ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   18   19   20   21   22   23   24   25   26

 

75 


Behcət və Sistani: Əgər xüms vermək onun günah 

etməsinə  kömək  olarsa  vacib  ehtiyata  əsasən,  icazə 

yoxdur.

2

 



SEYİD QADININ XÜMSÜ 

Sual  101:  Ərinin  dolanışığı  idarə  edə  bilməyən 

fəqir seyid qadına seyid payını vermək olarmı? 



İmam  (r)  və  Xamenei:  Şər`i  hakimin  icazəsi 

olmadan icazə yoxdur.

3

 

Behcət,  Fazil,  Məkarim,  Nuri  və  Vəhid:  Vacib 



ehtiyata əsasən şər`i hakimin icazəsi olmalıdır.

4

 



Təbrizi, Sistani və Safi: Bəli, icazə verilir.

5

 



Sual  102:  Yalnız  ana  tərəfdən  seyid  olan  kəsə 

seyid payı düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  Xeyir,  seyid  payı 

yalnız ata tərəfindən seyid olan kəslərə düşür.

6

 

                                   



1

 

“Tovzihul-məsaili mərace”, 1838-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 834-cü məsələ; “Tə`liqat ələl-ürvətül-vüsqa”, qismətul-xüms, 

1-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1847-ci məsələ. 

2

 

“Tovzihul-məsaili mərace”, 1838-ci məsələ. 



3

 

“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Xamenei, “Əcvibə”, 



səh.1017. 

4

 



“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Məkarim, “İstiftaat”, 

1-ci cild, səh.355; Nuri, “Tovzihul-məsail”, 1830 və 1839-cu məsələ; 

Vəhid, “Tovzihul-məsail”, 1843 və 1852-ci məsələ. 

5

 



“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ. 

6

 



“Ürvətül-vüsqa”, 2-ci cild, kitabul-xüms, 2-ci fəsil, 3-cü məsələ; 

Bütün müctəhidlərin katibliyi. 




 

76 


ON YEDDİNCİ FƏSİL 

XÜMS VERMƏYİN ZAMAN VƏ 

ŞƏRTLƏRİ 

XÜMSDƏ NİYYƏT 

Sual  103:  Xüms  verdikdə,  Allaha  yaxınlıq 

məqsədi şərtdirmi? 



(Sistanidən  başqa)  Bütün  müctəhidlərin  rə`yi: 

Bəli, Allaha yaxınlıq qəsdi şərtdir.

1

 

Sistani:  Vacib  ehtiyata  əsasən  Allaha  yaxınlıq 



məqsədi şərtdir.

2

 



Qeyd: Xüms verdikdə Allaha  yaxınlıq məqsədi bu 

deməkdir  ki,  xüms  dünyəvi  məqsədlər  yox,  Allahın 

əmrinin yerinə yetirilməsi üçün verilsin. 

ŞƏMSİ VƏ QƏMƏRİ İL 

Sual  104:  Xüms  ili  qəməri,  yoxsa  şəmsi  illə 

olmalıdır? 



(Behcət 

və 

Vəhiddən 

başqa) 

Bütün 

müctəhidlərin rə`yi: Bu iki il arasında fərq yoxdur və hər 

biri xüms ili ola bilər.

3

 

Behcət: Şəmsi təqviminə uyğun iş görən əkinçi və 



onun  kimi  hər  bir  şəxs  öz  illik  hesabını  şəmsi  təqvimlə 

götürə bilər, lakin digər şəxslər öz illik hesablarını qəməri 

ilə götürməlidirlər.

4

 



                  

 

1



 Nuri, “İstiftaat”, 2-ci cild, səh.312; Behcət, “Tovzihul-məsail”, 

1447-ci məsələ; Məkarim, İmam (r), Xamenei, Fazil, Təbrizi və 

Safinin katibliyi. 

2

 Sistani, “Əl-məsailul-muntəxəbə”, 625-ci məsələ. 



3

 

“Tovzihul-məsail”, 1762-ci məsələ; Xamenei, “Əcvibə”, səh.999. 



4

 

Behcət, “Tovzihul-məsail”, 1385-ci məsələ. 




 

77 


Vəhid:  Vacib  ehtiyata  əsasən  qəməri  illə 

götürsünlər.

1

 

XÜMS İLİNİN BAŞLANĞICI 



Sual 105: Xüms ili hansı vaxtda başlamalıdır? 

İmam  (r),  Xamenei,  Fazil,  Behcət  və  Safi: 

Gündəlik  tədrici  qazanc  əldə  edən  (məsələn,  tacir) 

şəxslərin  işə  başladıqları  vaxt,  fəhlə  və  işçilərin  birinci 

maaşlarını  aldıqları  vaxt,  əkinçi  və  onun  kimilərin  isə 

birinci məhsullarını əldə  etdikləri zaman  onlar üçün xüms 

ilinin başlanğıcıdır. Əgər bu qazanclar ilin xərcindən artıq 

qalarsa, xümsü verilməlidir.

2

 



Məkarim, Nuri və Təbrizi: Hər bir şəxsin birinci 

qazancı  onun  xüms  ilinin  başlanğıcıdır.  Əgər  bu  qazanc 

ilin gəlirindən artıq qalarsa, xümsü verilməlidir.

3

 



Sistani  və  Vəhid:  Hər  bir  kəsin  işə  başladığı  gün 

onun  xüms  ilinin  başlanğıcıdır.  Əgər  onun  qazancı  ilin 

xərcindən artıq qalarsa, xümsü verilməlidir.

4

 



Sual  106:  İl  ərzində  bir  dəfə  təsadüfən  müamilə 

edən şəxsin xüms ili nə vaxt başlanır? 



Bütün müctəhidlərin rə`yi: İşi, sənəti olmayan və 

təsadüfən  müamilə  edən  şəxsin  qazanc  əldə  etdiyi  gün 

                  

 

1



 

Vəhid, “Tovzihul-məsail”, 1385-ci məsələ. 

2

 

İmam (r), “İstiftaat”, 1-ci cild, səh.135; Xamenei, “Əcvibə”, 



səh.995; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.806 və 814; Behcət, 

“Vəsilətun-nicat”, 1382-ci məsələ; Safi, “Tovzihul-məsail”, 1774-cü 

məsələ; “Camiul-əhkam”, 1-ci cild, səh.608. 

3

 Nuri, “İstiftaat”, 2-ci cild, səh.310; Təbrizi, “Əttə`liqat əla 



minhacis-salehin”, 1218-cı məsələ; Məkarim, “Tovzihul-məsail”, 

1486-cı məsələ. 

4

 Sistani, “Əl -məsailul-muntəxəbə”, 593-cü məsələ; Vəhid, 



“Tovzihul-məsail”, 1773-cü məsələ. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə