Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   24   25   26   27   28   29   30   31   32

İ k i n c i   məzarçı. Əsl həqiqəti bilmək istəyirsən, hə? Əgər 
o qız zadəgan olmasaydı, onu heç vaxt xristian kimi 
basdırmazdılar. 
B i r i n c i   məzarçı. Aha, sən düz deyirsən. Adama elə 
ağır gələn də budur ki, varlılar istədiyi vaxt özünü suda 
boğa bilər və ya kəndirdən asa bilər, ancaq onların din 
qardaşları kasıb xristianların buna ixtiyarı yoxdur. Di 
qurtar, beli işə sal. Bilirsənmi, dünyada bağ-bandan, 
kənkandan, bir də qəbirqazandan qədim sənət sahibi olmayıb. 
Onlar Adəm atanın sənətini davam etdirirlər. 
İ k i n c i   məzarçı.  Bəyəm Adəm ata zadəgan olub? 
Birinci məzarçı.      İki dəfə beldən,  külüngdən istifadə edib. 
İ k i n c i     məzarçı. Yalandır, onun heç nəyi olmayıb. 
B i r i n c i   məzarçı. Bu nədir! Sən yoxsa bütpərəstsən? 
Müqəddəs kitabı - Bibliyanı necə başa düşürsən? Bibliyada 
yazılıb ki, Adəm yer qazıb. Bir kəllənə yerləşdir də, o heç 
belsiz, külüngsüz yer qaza bilərdi? Dayan, mən sənə ayrı 
sual verəcəyəm. Əgər düzgün cavab verməsən, vay halına, 
İ k i n c i     məzarçı.    Döşə gəlsin. 
B i r i n c i   məzarçı. De görüm, o kimdir ki, onun düzəltdiyi 
şey bənnanın, dülgərin, gəmiqayıranın düzəltdiyindən daha 
möhkəmdir? 
İ k i n c i   məzarçı. Dar ağacı quran. Çünki dar ağacı öz 
sakinlərindən çox yaşayır. 
B i r i n c i   məzarçı. Vallah, ağıl dəryasısan. Doğrudan da, 
dar ağacı  həmişə yaxşılıq eləyir. Ancaq kimə? Yamanlıq 
eləyənlərə.  İndi sən də yamanlıq eləyirsən. Deyirsən ki, dar 
ağacı kilsədən möhkəmdir. Deməli, sənə dar ağacının yaxşılığı 
gərəkdir. Deməli, səni asmaq lazımdır. Suala təzədən cavab 
ver, di başla görək. 
İ k i n c i   məzarçı. O kimdir ki, onun düzəltdiyi  şey 
bənnanın, dülgərin, gəmiqayıranın düzəltdiyindən daha 
möhkəmdir? 
B i r i n c i   məzarçı. Hə, cavab ver, kimdir? Ağlın 
cilovunu boşalt da. 
İ k i n c i   məzarçı. Yaxşı, indi deyə bilərəm. 


B i r i n c i   məzarçı. Tez ol. 
İ k i n c i     məzarçı. Sübh ibadətinə and olsun, deyə 
bilmərəm. 
Hamletlə Horatsio daxil olub bir kənarda 
dayanırlar. 
B i r i n c i   məzarçı. Başını nahaq yerə  sındırma. 
Kötəklənməklə qanmaz eşşək yeyin yeriməz. Bir də nə vaxt 
bu sualı  sənə versələr, deyərsən qəbirqazandır. Çünki 
qəbirqazanln tikdiyi evlər ta qiyamət gününə qədər qalacaq. 
Yaxşı, cəld ol. İogen dayının meyxanasına get, mənə bir 
qab çaxır gətir. 
İkinci məzarçı gedir, birinci məzarçı qəbir qazır, həm 
də oxuyur. 
Gəncliyimdə gülərdim, 
Qəlb açardı gözəllər. 
Ah, mən elə bilərdim, 
Həyat kefdir əzəllər.                              
H a m 1 e t. Məgər bu adam nə  iş gördüyünü hiss 
eləmir? Qəbir qazmaq hara, mahnı oxumaq hara? 
H o r a t s i o. Adət onu öz peşəsinə etinasız edib, prins.  
H a m 1 e t. Bu, doğrudan da, belədir. Yalnız qabar tutmayan 
əllər həssas olur. 
Birinci  məzarçı (oxuyur).      
Birdən gəldi qocalıq,                                      
Məni qüssə, qəm aldı.                            
.              Getdi sevgi - krallıq,                    
Gənclik sanki xəyaldı. 
 
Bir kəllə çıxanb atır. 
H a m 1 e t. O kəllənin də dili varmış, nə vaxtsa o da oxuya 
bilirmiş. Gör, haramzadə onu torpağa necə tullayır. Elə bil ki, 
tulladığı dünyada ilk insan qatili Qabilin kəlləsidir. Bu 
uzunqulağın ələ keçirdiyi o kəllə, bəlkə, bir zamanlar Allahın 
özünü belə aldatmaq istəyən bir siyasətçinin başı imiş. Ola 
bilərmi? 
H o r a t s i o .   Ola  bilər, milord. 


H a ml e t .   Bəlkə, saray əyanının başı imiş, "sabahınız 
xeyir,  əla-həzrət! Səhhəti-vücudunuz necədir, mərhəmətli 
hökmdar?" sözlərini böyük məharətlə deyirmiş. Bəlkə də, 
filan ağanın başı imiş, filan ağanın atını tərifləyirmiş ki, ona 
bağışlasın. Ola bilərmi? 
H o r a t s i o. Bəli, milord. 
H a m 1 e t. Lap elə beləymiş ki, var. İndi isə xanım 
qurdun aşnasıdır. Dişləri tökülüb, çənəsi düşüb, məzarçı isə 
beli onun təpəsinə çırpır. Budur heyrətamiz dəyişiklik! Ah, 
insan bu sirdən agah olsaydı! Bu boyda kəlləni yalnız top-
top oynamaq üçün illər boyu əzab-əziyyətlə böyütməyə 
dəyərmi? Mən bu haqda düşündükcə az qalır öz kəlləm 
çatlasın. 
B i r i n c i     məzarçı (oxuyur). 
Götür beli, külüngü, 
 
Dünya fani, ömür az.     ..             : 
Bu zavallı aşiqə                       
Məzar qaz ha, məzar qaz. 
Başqa bir kəlləni çıxarıb atır. 
 
H a m 1 e t. Bu da bir başqası. Yəqin ki, o bir hüquqşünasın, 
bir və-kilin kəlləsidir. Bəs onun məharəti, onun bicliyi, onun 
fəndləri, onun fırıldaqları, onun kələkləri hanı, harada qalıb? 
İndi o nə üçün bu kobud yaramazın çirkin külüngünün ağır 
zərbələrinə dözür, onu məhkəməyə  çəkmir? Hım!"Bəlkə  də, 
bu kəllənin sahibi öz vaxtında torpaq alıb-satan böyük bir 
dəllal olub. Hər cür qəbzlər, hər cür pul vəsiqələri, hər cür 
zəmanətlər, hər cür cərimələr, hər cür qazanclar barədə 
sənədlər düzəldib. Budurmu cərimələrin cəriməsi, qazancların 
qazancı? Buna görəmi onun yaxşı başı palçıqla yaxşı dolub? 
Onun zamin durduqları torpaq sahibləri indi bu iki müqavilə 
sənədi boyda olan yerimi ona zamin durublar? Onun 
hazırladığı bütün sənədləri bir yerə toplasan bu yerə güclə 
yerləşə bilər. O torpaq sahiblərinin özləri bundan çox yer 
almayıblar, hə? 
H o r a t s i o. Bir qarış da artıq almayıblar, milord. 


H a m 1 e t. Perqamentlər qoyun dərisindən hazırlanır, elə 
deyilmi? 
Horatsio. Bəli, milord, dana gönündən də hazırlanır. 
Hamlet. Perqamentlərdə möhkəmlik, onların 
üzərindəki yazılarda etibar axtaranların özləri qoyun və 
danadırlar. Mən bu adamla danışmaq istəyirəm. - Ey, ağa, bu 
qəbir kimindir? 
B i r i n c i   məzarçı. 
.                
,   , 
Mənimdir, cənab (Oxuyur).                 • •;         

Bu zavallı aşiqə 
Məzar qaz ha, məzar qaz. 
H a m 1 e t. Bilirəm, sənindir. Doğrudan da, sən qəbirdəsən
amma yalan danışırsan. 
B i r i n c i   məzarçı. Siz qəbirdə deyilsiniz, cənab. Ona 
görə  də  qəbir sizin deyil. Amma mən qəbirdəyəm, qəbir 
də mənimdir. Deməli, mən yalan danışmıram. 
H a m 1 e t. Sən qəbirdəsən, bu o demək deyil ki, qəbir 
sənindir. Qəbir ölülər üçündür, dirilər üçün yox. Deməli, sən 
yalan danışırsan. 
B i r i n c i   məzarçı. Bu, canlı yalandır, cənab. Vaxt 
gələr qəbirdə həqiqət olar. 
H a m 1 e t. De görüm, bu qəbiri hansı kişiyə qazırsan? 
B i r i n c i   məzarçı. Heç bir kişiyə, cənab. 
H a m 1 e t. Onda hansı qadına qazırsan? 
B i r i n c i     məzarçı. Heç bir qadına. 
H a m 1 e t. Qoçaq, bu qəbirdə kimi basdıracaqlar? 
B i r i n c i   məzarçı. Bir nəfəri, cənab. O vaxtıyla qadın 
idi, indi isə, Ällah onun ruhunu şad eləsin, nə ondandır, nə 
bundan. 
H a m 1 e t. Bu haramzadə necə də inamla danışır! Onunla 
dəqiq ol-maq lazımdır, yoxsa bizi ikimənalı sözlər altında 
basdırar. Allaha and olsun, Horatsio, son üç ildə fikir 
vermişəm, dünyamız yaman cəsarətlənib. Qara camaat 
ayağının ucu ilə  əyanların dabanmı tapdalayır.-Sən nə 
vaxtdan burada qəbirqazansan? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə