123), deməli türk adlarının
çoxu tərcümə olunan mətn-
lərdən çıxarılmışdır.
Qədim salnamələrin və orta əsr sənədlərinin əsli
əlimizdə olsaydı, biz orada daha çox türk adları tapıb
tədqiqata cəlb edə bilərdik.
H’Ay folklorunda Türk, İber folklorunda
Buntürk obrazı
Ermənilər tarixi mənbələrin astarını üzünə çevi-
rərək özlərinə qurama bir tarix yaratdılar. Həmin tarixi
bünövrəsindən dağıtmaq Qarabağdakı düşmən sığnaq-
larını dağıtmaq kimi müqəddəs işdir.
Mixiyazılı kitabələri, qədim Misirin papirus
mətnlərini, xristian keşişlərin və yəhudi kahinlərin
salnamələrini öyrənərkən görürük ki, 37-ci ildən sonra
SSRİ
məkanında tarix yazılmamış, tarixin astar üzü
yazılmışdır. 70 ildə tarixin özü yox, astar üzü dərslik-
lərə, ensiklopediyalara salındı.
Ermənilər tarixin özünü yox, astar üzünü ger-
çəklik kimi qələmə verərək iddia edirlər ki, biz H’Ay
nəslindənik. Halbuki h’aylar
iltisaqi, ermənilər
flektiv
dillidirlər. H
’Aylar Yafəs övladları, ermənilər İran və
yunan hibrididirlər (Марр 1903. XXVIII-XXIX).
H’Ay dilinə bənzəyən qədim gürcü, yəni İber
dili (Патканов 1883. 199-265). N.Y.Marrın yazdığına
görə, hindavropa mənşəli olmamışdır (Марр 1903.
ХХХ-ХХХI). İosif Stalinin akademik Marrı təhdidin-
dən – 1930-cü ildən sonra kim deyə bilərdi ki, iberlər
və h’aylar türk dillərinin iki arxaik ləhcəsində da-
nışmışlar? Halbuki V əsrdə qələmə alınmış salnamə-
lərə istinadən Leonti Mroveli (XI əsr) yazır ki, Ma-
kedoniyalı İsgəndərin zamanında İberiyada
Xəzər di-
lində danışırdılar (Мровели 1979. 27).
H’Aylar necə ermənidir ki, onların milli qəhrə-
manı Türk olmuşdur? İberlər necə güclüdür ki, onların
ölkəsində Xəzər və Buntürk dillərində danışırdılar?
Xristianlıqdan qabaqkı qusan-ozan mahnılarında
deyilir ki, Türk Y’Eraklesə, hətta 120 fil gücündə olan
Postoma bərabərdir (Абегян 1975. 24). Deməli, fars-
lar üçün Rüstəm, yunanlar üçün H’Erakle, yəhudilər
üçen
Sampson kimdirsə, h’aylar üçün Türk odur.
H’Ay və İber
dilləri indiki
ermənilərin və
gürcülərin dili
deyil.
Makedoniyalı
İsgəndərin
zamanında
İberiyada köhnə
Xəzər dilində
danışırdılar.
Türk H’Erakla
və 120 fil
gücündə olan
Rüstəmə
bərabərdir.