“O, Lenin milli siyasətini düzgün baĢa düĢmür”.
“O, danıĢığında rus sözü iĢlədən adamları xoĢlamırdı, deyirdi ki, azərbaycanca təmiz danıĢmaq
lazımdır”.
“...Əbülfəz öz əhatəsində olanlara özünü türk kimi təqdim edir və deyirmiĢ ki, azərbaycanlılar
türkdürlər. ... Azərbaycanlıların türk olduğunu iddia etməklə o, tarixi faktları saxtalaĢdırır, səhv
edir”.
“Əbülfəz islam dinini dinlərin ən gözəli, ən insanpərvəri hesab edirdi və bizi də onu müdafiə
etməyə çağırırdı”.
“Müəllim dostu Rafiq Ġsmayılov bir sıra erməni müəlliflərinin öz məqalələrində Azərbaycan
ərazisinin xeyli hissəsinin Ermənistana aid olduğunu iddia etdiklərini söyləyəndə Əbülfəz Əliyev
onu müdafiə etməyə çalıĢdı. Lakin kafedra müdiri ... onun sözünü yarımçıq kəsdi... Mən
Əbülfəzin diqqətini bir də ona yönəltdim ki, partiya yığıncağında Sov.ĠKP üzvü olan tələbələr də
iĢtirak edirdi və həmin çıxıĢlar onların dünyagörüĢünə və baĢqa millətlərə (
ermənilərə - Ə.T.
)
münasibətinə mənfi təsir göstərə bilər”.
Əbülfəz müəllimin dostları içərisində əqidəcə ona ən yaxın olanı məhz adı çəkilən Rafiq Ġsmayılov
idi. Onlar hələ on beĢ il öncə eyni mübarizə yolunu seçmiĢdilər və eyni gizli təĢkilatda da
çalıĢırdılar. Ona görə universitetdə də eyni mövqedən çıxıĢ edirdilər. Bu dostluqla bağlı baĢqa bir
maraqlı fakt da DTK sənədlərində əksini tapıb.
1974'də kafedrada, rəyçilərinin Əbülfəz Əliyev və Rafiq Ġsmayılov olduğu bir diplom iĢi müzakirə
edilir. R.Ġsmayılov ġərqdə yerləĢən sovet respublikalarını “müsəlman respublikaları”
adlandırdıqda A.A. adlı birisi onun sözünü kəsərək buna etiraz edir, onun elmi və siyasi səhvə yol
verdiyini söyləyir, “xarici mətbuatın yabançı və ziyanlı təsirinə” uymamağı tələb edir. “Bundan
sonra R.Ġsmayılov və onunla həmrəy olan Əbülfəz Əliyev nümayiĢkaranə Ģəkildə yığıncağı tərk
etdilər”.
Məhz bu hadisədən sonra Əbülfəz bəyin Ģəxsiyyəti haqqında ilk böhtan irəli sürüldü:
“Əbülfəzin
hərəkətlərindəki qəribəlikləri, kollektivin tənqidini nəzərə almamasını, bu və ya digər məsələyə
münasibətdə Ģəxsi fikirlərini, kafedra yığıncağını nümayiĢkaranə Ģəkildə tərk etməsini, ailə
qurmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, ola bilər ki, onda psixi çatıĢmazlıqlar olsun”.
Buraya çatanda dahi Mirzə Cəlilin “Dəli yığıncağı”ndakı doktor Lalbyuzun “kim dali?” soruĢması
yada düĢür. Sonralar - siyasi mübarizəsi daha sistemli və barıĢmaz olduqca ən müxtəlif
iqtidarların və siyasi rəqiblərinin yaratdığı “iradəsiz”, “qətiyyətsiz”, “bacarıqsız”, “özünə gün
ağlaya bilməyən”, “cinayətkar”, “xuliqan”, “türemĢik”, “içkibaz”, “erməni”... kimi ən çeĢidli, ən
allahsız böhtan-epitetlər ünvanına dolu kimi yağacaq. (Onların ən amansızları və imansızları Bəyə
hələ 1974'dən çox gözəl tanıĢ olan 1993'dən sonrakı iqtidarın dövrünə düĢdü. Zabitəli dirijorun
çubuğu tərpənən kimi böhtançılar xorunun səsi televiziya, radio və mətbuatı baĢına götürdü...).
Universitetin təkcə vəzifəcə yox, mənəviyyatca da baĢ müəllimi olan Əbülfəz bəyi bir pedaqoq
kimi ən dolğun, ən düzgün səciyyələndirən sənəd dostu Rafiq Ġsmayılovun DTK'ya verdiyi bu
izahatdır:
“O, Vətənini, xalqını sevəndir. Əliəyrilərin, rüĢvətxorların düĢmənidir. Hamını doğru, təmiz və
sadə görmək istəyir. [...] Əbülfəzin mühazirələri maraqlı, geniĢ və hərtərəfli olduğundan
kafedrada onu həmiĢə müəllimlərə nümunə gətirmiĢ və mühazirələrə onun kimi hazırlıqlı gəlməyi
tələb etmiĢlər. Əbülfəz sənətinin vurğunudur.
Yaxın yoldaĢ kimi onun maddi vəziyyətindən də yaxĢı xəbərim vardır. Maddi cəhətdən çox
çətinlik çəkirdi. Baxmayaraq ki, 240 manata kimi maaĢ alırdı, aldığı pul onu görmürdü. Bir
tərəfdən tez-tez ev kirayə etməsi, daimi yaĢayıĢ yerinin olmaması, ailə qura bilməməsi, hətta
maddi cəhətdən çətinlik çəkən tələbələrin bəzilərinə aldığı maaĢdan kömək etməsi onun maddi
cəhətdən çətinlik çəkməsinə səbəb olurdu. O hətta əyninə kostyum ala bilmirdi. 1974'cü dərs
ilinin baĢlanmasına az qalmıĢ oynadığı lotereya pulu ilə özünə bir dəst kostyum ala bildi. Həmin
kostyumun ucbatından bir neçə nəfərə pul borcludur”.
Müəllimliyi baĢqa cür düĢünənlər Əbülfəz müəllimi hətta rüĢvət almamaqda da suçlandırırdılar.
1974'ün 23 Dekabrında birisi DTK'ya elə belə də yazırdı:
“Sonra mən Əbülfəz Əliyev haqqında
danıĢdım. Göstərdim ki, o, düzgün taktika yürütmür, ona görə də yerli komitəyə seçilmədi.
Özünü tez nüfuzdan saldı. O gərək qəbul imtahanlarında iĢtirak edəydi, abituriyentdən rüĢvət
alaydı. Onda həm özünü iqtisadi cəhətdən düzəldərdi, həm də özünün millətçilik fikirlərini yaya
bilərdi”.
Özünün kəskin ehtiyacı olduğuna baxmayaraq o, Ģəxsi evini keçmiĢ tələbə yoldaĢı Malik
Mahmudova bağıĢlamıĢdı. Bunu M.Mahmudovun 18 Fevral 1975'də DTK'ya verdiyi izahat da
təsdiqləyir: “1969'cu ildə mən evləndiyimə görə Əbülfəz mənim ailə vəziyyətimi nəzərə alıb
könüllü olaraq evi mənə verdi, özü isə baĢqa yerdə kirayə ev tutdu”.
Gizli millətçi təĢkilatın öz fəaliyyətini gücləndirməsiylə Əbülfəz bəyin tələbələr arasında təbliğatı
da 1970'dən sistemli Ģəkil aldı. O, gizli tələbə qrupları yaratmağa baĢladı. Həmin qruplardan
birinin baĢçısı olmuĢ keçmiĢ tələbəsi Ələsgər Siyablı bildirir ki, gizli iĢimiz əsasən ayrı-ayrı
mövzular (məsələn, Quzey Azərbaycandakı müstəmləkə siyasəti, Güney Azərbaycandakı fars
əsarəti, türk dünyasının geosiyasi vəziyyəti, türk millətçiliyi məsələləri və b.) haqqında xüsusi
mə‟ruzələr hazırlayaraq onların ətrafında fikir mübadiləsi aparmaq, Azərbaycanın, türk-islam
dünyasındakı qəhrəman Ģəxsiyyətlərin fotoĢəkillərini, onlar haqqında mə‟lumatları çoxaldıb
yaymaq, Azərbaycanın bütövlüyü problemini, türk millətçiliyi ideyasını geniĢ kütlələrə təbliğ
etməkdən ibarətdi.
Gizli təĢkilatı DTK'nın bütünlükdə aĢkarlaya bilməməsiyçün Əbülfəz bəyin yaratdığı üçlük, beĢlik,
yeddilik, doqquzluq qrupların yalnız baĢçıları onu tanıyırdı və heç birinin, baĢqasından xəbəri
yoxdu. (Bu taktika sonralar təcrübədə özünü doğrultdu - DTK qurumu bütünlüklə aça bilmədi).
[Yeri gəlmiĢkən, Əbülfəz bəy Ankarada 1998'də çıxan “Bütöv Azərbaycan yolunda” kitabının “Nə
deyəsən?! Belə qalmaz!” adlı bölməsində (161-216'cı səh.) gizli təĢkilatı yaratması və DTK ilə
mübarizəsi haqqında ətraflı yazıb].