BAKI DÖVLƏT UNİVERSİTETİ - 90
Abuzər XƏLƏFOV
Azərbaycan Respublikasının Əməkdar elm xadimi,
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki, BDU-nun
Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri,
tаriх еlmləri dоktоru, prоfеssоr
PROFESSOR V.İ.RAZUMOVSKİDƏN
AKADEMİK A.M.MƏHƏRRƏMOVA QƏDƏR KEÇİLMİŞ
İNKİŞAF VƏ TƏRƏQQİ YOLU
Bakı Dövlət Universiteti Azərbaycan xalqının,
Azərbaycan Respublikasının milli sərvətidir.
Heydər ƏLİYEV
Ümummilli lider
2009-cu il sentyabr ayının 1-də respublikamızın ilk elm və təhsil məbəd-
gahı olan Bakı Dövlət Universitetinin 90 illiyi tamam oldu. Bu şərəfli tarixi
günü dövlətimiz, xalqımız, bütün Azərbaycan ziyalıları, elm və təhsil xadimləri
böyük fərəh və iftixar hissi ilə qeyd etdi.
Bakı Dövlət Universitetinin cəmiyyətdə tutduğu böyük mövqeyə, elm,
təhsil və mədəniyyətin tərəqqisində oynadığı böyük rola yüksək qiymət verən
dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev universitetin şanlı
90 illik yubileyini keçirmək üçün 2009-cu il 24 aprel tarixli sərəncam imzala-
mışdır. Sərəncamda deyilir: “Bakı Dövlət Universitetinin müsəlman Şərqində
ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində
ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmiş-
dir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin
formalaşdırılması, dünya təhsil sisteminə inteqrasiya, eləcə də mədəni-mənəvi
dəyərlərimizin yaşadılması istiqamətində universitet üzərinə düşən vəzifələrin
öhdəsindən həmişə layiqincə gəlir”.
Görkəmli dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli da-
vamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi bu
yüksək qiymət universitetin 90 illik yubileyinə əvəzsiz töhfədir.
Azərbaycan xalqının milli sərvəti, milli iftixarı olan Bakı Dövlət Univer-
sitetinin keçdiyi keşməkeşli inkişaf və tərəqqi yolu hər şeydən əvvəl milli təh-
silin, elmin, mədəniyyətin, mənəviyyatın inkişaf yoludur. Azərbaycanın intel-
lektual sərvəti olan milli ziyalılarımızın təşəkkül tapıb formalaşdığı yoldur. Bu
yolun yolçuları olan Azərbaycanın görkəmli alimləri, ziyalıları, elm, ədəbiyyat,
mədəniyyət və incəsənət xadimlərinin böyük səyi, fədakarlığı, vətənpərvərliyi
nəticəsində Azərbaycan ali təhsilinin, elminin təməli, bünövrəsi qoyulmuş,
Azərbaycan tarixinin, ədəbiyyatının, dilinin öyrənilməsində, tərəqqisində, soy-
kökümüzə qayıdışda böyük elmi əhəmiyyətə malik uğurlar əldə edilmişdir.
Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin böyük səyi nəti-
cəsində Azərbaycan dilinin elmi əsasları işlənmiş, onun lüğət fondunda olan, az
işlənən, araşdırılmayan sözlər ortaya çıxarılmış, Azərbaycan dilinin lüğət tərki-
bi yeni sözlərlə zənginləşmiş, geniş elmi araşdırmalarda, elmi mühazirələrdə
müvəffəqiyyətlə işlənən, lüğət tərkibi türk sözləri ilə zənginləşən bir dilə
çevrilmişdir. Azərbaycan dilində ilk elmi mühazirələr məhz 1922-ci ildən
başlayaraq Bakı Dövlət Universitetinin Şərq və filologiya fakültələrində Azər-
baycan dili və ədəbiyyatı, Azərbaycan tarixi fənlərindən oxunmağa başlanmış-
dır. Çox sevindirici haldır ki, qısa bir zaman kəsiyində mühazirələr hazırlayıb
oxuyan müəllimlər cəmisi bir-iki il əvvəl işləməyə başlayan milli kadrlar idi.
Beləliklə, fəaliyyətə başladığı ilk günlərdən Bakı Dövlət Universiteti
Azərbaycan dilinin qorunmasında və daha da inkişaf etdirilməsində, Azərbay-
can ədəbiyyatı və Azərbaycan tarixinin ən mürəkkəb məsələlərinin araşdırılma-
sında, milli şüurun, milli ruhun formalaşmasında mühüm rol oynamışdır. BDU-
nun professor-müəllim heyəti zamanın keşməkeşli, çətin dövrlərində hər cür tə-
qib və təzyiqlərlə üzləşsə də həmişə öz milli tarixi missiyasına sadiq qalmış,
milli-mənəvi özünəməxsusluğunu uğurla davam etdirmişdir. Məhz buna görə-
dir ki, ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin milli mənəviyyatın
formalaşmasındakı roluna yüksək qiymət verərək yazır: “Universitet həqiqətən
axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur.”
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inki-
şafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrında
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradıldı. Ölkənin mövcud duru-
munda böyük çətinliklərin olmasına, universitetin təşkili əleyhinə mühafizəkar
səslərin ucalmasına baxmayaraq universitetin yaranmasını xalqımızın böyük
gələcəyi kimi qiymətləndirən Cümhuriyyət liderləri öz qərarında israrlı idi.
Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin təsis edilməsinə dair qanun
layihəsini parlamentin müzakirəsinə verməyə nail oldu. Uzun müzakirələrdən
sonra böyük çətinliklə olsa da 1919-cu il sentyabrın 1-də parlament Bakı şəhə-
rində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Bu qəra-
rı səbirsizliklə gözləyən universitetin ilk rektoru V.İ.Razumovski yazırdı:
“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhi-
fə yazıldı. Avropa ilə Asiyanın qovuşuğunda yeni məşəl yandı. Bu böyük tarixi
hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edirdik.”