21
2. Imkan olduqda çimmək. Çünki Ibn Ömər t Məkkəyə daxil
olmadan öncə Zi-tuva deyilən yerdə gecələyər, təmizlənər və
sonra Məkkəyə daxil olardı. O bunu Peyğəmbərin (s.a.s) də
belə etdiyini deyərdi.
3. Məkkəyə onun yüksək yerlərindən daxil olmaq.
4. Həram məscidinə daxil olduqda sağ ayağı ilə daxil olur və bu
duanı deyir: "Əuzu billəhil əzim, və bi vəchihil kərim, və
sultanihil qədim, minəş şeytanir rəcim. Bismilləh vəs-salatu
vəs-səlamu alə rasulilləh, Allahummə iftəh li əbvabə rəhmətik"
(Müslim). Məsciddən çıxdıqda isə bu duanı deyir: "Bismilləh
vəs-salatu vəs-səlamu alə rasulilləh, Allahummə inni əsəlukə
min fadlikə, Allahummə asimni minəş şeytanir rəcim"
(Müslim). Bu duaları nəinki Haram məscidinə, həmçinin bütün
məscidlərə girərkən oxumaq olar. Məscidə girərkən bu duaları
oxumayana bir günah yoxdur.
5. Məscidə girmədən öncə çimməyə imkanı olmayan adam
məscidə girərkən dəstəmazlı olmalıdır.
6. Haram məscidinə daxil olan şəxsin etdiyi təvaf onun Təhiyyət
(Məscid haqqı) namazını əvəz edir. Əgər təvaf etmirsə onda iki
rükət namaz qılmalı sonra oturmalıdır.
7. Təvafda və ya səydə üzürlü səbəblərə məsələn, xəstəlik və
sairəyə görə minik minmək olar.
Kəbəni təvaf etmək!
Ümrə və ya həcc edən
Kəbəyə
yaxınlaşarkən
aşağıdakıları etməlidir:
1. Təlbiyəni:
"Ləbbeykə
Allahummə
Ləbbeyk,
Ləbbeykə
lə
şərikə ləkə
ləbbeyk. Innəl həmdə vən-
nimətə ləkə vəl mulk. Lə
şərikə lək." - dayandırır və
təvaf etməyə başlayır. Təvafı
qara daşdan başlayır. Ilkin
olaraq
üzünü qara daşa
22
tutaraq əli ilə ona işarə edir və "Allahu Əkbər" yaxud
"Bismilləh val-lahu əkbər" deyir. Insanlara əziyyət verməmək
şərti ilə qara daşı öpmək yaxşıdır.
2. Sonra Kəbəni sol tərəfində tutaraq onun ətrafında dövrə vurur.
Təvafın əvvəlində bu duanı demək yaxşıdır: "Allahummə
iymənən bikə və təsdiqən bi kitəbikə və vafəən bi əhdikə və
ittibaən lisunnəti nəbiyyikə Muhəmməd (s.a.s)" (Beyhəqi və
Əbdürrəzzaq).
3. Təvafın ilk üç dövrəsini iti yerişlə yeriyir. Qalan dörd dövrəni
isə adi yerişlə yeriyir. O, təvafını qara daşdan başlayıb onda da
bitirir.
4. Kişilər birinci təvafda ehram paltarının üst parçasını
qoltuqlarının altından keçirərək sağ çiyinlərini açıq tuturlar.
Onların sol çiyinləri isə örtülü olur (bax! şəkil: 3).
5. Rüknul-yəməniyə yetişdikdə onu öpməyərək sağ əli ilə toxunur
və "Bismilləh vallahu əkbər" deyir. Əgər əlini izdiham səbəbi
ilə ona sürtə bilməsə əli ilə işarə etməyir. Həmçinin "Bismilləh
vallahu əkbər" deməyir. Çünki belə etmək Peyğəmbərdən
(s.a.s) rəvayət edilməyib. Yuxarıda sadalananlar təvafın hər
dövrəsində tətbiq edilir.
6. Rüknul-yəməni və qara daş arasında olan məsafədə bu duanı
demək müstəhəbdir: "Rabbənə ətinə fid dünyə hasənətən va fil
axirəti həsənətən va qinə azəbən-nər" ("Bəzləri isə: - Ey
Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver,
bizi cəhənnəm əzabından qoru! – deyirlər" əl-Bəqərə: 201).
23
7. Hər dəfə qara daşa yetişdikdə onu öpür, əlini ona sürtür və
"Allahu əkbər" deyirsən. Əgər onu öpmək və ya əl sürtmək
mümkün olmazsa, aralıdan işarə edir və "Allahu əkbər"
deyirsən. Təvaf zamanı çoxlu zikr, dua edir və bağışlanma
diləyirsən. Həmçinin təvaf əsnasında Quran oxumaq olar.
Lakin bunları səssiz etmək lazımdır. Ümumiyyətlə təvafda
müəyyən bir duanın oxunması əsassızdır. Təvafın hər
dövrəsinin bir duası var deyənlərin, şəriətdən heç bir dəlili
yoxdur. Həmçinin təvaf edərkən Hicri-İsmayılın içindən
keçmək olmaz.
8. Yeddi dəfə dövrə etdikdən sonra ehram paltarını çiyinlərinə
ataraq düzəldərək Məqami Ibrahimə yaxınlaşır və aşağıdakı
ayəni oxuyur: "Vət-təxizu min məqami İbrahimə musallə"
("...İbrahimin durduğu yeri özünüzə namazgah edin" əl-
Bəqərə: 125). Imkan olsa Məqami İbrahimin arxasında, əgər
imkan olmasa məscidin hər hansı bir yerində iki rükət namaz
qılır. Yaxşı olar ki, birinci rükətdə Fatihədən sonra "Kafirun"
(Qul yə əyyuhəl kafirun...) surəsini, ikinci rükətdə isə "Ixlas"
(Qul huvəllahu əhəd...) surəsini oxusun.
Namaz qılmaqla təvaf edənlərin yolunu kəsərək onlara əziyyət
vermək olmaz.
9. Zəm-zəm quyusundan su içmək və bu sudan başa tökmək
müstəhəbdir.
10. Bundan sonra imkan olarsa qayıdıb qara daşa əl sürtmək də
müstəhəbdir.
Səfa və Mərva arasında səy etmək!
1. Sonra səy edilən yerə çıxır və Səfaya tərəf gedir. Oraya
çatdıqda bu ayəni oxuyur: "İnnəs səfa vəl mərvətə min
şəairilləh"
("Həqiqətən
Səfa
və
Mərva
Allahın
əlamətlərindəndir ..." əl-Bəqərə: 158). Sonra belə deyir: "əbdəu
bimə bədəəllahu bihi" (Mən Allahın başladığı ilə başlayıram)
(Müslim).
Dostları ilə paylaş: |