Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

SƏNİN CƏMİYYƏTDƏ YERİN
28. BƏDƏNİ NECƏ MÖHKƏMLƏNDİRMƏLİ?
Bədənin möhkəmliyi orqanizmin də möhkəmliyi deməkdir. Bu, insanın əhvali-
ruhiyyəsinə də müsbət təsir göstərir. Hər gün səhər gimnastikası etmək və bədəni
yaş dəsmalla silmək, yatmazdan öncə təmiz havada olmaq, orqanizmin
immunitetini vitaminlərlə möhkəmləndirmək insan orqanizmini xəstəliklərə qarşı
dözümlü edir. Virus və bakteriyalardan qorunmaq üçün gigiyenik qaydalara da əməl
etmək vacibdir. Lakin bu hamısı deyil. Başqa amillər də var. Bu amillər hansılardır?
Bədənin suya olan ehtiyacı lazımınca ödənməlidir, insan gün ərzində təxminən 1—2
litr (6—8 stəkan) suya ehtiyac duyur. Çox tərləyəndə bədən çoxlu su itirir və bu
itkinin yerini dərhal doldurmaq lazım gəlir. Ona görə də çox tərlədikdən sonra insan
susuzluq hiss etməsə belə, yaxşı olar ki, su içsin. Bu zaman söhbət təbii ki, soyuq
sudan getmir. Çünki tərli halda soyuq su içmək insanı xəstələndirir.
Qidalanma ilə orqanizmi necə möhkəmləndirmək olar?
Qidalanmanın da sağlamlıq üçün böyük əhəmiyyəti var. Hər gün nizamlı olaraq üç
dəfə yemək vacibdir. Ancaq çox yemək olmaz. Biroturuma çoxlu qida qəbul etmək
də orqanizm üçün zərərlidir. Qidanı normal şəraitdə, tələsmədən, süfrə arxasında
qəbul etmək lazımdır. Ayaqüstü yeməklər insanların orqanizminə ciddi ziyan vurur.
Ət və süd məhsullarından da yetərincə istifadə etmək lazımdır. Bu qidalarda
orqanizm üçün faydalı olan zülal və kalsium maddəsi var.
insan işləyərkən özünü həddindən çox yormamalıdır. Yorulanda mütləq dincəlmək
lazımdır.
Emosional gərginliklər* insan orqanizminin sağlamlığına necə ziyan vura bilər?
Yorğun insan hər xırda şeydən hirslənir. Yorğunluq insanı əsəbi edir. Emosional
gərginliklər də orqanizmin müdafiə qabiliyyətini aşağı salır. Məsələn, bəzən güclü
qorxu hissi keçirən insan şəkər, sarılıq və başqa xəstəliklərə tutula bilir. Ona görə də
hər bir insan çalışmalıdır ki, ətrafın- dakıları əsəbiləşdirən, onları həyəcanlandıran,
qorxu və narahatlığına səbəb olan hərəkətlərə yol verməsin. Çünki bu onların


sağlamlığına ziyan vurar.
*Emosional gərginlik — insanın həyəcan, narahatlıq, qorxu hisləri keçirməsi


Sənin sağlamlığın
SUAL VƏ TAPŞIRIQLAR
1.  Sağlamlığı qorumaq üçün necə qidalanmaq lazımdır?
2.  Emosional gərginliklər insanın orqanizminə necə ziyan vurur?
3.  Bədəni möhkəmləndirmək üçün nələrə diqqət yetirmək lazımdır?
4.  «Mən bədənimi möhkəmləndirmək üçün nə edirəm?» adlı cədvəli dəftərinə
çək və doldur.
Mən bədənimi möhkəmləndirmək üçün nə edirəm?
Səhər
Günorta
Axşam
 
 
 


SƏNİN CƏMİYYƏTDƏ YERİN
29. MOBİL TELEFONLAR
Mobil sözü latın dilində «hərəkət edən» deməkdir. Mobil rabitə insanların həyatını
xeyli asanlaşdırır. Həyatın, demək olar ki, bütün sahələrində çalışan insanlar onun
sayəsində öz işlərini daha sürətlə yerinə yetirirlər. Mobil telefonlardan radio,
fotoaparat və videokamera kimi istifadə etmək, internetə qoşulmaq da
mümkündür. Bunun sayəsində insanlar hərəkətdə olarkən danışır, istədiyi yerdə
radioya qulaq asır, ən ani, təsadüfi hadisələri fotoya, yaxud kameraya çəkə bilir.
Mobil telefon və planşetlərdən istifadə uşaqların sağlamlığına təsir edirmi?
Bununla yanaşı, mobil telefonların insanların, xüsusilə də kiçikyaşlı uşaqların
sağlamlığına zərəri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hazırda dünyanın bir çox
ölkələrində 12 yaşa qədər uşaqların mobil telefondan istifadə etməsinə qadağa
qoyulmuşdur, indi uşaqların da mobil telefondan istifadə etməsinə hamı adi hal
kimi baxır. Bəzi uşaqlar mobil telefondan istifadə edərkən sanki hər şeyi unudurlar.
Piyada yol gedəndə, nəqliyyatda olanda, hətta yemək yeyərkən belə telefonu
əllərindən yerə qoymurlar. Bu, çox zərərli vərdişdir.
Alim-həkimlər mobil telefonların uşaq orqanizmi üçün həddən artıq ziyanlı olması
fikrindədirlər. Onlar körpə uşaqların telefon oynatmasını çox təhlükəli hesab edirlər.
Alimlərin fikrincə, mobil telefonlar uşaqların sinir sisteminə mənfi təsir göstərir,
onların beynində qan dövranını, yuxunu pozur, əqli çatışmazlıq və digər xəstəliklər
yaradır. Bəzi alimlər düşünürlər ki, mobil telefondan istifadə uşaqların nitqini də
korlaya bilir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsində bildirilir ki, uşaqlar mobil telefonla
çox danışmamalı, ondan oyuncaq kimi istifadə etməməlidirlər. Mobil telefonlar
böyüklərə nisbətən uşaqlara daha çox ziyan vura bilər. Çünki uşaqların kəllə sümüyü
nazikdir. Beyni hələ inkişafdadır. Ona görə də körpə uşaqları mobil telefondan uzaq
tutmaq vacibdir. Yaxşı olar ki, nisbətən böyük uşaqlar da daha az təhlükəli, yəni
şüalanma dərəcəsi az olan mobil telefonlardan və aşağıdakı qaydalara uyğun
istifadə etsinlər.


Sənin rahatlığın və təhlükəsizliyin
Mobil telefonlardan necə istifadə etmək lazımdır?
— Mobil telefonla mümkün qədər az danışmaq lazımdır.
— Yatmazdan əvvəl mobil telefonla danışmaq insanın yuxusunu qaçırır.
— Yatarkən mobil telefonu yastığın altına qoymaq olmaz.
— Telefonu sürəkli açıq saxlamağa ehtiyac yoxdur, vacib zəng gözləməyəndə onu
bağlamaq daha yaxşı olar.
— Daxili orqanları şüalanmadan qorumaq üçün mobil telefonu bədənə toxunan
dərəcədə yaxın tutmaq olmaz. Onu çantada daşımaq daha təhlükəsizdir.
— Telefon elektrik şəbəkəsinə qoşulu olanda ondan istifadə etmək olmaz.
Sağlamlığının qayğısına qalan hər kəs bu tövsiyələrə əməl etməlidir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Mobil telefonlar insanların həyatını necə asanlaşdırır?
2.  Nə üçün bəzi ölkələrdə uşaqların mobil telefondan istifadə etməsinə qadağa
qoyurlar?
3.  Mobil telefonun istifadə qaydalarında nəyi ən təhlükəli hesab edirsən? Nə
üçün? Fikirlərini dəftərində yaz.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə