394
I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya
qapısından artıq içəri daxil olmuş və öz sözü ilə desək,
“Ateşi mihr-i ebed sineden eksik olmaz,
Çünki ferman-ı İlahi ile yanmış bu ocaq”.
O, həyatı boyu Allahı zikr etmiş, varlıq kitabını örtmüş, bəşəri istəklərdən qur-
tulmuş, fani olan hər bir dünya malından imtina etmiş, İlahi qüdrət və gözəllik qar-
şısında sərxoş olmuşdur. Nigari öz varlığını Haqqın varlığında yox edərək gerçək bir
qul olmağı bacarmışdır ki, İlahi hidayət və kəramət ona bəxşiş olaraq verilmişdir. Al-
lahın təqdiri onun şeirini hikmət xəzinəsi kimi insanlığa təqdim etmiş, nəinki Haqq
dostu, insanlığın dostuna çevirmişdir.
İstifadə olunmuş ədəbiyyat
1. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, Nurlan, 2007.
2. İslam dininin əsasları-I (Əqidə), Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010.
3. Mevlana Halid-i Bağdadi. Risale-i Halidiyye tercümesi-İsmail Fakirullah, Yasin yayınevi, İstanbul, 2007.
4. Nigari. Divan. Hazırlayan: Prof. Dr. Azmi Bilgin. İstanbul, 2010.
395
I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya
CICIMLIDƏN AMASIYAYA GEDƏN
TƏSƏVVÜF YOLU
Prof.Dr. Şikar QASIMOV
*
Flora QASIMOVA
**
Xülasə
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizin bütün
dövrlərinin obyektiv şəkildə öyrənilməsinə başlanılmışdır. Sovet imperiyası uzun
illər Azərbaycan tarixini saxtalaşdırmağa, ədiblərin və dahi şəxsiyyətlərin adlarını
unutdurmağa çalışmışdır. Sovet hökuməti İslam dinini unutdurmaq üçün uzun illər
mübarizə aparmışdır. Bu mübarizədə, xüsusilə XX əsrin 30-cu illərində yüzlərlə şeyx
və iman sahibləri edam edilmiş və yaxud da represiyaya məruz qalmışlar.
Xalqın yaddaşından unutdurulmağa çalışılan böyük mütəfəkirlərdən biri də
təsəvvüf ədəbiyyatının böyük nümayəndəsi, dahi şəxsiyyət, Laçın rayonunun Ci-cimli
kəndində doğulub boya-başa çatmış MirHəmzə Nigari olmuşdur. Məqalədə Qara-
bağ (Laçın) aşıq şerlərinin bilicisi, divan sahibi və təsəvvüf ədəbiyyatının də-yərli bir
şairi olmuş Mir Həmzə Nigarinin həyatı, fəaliyyəti və yaradıcılığl barədə açıqlama
verilmişdir. Eyni zamanda məqalədə Mir Həmzə Nigarinin doğulub boya-başa çatdı-
ğı, Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz-türk yurdu olan Laçın rayonu
haqqında söz açılır. XIX əsrdə yaşayıb yaratmış Həmzə Nigarinin Cicimlidən Amasi-
yaya gedən yolunun onu bütün türk dünyasında tanıtdırmasından danışılır.
Açar sözlər: İslam dini, represiya, aşkarlıq, Xarput, Şeyx Shikar Gasimov, Flora
Gasimova
THE WAY IS GOING FROM JIJIMLI TO AMASIA
Abstract
When the restoring independence of Azerbaijan State, it has begin to learning
in the objective picture of all times of our history. Soviet empire to falsify Azerbaijan
history long years, also, to cause to forget has worked of the name of the writers and
geniuses personalities. The Soviet empire was fighting for forget Islam religion long
years. Especially were killed sheikhs and faith masters in this fighting in the 30 years
of XX century.
Soviet government has fight long years for causing to forget Islam religion.
In this article was research one of the famous literature, poems of Mir Hamza
*.Professor, Azərbaycan Texniki Universiteti,
**.Baş müəllim, Azərbaycan Dövlət Pedoqoji Universiteti
396
I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya
Nigar. Hundreds of sheikhs and faith masters in the 30 years of XX century executed
this fighting. Same time is spoken Lachin city of Azerbaijan Republic. In this article is
given information life creative work, activities of Mir Hamza Nigar. Also in this article
are spoken introducing in all the Turkish World the way going to Amasiya of Hamza
Nigar in XIX century.
Keywords: Islam religion, reprise, publicity, Kharput, sheikh
Giriş
Azərbaycanın siyasi müstəqillikdən məhrum olduğu tarixi dövrlərinin obyek-
tiv şəkildə araşdırılmasına xüsusilə böyük ehtiyac var. Çünki, dövlət müstəqilliyi
olmayan xalqın mədəni dəyərləri əsasən daha çox talanır, tarixi saxtalaşdırmalara
məruz qalır, qəhrəmanları və dəyərli insanları isə üzə çıxarılmır. Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra tariximizin bütün dövrlərinin obyektiv şəkildə
öyrənilməsinə başlanılmışdır. Şükürlər olsun ki, müstəqillik illərində bir daha yəqin
edilmişdir ki, ictimai elmlər qarşısında nankor, unutqan yaddaşdan təmizlənmədən
daha vacib məqsəd dayanmır. 70 illik yasaqdan və təhrikdən sonra indi aşkarlıq
işığında aparılan tədqiqatlar və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə
və soykökə bağlılıq, yaxın milli tariximizin öyrənilməmiş səhifələrinin araşdırılması
indi daha mühüm əhəmiyyət kəsb edir.
Sovet imperiyası uzun illər Azərbaycan tarixini saxtalaşdırmağa, ədiblərin və
dahi şəxsiyyətlərin adlarını unutdurmağa çalışmışdır. Bu yolla sovet hökuməti İs-
lam dinini unutdurmaq üçün 70 il müddətində mübarizə aparmışdır. Bu mübari-
zənin gedişində, xüsusilə XX əsrin 30-cu illərində yüzlərlə şeyx və iman sahibləri
edam edilmiş və yaxud da represiyaya məruz qalmışlar. Bu işdə sovet və partiya
orqanları yaradıcılıq təşkilatlarından və xüsusilə ədəbiyyatın gücündən bacarıq-
la istifadə etmişlər. Və acıda olsa demək olar ki, çox vaxt öz məqsədlərinə nail
ola bilmişlər. Belə ki, Azərbaycan ədəbiyyatının roman və dram janrında yazılmış
əsərlərinin bir qismi İslam dinini və ona xidmət edənləri gözdən salmaq işinə həsr
olunmuşdur.
Həmzə Nigarinin doğulduğu Cicimlinin tarixindən
Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz-türk yurdu olan Laçın rayo-
nunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı.