Hüseyn Cavid – 130



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix11.07.2018
ölçüsü0,7 Mb.
#54857
1   2   3   4   5   6   7   8   9   ...   38

 

Hüseyn  Cavid – 130 



 

 

1.

 

Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

   


    2012-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük 

şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan 

olmasının 130 illiyi tamam olur.  

                Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə 

ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya 

romantizm ənənələri zəmnində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi 

olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın 

zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək 

nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır.  

               Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn 

Cavidin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara 

alıram:  

1.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan 

Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin 

təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbirlər 

planı hazırlayıb həyata keçirsin.  

2.   Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin. 

          

 

 



    İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 16 fevral 2012-ci il 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

Hüseyn  Cavid – 130 



 

 

2.



 

Hüseyn   Cavid 

 

(Həyat   və yaradıcılığı  haqqında  qısa  məlumat) 

 

 

                                                                            



  

                                                                         Hüseyn Cavid XX əsrdə Azərbaycan  

                                                                      ədəbiyyatının, mədəniyyətinin, bütöv türk   

                                                                      dünyasının ən görkəmli bir simasıdır, təkrar  

                                                                      olunmaz bir şəxsiyyətidir, bir şairidir, yazıçısıdır. 

 

                                                                                                   Heydər Əliyev 



   Ümummiilli  lider 

        


 

 

             Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı 



tarixində  orijinal ədəbi simalardan biridir. Cavid Azərbaycanımızın mənəvi varlığını 

təmsil edən, öz yolu, öz zirvəsi, öz aləmi olan bir sənətkardır. Öz qaynağını milli 

mədəniyyətin ən  dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir 

tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur. 

              Azərbaycanda şeirlə yazılmış pyeslərin ilk müjdəçisi, mütərəqqi romantizmin 

carçısı, yeni şeirin qadir ilhamçısı olan Hüseyn Cavid elə sənətkardır ki, müasirləri və 

xələfləri ondan hər zaman faydalanmış,  həqiqi sənətin incəliklərini, bədiilik sirlərini 

duyğularla xitab etməyi ondan öyrənmişlər. Cavid sənəti Müşfiq demişkən : “Açarı 

qeyb olan bir xəzinədir”. 

              Hüseyn Cavidin adı Azərbaycan tarixinə böyük şair, dahi dramaturq və 

görkəmli maarif xadimi, Azərbaycanda ilk mənzum faciənin müəllifi kimi qızıl hərflərlə 

yazılmışdır. 

              Hüseyn Cavid Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda ruhani ailəsində 

anadan olmuşdur. İlk təhsilini mollaxanada, sonra isə Məhəmmədtağı Sidqinin 

“Tərbiyə”adlı yeni üsullu məktəbində almışdır

1898-ci ildə məktəbi bitirən şair, Cənubi 



Azərbaycana getmiş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. 

Özünü dolandırmaq və təhsilini davam etdirmək üçün, o burada ticarətlə məşğul 

olmuşdur. 1903-cü ildə şair ali təhsil almaq məqsədi ilə İstanbula getmişdir. 1909-cu 

ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir. Təhsil illərində ərəb, fars və 

türk dillərini mükəmməl öyrənən Hüseyn Cavid Şərq və Qərb ədəbiyyatı ilə, həmçinin 

təsəvvüf  fəlsəfəsi ilə yaxından tanış olmuşdur. 1910-cu ildə Naxçıvana qayıdaraq 

müəllimlik etmiş, Tiflisdə, Bakıda pedaqoji işlə məşğul olmuşdur. 

                        İlk gənclik illərindən yaradıcılığa başlamış, “Gülçin” və “Salik” təxəllüsü ilə 

şeirlər yazmışdır.  “Keçmiş günlər” adlı ilk  şeir kitabı və “Ana” faciəsi 1913-cü ildə 

çap edilmişdir. 

