Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə4/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   2   3   4   5   6   7   8   9   ...   191

Unusdakı  və  Ordubaddakı  müəllimləri  kimi  burada  da  bir-birindən  savadlı  pedaqoqlardan  - 

ölkənin ən istedadlı alimləri olan professorlar Həmid Araslıdan, Məmməd Cəfərdən, Mir Cəlaldan, 

Əlövsət  Abdullayevdən...  dərs  aldı.  Ərəb  dilinisə  Azərbaycanda  ərəb  dilçiliyi  məktəbi  yaratmıĢ 

Ələsgər  Məmmədovdan  öyrəndi.  Yeri  gəlmiĢkən,  o  zamanlar  bütün  SSRĠ'də  ərəb  dili  üzrə  ən 

güclü mütəxəssislər hazırlayan təhsil ocağı məhz ADU'nun ĢərqĢünaslıq fakültəsi sayılırdı və bu 

nüfuz yalnız və yalnız Ələsgər müəllimin adıyla bağlıydı.   

ġərqĢünaslıq  fakültəsində  onunla  bir  oxumuĢ  tələbə  dostu,  professor  Aydın  Abıyev  tələbəlik 

illərini belə anır: “Əbülfəz bəy ərəb filologiyası, mənsə türk filologiyası Ģöbəsinə qəbul olunduq. 

Ġxtisas fənlərindən baĢqa bütün dərsləri bir yerdə keçər və yataqxanada yaĢayardıq. Əbülfəz bəy 

elə  ilk  vaxtlardan  bəzi  özəllikləriylə  diqqətimizi  cəlb  eləməyə  baĢlamıĢdı.  O,  millətini  sevməsi, 

xalqına  hədsiz  bağlılığı,  ana  dilimizə  çılğıncasına  vurğunluğu,  insanlara  sevgisi,  sadəliyi, 

mehribanlığı,  doğruculluğu,  açıqürəkliliyi,  eyni  zamanda  Ģənliyi,  gülərüzlüyü  və  nikbinliyi  ilə 

çoxlarından seçilirdi. Onun cəsarətliliyi, heç kimdən qorxmadan, çəkinmədən sözünü deməsi bizi 

heyrətləndirirdi.  Müəllimlərlə,  özəlliklə  də  tarix,  fəlsəfə,  siyasi  iqtisad  fənlərindən  dərs  deyən 

müəllimlərimizlə milli, siyasi və ictimai-sosial məsələlərlə bağlı mübahisələr edər, onlara o zaman 

üçün təhlükəli olan suallar da verməkdən çəkinməzdi. Çoxları düĢünürdü ki, onu ya tutacaqlar, 

ya da universitetdən xaric edəcəklər. 

Adamlara  həssas  münasibət  bəslər,  zəiflərin  halına  acıyar,  belələrini  müdafiəyə  qalxaraq  hətta 

həyatını  təhlükəyə  də  atardı.  Dərslərimiz  çox  zaman  ikinci  növbədə  keçirilirdi,  ona  görə  də 

yataqxanaya  axĢam  dönməli  olurduq.  Dəfələrlə  görmüĢük  ki,  yolda  kimsə  bir  qıza  sataĢmaq 

istəyib, yaxud iki-üç nəfər bir adamı döyməyə baĢlayıb. Bu zaman Əbülfəz bəy ley kimi Ģığıyaraq 

tanımadığı  həmin  adamları  hücumçulardan  qoruyar,  onları  aralayar,  danlayar,  onu  da  vura 

biləcəklərini düĢünməzdi. Tanımaz-bilməzə bir qızı müdafiə etməsi üstündə (axı onu bıçaqlaya da 

bilərdilər)  onu  danladıqda,  əksinə,  bizi  qınayardı:  -  Nə  dəxli  var  ki,  tanımıram?  O,  hər  Ģeydən 

öncə,  millətimizin  bir  balasıdır,  deməli,  bizim  də  bacımızdır.  Ġkincisi  də,  zəifdir,  qadındır,  onu 

qorumaq hamımızın borcudur. Kənarda durmağınız bəs deyil, hələ məni də təqsirləndirirsiniz?”.   

