Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



30 

"...Həcc  vaxtına  qədər  ümrə  ziyarətindən  istifadə  edən  şəxs 

müyəssər  etdiyi  bir  heyvan  kəsməlidir.  Qurbanlıq  tapmayanlar 

bunun  əvəzində  həcc  ziyarəti  günlərində  üç  gün  və  qayıdandan 

sonra  yeddi  gün  oruc  tutmalıdır  ki,  bu  da  tam  on  gün  edər. 

Ümrə  ziyarəti,  Məscidul-haramda    sakin  olmayanlara  aiddir" 

(əı-Bəqərə:  196).  Qurbanı  kəsəndə  bu  duanı  demək 

müstəhəbdir:  "Bismilləh,  vallahu  əkbər,  Allahummə  minkə  və 



ləkə,  Allahummə  təqəbbəl  minni"  (Müslim).  Heyvanı  sol  tərəfi 

üzərində  qibləyə  tərəf  kəsmək  sünnədir.  Kəsdiyi  qurbanın 

ətindən  yemək  və  hədiyyə  etmək  müstəhəbdir.  "...onlardan 

özünüz  də  yeyin,  biçarə,  zavallı  yoxsula  da  yedirdin!"  (əl-

Həcc:  28).  Qurban  kəsməyin  vaxtı  13-cü  gün  günbatana 

qədərdir.  Qurban  Minada  və  ya  Məkkədə  kəsilə  bilər. 

Peyğəmbər  (s.a.s)  buyurub:  "Ərafanın  hər  yerində  dayanmaq 

olar.  Minanın  hər  yerində  qurban  kəsmək  olar.  Müzdəlifənin 

hər  yerində  dayanmaq  olar.  Məkənnin  hər  küçəsi  yoldur  və 

orada qurban kəsmək olar" (Müslim və Əbu Davud). 

3.  Həcc  edən  qurbanını  kəsdikdən  sonra  saçını  qısaldır  və  ya 

qırxır.  Kişilər  üçün  saçı  qırxmaq  daha  yaxşıdır.  Çünki 

Peyğəmbər  (s.a.s)  saçlarını  qırxanlar  üçün  üç  dəfə,  qısaldanlar 

üçün isə bir dəfə dua etmişdir (Buxari və Müslim). Qadınlar isə 

saçlarını  yalnız  bir  s-metr  uzunluğunda  qısaldırlar.  Daş atandan 

və  saçı  kəsəndən  sonra  ehramda  olana  qadınlardan  başqa  hər 

şey halal olur. Bu, birinci təhəllül adlanır. 

Birinci  təhəllüldən  sonra  ətirlənmək,  təmizlənmək  və  ən  gözəl 

paltarı geyinmək olar. 

4.  Bu  əməlləri  etdikdən  sonra  təvaf  etmək  üçün  Məkkəyə  gedir. 

Bu  təvaf  ifada  yaxud  ziyarət  təvafı  adlanır.  Bu  təvaf  həccin 

rüknlərindən  biridir. Ayədə qəsd olunan təvaf da budur. "Sonra 

həcc  əməllərini  yerinə  yetirsinlər,  nəzirlərini  versinlər  və 

qədim  evi  (Kəbəni)  təvaf  etsinlər"  (əl-Həcc:  29).  Bu  təvaf, 

əvvəldə  deyilən  kimi  olur.  Lakin  burada  tez  yerimək  və  ya 

çiyinin  birini  açmaq  lazım  deyil.  Təvafdan  sonra  Məqami 

İbrahimin  arxasında  iki  rükət  namaz  qılınmalıdır.  Zəm-zəm 

suyundan  içmək  yaxşı  olar.  Təməttu  həcci  edənlər  Səfa  və 

Mərva  arasında  səy  etməlidirlər.  Çünki  onun  birinci  etdiyi  səy 



 

 

 



31 

ümrə,  bu  isə  həcc  səyidir.  Qiran  və  ifrad  həcci  edənlər  yalnız 

bir səy etməlidirlər. Əgər  onlar  ilk  təvafdan sonra səy ediblərsə 

ifadə  təvafından  sonra  onlara  səy  etmək  lazım  deyil.  Yox  əgər 

ilk  təvafdan  sonra  səy  etməyiblərsə  onda  ifadə  təvafından 

sonra  səy  etməlidirlər.  Ikinci  təhəllül  üç  əməli  edəndən  sonra 

olur.  Bunlar:  Daş  atmaq,  saçı  qırxmaq  və  ya  qısaltmaq,  ifadə 

təvafı  və  səydir.  Bu  üç  işi  edənlərə  ehramla  qadağan  olan  hər 

şey,  hətta qadınlar belə halal olur. Lakin bu üç əməldən ikisini 

edənlərə  qadınlardan  başqa  hər  şey  halal  olur.  Bu,  birinci 

təhəllül adlanır. 

Həcc  edənlər  bu  dörd  əməli  aşağıdakı  tərtiblə  etsələr  daha 

yaxşı olar. 

1.  Daş atmaq. 

2.  Qurban kəsmək. 

3.  Saçı qırxmaq və ya qısaltmaq. 

4.  Kəbəni təvaf etmək və səy etmək. 

Bu  əməllərin  birini  digərindən  əvvəl  etmək  olar.  Belə  bir  şəxsin 

həcci məqbuldur. 

 

Təşriq (11,12, 13) günləri edilən həcc əməlləri! 

1.  Həcc edən ifadə təvafından və səydən sonra Minaya qayıdır və 

orada on birinci və on ikinci gecəni gecələyir. Bu gecələmə hər 

kəsə  vacibdir.  Yalnız  çobanlar,  insanlara  su  verənlər  və  buna 

bənzər  işlərdə çalışanlar  müstəsnadır. Çünki Peyğəmbər (s.a.s) 

çobanlara  və  insanlara  su  verənlərə  Minada  gecələməməyə 

icazə  verib.  Buna  görə  Ömər  t  deyirdi:  "Hacılardan  heç  kəs 

Əqəbədən  (yəni,  daş  atılan  yerdən)  bayırda  gecələməsin". 

Həmçinin  bu  iki  gündə  daşlar  zəvaldan  (gün  əyiləndən)  sonra 

atlmalıdır. Onları atmaq vacibdir. Zəvaldan öncə daşları atmaq 

olmaz.  Çünki  Peyğəmbər  (s.a.s)  daşları  yalnız  zəvaldan  sonra 

atardı.  Əgər  buna  icazə  verilsəydi  Peyğəmbər  (s.a.s)  daşları 

ümmətinə  rahat  olsun  deyə  zəvaldan  qabaq  atardı.  Daşları 

atarkən bu tərtibə fikir vermək lazımdır: 

A.  Ilk olaraq, birinci cəmərata daş atmaqla başlayır. Yeddi 

ədəd daş götürüb, hər daşı atanda təkbir "Allahu əkbər" 

deyərək daşları atır. Daşların hamısı hovuza düşməlidir. 



 

 

 



32 

Sonra  bir  az  irəli  gedib  dayanaraq  əllərini  qaldırır  və 

uzun dua edir. 

B.  Sonra  gedib  ikinci  (orta  cəmərata)  ardıcıl  olaraq  yeddi 

ədəd daş atır. Hər daşı atanda təkbir edir. Sonra bir az 

irəli gedib dayanaraq əllərini qaldırır və uzun dua edir. 

C.  Sonra  gedib  sonuncu  cəmarata  "Cəmərətul-əqəbəyə" 

yeddi ədəd daş atır. Hər daşı atanda təkbir edir. Daşları 

atandan sonra dua etmir (bax! şəkil: 10). 

On  ikinci  gün  zəvaldan  sonra  eyni  qayda  ilə  daşları  atır 

və dua edir (bax! şəkil: 10). 

 

 



 

 

 



2.  Qurban  kəsə  bilməyərək  Təməttu  və  Qiran  həcci  edənlər  on 

gün  oruc  tutmalıdırlar.  Bunun üç  günü həcdə qalan yeddi günü 

isə evlərinə qayıdandan sonra tutulur. Üç gün orucu bayramdan 

qabaq  və  yaxud  sonra  təşriq  (11,  12,  13)  günlərində  tutmaq 

olar.  Yaxşı  olar  ki,  üç  günün  orucunu  Ərafa  günü  tutmasın. 

Çünki Peyğəmbər (s.a.s) bu gündə oruc tutmamışdır. 

3.  Daş  ata  bilməyən  xəstələr,  yaşlılar,  uşaqlar,  hamilə  qadınlar  və 

s.  belə  vəziyyətdə  olanlar  başqasına  onun  yerinə  daş  atmağı 

həvalə  edə  bilərlər.  Çünki  bu  cür  insanlar  oraya gedə bilmirlər. 



 

 

 



33 

Cəmaratın  vaxtının  çox  məhdud  olduğundan  onun  qəzası  da 

yoxdur.  Güclü  kişi  və  qadınlar  isə  daş  atmağı  başqasına həvalə 

edə  bilməzlər.  Daş  atmaq  tapşırılanlar  ilk  olaraq  öz  yerlərinə 

yeddi  daş,  sonra  həmin  yerdən  çıxmayaraq  başqasının  yerinə 

yeddi  daş  atırlar.  Həmçinin  bunu  digər  ikinci  və  üçüncü  daş 

atılan  yerdə  də  edirlər.  Körpə  uşaqların  yerinə  də  bu  qayda  ilə 

daş atılır. 

4.  Təşriq  günləri  daşları  gün  batmadan  öncə atmaq  daha  yaxşıdır. 

Həmçinin  bayram  günü  gün  batmamış  daş  atanalrın  əməli 

doğrudur.  Lakin  bayram  günü  daşları  günortaya  qədər  atmaq 

daha  yaxşıdır.  Təşriq  günləri  gün  batandan  sonra  daş  atmağa 

bəzi  alimlər  icazə  vermişlər.  Çünki  Peyğəmbər  (s.a.s)  təşriq 

günləri  daş  atmağın  ilk  vaxtının  zəvaldan  sonra  başladığını 

qeyd edib. Lakin nə vaxt bitməsini isə bildirməmişdir. 

5.  On  ikinci  gün  günəş  batandan  sonra  Minadan  çıxmaq  olmaz. 

Yalnız on üçüncü gün daş atandan sonra Minadan çıxmaq olar. 

On  ikinci  gün  müəyyən  çətinliklər  məsələn,  yolların  izdihamlı 

olması  üzündən  günəş  batmamış  Minadan  çıxa  bilməyənlər 

günəş batandan sonra da çıxa bilərlər. 

6.  On  ikinci  gün  günəş  batandan  sonra  daşları  atıb  Minadan 

çıxanlar  vida  təvafını  edib  ölkələrinə  qayıda  bilərlər.  Onlar,  on 

üçüncü  gün  Minada  gecələyərək  zəvaldan  sonra  daşları  atıb 

çıxa  bilərlər.  Bunu  etmək  daha  yaxşıdır.  Allah  təalə  buyurur: 

".....Tələsərək  iki  gündə  (zül-hiccənin  on  birinci  və  on  ikinci 

günlərində  Minadan  Məkkəyə)  qayıdana heç  bir  günah gəlməz. 

Eləcə  də  yubanana  (zül-hiccənin  on  üçü  Minada  qalana)  heç 

bir  günah  tutulmaz.  Bu  müttəqilərə  aiddir."  (əl-Bəqərə:  203). 

Həmçinin  Peyğəmbər  (s.a.s)  tələsənlərə  on  ikinci  gün  çıxmağa 

icazə  vermişdir.  Lakin  özü  on  üçüncü  gün  daşları  atandan 

sonra  çıxmış  və  Əbtəh  deyilən  yerdə  dayanmışdır.  Orada  zöhr, 

əsr,  məğrib  və  işa  namazlarını  qılmış  və  bir  az  istirahət 

etdikdən sonra vida təvafını etməyə getmişdir. 

 

Vida təvafı! 

Həcc  edənlər  Məkkədən  çıxmaq  istədikdə  vida  təvafı 

etməlidirlər.  Çünki  Peyğəmbər  (s.a.s)  buyurub:  "Sizlərdən  biriniz 



 

 

 



34 

Kəbəni  təvaf  etmədən  oradan  çıxmasın"  (Müslim).  Həmçinin  Ibn 

Abbas t deyir: "Insanlara sonuncu olaraq Kəbəni təvaf etmək əmr 

olunmuşdur.  Yalnız  heyzli  qadınlar  müstəsnadır"  (Buxari  və 

Müslim).  Heyzli  və  nifaslı  qadınlara  vida  təvafı  vacib  deyil.  Aişə 

t  deyir:  Səfiyyə  ifada  təvafından  sonra  heyz  olmuşdu  və 

Peyğəmbər (s.a.s) ona: "(vida təvafı etmədən) çıxa bilərsən" - dedi. 

(Buxari  və  Müslim).  Yeddi  dövrə  təvaf  edir.  Məqami  Ibrahimin 

arxasında  iki  rükət  namaz  qıldıqdan  sonra  məsciddən  çıxır.  Bu 

zaman məsciddən çıxarkən oxunan duanı deyir və yola düşür. 



 

Peyğəmbərin (s.a.s) məscidini ziyarət etmək! 

1.  Peyğəmbərin  (s.a.s)  məscidini  ilin  istənilən  vaxtı  ziyarət  etmək 

müstəhəbdir.  Buna  müəyyən  bir  vaxt  təyin  edilməmişdir.  Belə 

ziyarət  həccin  əməllərindən  deyildir.  Buraya  Peyğəmbərin 

(s.a.s)  qəbrini  ziyarət  etmək  niyyəti  ilə  gəlmək  düzgün  deyil. 

Çünki  yalnız  üç  məscidə:  Məscidul  Hərama  (Kəbəyə), 

Peyğəmbərin  (s.a.s)  məscidinə  və  Əqsa  məscidinə  ziyarət  edilə 

bilər.  Mədinənin  kənarında  yaşayanlar  isə  qəbri  deyil,  ancaq 

məscidi  ziyarət  etmək  üçün  gəlməlidirlər.  Məscidə  gələnlər 

Peyğəmbərin  (s.a.s)  və  əshabının  qəbrlərini  ziyarət  edə  bilərlər. 

Peyğəmbərin  (s.a.s)  məscidində  namaz  qılmağın  fəziləti 

çoxdur.  Peyğəmbər  (s.a.s)  buyurub:  "Mənim  məscidimdə 

qılınan  namaz,  məscidul  həramdan  başqa  məscidlərdə  qılınan 

namazdan  min  dəfə  xeyirlidir.  Məscidul  həramda  qılınan 

namaz  isə  digər  məscidlərdə  qılınan  namazlardan  yüz  min  dəfə 

xeyirlidir"  (Ibn  Macə  və  Əhməd.  Albani  bu  hədisin  etibarlı 

olduğunu bildirib). 

2.  Peyğəmbərin  (s.a.s)  məscidinə  sağ  ayaq  ilə  daxil olub  bu  duanı 

demək  lazımdır:  "Əuzu  billəhil  Əzim  və  bi  vəchihil  kərim  və 

sultanihil  qədim  minəş  şeytanir  rəcim.  Bismilləh  vəs-salatu 

vəs-səlamu  alə  rasulilləh  Allahummə  iftəh  li əbvabə rəhmətik" 

(Müslim). 

3.  Iki  rükət  təhiyyətul  məscid  və  ya  istədiyi  namazı  qılır  və 

namazda  istədiyi  duanı  edir.  Bunu  Rəvdada  (Peyğəmbərin 

(s.a.s)  evi  ilə  minbəri  arasında  olan  yerdə)  qılmaq  yaxşıdır. 

Lakin fərz namazları isə birinci səfdə qılmaq daha yaxşıdır. 




 

 

 



35 

4.  Namaz  qılandan  sonra  Peyğəmbərin  (s.a.s)  qəbrini  ziyarət 

etmək  istəsə  qəbrin  önündə  ədəb-ərkan  və  sakit  səslə  ona  belə 

salam 


verir: 

"Əssəlamu 

aleykə 

əyyuhən  nəbiyyu  və 



rəhmətullahi  və  bərəkatuhu.  Allahummə  salli  alə  Muhəmməd 

və  alə  ali  Muhəmməd  kəmə  salleytə  alə  İbrahim  və  alə  ali 

İbrahim  innəkə  həmidun  məcid.  Allahummə  barik  alə 

Muhəmməd və alə ali Muhəmməd kəmə barəktə alə İbrahim və 

alə  ali  İbrahim  innəkə  həmidun  məcid".  Yaxud  belə  deyir: 

"Əssələmu 

aleykə 

ya 


Rəsuləllah 

və 


rəhmətullahi 

və 


bərəkətuhu". 

5.  Sonra bir az sağ tərəfə irəliləyərək Əbu Bəkrə t salam verir və 

onun üçün dua  edir.  Sonra bir az irəli gedərək Ömərə t salam 

verir  və  onun  üçün  də  dua  edir.  Ibn  Ömər  t  ziyarət  edəndə 

belə  deyərdi:  "Əssələmu  aleykə  ya  Rəsuləllah,  əssələmu  aleykə 

ya  Əbu  Bəkr,  əssələmu  aleykə  ya  ata"  deyərək  keçib  gedərdi. 

Daşlara  əl  sürtərək,  qəbrin  ətrafında  dövrə  vuraraq, 

Peyğəmbərdən  (s.a.s)  kömək,  şəfa  və  s.  diləyərək  Allaha 

yaxınlaşmaq 

olmaz. 


Çünki  bu  əməllər  yalnız  Allaha 

məxsusdur.  Qadınlar  Peyğəmbərin  (s.a.s)  və  başqalarının 

qəbirlərini  ziyarət  etmirlər.  Çünki  Peyğəmbər  (s.a.s)  qəbirləri 

ziyarət  edən  qadınları  lənətləyib.  Qadınlar  yalnız  Peyğəmbərin 

(s.a.s)  məscidini  ziyarət  edir  və  oradakı  min  namaz  savabını 

qazanmaq  üçün  ibadət  edirlər.  Peyğəmbərə (s.a.s)  isə  kənardan 

salam  verirlər.  Allah  da  onların  salamını  Peyğəmbərə  (s.a.s) 

yetişdirir.  Çünki  Peyğəmbər  (s.a.s)  buyurub:  "Evlərinizi 

qəbirstanlığa  çevirməyin.  Mənim  qəbrimi  də  ibadətgah 

etməyin. 

Mənə 

salam 


verin. 

Sizin 


salamınız 

harada 


olmağınızdan  asılı  olmayaraq  mənə  yetişər".  Həmçinin  başqa 

bir  hədisdə  buyurulur:  "Allahın  səyahətçi  mələkləri  var.  Onlar 

yer üzünü gəzər və ümmətimin salamını mənə çatdırarlar". 

6.  Mədinəni  ziyarət  edənlərin  Quba  məscidini  də  ziyarət  etməsi 

və  orada  iki  rükət  namaz  qılması  bəyənilir.  "Peyğəmbər  (s.a.s) 

piyada  və  ya  miniklə  Quba  məscidinə  gələr  və  orada  iki  rükət 

namaz  qılardı"  (Buxari  və  Müslim).  Bir  hədisdə  buyurulur: 

"Kim  evində  dəstəmaz  alıb  Quba  məscidinə  gələrsə  və  orada 




 

 

 



36 

namaz  qılarsa  ona  ümrə  savabı  yazılar"  (Albani  bu  hədisin 

səhih olduğunu qeyd edib). 

7.  Kişilər  Bəqi  qəbirstanlığını  və  Uhud  şəhidlərini  ziyarət  edə 

bilərlər.  Çünki  Peyğəmbər  (s.a.s)  onları  ziyarət  edər  və  onlar 

üçün  dua  edərdi.  Qəbirləri  ziyarət  edərkən  belə  deyilir: 



"Əssələmu  aleykum əhləd-diyari  minəl  mumininə vəl muslimin 

və  innə  inşəllah  bikum  ləhiqun.  Yərhəmullahul-mustəqdəminə 

minnə  vəl  mustəxərin,  nəsəlullahə  lənə  və  ləkumul-afiyə" 

(Müslim).  Qəbirləri  ziyarət  etməkdə  məqsəd,  axirəti  yada 

salmaq,  ölülər  üçün  dua  etmək  və  Peyğəmbərin  (s.a.s) 

sünnəsinə  riayətdir.  Belə  bir  ziyarət  şəriətə  müvafiqdir.  Lakin 

qəbirləri  kömək,  şəfaət,  vasitə  mənbəsinə  çevirmək,  onların 

önündə  dua  etmək  və  s.  bu  kimi  əməllər  bidətdir  (yəni,  dinə 

əlavədir).  Onların  şəriətdə  heç  bir  əsası  yoxdur.  Yuxarıda 

sadalanan  bu  əməllərin  bəzisi  şirk  deyil  bidətdir.  Məsələn, 

qəbirin  önündə  Allaha  dua  etmək,  onu  Allaha  vasitə  tutmaq  və 

s.  Lakin  bəzən  bidət  böyük  şirk  olur.  Məsələn,  ölülərdən 

kömək istəmək, onlara sığınmaq və s. bu kimi əməllər şirkdir. 

 

 



 

Həcc edən qardaş və bacılar! 

Diqqətli olun və yalnız Allahdan istəyin, həqiqətən O, hər şeyə 

qadir olan və duaları qəbul edəndir! 

Sonda Allaha həmdi sənalar olsun və Peyğəmbərimiz 

Məhəmmədə (s.a.s) onun ailəsinə və əshabına Allahın salavatı 

və salamı olsun. 


 

 

 



37 

........................__17__HƏCCIN_RÜKNLƏRI_VƏ_VACIBLƏRI!__..........................................__18'>.........................................__4__HƏCC_VƏ_ÜMRƏNIN_FƏZILƏTI!__....................................................'>..............................................................__3'>Mündəricat: 

HƏCCIN VACIB OLMASI:

..............................................................

3

 

HƏCCIN VACIB OLMASININ ŞƏRTLƏRI:



......................................

3

 

BAŞQASININ ƏVƏZINƏ HƏCC ETMƏK!



.........................................

4

 

HƏCC VƏ ÜMRƏNIN FƏZILƏTI!



....................................................

5

 

SƏFƏRIN, ÜMRƏNIN VƏ HƏCCIN ƏDƏB QAYDALARI!



..................

6

 

HƏCC VƏ ÜMRƏNIN BAŞLAMA MIQATLARI (MƏNTƏQƏLƏRI)!



.

11

 

HƏCC VƏ YA ÜMRƏ EDƏNIN MIQATDA YERINƏ YETIRƏCƏK 



ƏMƏLLƏRI!

................................................................................

12

 

HƏCCIN ÜÇ NÖVÜNÜN VƏSFI!



....................................................

13

 

EHRAMDA QADAĞAN OLAN ƏMƏLLƏR!



....................................

15

 

YASAQLARI EDƏNIN BOYNUNA DÜŞƏN KƏFFARƏ!



....................

16

 

EHRAMDA OLANA ICAZƏ VERILƏN ƏMƏLLƏR!



........................

17

 

HƏCCIN RÜKNLƏRI VƏ VACIBLƏRI!



..........................................

18

 

ÜMRƏNIN RÜKNLƏRI VƏ VACIBLƏRI!



.......................................

20

 

MƏKKƏYƏ DAXIL OLMAĞIN VƏSFI!



..........................................

20

 

KƏBƏNI TƏVAF ETMƏK!



............................................................

21

 

SƏFA VƏ MƏRVA ARASINDA SƏY ETMƏK!



.................................

23

 

ƏRAFADA DAYANMAQ!



..............................................................

27

 

MÜZDƏLIFƏDƏ GECƏLƏMƏK!



...................................................

28

 

QURBAN GÜNÜ EDILƏN HƏCC ƏMƏLLƏRI!



...............................

29

 

TƏŞRIQ (11,12, 13) GÜNLƏRI EDILƏN HƏCC ƏMƏLLƏRI!



............

31

 

VIDA TƏVAFI!



............................................................................

33

 

PEYĞƏMBƏRIN (S.A.S) MƏSCIDINI ZIYARƏT ETMƏK!



...............

34

 

MÜNDƏRICAT:



...........................................................................

37

 

 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə