Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   2   3   4   5   6   7   8   9   ...   72

16
Nazir Əhmədli
ildə doğulduğu göstərilirdi.  Ələsgərlə qardaş-bacıları ara-
sında, eləcə də Məşədi Salahın övladları arasında ögeylik 
yoxdu. Onda sual doğurdu ki, neçə olur bir qadın bir övlad 
doğduqdan sonra 33 il(!) fasilə verib sonra bir neçə il fərqlə 
o biri övladlarını doğur?
Mən 1980-ci illərdə Axısqalı Xəstə Hasanla bağlı İslam 
müəllimə məktub yazanda bu məsələyə də aydınlıq gətir-
məsini istəmişdim. O isə belə söhbətləri eşitmək belə istə-
mirdi. Hətta 2000-ci ildən sonra İslam müəllimlə bir yer-
də,  Folklor İnstitutunda  işləyəndə İ.Şopenə istinad edərək 
1821-ci ildə  Ağkilsədə yaşayış olmadığını yazmışdım. 
Məqaləni hörmət  əlaməti olaraq müəllimim və  Ələsgər 
ocağının alim oğlu, bu sahənin bilicisi sayılan İslam Ələs-
gərova oxumağa vermişdim. İslam müəllim məqaləni oxu-
yanda bərk əsəbləşmiş, yazını çırıb zibil yeşiyinə atmışdı. 
Mənə də incikliyini sərt şəkildə bildirdi, narahat olmuşdu 
ki, mən ondan xəbərsiz məqaləni haradasa çap etdirərəm. 
İnstitutun direktoru Hüseyin İsmayılova da məndən şikayət 
etmiş, xahiş etmişdi ki, məqalənin çapına mane olsun. Göy-
cə aşıq məktəbinin yaşını böyütmək istəyən, bu mövzuda 
dəfələrlə mənimlə mübahisə edən Hüseyn İsmayılov sakit 
və mülayimliklə xahiş etdi ki, İslam Ələsgərov sənin müəl-
limin olub, ağsaqqal adamdır, hirslənər, başına bir iş gələr, 
sən gəl bu məsələni qapat. Mən  bu mövzudan əl çəkimək 
fi kirində deyildim, lakin əlimdə də ciddi tarixi sənədlər yox 
idi. Ona görə də bu məsələni gündən-günə, aydan-aya, il-
dən ilə ötürürdüm.
Nazir  Əhmədlinin qarşımızdakı kitabı isə  mənim bu 
mövzuya müracət etməyimə son qoydu. O, elmi ictimaiy-
yətə elə sənədlər təqdim etdi ki, burada daha mübahisəyə, 
inciməyə yer qalmadı. Bu sənədlər həm də Xəstə Hasanın 
Aşıq Ələsgərə  bağlama göndərib-göndərmədiyi  məsələlə-
sinə nöqtə qoymuş oldu.    


17
Haqq-nahaqq seçilər Haqq divanında
Bir yanlışlıq başqa yanlışlığa da yol açır.  Ələsgərin 
yaşının böyüdülməsi yeni bir problem-Aşığın övladlarının 
yaşı məsəlsini ortaya çıxarırdı. Onların yaşını artıra bilmə-
diklərindən, məcbur olmuşdular Ələsgərin 40 yaşında ev-
ləndiyi rəvayətini ortaya atsınlar.
  Kəndimizdən Aşıq  Ələsgəri görən adamlar və Göy-
çədə tanıdığım, söhbət etdiyim aşıqlar ustad sənətkarın 40 
yaşında evlənməsinə, onun ilk eşq məcarəsi ilə bağlı ya-
ranan poemaya, radio verlişinə, xüsusən Pullu Məhərrəm 
haqqında deyilənlərə istehza ilə yanaşır, bu uydurmaları 
Aşıq Ələsgərə yaraşmayan cəfəngiyat adlandırırdılar. Çox-
ları kimi Ələsgərin də gəncliyində bir qıza aşiq olduğunu, 
onun şəninə şeirlər söylədiyini normal qarşılayırdılar. Aşığı 
gözü tox, oturub-durmağını, sözünün yerini bilən, namus-
lu bir insan kimi xatırlayırdılar. Onun gözəllərə yazdığı 
şeiriləri isə o dövrün ab-havasının məhsulu kimi dəyərlən-
dirdilər. Toyun sonunda aşığın bəyə və gəlinə tərif deməsi 
vacib şərtlərdən biri sayılırmış. Aşıq Ələsgər də bütün aşıq-
lar kimi bu ənənəyə  əməl edirmiş. Yəni musiqi ilə sözün 
vəhdətindən ibarət xoş sözlər, arzu-diləklər olurmuş. Onlar 
içərisində yüksək sənətkarlıq nümunələri yaşayır və ağız-
dan-ağıza keçərək yayılırmış. Bəzən də toyda bir nəfər irəli 
çıxıb “aşıq, mənim  məclisdə iştirak edən qızıma və ya gəl-
nimə bir tərif de, sənə bir quzu, və ya başa bir nəmər verə-
cəm” deyərmiş. Aşıq da bunu məmnunluqla yerinə yetirər-
miş. Aşıq  Ələsgərin gözəllər haqqında söylədiyi  şeirlərin 
bir qismi belə yaranıbsa, bir qismi də müəyyən hadisələrlə 
bağıldır. 
Aşıq Alının anadan olmasının 180 illiyinin təntənə ilə 
qeyd edilməsi haqqında Azərbaycan KP MK-nın qərarı qə-
zet və jurnalların bu mövzuda məqalələr verməsinə imkan 
yaratdı. Həmin günlərdə  mən də  işlədiyim “Sovet Naxçı-
vanı” qəzetində Aşıq Alı  və onun ustadı, Ağ Aşıq ləqəbli 


18
Nazir Əhmədli
Allahverdi haqqında bir neçə məqalə yazdım. O dövrdə Ağ 
Aşıqdan söz açan bütün müəllifl ər onun Kosacan kəndində 
doğulduğunu, sonra Göyçənin Kərkibaş  kəndinə getdiyi-
ni yazırdılar. Mən də aşıqla bağlı material toplamaq üçün 
Kosacana getdim. Orada aşığın qızı Zülfünaz qarı ilə gö-
rüşdüm. Yaşının 80-i keçdiyi deyilən Zülfünazdan aldığım 
bilgidən bu qənaətə gəldim ki, Kosacandakı Allahverdi ilə 
Kərkibaşdakı Allahverdi ayrı-ayrı adamlardır. Yaşadıqları 
dövrlər arasında azından 50-60 il fərq  var. Atalarının adı 
da fərqlidir. Bu haqda 1982-ci ildə “Sovet Naxçıvanı”na 
məqalə yazdım, radioya verliş hazırladım. Lakin mən məş-
hur alim olmadığım üçün yazdıqlarım heç kimin diqqətini 
çəkmədi. 1993-cü ildə “Bir daha Ağ Aşıq haqqında” adlı 
məqalə yazıb “Oğuz eli” qəzetində (14 yanvar,sayı 1 (30), 
səh.8) və “Ağ Aşıq təxəllüslü Allahverdi Sulduzludurmu?” 
məqaləsini Tehrandakı “Vaqlıq” jurnalınada (1998 (1376), 
105-2, 106-3, səh.44) çap etdirdim. Əlimdə aşığın doğumu 
ilə bağlı rəsmi sənədlər olmadığından mən də yanlışlıqlara 
yol vermişdim. Nazir Əhmədli bu kitabı ilə mənim də yan-
lışlıqlarımı düzəltmiş oldu.
Nazir  Əhmədli 19-cu yüzildə yaşamış  aşıqlarımızın 
ömür yolları haqqındakı yanlışlığa son qoydu. Ağ  Aşıq 
ləqəbli Allahverdilərin, Aşıq Alının, Aşıq  Ələsgərin, Aşıq 
Musanın, Şair Məhəmmədin, Şəmkirli Aşıq Söyünün(Hü-
seynin) və başqalarının haqqında elə dəqiq bilgilər verdi ki
ensklopediyalara məqalə hazırlayanlar, aşıq yaradıcılığın-
dan məqalə və kitab yazanlar gərək Nazir Əhmədlinin kita-
bını daim masalarının üstündə saxlasınlar, araşdırıcılarımız 
Qaracəmirlidə yaşamış, indiydək adı, bəhsi çəkilməyən 
sənətkarlar haqqında Nazir Əhmədlinin verdiyi bilgilər əsa-
sında yeni axtarışlara başlasınlar.
Nazir  Əhmədli tədqiqatçıların nəzərini kameral 
təsvir sənədlərinə cəlb etdiyi bu kitabı ilə yeni bir mər-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə