http://www.amu.edu.az
16 dekabr 2015-ci il
6
Munisimsən, həmdəmimsən,
Əlimdəki qələmimsən.
İşıqlı bir səhərimsən,
Heyranın mən, müəllimim.
Yadımdadır, televiziyada ötən əsrin 80-ci illərində “Ka-
millik” verilişi gedirdi. Səyyarə xanım o verilişdə çıxış
etmişdi. Növbəti dəfə onu dəvət edəndə mənə dedi ki, İsmət,
bu dəfə sən çıxış et. Etiraz etdim, dedim mən bacarmaram.
Məni məcbur etdi ki, razılaşım (hərçənd ki, onda məcbur
etmək xüsusiyyəti yox idi). Başqa yolum qalmadı, razılaşmalı
oldum. Beləliklə, məni çıxışlara hazırladı.
Kafedraya təzə gəlmişdim. Birlikdə əsas binaya maaş
almaq üçün getdik. Hiss etdim ki, Səyyarə xanımdan
soruşurlar: “Bu kimdir?” Kafedranın müəllimi olduğumu,
birlikdə işlədiyimizi söylədi və əlavə etdi: “Bilirsən,
Azərbaycan ədəbiyyatını necə bilir? Bu tam elə deyildi. Çox
cavan yaşlarım idi. Sadəcə olaraq o məni elə görmək istəyirdi,
istəyirdi ki, mən öz üzərimdə çalışım, onun arzuladığı kimi
müəllim olum. İllər ərzində bu amal uğrunda çalışdım.
Səyyarə xanım bir gün məni otağına çağırdı, ikimiz idik.
Mənə sual verdi: - İsmət, elmi iş yazmaq istəyirsən?
Mən dərhal “yox” cavabını verdim. Səbəbini ömür-gün
yoldaşımın ağır xəstə olması ilə izah etdim. Mənə başa saldı
ki, elə buna görə sən öz üzərində işləməlisən. Beləliklə,
məni elm yoluna gətirdi. Mən Səyyarə xanımı həmişə
qələbələrimin rəhni kimi görmüşəm. Belə qəlbi genişliyi
yalnız Səyyarə xanım kimi – bizim professor kimi müdrik
insan edə bilərdi. Onu da deyim ki, Səyyarə xanımdan
xeyirxahlıq görən tək mən deyildim, onlarla belə işlər edib,
alimlər ordusu yaradıb. Hər kəs belə geniş ürəyə malik deyil.
Mən aşiq suda yandı,
Ah çəkdim, su dayandı.
Yoxluğunu suya dedim,
Ay Səyyarə xanım,
Alışdı, su da yandı.
Dağlar duman oldu, gəl,
Halım yaman oldu, gəl.
Bir gününə dözmürdük,
Qırxın tamam oldu, gəl.
Şıxəli Qurbanovun dəfni vaxtı böyük aktyorumuz, rejis-
sorumuz Mehdi Məmmədov belə bir fikir söylədi:
“Şükürlər olsun ki, o dünyaya gəlmişdir, əfsuslar olsun ki,
o həyatdan getmişdir”. Bu sözləri Sizə də şamil etmək olar,
Səyyarə xanım. Varlığınızla elm aləminə, insanlığa, böyük
töhfələr verdiniz, yoxluğunuzla bir insanı – Sizin kimi müd-
rik, əvəzolunmaz bir şəxsiyyəti itirdik. Varlığın nə gözəl,
yoxluğun nə çətin...,
Sən getdin, elə bil dünya boşaldı,
Yaz da köçüb getdi, yeri boş qaldı.
Bu xəzan könlümü qarlı qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?!
Şair Adil Babayevin belə bir misrası var:
Yenidən doğulur insan ölən gün.
Siz isə dünyanızı dəyişən günü yenidən doğulmadınız.
Siz sağlığınızda əməlləriniz ilə nəyə qadir olduğunuzu çox-
dan sübut etmişdiniz – müdrik, həyatsevər, qayğıkeş, nikbin,
xeyirxahlıq etməkdən həzz alan bir insan.
Nə deyim, Səyyarə xanım? Sizi tanıyanlar, Sizinlə
təmasda olanlar, Sizin necə şəxsiyyət olduğunuzu bilənlər
Sizdən danışmaqdan yorulmur, susmaq bilmir, elə deyir-
deyirlər. Sizin gördüyünüz işlər, şəxsiyyətiniz qarşısında
söz acizdir. Siz çox mənalı, dolğun, başqalarına nümunə ola
biləcək bir ömür yaşadınız. Elminizin, pedaqoqluğunuzun,
insanşünaslığınızın qarşısında baş əyirəm, Səyyarə xanım,
mənim ustadım! Səsin qulaqlarda, sözün dodaqlarda,
məhəbbətin isə ürəklərdə qaldı.
Allah rəhmət eləsin, qəbrin nurla dolsun, ruhun
Səyyarəsevərlərə duaçı olsun. Amin!
İsmət AĞAYEVA,
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının
dosenti
XATIRLANANLAR
Sən getdin, elə bil dünya boşaldı...
V
acib deyil ki, insana ya sinifdə, ya auditori-
yada dərs deyəsən. Səyyarə xanımın oturuşu,
duruşu, baxışı, elə varlığı insana çox şey öyrədirdi.
Ədəbiyyatşünaslıqda belə bir ifadə var: “Biz
hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Biz
də Səyyarə xanımın məktəbini keçmişik, ordan
bəhrələnmişik. Axı Səyyarə xanım da nənəsi, dünya
görmüş Qakqanın – Pəri nənənin məktəbindən su
içib. Səyyarə xanımın xeyirxahlığına, böyüklüyünə
dəlalət edən bəzi mətləblərə toxunmaq istəyirəm.
Azərbaycan
Tibb
Univer-
sitetinin Tədris Terapevtik
Klinikasında məhşur “Elsevier”
nəşriyyat
evinin
Tədris
Tera pevtik
və
Cərrahiyyə
Klinikaları
üçün
təkşil
etdiyi xüsusi kampaniyanın
təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan Klini
kanın direktoru, professor Surxay
Musayev bu təşəbbüsü yüksək
qiymətləndirdi. 2 ay müddətində Klini
ka əməkdaşlarına “Elsevier” elektron
kitabxanasına və bazasına pulsuz gi
riş imkanının yaradıldığını diqqətə çat
dırdı. Sistemin özündə 2200 jurnal, 25
min adda kitab və sorğu kitabçalarının
birləşdiyini vurğuladı.
“Elsevier” şirkətinin məsul şəxsi
Özləm Tanırqan da öz növbəsində
çıxış edərək Tİbb Univer
siteti ilə əməkdaşlıqdan
məmnun olduqlarını bil
dirdi. Daha sonra axtarış
sisteminin necə işlməsinə
həsr olunmuş təqdimatını
tədbir iştirakçılarına çatdır
dı. “Clinical Key” tətbiqinin
mobil versiyasının olduğu
nu da vurğuladı. Sistemdə
tibb sahəsinə aid milyon
dan çox mənbəyə giriş
imkanı əldə etməklə ya
naşı, pasiyentlərin ilkin
şikayətlərini daxil etməklə
ehtimal olunan xəstəliklərin filtrlənmiş
nəticələrini əldə etməyin müm
kün olduğunu söylədi. Müasir tibbi
yeniliklərin və nəşrlərin artıq əlçatan
olduğunu vurğuladı.
Təqdimat axtarış sisteminin işləmə
mexanizmini izah edən praktiki hissə
ilə davam etdi.
ATU-da “Elsevier” nəşriyyat evinin xüsusi
kampaniyasının təqdimatı keçirildi
Dekabrın 9-da Azərbaycan Tibb
Universitetinin Tədris Cər rahiy yə
Klinikasında hepa tolo giya üzrə elmi
konfrans keçirilib.
Tədbirin
açılış
hissəsində
Təd ris
Cərrahiyyə Klinikası nın direktoru, professor
Nuru Bayramov çıxış edərək Azərbaycanda
tibb elminin qazandığı nailiyyətlər, xüsusilə
də qaraciyər xəstəliklərinə dair sahədə əldə
olunan uğurlardan danışıb. O, ATUnun
Tədris Cərrahiyyə Klinikasının hepatologiya
üzrə mürəkkəb əməliyyatların icra olundu
ğunu da vurğulayıb. Professor N.Bayramov
son illər təşkil olunan elmipraktik konfrans
larda gənclərin daha çox yer aldığından
məmnun olduğunu da bildirib.
Sonra məruzəçilər tədbir iştirakçılarına
təqdim edilib. Qeyd olunub ki, hepatoloq
Gülnarə Ağayeva yüksək ixtisaslı kadr kimi
həm də biliklərini gənclərlə bölüşür, elmi
seminarlar təşkil edir.
Qaraciyər xəstəlikləri, onların müasir
metodlarla diaqnostika və müalicəsi, bu
sahədə dünyada mövcud təcrübədən
bəhs edən toplantıda ölkəmizin aparıcı
tibb müəssisələrinin mütəxəssisləri iştirak
ediblər. Grand Hospitalın nümayəndəsi,
hepatoloq Gülnarə Ağayeva “Qaraciyər
sirrozu, patogenez, etiologiyası” mövzu
sunda məruzə ilə çıxış edib. Mərkəzi Klinik
Xəstəxananın qastroenteroloqu Emin Ver
diyev isə “Hepatik ensefalopatiya” möv
zusunda fikirlərini tədbir iştirakçılarının
diqqətinə çatdırıb. Avrasiya hospitalının
qastroenteroloqu Aqil Ağakişiyev, ATU
nun həkimrezidenti Şahnaz Atayeva isə
kəskin qaraciyər çatışmazlığı mövzusunda
məruzələrini təqdim ediblər.
Hepatologiyaya dair
elmi konfrans keçirildi
ATU-nun mətbuat xidməti