahəng düşü-

nürdüm. Və qəti əminliklə düşünürdüm ki, xatirə, haqq işığına üz tutub gəldiyim 

Mir Həmzə Seyid Nigari unudulmaz «keçməzəm bəzmi səmadan, Bəzmi səmadan 

keçməzəm»  misralarını  elə  gözəlimiz  Amasiyanın  bənzərsiz  təbiət  gözəlliklərinə, 

göy  səmasına,  göy  çəmənlərinə,  bəzmi-keçilməzliklərinə  xoş  nəzər  yetirə-yetirə 

düzüb-qoşub…

Fərqindəydim ki, Amasiya milli mədəniyyət abidələri sırasında yer alan Şirvanlı 

İsmayıl Türbəsi özəlliklə Azərbaycanın Şirvan bölgəsini bütün tarixiliyi ilə özündə əks 

etdirməkdədi. Bu gözəl türbə Sədrəzəm Şirvanizadə Mehmet Rüşti Paşa tərəfindən 

1870-ci ildə babası İsmayıl Siracəddin əfəndi üçün yapdırılmışdır.

Bundan başqa, Amasiyada Şirvanlı (Azərilər) Camesi hələ də öz gözəlliyi, unikal-

lığı ilə nəzər çəkməkdədi, «qüdrətdən səngərli-qalalı dağlar» (Aşıq Ələsgər) fonun-

da kutsal bir ruh camesi, mehrabı kimi süslənib. Məscid Qarabağlı Şeyx Hacı Mah-

mud Əfəndi tərəfindən Azərbaycanın Şirvan bölgəsindən (Şirvan kəndi) toplanan 

yardımlar hesabına 1876-1895-ci illər arasında yapdırılmışdır.

Bütün bunları bilmək, bilib də nədənliyi üzərində düşünmək son dərəcə qürur 

doğuran, tarixə ehtiram hissi oyadan məqamlardı.



Özəlliklər səpilmiş qayalıqlara

İndi o səmimi, unudulmaz görüşlərdən mənə yadigar çeşidli xatirələr, fotoşəkillər, 

sənədli film lentləri qalıb. Anmadığım, xatırlamadığım gün, saat olmur heç.

Doğru sözdü, deyəni düz deyib ki, «Amasiya o şəhərdir ki, burada tək-tənha bir 

at ayağıyla yer eşəsi olsa dırnağı bir mədəniyyət abidəsinə toxunur».

Yüzdə-yüz belədi. Bu oxunanların arxasınca yarı folklordan, yarı da Hüsaməddin 

Özgünün ruhundan süzülüb gələn misralar da deyildiyi kimi:

Haşena qalasında bir kor quyu var:

İçində nar ağacı.

Özəlliklər səpilmiş qayalıqlara -

Neçə min ildi

Amasiyanı seyr etməkdən

Doya bilməmiş

qayaların arasından boylanır ruhlar

…Qalanın ətəyinə tor kimi çökmüş

yol boyu evləri

Xəyalı oynadır indi.

Nazlı-nazlı axan Yaşılirmağı

Seyr edir illərdir

sevgiylə bəslədiyi

Hazeranlar imarəti…

Tam on üç dəfə sivilizasiyaya



18

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



beşik olmuş

Cümhurriyyət günəşinin doğduğu

Amasiya şəhəri.

Ümidlə çiçək açmış hər il

Gül budaqları.

Məmləkət sevdasıyla türkü söyləmişdilər

Alma toplayan gənclər

min coşquyla

biçilib getmiş əkin.

Qəlbimə doğru axar

Amasiya torpağının atdındakı odlu su…

Söhbətlər dəmə gələr samovar çayı ilə,

Yemək vaxtı süfrəyə gələn

Ən gözəl təam

Nə zeytun yağı, nə də gül mürəbbəsi.

Yeddinci şəhərin havasını

çəkir içinə…

Duysun ruhlar,

və məst olsun könüllər…

Amasiyalı coğrafiyaşünas Strabon yüzilliklərin o üzündən səslənirdi ki, «Xəyal 

gücünün görə bildikləri əsla yox edilə bilməz…»

Eyni zamanda şanlı, müzəffər Türk sərkərdəsi, qalib Türkiyə Cümhurriyyətinin 

qurucusu Mustafa Kamal Atatürkün dedikləridi: «Amasiya – İnqilab və Cümhuriyyət 

tarixinə həmişə əhəmiyyətini qoruyub saxlayacaq bir mövqe sərgiləmişdir…»

24 sentyabr 1924-cü ildə qüdrətli paşanın dilindən səslənən bu sözlər indinin 

özündə də gül qoxuyur…

Amasiya  vilayətinin  təkcə  şəkillənmiş  tablosuna  baxmaq  cənnət  sehrinə, 

möcüzələr adasına düşmək kimidir.

Bu bənzərsiz vilayətin özəlliklərini Amasiya valisi Abdul Cəlil Öz belə nişan verir: 

«Amasiya tarix boyunca ev sahibliyi etdiyi mədəniyyətlərin saysız dəyərinin qorun-

duğu, xəzinə olan keçmişi gələcəyə apara bilən gözəl  bir diyardır».

Bu sevda ölüncədi…

Çanaqqala  savaşında  şəhid  olan  türk  əsgərinin  könül  verib,  ilqar  bağladığı 

xanım  əfəndinin  dəfn  günü  haqqında  oxuduqlarım  Amasiyadakı  Fərhad  ilə  Şirin 

abidələrinin tamaşasına durduğum anlar kino lenti kimi keçirdi gözlərim önündən. 

Şəhid  sevgilisinin  yolunu  gözləyə-gözləyə  qəbir  evinə  endirilən  xanıməfəndinin 

cansız cəsədi yanına bir torba da qoyurlar. Məlumatsız adamlar bu torbada nə ol-

duğu  ilə  maraqlanırlar.  «Vəsiyyətinə  əməl  etdik»  –  deyirlər  –  sevgilisi  Çanaqqala 

döyüşünə yola düşən gündən darağının dişində tökülən hər saç tükünü şahid kimi 

saxlayıbmış  ki,  qiyamət  günündə  o  saçlara  özgə  əl  dəymədiyinə  şahidlik  etsin… 

Dişləri töküldükcə yığıb saxlayıbmış ki, qəbir evində dodaqlarına özgə dodaqları 

toxunmadığına görə şahid dursunlar… O saçlarmış, o dişlərmiş torbada cənazəylə 

bərabər torpağa gömülənlər.

Mərhum xanıməfəndinin ruh təmizliyi dünyaya vəfa, etibar dərsi verir.

Yüzdə-yüz inanıram ki, bu xanıməfəndi sevgisi yolunda qayalar çapıb, dağlar 

oynadan, sevgisi şahlara döv gələn, zamanın dizini qatlayan Fərhadın mənəvi yav-



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə