4 / GÜNDƏM
YENİ FİKİR
MAY 2015
N
axçıvan Dövlət Universiteti-
nin İqtisadiyyat kafedrası-
nın müdiri, iqtisad elmləri
doktoru, professor Ağarza Rüstəmov
“Avropa Nəşr Mətbuat Evi”
tərəfindən “Ən yaxşı vətənpərvər
tədqiqatçı alim” qızıl medalı ilə təltif
olunub. “Avropa Nəşr Mətbuat Evi”
mükafat komissiyasının qərarı ilə ta-
nınmış iqtisadçı alim yüksək ixtisas-
lı elmi kadrların hazırlanmasındakı
səmərəli fəaliyyətinə, ölkədə aparılan
iqtisadi islahatlarda yaxından
iştirakına və iqtisadiyyat elminin in-
kişafındakı xidmətlərinə görə bu ada
layiq görülüb.
Naxçıvan Dövlət Universite -
tində keçirilən təqdimetmə məra -
simində "Avropa Nəşr Mətbuat
Evi”nin prezidenti Şöhrət Səlimbəyli
müsabiqə komissiyasının Ağarza
Rüstəmovun elmi-pedqaqoji fəaliy -
yətini araşdırdıraraq bu mükafatla
təltif etmək haqqında yekdil qərara
gəldiyini bildirib. O, Ağarza
müəllimin alim-pedaqoq kimi qa-
zandığı elmi nailiyyətlərdən,
vətənpərvər, nəcib insan olmasın-
dan danışaraq qızıl medalı professora
təqdim edib.
Universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov kollektiv adından
Ağaqza müəllimi təbrik edərək qeyd
edib ki, 40 ilə yaxındır ki, pedaqoji
fəaliyyət göstərən Ağarza Rüstəmov
müxtəlif illərdə Naxçıvan Dövlət
Universitetinin Ümumi texniki fənlər,
İqtisad, Hüquq fakültələrində dekan
müavini və dekan vəzifələrində çalı-
şıb, hazırda İqtisadiyyat kafedrasının
müdiridir. 2007-ci ildə NDU-nun 40
illik yubileyi ərəfəsində professor
Ağarza Rüstəmovun uzunmüddətli
səmərəli elmi-pedaqoji fəaliyyəti
yüksək qiymətləndirilib, ölkə
Prezidentinin sərəncamı ilə “Tərəqqi”
medalına layiq görülüb. 2013-cü ildə
isə BMT yanında Beynəlxalq İnfor-
masiyalaşdırma Akademiyasının
həqiqi üzvü seçilib. Ağarza Rüstəmov
istər respublika miqyaslı, istərsə də
xarici ölkələrdə elmi konfranslarda çı-
xışları, çoxsaylı elmi jurnallarda dərc
olunan məqalə və tezisləri ilə özünü
məhsuldar alim kimi təsdiq edib. O,
eyni zamanda Rusiyanın “Mejduna-
rodnıy nauçnıy” və “Mejdunarodnıy
Texniko-ekonomiçeskiy” jurnallarının
və Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının iqtisadiyyatı və təşkili
institutunun elmi xəbərləri jurnalının
redaksiya heyətinin də üzvüdür. Pro-
fessor Ağarza Rüstəmovun elmi kadr-
ların hazırlanmasında da geniş
fəaliyyəti var. Ondan çox aspirant və
dissertanta rəhbərlik etmiş, hazırda ix-
tisaslaşmış dissertasiya şurasının sədr
müavini vəzifəsini daşıyır.
Alim-pedaqoqun həmkarları
çıxış edərək qeyd ediblər ki, Ağarza
Rüstəmov müəllimlik peşəsini
ürəkdən sevən və sevdirən ziyalı
kimi, Naxçıvan Dövlət Universite -
tində dərs dediyi tələbələrinin dərin
hörmətini qazanıb. O, bu gün də
tələbələrin iqtisadiyyat elminə
dərindən yiyələnməsi üçün əlindən
gələni əsirgəmir.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
İqtisadçı alim qızıl medalla
təltif olunub
N
axçıvan Dövlət Universi -
tetində “Naxçıvan və Şərqi
Anadolu abidələri” möv -
zusunda Beynəlxalq Simpozium ke-
çirilib.
Azərbaycan, Türkiyə, İran,
Əfqanıstan, Rumınya da daxil
olmaqla 5 ölkədən 56 alimin,
həmçinin NDU-nun müəllim və
tələbələri ilə birlikdə, ölkəmizin bir
sıra ali təhsil ocaqlarının, AMEA-nın
müvafiq elmi tədqiqat institutları-
nın, AMEA Naxçıvan bölməsinin
əməkdaşlarının, Türkiyənin Ağrı İb-
rahim Çeçen, Ərzurum Atatürk, An-
kara Qazi, Qars Qafqaz, Elazığ və
digər universitetlərindən dəvət olun-
muş memarlıq üzrə mütəxəssislərin
də iştirak etdiyi beynəlxalq simpo-
ziumun plenar iclası başlanmazdan
əvvəl, Naxçıvan Dövlət Universiteti
ərazisində - Memarlıq və Mühəndislik
fakültəsinin ətrafında Türkiyənin
Ağrı İbrahim Çeçen, Ankara Qazi,
Ərzurum Atatürk və Naxçıvan Dövlət
Universitetlərinin əməkdaşlarının
birgə səyi nəticəsində daşdan
düzəldilmiş heykəllərin açılışı olub.
Ağrı İbrahim Çeçen Universitetinin
müəllimi Naci Edi heykəllər haqqında
məlumat verib. Vurğulanıb ki, sim-
poziumdan 15 gün öncə Naxçıvan
Dövlət Universitetində heykəl
hazırlanma işlərinə Türkiyə tərəfindən
7 memar qatılıb. Naxçıvana aid olan
yerli travertin daşından hazırlanmış
heykəllərdə iki ölkənin milli dəyərləri
əks olunub. Ağrı Ibrahim Çeçen Uni-
versitetinin müəllimi Bilal Hano
tərəfindən hazırlanmış “Heydər
Əliyev-Atatürk”, həmin universitetin
müəllimi Naci Edinin “Azərbaycan
bayrağı” və assistantı Ozan Baycan
ilə birgə hazırladıqları “Azərbaycanın
yüksəlişi”, Ankara Qazi Universi -
tetinin müəllimi Tulay Özkulun
“Sütun və ay”, Ərzurum Atatürk
Universitetinin müəllimi Volkan Do-
ğanın “Buğa” əsərləri haqqında
qonaqlara ətraflı məlumat verib.
Tədbir universitetin Magistra-
tura fakültəsində davam etdirilib.
Əvvəlcə foyedə Naxçıvan Dövlət
Universitetinin Memarlıq və
Mühəndislik, İncəsənət fakültələri
tələbələrinin əl işlərindən ibarət
sərgiyə baxış olub. Sərgidə nümayiş
olunan müasir binaların maketləri
və onların müasir layihələri, həmçinin
mövzu və kolorit baxımından
orijinallığı ilə seçilən əsərlər sərgi iş-
tirakçılarında böyük maraq doğurub.
Türkiyənin Ağrı İbrahim Çeçen
və Naxçıvan Dövlət Universitetlərinin
birgə səyləri nəticəsində gerçək -
ləşdirilən beynəlxalq simpoziumun
plenar iclasında ilk olaraq Azərbaycan
və Türkiyə şəhidlərinin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Hər
iki ölkənin dövlət himnləri
səsləndirildikdən sonra, hər iki ali
təhsil ocağının tanıtım filmləri nü-
mayiş olunub.
Plenar iclasda giriş sözü ilə
çıxış edən Naxçıvan Dövlət Univer-
sitetinin rektoru AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov Azərbaycan
və Türkiyə arasındakı dostluq və
qardaşlığın Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin
“Bir millət, iki dövlət!” ideyası altında
daha da möhkəmlənməsindən
danışıb. Bu əlaqələrin inkişafında
elm, təhsil müəssisələri arasında
tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb
etdiyini vurğulayan rektor qeyd edib
ki, dünyanın 80-dən çox tanınmış
universiteti ilə tərəfdaşlıq edən bu ali
məktəb Türkiyə universitetləri ilə
əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Universitet qardaş ölkənin 40-a yaxın
ali təhsil ocağı ilə elm, təhsil,
mədəniyyət, idman sahəsində
əməkdaşlığa malikdir. Naxçıvan
Dövlət Universitetinin Türkiyə ali
məktəbləri, həmçinin digər ölkələrin
ali təhsil müəssisələri arasında tələbə
və akademik heyətin mübadiləsini
həyata keçirmək məqsədi daşıyan
Mövlana Mübadilə Proqramının iş-
tirakçısı olduğunu bildirən rektor
Saleh Məhərrəmov, Azərbaycan və
Türkiyə arasında dostluq və birliyin
möhkəmlən mə sində
elm
və
incəsənətin müstəsna rolundan da-
nışıb. Natiq, simpoziumun əhəmiy -
yətindən danışıb, onun işinə uğurlar
arzulayıb. Bildirilib ki, Azərbaycanın
tarixi abidələri dövlətimizin
qədimliyinin gös təricisidir. Maddi
mədəniyyət abidələrimizin böyük
əksəriyyətinin işğal olunmuş
ərazilərdə yerləşdiyini bildirən rektor
diqqətə çatdırıb ki, ermənilər tarixi ir-
simizi dünyaya öz memarlıq
nümunələri kimi təqdim etməyə ça-
lışırlar. Bu cür tədbirlərin keçiril məsi,
memarlıq nümunələrinə diqqətin ar-
tırılması tarixi irsimizin saxtalaşdı-
rılmasının qarşısını almağa müsbət
təsir göstərəcək.