Universitetin baĢqa ali məktəblərə nisbətən həmiĢə demokratikliyiylə seçilmiĢ sərbəst ab-havası, 

eləcə də baĢdan-baĢa əlaçı tələbələrdən ibarət qrupda oxuması Əbülfəz Əliyevin qatı millətçi kimi 

yetiĢməsinə  Ģərait  yaratdı.  Hələ  uĢaqlıqdan  həyata  ÖZÜNÜN  baxıĢları  olan,  hər  gördüyünün 

mahiyyətini özüyçün açıqlamağa, öyrənməyə çalıĢan Əbülfəz bir insan, ən sıravi vətəndaĢ olaraq 

yurddaĢlarının  zəlil  gündə  yaĢadığını,  ancaq  qorxudan  səs  çıxara  bilmədiyini,  ÖZ  əqidəsi  olan 

adamların  zindanlarda,  sürgünlərdə  çürüdüldüyünü,  Vətənimiz  ikiyə  bölünsə  də  Güney 

Azərbaycanın  hətta  adının  çəkilməsinin  belə  yasaq  edildiyini,  Moskvanın  Azərbaycanda  milli 

mədəniyyətimizi, ana dilimizi sıxıĢdıraraq milli əritmə (assimilyasiya) siyasəti apardığını gördükcə 

təəssübkeĢ ürəyi göynəyir, bu siyasətin köklərini aydınlaĢdırmağa çalıĢırdı.   

Ġllər  ötdükcə  o,  iki  düĢmənə  daha  yaxından  bələd  olurdu  -  sovet  quruluĢuna  və  Moskvaya! 

Ədalətsizliyə, haqsızlığa heç vaxt dözməyən dəliqanlı universitet tələbəsi adi müĢahidəçiliyi özünə 

sığıĢdırmayaraq millət və Vətən yolunda Ģəxsən çarpıĢmağa qərar verdi! 

Elinin  və  yurdunun  acı  durumu  onu  gecə-gündüz  düĢündürür,  aramsız  olaraq  qurtuluĢ  yolu 



axtarmağa  vadar  edirdi.  Tələbə  yoldaĢlarıyla,  müəllimləriylə  söhbətlərinin  baĢlıca  mövzusu  da 

daim millətinin vəziyyəti və Azərbaycanın parçalanması olurdu. Onlardan söz düĢəndə Əbülfəz ov 

üstünə atılmağa hazırlaĢan aslana dönürdü. Sanki ildırım kimi adamı deĢib keçəcək sərt baxıĢları, 

az qala bir qarıĢ uzunluqda barmaqlarının sinirli hərəkətləri, gah qəzəbli pələng nəriltisinə, gah 

sakit  çay  Ģırıltısına  bənzər  danıĢığı,  dəmirdən  möhkəm  məntiqiylə  qarĢıdaĢını  ovsunlayan,  onu 

özünün  düĢüncə  əsirinə  çevirən  bu  gəncə  çox  keçmədən  fakültədə  “Millət”  ayaması  verdilər. 

Onun  söhbətləri  1937'nin,  1948-49'un  qırğınlarından  sağ-salamat  çıxa  bilmiĢ  müəllimlərini 

üĢündürür, qrup yoldaĢlarınısa düĢündürürdü. 

ġair  dostu  Vaqif  Bayatlı  Önər  sonralar  onun  tələbəlik  illərini  xatırlayaraq  yazacaq:  “Neçə-neçə 

adamlar görmüĢəm ki, səndən danıĢanda birinci Kələkiyə getməyini xatırlayırlar. Mən isə həmiĢə 

səni düĢünəndə Kələkiyə getməyini yox, təxminən 43 il bundan öncə Kələkidən ilk dəfə Bakıya 

gəlməyini  və  ADU'nun  tələbə  yataqxanasında  hər  səhər  saat  6'da,  Azərbaycanın  dövlət  himni 

çalınanda yatağından sıçrayıb otaq yoldaĢlarınla birlikdə sayğıyla dayanmağını görürəm”.   

1960'da  yataqxananın  41  saylı  otağında  yaĢayan  yoldaĢları  Rafiq  Ġsmayılov,  Zakir  Məmmədov, 

Malik  Mahmudov  və  baĢqalarıyla  birgə  gizli  siyasi  dərnək  yaradaraq  universitet  tələbələri 

arasında  geniĢ  təbliğat  aparmağa,  onları  Azərbaycandakı  müstəmləkə  siyasətinə  qarĢı, 

Azərbaycanın  birləĢdirilməsi  və  Turan  uğrunda  mübarizəyə  çağırmağa  baĢladı.  Yataqxana 

sakinlərindən Rüstəm Eminov və Alim Xasayev də onlarla əməkdaĢlıq edirdilər. Sovet DTK'sının 

qan-qan dediyi, kəsdiyi baĢa sorğu-sual olmadığı bir vaxtda bu iĢə giriĢmək açıq-aĢkar həyatıyla 

oynamağa  bərabərdi.  Ancaq  Əbülfəz  həyatını  itirməkdən  qorxanlardan  deyildi  və  özünə  söz 

vermiĢdi  ki,  ömrünü  son  nəfəsinədək  yalnız  millətinin  xoĢbəxtliyinə,  bir  də  ana  yurdunun 

azadlığına  həsr  edəcək.  Bu  yolda  canından  keçməyə  söz  vermiĢdi  və  buna  hər  an  da  hazırdı. 

Hətta  dünyada  hamıdan,  hər  Ģeydən  artıq  istədiyi,  müqəddəs  saydığı  anası  da  onu  fikrindən 

döndərməyi  bacarmamıĢ,  axırda  ona  xeyir-dua  verərək  demiĢdi  ki,  sən  xalqın  adamısan,  Allah 

adamısan; səni tapĢırdım Allaha. Ġndi özün bilərsən, daha sənin iĢlərinə qarıĢmayacağam. 

Son  kursdaykən  -  1962'də  dörd  tələbə  dost:  Əbülfəz  bəy,  Malik  Mahmudov,  Alim  Xasayev  və 

Rafiq  Ġsmayılov  gizli  təĢkilatın  özəyini  yaratdılar.  Onlar  Azərbaycanın  Ziya  Bünyadov,  Bəxtiyar 

Vahabzadə,  Xudu  Məmmədov,  Nurəddin  Rzayev...  kimi  görkəmli  ziyalılarını  da  cəlb  etməklə 

onların  ağsaqqallığı  altında  xüsusən  gəncləri  Vətənin  və  millətin  azadlığı  iĢinə  hazırlamaq 

istəyindəydilər. Ancaq çox çəkmədən onlar universiteti bitirərək ayrı-ayrı yerlərə göndərildilər və 

təĢkilatın iĢində fasilə yarandı.   

MĠSĠR EHRAMLARI ÖNÜNDƏ 

1962'də universiteti baĢa vuranda Bəyin (onu artıq belə çağırmağa baĢlamıĢdılar) Misirdə Sovet 

hökumətinin  köməyiylə  tikilən  Əsvan  bəndində  tərcüməçi  iĢləməsi  qərarlaĢdırıldı.  Ancaq  oraya 

getməzdən  öncə  tərcüməçinin  bacarığı  “evdə”  sınaqdan  çıxarılırdı.  Bu  məqsədlə  o,  1962'nin  5 

Oktyabrından  həmin  ilin  sonunadək  SSRĠ  Hidrolayihə  Ġnstitutunun  Bakı  Ģöbəsində 

tərcüməçi-mühəndis iĢləyəndən sonra 1 Yanvar 1963'də SSRĠ “BaĢxaricienerji” idarəsinin xəttiylə 

BirləĢmiĢ Ərəb Respublikasına (Misrə) göndərilərək Əsvan bəndindəki tikintidə iĢə baĢladı. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə