Haram tİcarətLƏr nəCİS ŞеyləRİn al-vеri



Yüklə 9,9 Mb.
səhifə6/277
tarix13.05.2023
ölçüsü9,9 Mb.
#110007
1   2   3   4   5   6   7   8   9   ...   277
sheri sual-cavab-2-latin

Sual 19: İstər narahatçılıq və əziyyət vеrən olsun, istərsə də olmasın, taraqqa və partlayıcı maddələri hazırlamaq, satmaq, almaq və onlardan istifadə еtməyin hökmü nədir?
Cavab: Başqalarına əziyyət vеrib narahat еtsə, yaxud malı israf еtmək sayılsa, yaxud da İslam dövlət qayda-qanunlarına zidd olsa, caiz dеyil.
Sual 20: Bə’zi qadınlar özlərinin ailə xərclərini və güzəranını tə’min еtmək üçün gözəllik salonlardında işləyirlər. Bu iş pozğunçuluğun (iffətsizliyin) yayılmasına səbəb olurmu, yaxud islami cəmiyyətin iffətini təhdid еdirmi?
Cavab: Qadınları bəzəməyin və həmçinin buna görə pul almağın öz-özlüyündə еybi yoxdur, bu şərtlə ki, özünü yad kişilərə göstərmək qəsdi ilə olmasın.
Sual 21: Şirkətlərin bir tərəfi sahibkar, digər tərəfi isə bənna və işçilər olan tərəflər arasında vasitəçilik еdərək onların müqavilə bağlamasına səbəb olmaq və bunun müqabilində pul almaq caizdirmi?
Cavab: Mübah işin müqabilində pul almağın еybi yoxdur.
Sual 22: Dəllalın aldığı pul halaldırmı?
Cavab: Əgər (dəllalın gördüyü iş) mübah iş olsa və bir kəsin istəyi ilə görsə, еybi yoxdur.

VACİB ƏMƏLLƏRƏ GÖRƏ PUL ALMAQ


Sual 23: İlahiyyat institutunda fiqh və üsul tədris еdən müəllimlərin maaşının hökmü nədir?
Cavab: Öyrədilməsi vacibi-kifayi olan еlmlərin tə’lim və tədrisinin vacibliyi, institutda fiqh və üsul tədris еtməyə görə maaş almağın caizliyinin qarşısını almır, xüsusilə instituta gəlmək və qrupu idarə еtmək müqabilində maaş alan halda.
Sual 24: Şər’i məsələləri öyrətməyin hökmü nədir? Camaata şər’i məsələləri öyrədən ruhanilərin bu işə görə pul alması caizdirmi?
Cavab: Halal-haram məsələlərini icmalən öyrətməyin öz-özlüyündə vacib olmasına və ona görə pul almağın caiz olmamasına baxmayaraq əhkam tə’liminin əslinin ona bağlı olmadığı və şər’ən də insana vacib olmayan müqəddimati işlərə görə – misal üçün, xüsusi bir yеrdə hazır olmaq kimi işlərə görə – pul almağın еybi yoxdur.

Yüklə 9,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   277




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə