Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

SƏNİN CƏMİYYƏTDƏ YERİN
26. QİDA ZƏHƏRLƏNMƏLƏRİ
İnsan yaşamaq üçün qidalanmalıdır. Qida keyfiyyətli, vitaminlərlə zəngin olmalıdır
ki, orqanizm sağlam, xəstəliklərə qarşı davamlı olsun. Bəs qida keyfiyyətsiz olarsa,
nə baş verər?
Bir çox qidaların üzərində xarab olmaması üçün onların aşağı temperaturda, günəş
şüaları düşməyən rütubətsiz yerdə saxlanmaları yazılır. Öz sağlamlığının qayğısına
qalan hər kəs mütləq aldığı ərzaq məhsulunun bu şərtlərə uyğun saxlandığına əmin
olmalıdır. İlk növbədə, son istifadə tarixinə baxmaq lazımdır. Son istifadə tarixi
keçmiş qida məhsullarının orqanizmə xeyrindən çox ziyanı dəyə bilər.
Gigiyena qaydalarına əməl edilmədən hazırlanmış, əlverişli şəraitdə saxlanmamış
qidalar çox vaxt insan həyatı üçün təhlükəli olur. Bu zaman qida zəhərlənməsi
adlandırdığımız xəstəlik baş verir. Həmin xəstəliyin törədiciləri olan bakteriyalar ət,
balıq, süd məhsullarına və yumurtaya düşüb orada sürətlə çoxalır. İnsan həmin
qidanı qəbul edəndə mədə-bağırsaq yolu ilə onun orqanizminə daxil olur və
zəhərlənmə yaradır.
Ət, balıq, süd məhsulları kimi, göbələkdən hazırlanan yeməklərdən də zəhərlənmə
halları çox olur. Ona görə də göbələk yeməkləri yeyərkən, xüsusilə diqqətli olmaq
lazımdır.
Zəhərlənmə zamanı qarında ağrı, 
Konservləşdirilmiş 


ürəkbulanması və qusma olur
ərzaq məhsulları


Sənin sağlamlığın
Konservləşdirilmiş tərəvəz məhsullarından istifadə edərkən nələrə diqqət
yetirmək lazımdır?
Konservləşdirilmiş xiyar, pomidor, lobya, göy noxud və digər tərəvəzləri yemək
üçün açarkən əvvəlcə bankanın qapağına diqqət yetirmək lazımdır. Zəhərlənmə
yaradan bakteriyalar düşmüş bankanın qapağı çox vaxt qabarıq olur.
Bankadakı suyun şəffaflığına da diqqət yetirmək vacibdir. Əgər su şəffaflığını
itirib bulanmışsa, bankadakı tərəvəz zəhərli ola bilər. Həmin tərəvəzləri yemək
olmaz.
Qidanın pis qoxusu varsa, onu yemək sağlamlıq üçün təhlükəlidir.
Konservləşdirilmiş məhsul olan bankanı açdıqdan sonra, onu 2—3 gün
müddətinə yalnız soyuducuda saxlamaq olar. Açılmış bankanı soyuducuya
qoymadıqda orada bakteriyalar çox sürətlə çoxalmağa başlayır.
Qida zəhərlənmələrinin əlamətlərini bilmək və vaxtında təcili tibbi yardım
almaq insanın həyatını xilas edir. Qida zəhərlənməsi zamanı:
— ürəkbulanması, qusma; 
— qarında ağrı, ishal; 
— temperatur; 
— halsızlıq, başgicəllənməsi müşahidə edilir; 
— udqunmaq, nəfəs alıb-vermək çətinləşir; 
— bir çox hallarda əzələ ağrıları olur.
Qida qəbulundan sonra özündə belə əlamətləri hiss edən insan mütləq təcili
yardıma müraciət etməlidir. Çünki həkim yardımı gecikərsə, zəhərlənmə
orqanizmə daha çox ziyan vura bilər və ölümlə nəticələnər.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Qida zəhərlənməsi nə zaman baş verir?
2.  Qida zəhərlənməsinin əlamətləri hansılardır?
3.  Hansı qidalarda zəhərlənmə daha çox olur?
4.  Qida zəhərlənməsi zamanı nə etmək lazımdır?
5.  Qida zəhərlənmələrindən qorunmaq üçün nə etmək lazımdır? Fikirlərini
dəftərində yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
27. İLK TİBBİ YARDIM
Hətta ən kiçik yara belə insanın həyatı üçün təhlükə mənbəyi ola bilər. Yaraya
toxunan hər şey steril, yəni mikrobsuz olmalıdır. Çünki cürbəcür mikroblar yara
vasitəsilə asanlıqla orqanizmə daxil ola bilər. Ona görə də zədələnmiş yerə sarğı
qoymaq lazım gəlir. Çünki sarğı yaranı mikroblardan və kənar təsirlərdən qoruyur,
qanaxmanı dayandırır. Sarğı qoymaq üçün tənzifdən və pambıqdan istifadə edilir.
Ancaq yadda saxlamaq lazımdır ki, pambıq da, tənzif də steril olmalıdır. Yod və spirt
kimi vasitələr mikrobları öldürür.
Sarğı qoymağın qaydaları:
Yaranın üzərinə əvvəlcə steril tənzif, sonra isə pambıq qoyulur; bint sağ əldə
saxlanır, sarğı sol əllə tutulur; bint soldan sağa doğru sarınır.
Əvvəlki iki sarğı ikiqat, yəni üst-üstə qoyulur, sonrakı sarğılar biri digərinin yarısını
tutmaqla davam etdirilir. Sarğının son dolağını sarıyandan sonra bintin ucunu
ortadan iki yerə bölərək düyünləyirlər. Düyün yaranın üstünə düşməməlidir. Ələ
sarğı qoyarkən barmaqların uclarını sarğının içinə salmaq lazım deyil. Sarğı qanı
dayandırmaq üçün qoyulmursa, o zaman binti bərk çəkmək olmaz. Bu, yaralının qan
dövranını poza bilər. Ancaq çox boş sarımaq sarğının boşalıb öz-özünə açılmasına
səbəb olar.
Bəzən ehtiyatsız hərəkət etdikdə ayaq burxulur, sümükləri birləşdirən bağlar və
əzələlər dartılıb gərilir, ayaq şişir və şiddətli ağrılar baş verir. Belə hallarda ilk yardım
olaraq dəsmalı soyuq su ilə isladıb zədələnmiş yerə qoymaq və həkimə müraciət
etmək lazımdır.


İstilikvurma və günvurma da həyat üçün təhlükəlidir. İstilikvurma isti yerlərdə,
məsələn, hamamda uzun müddət qaldıqda baş verir. Günvurma isə insan uzun
müddət günəş şüalarının altında qaldıqda baş verir.
İstilikvurma və günvurmanın əlamətləri bunlardır: başağrısı; başgicəllənmə; dərinin
qızarması; ürəkbulanma; qusma; nəbzin və tənəffüsün tezləşməsi.
Bu zaman zərərçəkəni sərin yerə aparmaq, paltarının yaxasını açmaq, su içirmək,
başına və sinəsinə yaş dəsmal qoymaq, yaş tənziflə


Sənin sağlamlığın
boynunu və qoltuqaltı nahiyələrini silmək lazımdır. Zərərçəkənin nəbzini yoxlamaq
istəsəniz, bu, o qədər də çətin deyil. Nəbz əlin içəri tərəfində baş barmaqdan bir
qədər yuxarıda müəyyən edilir. Onu iki barmaqla yoxlamaq lazımdır. Nəbzin bir
dəqiqədə vurduğu zərbələr sayılır. Böyük adamlarda nəbzin dəqiqədə 60—80
vurması normal sayılır. Uşaqlarda nəbz daha tez- tez vurur. 5 yaşına kimi uşaqlarda
nəbz dəqiqədə 98—100-ə qədər, 10 yaşdan yuxarı uşaqlarda 78—85-ə qədər,
qocalarda 120—140-a qədər vurur.
Günün altında çox qalanda günəş şüasının təsirindən dəridə yanıqlar da əmələ gələ
bilər. Günəş şüasının, alovun, qaynar suyun və s. təsirindən baş verən yanıqlar
termik yanıqlar adlanır. Kimyəvi maddələrin təsiri nəticəsində yaranan yanıqlara
kimyəvi yanıqlar deyilir. Yanıqlar 4 dərəcəyə bölünür: 1-ci yüngül; 2-ci orta; 3-cü ağır;
4-cü çox ağır.
Yanğın baş verərkən, ilk növbədə, alışmış paltarları söndürmək lazımdır. Paltonu,
adyalı (yorğanı) adamın üstünə salmaqla alovu söndürmək mümkündür. Paltarın
yanığa yapışan yerini qətiyyən dartıb qopartmaq olmaz.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Ayaq burxulanda ilk yardım nədən ibarət olur?
2.  İstivurmanın əlamətləri hansılardır?
3.  İsti vurmuş insana necə yardım göstərmək olar?
4.  İnsanın yaşından asılı olaraq onun nəbzi necə dəyişir?
5.  Termik və kimyəvi yanıqlar necə yaranır?
6.  Paltarı alışmış insana necə yardım etmək olar?
7.  Yaraya sarğı nə üçün qoyulur? Fikirlərini dəftərində yaz.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə