64
sədən qabaq özünü görməməzliyə vurduğu çox şey-
lərə, o, indi məhkumların sözü ilə desək “barmaq”
edirdi.
Xidmət fəaliyyətinin gücləndirilməsindən bir
çox zabitlər də təəccüblənmiş və narahatlıq hissi ke-
çirmişdilər: görəsən nə olub, hansı təhlükə gözlənilir
ki, rəhbərlik belə təlaşa düşüb? Zonun idarə edilmə-
sində axır aylarda Məhyəddinin özünü geri tutub,
Niyazı irəli verməyi isə heç ürəklərindən deyildi. Söz
yayılmışdı ki, Məhyəddin yoldaşının xəstəliyi üzün-
dən şəhər yaxınlığında yerləşən müəssisələrin birinə
yerini dəyişib, rəis getmək fikrindədir. Rəisin kabi-
netini tutmağa hazırlaşan Niyaz bu səbəbdən indi-
dən özünü müəssisənin sahibi olduğunu göstərmək
istəyirdi.
–Qardaş, Niyaz xoruzun altında yumurta axta-
ranın biridir – Şərif Zəfərə deyirdi, – o rəis işləsə,
kollektiv acından barmağını soracaq. Mükafatı, mad-
di yardımı kim yarısını versə, ona yazacaq. Bir də gö-
rəcəksən əməkdaşları özü alacağı əskik manata görə
sorğu-sualla divara dirəyib. Fikir vermisən, Niyaz bi-
zimlə başqaları ilə danışan tonda danışmır. Bilirsən
niyə? Həm savadımıza görə, həm də, o, bilir ki, biz
heç kəsi incidib zorla pul istəmirik. Eşitmisən, deyir-
lər hər ay bir bəhanə ilə rejimdə işləyənlərə çatası
əlavə pulu kəsir, zabitlər də narazılıq edir. Nə olacaq
bu işlərin sonu? Yenə sən bilərsən...
65
Zəfər isə təəssüflə onun qayğısına şərik olaraq
cavab verirdi:
–Nə deyim, zalımoğlu əməkdaşlara da məh-
kum kimi yanaşır. Yəqin öz aləmində bizi paqonlu
məhkum hesab edir. Mən bir şey bilirəm ki, bu mü-
əssisədə nə baş verir hamısı pula görədir. İstəyir mü-
kafatlandırma, istəyir cəzalandırma olsun, fərqi yox-
dur. Axtarsan bütün çəkişmələrin, tədbirlərin, mü-
nasibətlərin axırında görəcəksən ki, yalnız pul daya-
nır, sonu gedib pula bağlanır. Çölün havası içəriyə
də sirayət edib, gecə-gündüz dərdləri, fikirləri pul tə-
ləsi qurmaq, qanunun arxasında gizlənərək pul qo-
partmağın yollarını axtarıb tapmaqdır...
–Mükafat dedim, müavinət də yadıma düşdü.
Sən heç müalicə müavinəti almısan?
–Hə, bir dəfə yarısını almışam, yarısını da pul
çatışmır bəhanəsi ilə kəsdilər.
–Bəsindi. İslah idarəsinin işçisisən bəyəm, hər
il alasan? Hamıya qaydasınca verilsə, bəs özlərinə nə
qalar? Adi işçiyə ildə qanuni müavinət verilməsi və
ya mənzil növbəsi, torpaq sahəsi ayrılması münasib
deyil, çaşar... Qazamat işçisi hərləyən var idarədə?
Get “yerini tanı”, vaxtlı-vaxtında maaşını al, zindan-
da Allahına şükür elə...
–Bəlkə də “böyüklər” kimi bu sayaq saymaz-
yana düşünəndə özünü haqlı bilirsən, düzü bəzən
66
baş verənləri ətraflı dərk etməyə çalışanda nəticə tap-
mayıb yoruluram. Yaxşı bir istirahət yeri tapmışam.
–Haranı deyirsən?
–Kitabxananı. İyirmiyə qədər məhkum var ki,
daim orda olurlar. Heç kimə, heç bir işə qarışmırlar.
Təsəvvür edirsən, sakitcə cəzalarının sonunu gözlə-
yib başlarını mütaliə ilə qarışdırırlar. Gedirəm ora,
hansısa kitabı öz aramızda müzakirə edirik, fikir
paylaşırıq. Az da olsa ətrafdakı hərki-hərkilikdən
aralanıb dincəlirəm. Gəl gedək sən də mənimlə.
–Gedək. Kitabxanada işləyən məhkum mənim
dəstəmdə olur. Nümunəvi məhkumdur. Onun şərti
azadlıq vaxtı çatmışdı, ərizəsi təmin edilmədi.
–Bəhanə nə oldu?
–“Hörmət” qabiliyyəti çatmadı. İslah olunma-
nın əsas əlaməti savad, ağıl, düşüncə deyil. Azadlığa
layiqliyini ilk növbədə “hörmət” qabiliyyətinlə sübut
etməlisən...
* * *
Sanitarlar arasında cinsəllik baxımından həm
aktiv, həm də passiv olan, sevgili cütlük öz intellekt-
ləri, dünya görüşləri ilə digərlərindən xüsusilə fərq-
lənirdilər. Vüsalə (əsl adı Vüsal idi) zona gətirilən-
dən daim açıq havada olduğuna görə rəngi qaralmış,
üzü codlaşmış, əvvəlki “incəliyindən” əsər-əlamət
qalmamışdı. Həbs olunmamışdan qabaq isə Vüsaləni
zənən sayağı üz cizgiləri, qaşları, kiprikləri, makiyajı
67
ilə qadından fərqləndirmək olmurdu. Nəinki gecələr,
gündüzlər də çoxları onu qadın hesab edirdi. Gözəl
görünüşü ilə ürəyində qürurlansa da, bu gözəlliyi
həmişə başına bəlalar gətirirdi. Qadın kimi qəbul
edən kişilərin əksəriyyəti sonradan yanıldığını gö-
rəndə söyüb incidir, təhqir eləyirdilər. Başına gələn
bədbəxtlik də elə bu səbəbdən oldu.
O, internetdə, sosial şəbəkələrin birində Elman
adlı bir cavan kişi ilə tanış olmuşdu. Onun savadı,
dünyaya baxışı Elmanı cəlb etmiş, uzun müddət bir-
birləri ilə virtual aləmdə münasibət qurmuşlar. El-
man tezliklə elektron poçtuna şəklini göndərib, qar-
şılıqlı olaraq onun da fotolarını görmək istəmişdi.
Vüsalə də xahişə əməl edərək, üç yeni şəkli ilə virtu-
al dostunu sevindirmişdi. Şəkillərdən sonra ona vu-
rulduğunu bildirən Elmanın mesajları birə-on art-
mışdı: “Vüsalə, sən nə gözəlmişsən, heyran oldum.
Səni günü-gündən sevməyə başlayıram. Baxmaya-
raq ki, mən evliyəm, səninlə hər an görüşməyə hazı-
ram. Gəl yaxın günlərdə görüşək, yaxından tanış
olaq. Mütləq!”
Münasibətlərinin, oynadığı oyunun bu səviy-
yəyə gələcəyini gözləməyən Vüsalə nə edəcəyini bil-
mirdi. Bu biznesmen, “papa uşağına” yalanını, əsl
qadın olmamasını desinmi? Yoxsa, özünə də ləzzət
eləyən, ömründə eşitmədiyi sevgi etiraflarını qəbul
etməkdə davam etsin? İki-üç həftə şəbəkədə yazış-
Dostları ilə paylaş: |