                



 

Hüseyn  Cavid – 130 

 

             1915-ci ildən etibarən Cavid Bakıda yaşamış “Səfa məktəbində” müəllim 



vəzifəsində çalışmış, “Açıq söz” qəzetində əməkdaşlıq etmişdir.  Müxtəlif illərdə 

“İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Azər”, “Knyaz”, 

“Telli saz”, “Səyavuş”, “Şəhla”, “Xəyyam”, “İblisin intiqamı” və sairə əsərlərini yazıb 

sona çatdırmışdır.  

                       Hüseyn Cavid qələmindən çıxmış əsərlərin əsas ideyasını insanın, cəmiyyətin 

mənəvi oyanışı və azadlığı, bəşəriyyətin mənəvi eybəcərlik və məşəqqətlərdən xilası, 

gözəllik, həqiqət və xeyirxahlıq təşkil edir. Bir sözlə desək,  Cavid uca ideallar şairidir. 

Caviddə məhəbbət bəşəridir. Cavid üçün hər şey bəşəriləşir, məhəbbət, sevgi, eşq 

bəşəriləşərək insanın ruhuna hopur, “fikrinə, sözünə, əməlinə” dönür. Belə ideallarla 

yaşayan şair çox keçmir ki, iblis xislətli məmurların əli ilə 1937- ci il iyunun 4 - də öz 

evində həbs edilir, “xalq düşməni” damğası alır. Günahsız şairə 8 il həbs cəzası kəsilir 

və 1938-ci ildə cəzasını çəkmək üçün Maqadana, 1940-cı ildə isə İrkutsk vilayətinə 

sürgün edilir. Ağır işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən həssas, 

incə ruhlu şair  

                1941-ci il dekabrın 5-də Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonu 

Şevçenko kəndində vəfat edir.  

                1956-cı ildə Cavidin saxta ittihamlarla həbs edildiyi sübuta yetirilmiş və ona 

bəraət verilmişdi. 

                  Cavidin 100 illik yubileyi ərəfəsində canazəsi Azərbaycan xalqının böyük  

oğlu Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirildi və buradakı 

ev muzeyinin yaxınlığında dəfn edildi.1996-ci ildə böyük sənətkarın qəbri üzərində 

möhtəşəm məqbərə ucaldıldı. 

                 Hüseyn Cavidin yubileyləri ilə əlaqədar (100,120) Heydər Əliyevin verdiyi 

tarixi sərəncamlar ulu və azman sənətkarın parlaq yaradıcılığını bir daha dolğunluğu ilə 

üzə çıxartdı. Ulu öndərin layiqli davamçısı olan İlham Əliyev də görkəmli şair 

dramaturqu yaddan çıxarmamış və 16 fevral 2012- il tarixində H. Cavidin anadan 

olmasının 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam vermişdir. 

                Sərəncama uyğun olaraq dahi şairin anadan olmasının 130 illik yubileyi 

dövlət səviyyəsində qeyd olunacaq. Hüseyn Cavid dünənli, bu günlü və sabahlı 

sənətkardır. O, bir əsr üçün yox, bütün zamanlar üçündür. Bunu zaman , şair-

dramaturqun bəşəri ideyalı əsərləri  aydınlığı ilə sübuta çatdırır. Cavid öz yaradıcılığı ilə 

təkcə Azərbaycan xalqına deyil, bütün mütərəqqi bəşəriyyətə, xidmət edir. Bu böyük 

tarixi missiya bu gün də sənətkarın ölməz əsərləri ilə davam etdirilməkdədir. 

               

Səməd Vurğun adına Mərkəzi Kitabxana əməkdaşlarının 

 

böyük şair-



dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tərtib etdiyi 

biblioqrafik göstərici

   

2 dildə - Azərbaycan və rus  dilindədir. 



                Vəsaitdən istifadəni asanlaşdırmaq üçün əlifba və əks xronoloji düzülüş  

qaydası tətbiq olunmuşdur. 

 

 

                  



 

 

 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə