68
maqdan çəkindi, telefonuna gələn mesajlara, zənglə-
rə cavab vermədi. Lakin, Elman əl çəkmək bilmirdi,
inad edirdi.
O anlarda Vüsalə özünə də, Allahına da nifrət
etmişdi. Allah onu niyə belə yaratmışdı? Nə qadın
kimi qadın idi, nə də kişi kimi kişi. Əgər Allah onu
əsl qadın yaratsaydı dünya dağılardımı? Çıxış yolu
tapmaq üçün dərdini özü sayaq rəfiqələrinə, “bacı-
larına” danışdı. “Bacıları” Elmanın onsuz da gec-tez
həqiqəti biləcəyini, qorxmamağa, görüşə getməyə
ürəkləndirirdilər: “Bəlkə ona elə sənin kimisi gərək-
dir, xoşuna gələcəksən...” Nəhayət, bir axşam barla-
rın birində Elmanla görüşməyə razılıq verdi.
Elman qələbəsinə, onu ram etməsinə sevinirdi.
Odur ki, barda çox oturmayıb, “ovunu” evə apar-
mağa tələsirdi. Vüsalə ehtiyatlandı:
–Bura bax, məni hansı evinə aparırsan?
– Evdən çox ev var, istəyirsən bağa aparım? –
Elman soruşdu.
–Hara rahatdı, ora apar.
–Onda getdik bağa.
Şəhərin yaxınlığında olan bağ evi çox da uzaq
deyildi. Yaraşıqlı otaqları, gözəl şəraiti olan bu bağ
evində Elmanın bardakı qədər hər cür içkiləri vardı.
Yemək-içməkdən sonra tanışlığın yataq mərhələsi
yaxınlaşanda həqiqət anı çatdı...
69
Elman onun qadın olmadığını biləndə elə bil
başına qaynar qazandan su töküldü:
–Başa düşmədim, necə yəni sən qadın deyil-
sən? Bəs nəsən?.. Deməli, petuxsan. Bəs, ay biqeyrət,
neçə aydı bunu məndən niyə gizlədirdin? Dolamış-
dın məni?..
–Yox, qorxurdum deməyə... Çünki, aramızda-
kı sevgini itirmək istəmirdim.
–Tüpürüm o sevgiyə də, sənə də...
Elman onu döyməyə başladı. Əlindən çıxıb qa-
pıya tərəf qaçmaq istədi. Elmanın qəzəbinin daşması
bir qədər də içkili olmasından idi:
–Yox, qaça bilməzsən, öldürəcəyəm səni, pe-
tux...
Stolun üstündəki mətbəx bıçağını qapıb onun
üstünə şığıdı. “Ay Allah, bu nə bəladı başıma gəti-
rirsən,” – Vüsalə keçirdiyi ölüm qorxusundan ağladı.
Bacardıqca əl-qol atıb özünü müdafiə etdi, ağlına
gələcək çarəsi yox idi, ölmək istəmirdi. Tutaşdılar,
birdən əvvəlcə Elman, o da üstündə döşəməyə uzan-
dılar...
Əlinə isti maye dəydi: Qan idi... Əlinin kəsildi-
yini zənn etdi. Amma bıçağın yerdə uzanan Elmanın
qarnına saplandığını görəndə əlinin onun qanına
batdığını anladı. Dərhal əlinin qanını təmizləyib ca-
nını qurtarmaq üçün yerdə inildəyən Elmana əhə-
70
miyyət vermədən evdən çıxaraq özünü qaranlıq kü-
çəyə atdı...
Elman ordaca qan itkisindən keçinmişdi. Ölü-
mündən bir həftə sonra mərhumun kompyuterində-
ki və telefonundakı mesajları və zəngləri araşdırıb
onu da həbs etdilər. Məhkəmə zamanı nə qədər israr
etsə də ki, Elmanı qəsdən öldürməyib, özünü müda-
fiə edib, xeyri olmadı. Doqquz il ona cəza kəsdilər.
Vüsalənin həbsə düşəndən bəri sevgilisi olan
İqrarın “həyat hekayəti” tamam fərqli idi. Passivliklə
yanaşı aktivliyi də olan İqrar dələduzluqda təqsir-
ləndirilib altı il müddətinə cəza almışdı. Azadlıqda
özəl şirkətlərin birində işləyirdi. Şirkətdə işlədiyi Na-
zimlə hamı onu yaxın dost bilirdi. Həmişə bir yerdə
oturub-dururdular, aralarındakı ilginc münasibəti
kimsə bilmirdi. Nazim evli idi. Hədsiz qısqanc xanı-
mı ərinin sədaqətindən, gününü yalnız dostu, iş yol-
daşı ilə keçirməsindən məmnun idi. Bilmirdi ki, Na-
zim əlinə fürsət düşən anda onun vasitəsilə arvadı-
na xəyanət edirdi. İqrarsa Nazimin xanımı ilə hər də-
fə qarşılaşarkən xəyanətdəki iştirakına görə ürəyin-
də vicdan əzabı çəkərdi. Bu səbəbdən neçə vaxtdı on-
dan aralanmağa, ayrılmağa bəhanə axtarırdı. Bəha-
nəyə ehtiyac qalmadı: çox keçmədi bank əməliyyat-
larında birgə törətdikləri cinayətlərin üstü açıldı. İq-
rar təhqiqat zamanı əməliyyatları təkbaşına gördü-
yünü ifadə verdi. O, Nazimə görə yox, yoldaşının
71
gözü yaşlı qalmaması üçün bütün məsuliyyəti öz
boynuna götürmüş, bununla ürəyini ağrıdan güna-
hına təskinlik tapmışdı...
Hələ ilk aylarda Nazim görüşünə gəlsə də, o,
görüşmək istəməmiş, bir daha gəlməməsini xahiş et-
mişdi. Buna baxmayaraq özü gəlməsə də, “dostu”
hər bayramda onun üçün bağlama göndərirdi.
* * *
Çayxanada dava edənlər cərimə təcridxanasın-
dan azad olunan günün axşamı avtoritetlər tərəfin-
dən sorğu-suala tutuldular. Hərə özünü haqlı hesab
edən bu ixtilafı araşdırdıqca ortaya xeyli müəmmalar
çıxdı. Elə bil kimsə bilərəkdən aranı qarışdırmışdı.
Avtoritetlər Bəkirlə münasibətləri normal oldu-
ğundan vəziyyətin gərginləşməsində daha çox Ni-
yazdan şübhələnib əsas günahkar onu saydılar. Öz
aralarından birini Niyazın qəbuluna göndərib sabit-
liyi özləri qoruyacaqlarını, əvəzində qayda-qanun
adı altında göstərilən təzyiqin yumşaldılmasını, əv-
vəlki vəziyyətə qayıdılmasını xahiş etdilər. Niyaz on-
ların xahişinə əhəmiyyət vermədi:
–Biz sizsiz də keçinərik. Rejimi boş buraxsaq,
yumşaltsaq özbaşınalıq artar, mümkün deyil siz de-
yənlə razılaşmaq.
Ürəyində isə düşündü ki, “bunlar mənim nə is-
tədiyimi ya başa düşmürlər, ya da başa düşmək istə-
mirlər”.
Dostları ilə paylaş: |