Ağrı İbrahim Çeçen Universi-
tetinin rektoru professor-doktor İrfan
Aslan rəhbərlik etdiyi universitet
haqqında ətraflı məlumat verib,
tədbirin təsis edilməsinin məqsədini
memarlıq nümunələrinin bərpasına
diqqəti artırmaqdan ibarət olduğunu
bildirib. “Abidələr, sənət əsərləri və
mədəni miras, bir millətin kimliyi,
varlığının sübutudur”- deyən rektor
həmçinin, Naxçıvan və Naxçıvan
Dövlət Universiteti haqqında xoş
təəssüratlarını bölüşüb.
Ağrı İbrahim Çeçen Universi-
tetinin rektor köməkçisi professor-
doktor Kamal Polad iki xalqın tarixi
bağlılığını, eyni söykökə malik ol-
duğunu isbat edən ortaq mədəniy -
yətlərin təbliği baxımından bu cür
simpoziumların təşkilini yüksək
qiymətləndirib.
AMEA-nın müxbir üzvü,
memar Cəfər Qiyasi “Türk memarlıq
tarixinin birgə araşdırılması”
mövzusundakı məruzəsində Nax -
çıvanın təkcə Azərbaycanın deyil, bü-
tün türk dünyasının nüfuzlu memarlıq
mərkəzlərindən biri olduğunu nəzərə
çatdırıb.
Sonra xatirə hədiyyələri və
heykəllərin quraşdırılmasında əməyi
keçən memarlara Naxçıvan Dövlət
Universitetinin sertifikatları təqdim
olunub.
Plenar iclasın yekununda
Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsinin müəllim və
tələbələri konsert proqramı ilə çıxış
ediblər. Konsertdə Azərbaycan klas-
sik musiqisinin görkəmli nüma -
yəndələri Ü.Hacıbəyovun, Q.Qaray-
evin, T.Quliyevin, F.Əmirovun, R.Mi-
rişlinin, R.Hacıyevin ölməz bəstələri,
türk mahnıları səsləndirilib.
Sonra simpozium öz işini “Ta-
rix”, “Memarlıq”, “Mədəniyyət”
və “İncəsənət” mövzularında
keçirilən bölmə iclasları ilə davam
etdirib. Bölmə iclaslarında “Nax -
çıvan körpüləri”, “Azəri-türk naxış
sənət vəhdətinə yeni elmi yanaşma
tərzi”, “Naxçıvan və Şərqi Anadolu
ləhcələrinin ortak türk mə -
dəniyyətinə təsiri” və s. mövzular
dinlənilib.
İki gün davam edən beynəlxalq
simpoziumun yekununda Naxçıvan
Dövlət Universitetinin elmi işlər üzrə
prorektoru, dosent Mübariz Nuriyev
bildirib ki,- “Bu tədbirdə xalqlarımızın
mədəniyyətini, tarixini, sənətini, me-
marlığını öyrənməklə bərabər,
Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvana qarşı ərazi iddiaları
edən ermənilərə tutarlı cavablar ve-
rildi. Hazırlanan heykəllər isə tarixə
yazıldı”.
Qeyd edək ki, qonaqlar uni-
versitet Kampusunu gəzib, Naxçıvan
Muxtar Respublikası ərazisindəki
tarix, mədəniyyət və memarlıq
abidələri ilə tanış olublar.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı
Naxçıvan və Şərqi Anadolu abidələri mövzusunda
beynəlxalq simpozium
B
akı şəhərində Rabitə və
Yüksək Texnologiyalar Na-
zirliyinin, Heydər Əliyev
Fondunun, Təhsil Nazirliyinin və
AMEA-nın İnformasiya Texnologi-
yaları İnstitutunun birgə təşkilatçılığı
ilə 17 May - Dünya Telekommuni -
kasiya və İnforma siya Cəmiyyəti
Gününə həsr olunan “Ali məktəb
tələbələri arasında informatika üzrə
Ümumrespublika Olimpiadası” ke-
çirilib. Naxçıvan Dövlət Universite-
tinin “NDU” komandası da
Universitetin Həmkarlar İttifaqı
Komitəsinin sədri, riyaziyyat üzrə
fəlsəfə doktoru, dosent Elşən
Məmmədovun rəhbərliyi ilə həmin
olimpiadaya qatılıb.
Qafqaz Universitetində olim-
piadanın 1-ci mərhələsi keçirilib.
Hər təhsil müəssisəsindən maksi-
mum 5 komandanın iştirak edə
biləcəyi olimpiadada NDU-nu 1
komanda təmsil edib. İlkin mərhələdə
respublikanın 17 ali təhsil
müəssisəsindən 66 komandanın
iştirakı ilə keçirilən olimpiadanın
birinci mərhələsində uğurla çıxış
edən Naxçıvan Dövlət Universiteti-
nin informatika komandası final
mərhələsinə vəsiqə qazanıb. “NDU”
komandası müasir informasiya-kom-
munikasiya texnologiyalarının
mənimsənilməsi və tətbiqi, infor -
matika sahəsində nəzəri bilik
səviyyəsi ilə fərqlənərək finala çıxıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Ümumrespublika Olimpiadasında
NDU-nun komandası finala vəsiqə qazanıb