Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

20 


16.2.4. Sığorta  müqaviləsini  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  qorunub  saxlanılmasında 

qanuna,  digər  normativ-hüquqi  akta,  müqaviləyə  və  ya  notariat  qaydasında  təsdiq  edilmiş 

etibarnaməyə əsasən  marağı olan  fiziki  və hüquqi  şəxslərin (Faydalanan şəxslərin) xeyrinə 

bağlamaq, sığorta müddəti ərzində sığorta hadisəsi baş verməzdən əvvəl sığorta müqaviləsi 

üzrə Faydalanan şəxs qismində təyin edilmiş şəxsi(ləri) digər şəxslə(lərlə) əvəz etmək. 

16.3.  Sığortaçının vəzifələri: 

 

16.3.1. Sığortalıya  Sığortaçı  tərəfindən  müəyyən  edilmiş  qaydada  tərtib  olunmuş  sığorta 

müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin şərtləri ilə tanış etmək; 

16.3.2. Sığorta  müddəti  ərzində  baş  vermiş  sığorta  hadisəsi  ilə  əlaqədar  zəruri  olan  Sığortalı 

tərəfindən təqdim olunmalı sənədlərin toplanılmasını təşkil etmək və bununla bağlı xərcləri 

ödəmək. 


16.3.3. Sığortalıdan (Faydalanan şəxsdən, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan 

şəxsdən)  hadisə  haqqında  məlumat  daxil  olduqda  baş  vermiş  hadisənin  səbəblərini, 

xarakterini araşdırmaq, dəymiş zərərin miqdarını və ya ödəniləcək məbləği müəyyən etmək 

və nəticədə hadisəni sığorta hadisəsi kimi tanıdıqda və ödənişin verilməsindən imtina üçün 

əsaslar  olmadıqda  müqavilə  ilə  müəyyən  edilmiş  müddət  ərzində  və  qaydada  sığorta 

məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək; 

16.3.4. Sığorta  ödənişinin  verilməsindən  imtina  üçün  əsaslar  olduqda  bu  barədə  Sığortalıya, 

səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək; 

16.3.5. Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  hallar  istisna  olunmaqla, 

Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) 

və onun maddi durumu haqqında məlumatı yaymamaq; 

16.3.6. Sığortalı  tələb  etdikdə,  sığorta  müqaviləsinin  (Sığorta  Şəhadətnaməsinin)  və  sığortanı 

təsdiqləyən digər sənədlərin yeni nüsxəsini  (dublikatını) təqdim etmək; 

16.3.7. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək. 



16.4.  Sığortaçının hüquqları: 

 

16.4.1. Müraciət  Formasında  göstərilən  avtonəqliyyat  vasitəsinə  baxış  keçirmək,  onun  vəziyyəti, 

istifadə olunması qaydası və müvafiq sənədlər ilə tanış olmaq; 

16.4.2. Sığorta  hadisəsinin  səbəbini,  xarakterini,  baş  verməsi  faktını  və  şəraitini  və  ya  sığorta 

ödənişinin  miqdarını  müəyyən  etmək  üçün  zəruri  olan  məlumat  və  sənədlərin  təqdim 

olunmasını  Sığortalıdan  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna 

malik olan şəxsdən) və səlahiyyətli orqanlardan tələb etmək; sığorta hadisəsinin baş verməsi 

şəraitini  və səbəblərini  müstəqil  surətdə araşdırmaq; dəymiş zərərin səbəbini  və  miqdarını, 

irəli  sürülmüş  iddiaların  əsaslı  olub-olmamasını  və  hadisənin  sığorta  hadisəsi  olub-

olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək və ya keçirilməsini tələb etmək; 

16.4.3. Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) 

tərəfindən  ona təqdim  edilmiş  məlumatların  doğruluğunu  yoxlamaq.  Sığorta  məbləğinə  və 

riskin  dərəcəsinin  ölçülməsinə  və  dəyə  biləcək  zərərin  miqdarına  təsir  göstərə  biləcək 

məlumatın  Sığortalı  tərəfindən  qərəzlə  təhrif  edilməsi  və  ya  gizlədilməsi  halında,  sığorta 

müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək; 

16.4.4. Sığortalının  (Faydalanan  şəxsin,  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan 

şəxsin) sığorta müqaviləsinin tələb və şərtlərinə əməl etməsini yoxlamaq; 



 

 

21 


16.4.5. Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) 

sığorta  müqaviləsindən  irəli  gələn  öhdəliklərini  yerinə  yetirmədikdə  (lazımınca  yerinə 

yetirmədikdə)  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  20-ci  maddəsinin  4-cü 

paraqrafına  əsasən  sığorta  müqaviləsinin  ləğv  edilməsini  və  Mülki  Məcəllənin  424-cü 

maddəsinə əsasən ləğv etmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək; 

16.4.6. Sığorta hadisəsi ilə əlaqədar Sığortalının maraqlarını məhkəmədə təmsil etmək və ya başqa 

üsulla  onun  hüquqi  müdafiəsini  həyata  keçirmək  (lakin  bu  hüquq  Sığortaçının  öhdəliyi 

deyildir).  Sığorta  hadisəsi  ilə  əlaqədar  Sığortalının  maraqlarının  təmsil  edilməsi  və 

hüquqlarının  müdafiə  olunması  üçün  Sığortalı  Sığortaçıya  tələb  olunan  qaydada  tərtib 

olunmuş yazılı etibarnamə verməlidir; 

16.4.7. Azərbaycan  Respublikasının  qanunvericiliyində  və  sığorta  müqaviləsində  göstərilmiş 

əsaslara müvafiq sığorta ödənişinin verilməsindən imtina etmək. 

Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər 

də müəyyən edilə bilər. 

 

17. 

SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ  

 

17.1.  Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə Sığortalı (Faydalanan 



şəxs) aşağıdakıları etməyə borcludur: 

17.1.1. Baş  vermiş  hadisə  barədə  dərhal  müvafiq  səlahiyyətli  orqanları  məlumatlandırmaq,  o 

cümlədən aşağıda göstərilən hadisələr barədə qeyd olunmuş orqanlara xəbər vermək: 

 



yol-nəqliyyat  hadisəsi,  üçüncü  şəxslərin  qərəzli,  qanuna  zidd  olan  hərəkətləri,  oğurluq, 

qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq – daxili işlər orqanlarına; 

 

yanğın – dövlət yağın söndürmə xidmətinə. 



17.1.2. Sığorta hadisəsi baş verdikdə dərhal, lakin hər halda 24 saatdan gec olmayaraq hadisənin baş 

verməsi  haqqında  Sığortaçıya  (və  ya  onun  nümayəndəsinə)  məlumat  vermək,  və  Sığortaçı 

(onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etmək; 

17.1.3. Baş  vermiş  hədisənin  səbəbləri  və  nəticələri,  dəymiş  zərərlərin  miqdarı  və  xarakteri,  o 

cümlədən  hadisə  ilə  əlaqəli  şəxslər  barədə  bütün  məlumatları  yazılı  şəkildə  və  müvafiq 

səlahiyyətli orqanlar tərəfindən verilmiş hadisənin baş verməsini və dəymiş zərərin həcmini 

təsdiqləyən sənədləri Sığortaçıya təqdim etmək (tələb olunan sənədlərin tam siyahısı hadisə 

yerinə baxış keçirildikdən və Baxış aktı tərtib olunduqdan sonra Sığortaçı tərəfindən təqdim 

olunur); 

17.1.4. Hadisə nəticəsində dəyə biləcək zərərin azalması və avtonəqliyyat vasitəsinin xilas edilməsi 

üçün  bütün  mümkün  və  ağlabatan  tədbirləri  görmək.  Mümkün  olduğu  halda  Sığortaçıdan 

göstərişlərin verilməsini tələb etmək; 

17.1.5. Sığortaçının  nümayəndələri  tərəfindən  zədələnmiş  avtonəqliyyat  vasitəsinə  baxış 

keçirilməyincə onun dəyişməz halda qalmasını təmin etmək; 

Sığortalı hadisə yerinin görünüşünü aşağıdakı hallarda dəyişdirə bilər: təhlükəsizliyin təmin 

edilməsi  və  ya  zərərin  artmaması  üçün,  dövlət  orqanlarının  tələbi  ilə  və  ya  Sığortaçı 

dəyişikliklərin edilməsinə razılıq verdikdə; 

17.1.6.Zədələnmiş avtonəqliyyat vasitəsinə baxışın keçirilməsində iştirak etmək; 

17.1.7.Sığortaçının  razılığı  olmadan  zədələnmiş  avtonəqliyyat  vasitəsinin  təmir  olunması  və  ya        

əlavə  quraşdırılmış  avadanlığın  avtonəqliyyat  vasitəsindən  sökülməsi  (demontaj  olunması) 

ilə bağlı işlərə başlamamaq; 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə