Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİYİN ƏRƏBKÖKLÜ OLDUĞUNU ETİRAF EDƏNLƏR



Yüklə 462,01 Kb.
səhifə21/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

ŞİƏLİYİN ƏRƏBKÖKLÜ OLDUĞUNU ETİRAF EDƏNLƏR


Bir çox şərqşünaslar hələ iranlılar İslamı qəbul etməzdən öncə ərəblərin şiəliyi qəbul etdiklərini bildirmişdilər. Bu düşüncədə olan şərqşünasların fikrinə nəzər salaq:

  1. Sərqşünas Julius Wellhausen;

O, yazır: “Şiələrlə iranlıların etiqadi bənzərliyi şübhəsizdir. Lakin şiələrin, bu etiqadı iranlılardan əxz edib mənimsəmələrinə hər hansı bir dəlil yoxdur. Bütün tarixi dəlillər bu iddianın əleyhinədir”1.

2. Şərqşünas Qoldsiyer;

O, yazır: “Şiəliyin iranlılardan gələn görüşlərdən qaynaqlandığı fikri yanlışdır. Bu fikir tarixi hadisələrin yanlış təhlilindən irəli gələn şayiədir”2.



3. Şərqşünas Adəm Metz ;

“Şiəlik bəzilərinin düşündüyü kimi iranlı ruhdan doğmamış və İslama zidd deyil. Çünki Ərəbistan yarımadasında Məkkə, Tihamə, Səna kimi böyük şəhərləri çıxmaq şərtilə, digər bölgələr bütünlüklə şiə idilər. Amman, Həcər, Sədə kimi bir çox şəhərlərdə şiələr əhalinin əksəriyyətini təşkil edirdilər. Lakin İranda Qum şəhərindən başqa hər yer əhli-sünnə məzhəbinə mənsub idi. İsfahanlılar Müaviyəni elə şişirtmişdilər ki, bəziləri onu peyğəmbər hesab edirdi”1.



  • Şərqşünas Keyb;

İran şəhərlərinin şiəliyin mərkəzi olduğu fikrini irəli sürənlər yanılırlar. Bu əsassız fikirdir. Tarixi dəlillər zərdüştlərin əhli-sünnə məzhəbini qəbul etdiklərini isbat edir”2.

  • Şeyx Məhəmməd Əbu Zəhra;

Misirin görkəmli şəxsiyyətlərindən olan Əbu Zöhrə yazır: “İranlılar şiəliyi ərəblər vasitəsi ilə qəbul etmişlər. Şiəlik iranlılar tərəfindən yaradılmamışdır. Çoxlu sayda İslam alimləri şiəliyi qəbul edib öz əqidələrini Əməvi və Abbasilərdən qorumaq üçün Fars və Xorasan kimi müsəlman şəhərlərə hicrət edirdilər. Şiəlik həmin şəhərlərdə onların vasitəsilə yayılmışdır3.

  • Doktor Əli Hüseyn Xərbutəli.

“Bəzi ərəblər, Əbu Bəkrin xilafəti ələ keçirməsindən sonra şiə oldular”4.

ƏHLİ-SÜNNƏYƏ GÖRƏ İRANLILARIN ŞİƏLİYİ QƏBUL ETMƏ SƏBƏBLƏRİ


Əhli-sünnə, iranlıların şiəliyi qəbul etmələri üçün iki səbəb göstərir:

  • İranlılarla qohumluq əlaqələri;

Onlara görə, İmam Hüseyn (s) İranın fəthindən sonra Sasani padşahı Yəzdigərdin qızı Şahi-zənanla ailə qurdu. Allah-Taala ona Əli ibn Hüseyn (ə) adında bir oğul bəxş etdi. O, atasının bütün şəxsi keyfiyətlərini özündə toplamışdı. Bu qohumluq əlaqəsi iranlılarda Əhli-beytə (ə) böyük sevgi oyatdı.

Cavab: Birincisi, şiəliyin iranətrafı bölgələrdə yayılmasının tamamilə fərqli amilləri var. Gələcək fəsildə bu haqdan söhbət açacağıq.

İkincisi, tarixçilərə görə səhabələr iranlı əsirləri Ömər ibn Xəttabın yanına gətirdikdə aralarında Yəzdigərdin üç qızı var idi. Ömər bu qızların satılmasını əmr etdi. Bu zaman Əli (ə) buyurdu: “Padşah qızları ilə digər qadınlar kimi davranmaq yanlışdır”. Ömər dedi: “Onlarla necə davranmalıyam?” İmam buyurdu: “Onlara qiymət qoy və bunu mehr hesab edib onları ərə ver”. Əli (ə) onların üçünü də aldı: birini Abdullah ibn Ömər üçün, birini İmam Hüseyn (ə) üçün, sonuncusunu isə Məhəmməd ibn Əbu Bəkr üçün1.

Burada belə bir sual meydana çıxır ki, əgər İranda şiəliyin yayılmasına səbəb bu qohumluqdursa, nə üçün Abdullah ibn Ömər və ya Məhəmməd ibn Əbu Bəkrin qohumluğu əhli-sünnənin iranlılar arasında yayılmasına gətirib çıxarmayıb?


  • İranlılarla şiələrin fikir birliyi.

Bəziləri yazırlar: “İranlılarla şiələrin xəlifəliyin ilahi bir məqam olması, irsiyyət yolu ilə nəsildən-nəslə keçməsi, bu məsələdə xalqın seçiminin heç bir dəyəri olmaması haqqında müştərək fikirdə olmaları iranlıların şiəliyi qəbul etməsinə gətirib çıxarmışdır”.
Cavab: Birincisi, şiələrə görə, imamət məsələsində irsiyyət deyə bir amil yoxdur. Bu daha çox Bəni-Üməyyə və Abbasılərə məxsus idarəçilik üsuludur. Şiələr imamətin ilahi bir haqq olduğu qənaətindədirlər.

İkincisi, çox güman ki, iranlılar padşahın seçilməsinin ilhai bir haqq olduğunu Zərdüşt təlimlərindən əxz etmişlər. Əlbəttə, onlar bunun tətbiqində yanıldılar. Lakin bu, peyğəmbərlərin təlimlərindən mənimsənilmiş bir ideyadır.

Üçüncüsü, şiələrin xalqın seçiminə heç bir əhəmiyyət verməməsi sadəcə ittihamdır. Onlar hakimiyyətin gerçəkləşməsi üçün xalqın beyət etməsini zəruri hesab edirlər.

ŞİƏLİYİN İRANDA YAYILMASI


İran tarixinə nəzər saldıqda iranlıların şiəliyə yönəlmələrinin bir neçə səbəbi olduğunu görürük:

1. Xəlifələr dönəmindəki fəthlərdə şiələr də iştirak edir və fəth olunan bölgələrə öz əqidələrini, Əhli-beytə (ə) məhəbbəti ərməğan edirdilər.

2. Bir çoxları, başda imamlar (ə) olmaqla məzlum şiələrin dərdinə şərik olmaq məqsədi ilə şiəliyi qəbul edirdilər. Çünki insan fitri olaraq məzlumlara acıyır. Bunun özü şiəliyin İranda geniş kütləyə nüfuz etməsində başlıca amillərdən biridir.

Fransalı Doktor Jozef "Şiəlik və ağlasığmaz tərəqqilər" adlı tədqiqat əsərində yazır: "Şiəliyin möhkəmlənməsində, digər məzhəblərə təsirində mühüm rol oynayan amillərdən biri də dini liderlərin məzlumluğunun önə çəkilməsidir. Bu, şiəliyin keçdiyi tarixi tərəqqi yolunda təsirli olan təbii amillərdəndir. Çünki insan fitri olaraq məzluma köməyə tələsir, zəifin güclüyə qələbəsini istəyir. Elə buna görə də bəşər övladı yaradılışca zəiflərə meyillidir"1.

3. Bir çoxları şiəliyi İrana köçmüş şiələrlə birgəyaşayış zamanı əxz etmişlər. Çünki şiələr mənəvi həyatlarını sürmək üçün öz məzhəblərini genişləndirməli, insanlara nüfuz etməli idilər. Onlar xalq arasında və hakimiyyət dairələrində təmsil olunub etiqadlarını qorumağa çalışırdılar.

4. Böyük əksəriyyət isə şiəliyi Səfəvilər hakimiyyətində rəsmi dövlət məzhəbi olduqdan sonra qəbul etdilər. Bu zaman şiəlik nəzərəçarpacaq dərəcədə genişləndi.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə