Sabıkbasar monoteizmdən qabaq totem olmuş
itin bir cinsinin adıdır. İndi də Azərbaycan tərəkə-
mələri
çoban itlərinə Qurdbasar, Ayıbasan adları verir-
lər (Azərbaycan etnoqrafiyası. I, 1979, 231).
K.Ş.Şaniyazov yazır ki,
Basar qıpçaq tayfala-
rından biridir (Шаниязов 1974. 131).
XI əsrdə yaşamış çar Beşkenin gəlininin adı
Köşək olmuşdur. Gürcü salnamələrində həmin qadının
adı Xoşak və Xoaşak formalarında yazıya alınmışdır
(Джанашвили 1908. 241). Bundan əlavə, çar Georgi-
nin qıpçaq əsilli
Xоşak Çokali adlı sərkərdəsi vardı. O,
çar öləndə Kubasarın və Kutlu Arslanın tərəfində çari-
ça Tamara qarşı çıxmışdı (История Грузии 1946.
214).
Xoşak qadın adı dəvə balasına tapınma ilə
bağlıdır. Türk dillərində dəvənin balasına xoşək, kö-
şək deyilir. Bundan əlavə, Azərbaycan dilinin ləhcələ-
rində ağacın meyvələri yetişməmiş dibinə töküləndə
deyirlər ki, ağac xoşəklədi. XIX əsrin ortalarında
İrəvan quberniyasında
Köşəkli kəndi qeydə alınmışdır
(Шопен 1852. 495).
E. ö. VII əsrdə Midiyada
Köşək adlı kənd vardı.
Erməni tarixçiləri həmin kəndin və adını Xoşakunik
kimi yazıya almışlar (Алиев 1960. 255). Bu da
“Köşək nəslindən olanlar” deməkdir.
Çokali soyadına gəldikdə o, etononim mənşəli-
dir. Çoka, yəni Cuğa nəslinin yuxarı Araz çayı boyun-
da məbədi vardı. Orada xristianlıqdan qabaq
buğa
bütü qoyulmuşdu (Шопен 1866. 276).
Musa Xorenliyə istinadən tərtib edilən VII əsr
“Erməni coğrafiyası”nda göstərilir ki, Çuğa və ya
Cuqa Qoxten mahalında, Araz çayının sahilində,
Naxçıvanın 30 verstliyində qədim şəhərdir (Хоренс-
кий 1893. 293; Шопен 1852. 64). Cuğa nəslinin bir
qolu şimala köçmüş, Kutais quberniyasında Çoqa
qəsəbəsini (Географ IV. 2874. 719, 738) salmışdır.
Çar Beşkenin
qızının adı
Köşək
olmuşdur.
Naxçıvandakı
Cuğa şəhəri
Çoqa nəslinin
qədim
yurdudur.