5 / GÜNDƏM
YENİ FİKİR
MAY 2015
Ulu
Tanrının Azərbaycan
_
xalqına bəxş etdiyi
əvəzolunmaz şəxsiyyət, xalqımızı
çıxılmaz vəziyyətdən, parçalanma,
məhv olma təhlükəsindən qoruyaraq
onu müstəqil, iqtisadi cəhətdən güclü
dövlətlərin sırasına daxil edən ümum-
milli liderimiz Heydər Əlirza oğlu
Əliyevi bütün dünya ən böyük,
uzaqgörən siyasətçi kimi qəbul edir.
Elmin müxtəlif sahələrində o sahə
üzrə ixtisaslaşmış alim qədər zəngin
“bilik ehtiyatına, yüksək erudisiya-
ya, fenomenal yaddaşa, heyrətamiz
təhlil qabiliyyətinə, hər bir mövzu-
ya yaradıcı münasibətinə” görə
Heydər Əliyev elə bir ensiklopedist
şəxsiy yətdir ki, əminik ki, doqquz
yüz il də, doqquz min il də, doqquz
milyon il də bundan sonra,
Azərbaycan xalqı yaşadığı müddətdə
onun adı daim böyük qürur və iftixar
hissilə çəkiləcəkdir. Xalqımızın xi-
laskarının hələ Azərbaycan SSRİ-nin
tərkibində olarkən böyük cəsarətlə
dilə gətirdiyi fikirləri, siyasi
fəaliyyəti, dövlət idarəçiliyi cildlərə
sığa bilməyəcək yüzlərlə tədqiqatın
obyektidir. Ulu öndərin təkcə
Azərbaycan ədəbiy yatının görkəmli
nümayəndələrinin yubiley tədbir -
lərinin keçirilməsi, ev-muzeylərinin
təşkili, əsərlərinin akademik
nəşrlərinin hazırlanması, ədəbiyyat
xadimlərinin hərtərəfli dövlət qayğısı
ilə əhatə olunması ilə bağlı gördüyü
tədbirlərdən bəhs edən onlarla kitab
və monoqrafiyalar yazılmışdır və
şübhəsiz ki, bundan sonra da yüzlərlə
belə sanballı əsərlər yazılacaqdır.
Fiolologiya elmləri doktoru Vilayət
Quliyevin tətrib etdiyi “Heydər
Əliyev. Ədəbiyyatın yüksək borcu və
amalı”, “Heydər Əliyev və Azər -
baycan ədəbiyyatı”, Almaz Ülvinin
“Ədəbiyyat ömrü yaşayan ədəbiyyat
memarı”, Tərlan Novruzovun
“Heydər Əliyev və ədəbiyyat
məsələləri” kitabları belə əsərlərin
bariz nümunələridir.
1973-cü ildə İmadəddin
Nəsiminin 600 illiyinin YUNESKO-
nun tədbirlər planına salınması,
1976-cı ildə “Azərbaycan poezi ya -
sın da xəlqilik və realizmlə səciy -
yələnən yeni ədəbi məktəbin banisi,
həm də siyasi xadim – Qarabağ
xanlığının baş vəziri” Molla Pənah
Vaqifin Şuşada məzarının üstündə
əzəmətli məq bərənin ucadılması,
Gürcüstanda Mirzə Fətəli Axundo -
vun, Mirzə Şəfi Vazehin məzarlarının
abadlaş dırılması və büstlərinin
qoyulması, Nəriman Nərimanovun
mənzilinin satın alınaraq ev-muzeyə
çevrilməsi, Cəlil Məmmədquluzadə -
nin yaşadığı binaya xatirə lövhəsi vu-
rulması, 1970-ci ildə anadan olma-
sının 100 ili tamam olan Nəriman
Nərimanovun düz iki il mübarizə
aparılaraq, 1972-ci ildə yubileyinin
geniş şəkildə qeyd edilməsinə nail ol-
ması, 1979-cu ildə “Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami
Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da yaxşı-
laşdırmaq haqqında” qərarı, bunun-
la bağlı olaraq şairin o zaman “Ki-
rovabad” adlanan doğma vətənində
“Yeni Gəncə” adlı peyk-şəhərin ya-
radılması ilə Gəncə toponiminə
yenidən həyat verilməsi, 1981-ci
ildə Azərbaycan KP MK-nın Nizami
Gəncəvinin yuvarlaq rəqəm olması-
na baxmayaraq, 840 illik yubileyinin
qeyd edilməsi ilə bağlı qərarı, 1981-
ci ildə Bakıda Cəlil Məmməd -
quluzadənin ev-muzeyinin yaradıl-
ması haqqında qərar, 1994-cü ildə
Cəlil Məmməd quluzadənin 125 illik
yubileyinin keçirilməsi, həmin ildə
Bakı şəhərində, 1999-cu ildə isə
Naxçıvanda ev-muzeyinin açılışı,
1981-ci ildə Hüseyn Cavidin anadan
olmasının 100 illiyinin keçirilməsi ilə
bağlı qərar, 1992-ci ildə Hüseyn
Cavidin doğum gününün Naxçıvan-
da geniş qeyd edilməsi, 1994-cü
ildə Məhəmməd Füzulinin 500 illik
yubileyinin dünya miqyasında qeyd
olunması, 1996-cı ildə Naxçıvanda
Hüseyn Cavid məqbərəsinin açılışı
və s. tədbirlər ulu öndərimizin
Azərbay can ədəbiyyatına, mədəniy -
yətinə olan diqqət və qayğısının,
hörmət və ehtiramının, vətən -
pərvərliyinin, təəs sübkeşliyinin
nəticələridir.
Ulu öndərimizin ədəbiyyata
olan tükənməz sevgisi, bağlılığı və
marağı, onu həyatının tərkib hissəsi,
mənəvi qidasının əsası hesab etməsi,
dəfələrlə çıxışlarında özünün də
qeyd etdiyi kimi, sübut olunmağa eh-
tiyacı olmayan bir aksiomdur. Bunun
səbəbi isə ondadır ki, “sənət həyat
üçündür” prinsipinə sadiq qalan
qədim və zəngin Azərbaycan
ədəbiyyatı tarixin bütün dönəm -
lərində ümumxalq mənafeyini ifadə
və müdafiə etmiş, xalqın arzu və
istəklərini əks etdirmiş, bədii
əsərlərdə vətənpərvərlik ruhu aşıla -
ma ğı ən ali və müqəddəs vəzifəsi və
məqsədi kimi qəbul etmişdir. Dərin
humanizmi, demokratikliyi, əməkçi
insana və qadına yüksək münasibəti
ilə seçilən, zülm və ədalət, hökmdar
və xalq mövzu larını hərtərəfli və ge-
niş planda işləyərək əsrinin hökm -
darlarını ədaləti əldə bayraq kimi tut-
mağa çağıran Nizami Gəncəvi, diri-
diri dərisi soyulsa da, düşmənin
qarşısında məğrur dayanaraq
əyilməzlik nümunəsinə çevrilən
İmadəddin Nəsimi, Azərbaycan dilini
dövlət və şeir dilinə çevirmiş, vahid
Azərbaycan dövləti yaratmaq uğ-
runda mühari bələr aparmış şair
dövlət başçımız Şah İsmayıl Xətayi,
ana dilində əvəzolunmaz sənət
nümunələri yaradan, dünyamiqyas-
lı filosof, böyük alim, “qəlb şairi”
Məhəmməd Füzuli, əsərlərində
XVIII əsrdə Azərbay canın ziddiy -
yətlərini, sevincini və kədərini əks
etdirən dövlət xadimi və şair Molla
Pənah Vaqif və adlarını qeyd
etmədiyimiz digər ədəbiyyat xadim -
ləri Azərbaycan xalqının mənafe -
yinin müdafiəsi, milli-mənəvi dəyər -
ləri mizin qorunması yolunda mübari -
zə nin ön cərgələrində getmiş lər. XX
əsrin əvvəllərində xalqımızın milli
oyanış və özünüdərk ideyalarına
ardıcıl xidmət göstərən görkəmli
sənətkarlarımızdan biri də Heydər
Əliyevin “ədəbiyyatımızın və
mədəniyyətimizin klassiki” adlan -
dırdığı, vətən, millət, dil kimi milli
dəyərlər uğrunda mübarizə aparan
Cəlil Məmmədquluzadədir. Ədəbiy -
yatımızın hamisi Heydər Əliyev
1994-cü ildə Cəlil Məmməd -
quluzadənin ev-muzeyinin fəxri qo-
naqlar kitabına yazdığı ürək
sözlərində bu muzeyin açılışını
“Cəlil Məmmədquluzadənin yara-
dıcılığına, onun ədəbi-mədəni irsinə,
xalqımızın tarixinə əvəzsiz xid -
mətlərinə verilən yüksək qiymətin
rəmzi” hesab etmişdir. Böyük ədibin
öz xalqı qarşısındakı xidmətlərini
dövlət səviy yəsində yüksək
qiymətləndirən də, xatirəsinin
əbədiləşdirilməsi üçün mümkün olan
bütün tədbirləri həyata keçirən də,
hələ gənc yaşlarından o zaman SSRİ-
nin deputatı olan qızı Münəvvər
xanımla görüşərək Mirzə Cəlil
haqqında ətraflı maraqlanan da,
“Ölülər”i dünya ədəbiyyatında ana-
loqu olmayan əsər” adlandıran da,
onun yaradıcılığını tükənməz xəzinə,
dibi görünməyən bir dərya hesab
edən də ümummilli lider Heydər
Əliyev olmuşdur. Cəlil Məmməd -
quluzadənin ev muzeyi Naxçıvan
şəhərində İ.Məmmədov küçəsində
yerləşən evində, Azərbaycan Res-
publikasının Prezidenti Heydər
Əliyevin 1998-ci il 31 dekabr tarixli
sərəncamı ilə yaradılmış, 13 oktyabr
1999-cu ildə baş tutmuş muzeyin
açılış mərasimində şəxsən iştirak
edən Heydər Əliyev nitq söyləmişdir.
Çıxışının sonunda möhtərəm Prezi-
dentimiz Mirzə Cəlil irsinin,
şəxsiyyəti və xidmətlərinin Azərbay -
can xalqının qəlbində yaşayacağını
bildirmişdir. Ulu öndər üçün Cəlil
Məmmədquluzadə təkcə bizim
keçmişimiz, ədəbiyyat tariximizin bir
dövrü, mərhələsi deyil, o həm də bi-
zim bugünümüz, canlı müasirimiz-
dir. Onun şəxsiyyəti çox az sayda
ədiblərə qismət olan həmişəyaşarlıq
qazanmışdır, yaradıcılığı isə öz ak-
tuallığı, müasir dövrümüzlə səsləş -
məyi baxımından diqqəti cəlb edir.
Ümummilli lider Cəlil Məmməd -
quluzadənin nə özündən əvvəl, nə də
sonra yaşamış görkəmli şəxsiyyət -
lərdən heç kimə bənzəmədiyini xü-
susi olaraq vurğulamışdır. Maraqlı
məqam budur ki, ümummilli
liderimiz Mirzə Cəlilin fəaliyyətinin
bütün sahələrini eyni dərəcədə
qiymətləndirmişdir. Ulu öndərimiz
üçün milli şüurun və müstəqillik ide-
yalarının formalaşdırılmasında Cəlil
Məmmədquluza dənin bədii yaradı -
cılığı, səhnə əsərləri nə qədər mühüm
əhəmiyyət kəsb edirsə, “Molla
Nəsrəddin” jurnalı, onun felyeton və
məqalələri də bir o qədər
əhəmiyyətlidir. Mirzə Cəlilin
“Ölülər” tragikomediyası haqqında
hələ o illərdə S.M.Qənizadə,
H.Cavid, N.Nərimanov, N.Vəzirov,
Ü.Hacıbəy ovun müxtəlif məzmunlu
müsbət fikirləri dərc olunmuşdur. Bu
əsəri bəziləri N.Qoqolun “Müfəttiş”,
bəziləri V.Hüqonun “Səfillər”
əsərlərilə müqayisə etmişlər. Ümum-
milli lider isə “Ölülər”i hətta
V.Şekspirin əsərlərilə də müqayisə
etməyi düzgün hesab etməyərək
onu dünya ədəbiyyatında analoqu
olmayan bir əsər adlandırmışdır:
““Ölülər” əsəri ölməz əsərdir”. O,
bizə bu gün də lazımdır, çünki bu gün
də dini təhrif edənlər, dindən öz
məqsədi üçün istifadə edərək
xalqımızı cəhalətə uğratmağa çalı-
şanlar az deyil”. Həqiqi ziyalı kimi
Heydər Əliyev bu əsərin ədəbiy -
yatşünaslıqda sosialist ideolo giyası
ilə ateizm təbliğ edən bir əsər kimi
qələmə verilməsinə də qarşı çıxaraq,
əsərin dini deyil, dini mövhumatı
tənqid hədəfi seçdiyini, islami
dəyərlərin isə bizim bütün klassik
ədəbiy yatımızdan qırmızı xətlə keç-
diyini xüsusi olaraq vurğulamışdır.
Azərbaycan ədəbiyyatşünaslı -
ğında həmişə yüksək qiymətlən -
dirilən Cəlil Məmmədquluzadənin
yara dıcılığına dəyişən zaman və
şərait daxilində yenidən müraciətin
zəruri olduğunu da ilk dəfə böyük
uzaqgörən şəxsiyyət olan Heydər
Əliyev xüsusi olaraq vurğulamışdır.
Əgər vaxtilə böyük satirik şairimiz
Mirzə Ələkbər Sabir özünü dəryada
qərar tutan bir qocaman dağa
bənzədirdisə, ümummilli liderimiz
Cəlil Məmməd quluzadə yaradı -
cılığını elə o dibi görünməyən
dəryanın özünə bənzətmişdir:
“Doğrudur, Cəlil Məmmədquluzadə
yaradıcılığı elə bir dəryadır ki, o
dəryanın dibinə gedib çatmaq,
hamısını əhatə etmək mümkün de-
yildir. Güman edirəm ki, hələ bir
neçə nəsil Azərbaycan tarixçisi,
ədə biyyatşünası, sənətşünası, si -
yasət şünası, alimi Cəlil Məmməd -
quluzadə xəzinəsini araşdıracaq,
onu tədqiq edərək yeni kəşflər
edəcəkdir”. Xalqımızın xilaskarı,
ədəbiyyatımızın hamisi Heydər
Əliyevin söylədiyi bugün də aktu-
al olan bu sözlər mirzəcəlil şünas -
lıqda çox mühüm addımların atıl ma -
sına və alim lərimizin dəyərli elmi-
tədqiqat əsərlərinin meydana
gəlməsinə səbəb olmuşdur.
Dahi şəxsiyyət Heydər Əliyev
klassik Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrinin yara-
dıcılığını izah və şərh etməklə qal-
mamış, öz dövrünün ədəbiyyatına da
təsir etmiş, onu yeni ideyalara, milli
və dövlətçilik taleyi ilə bağlı
istiqamətə yönəltmişdir. Sevindiri-
ci bir haldır ki, bugün ümummilli li-
derimizin siyasi kursu onun layiqli
davamçısı möhtərəm prezidentimiz
İlham Əliyev tərəfindən həyata ke-
çirilir. Onun 23 yanvar 2006-cı il
tarixli sərəncamına əsasən “Molla
Nəsrəddin” jurnalının 100 illik yu-
bileyi respublikamızda layiqincə
qeyd olunmuşdur. Azərbaycan Res-
publikasının Prezidenti İlham
Əliyevin “Cəlil Məmməd qulu -
zadənin 140 illik yubileyi haqqında”
2009-cu il 6 fevral tarixli sərən -
camına uyğun olaraq görkəmli
yazıçı Cəlil Məmmədquluzadənin
140 illik yubileyinin qeyd olunma-
sı fikrimizi bir daha təsdiqləyir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbov
isə Naxçıvan elminin, ədəbiyyat və
mədəniyyətinin əvəzolunmaz ha-
misidir!
Sonda onu qeyd etmək
istərdim ki, ulu öndərimiz Heydər
Əliyevin Azərbaycan ədəbiyyatının
klassiklərinin şəxsiyyətinə, yara -
dıcılığına və fəaliyyətinə verdiyi
yüksək dəyər təkcə ədəbiy -
yatşünaslıq elmində deyil, həm də
azərbay can şünaslıq
tarixində
mühüm əhəmiyyətə malikdir.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan ədəbiyyatının klas -
siklərinə təkcə büst və heykəllər
ucaltmaqla qalmamış, eyni zaman-
da onlar haqqındakı dəyərli və heç
bir dəyişikliyə uğraya bilməyəcək
fikirlərilə onlara ən nəhəng mənəvi
abidəni də ucaltmışdır. Məhz buna
görə də, bənzərsiz dünyamiqyaslı
siyasətçi olan ümummilli liderimi-
zin xalqımızın qəlbində və
fikirlərində əbədi yaşayacağına
əminik!
AYGÜN ORUCOVA
AMEA Naxçıvan Bölməsinin
elmi işçisi
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ
AZƏRBAYCAN ƏDƏBİYYATI KLASSİKLƏRİ
N
axçıvan Dövlət Universite tində
Magistrantların yeddinci regio-
nal elmi konfransı keçirilib.
Konfrans magistraturanın
fəaliyyətini əks etdirən “Elmin baş-
lanğıc yolu” filminin nümayişi ilə baş-
layıb.
Konfransı giriş sözü ilə açan
universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov
əlamətdar hadisə münasibətilə ma-
gistrantları təbrik edib. Rektor,
universitetdə magistratura üzrə təhsilin
səviyyəsindən, ali təhsil ocağının re-
gionda elmi potensialın formalaş-
masında aparıcı rolundan, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
Sədri Cənab Vasif Talıbov tərəfindən
magistrantların işlə təmin olunması-
nın daim diqqət və nəzarətdə saxla-
nılmasından, qarşıda duran vəzi -
fələrdən ətraflı danışıb. Bu ali təhsil
ocağına göstərilən diqqət və qayğının
nəticəsində hazırda burada xalq
təsərrüfatı, elm, təhsil və mədə niy -
yətin müxtəlif sahələrində ən zəruri
ehtiyac duyulan kadrların hazırlan -
ması, yüksək ixtisaslı mütəxəssislərin
yetişməsi istiqamətində mühüm işlər
görüldüyünü bildirən rektor, kon -
fransın işinə uğurlar arzulayıb.
Konfransda universitetin elmi
işlər üzrə prorektoru, dosent Müba-
riz Nuriyev, Magistratura üzrə dekan,
dosent Etibar Məmmədov çıxış
edərək bildiriblər ki, magistrantların
təhsil alması üçün universitetdə
kifayət qədər münbit şərait yaradılıb,
maddi-texnika baza formalaşıb. Qeyd
olunub ki, burada yaradılmış
Azərbaycanşünaslıq Mərkəzi, Tələbə
Turizm Assosasiyası, Kitabxana,
Kompyuter Mərkəzi, Foto Studiya
magistrantların elmi-nəzəri biliklərə
yiyələnmələrinə, dünyagörüşlərini
artırmağa, vətənpərvərlik xüsusiy -
yətlərinin formalaşmasına xidmət
edir. Hələ 1997-ci ildən fəaliyyətə baş-
lamış magistraturada hazırda 238
nəfər təhsil alır ki, onlardan 14-ü
xarici ölkə - Türkiyə, İran və Cənubi
Koreya vətəndaşlarıdır. 2014-2015-
ci tədris ilində 27 istiqamət, 43 ixti-
saslaşma üzrə əyani və qiyabi şöbədə
190 magistr üçün yer ayrılıb.
Biblioqrafiyaşünaslıq ixtisası
üzrə I kurs magistrant Aysu
Qəhrəmanlı “Müasir kitabxanalar-
da informasiya təhlükəsizliyinin təmin
edilməsi” mövzusunda məruzə edib.
Konfransda
elmi-ictimai
fəallığına görə "İlin magistrantı"
seçilən, 17-dən artıq məqalə və 3 kitab
müəllifi olan, Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası
ixtisası üzrə II kurs magistrantı İlkin
Əsgərə diplom təqdim olunub.
Elmi konfrans öz işini
müxtəlif ixtisaslar üzrə 19 bölmə
iclası ilə davam etdirib.
Naxçıvan Dövlət Universiteti
ilə yanaşı, Naxçıvan Müəllimlər
İnstitutu və “Naxçıvan” Universiteti
magistrantlarının da iştirak etdiyi
elmi konfransda 87 məruzə
dinlənilib, onlardan ən yaxşılarının
müəlliflərinə xüsusi diplomlar
təqdim olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı
Magistrantların VII regional
elmi konfransı