Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə30/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   26   27   28   29   30   31   32   33   ...   99

 
110 
Quruda  yaşayan  heyvanlardan  “Qurani-Kərim” 
yalnız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına 
kəsilməmiş heyvanın ətini və qanını qadağan edir. 
Müqəddəs  Quran  Muhəmməd  Peyğəmbər(s.ə.v.) 
vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər)  onla-
ra  yaxĢı  iĢ  görməyi  buyurar,  pis  iĢləri  qadağan 
edər,  təmiz  (pak)  nemətləri  halal,  murdar  (napak) 
Ģeyləri haram edər…”. (Əl-Əraf, 7/157). 
Murdar,  natəmiz,  pak  olmayan  insanlarda  ikrah 
hissi yaradan şeydir. 
Mömin xəlifələr deyirlər ki, “cəsədində vəhşi hey-
vanın dişlərinin  və  ya  vəhşi quşun caynağının  izi olan 
heyvanın  ətini  yeməyi  Allah  qadağan  etmişdir.  Başqa 
heyvanın  bədənini  parçalaya  bilən  yırtıcılara  şir,  pə-
ləng,  canavar  və  s.  heyvanlar  aid  oluna  bilər.  Yırtıcı 
quşlara  qartal,  şahin,  qırğı  və  digər  bu  qəbildən  olan 
quşlar aiddir. 
Ölü heyvan ətinin qadağan olunması onun qida ki-
mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi, 
buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir 
verə bilər. 
Bir  dəfə  Ibn  Əbbas  Möminə  xatına  zəkat  olaraq 
qoyun  verir.  Qəflətən  qoyun  ölür.  Peyğəmbər  (s.ə.v.) 
onlara  yaxınlaşıb  deyir:  “Heyvanın  dərisini  soyun,  tə-
mizləyin,  aşılayın  və istifadə  edin”. Onlar  Rəsulüllaha 
belə  deyirlər:  “Bu  ki,  ölü  heyvandır!”.  Peyğəmbər 
(s.ə.v.)  cavab  verir  ki,  bu  qoyunun  yalnız  ətini  yemək 
olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin 
soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri 
aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr 
təsdiq  edirlər.  Bu,  bütün  dərilərə  aiddir,  istər  it  dərisi, 
istərsə də hətta donuz dərisi olsun. 


 
111 
Nəcib yeməklərə izn verilir 
 
“Ey  insanlar!  Yer  üzündəki  Ģeylərin  təmiz, 
halal olanlarını yeyin. ġeytanın izi ilə getməyin! Hə-
qiqətən,  o  (Şeytan)  sizinlə  açıq-açığına  düĢməndir”. 
(əl-Bəqərə, 2/168). 
Xudavəndi-aləm  insanları  onlar  üçün  yer  üzündə 
yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq 
asmayıb,  Onun  qadağan  etdiklərini  yeməməyə  dəvət 
edir. 
Allah  möminlərə  bu  sözlərlə  müraciət  edir:  “Ey 
iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) 
halalından  yeyin!  Allaha  ibadət  edirsinizsə,  (bu 
nemətlərə görə) Ona Ģükr edin”. (əl-Bəqərə, 2/172). 
“O  (Allah)  sizə  ölmüĢ  heyvanı,  (axar)  qanı,  do-
nuz ətini və Allahdan baĢqasının adı ilə (bütlərin və 
s.  adı  ilə)  kəsilənləri  (yeməyi)  qəti  haram  etmiĢdir. 
Lakin naəlac qaldıqda (başqasının malını) zorla mə-
nimsəmədən  və  həddini  aĢmadan  (zəruri  ehtiyacı 
ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kim-
sənin  heç  bir  günahı  yoxdur.  Allah  bağıĢlayandır, 
mərhəmətlidir!” (əl-Bəqərə, 2/173). 
Yemək üçün qadağan olunan şeylər haqqında “əl-
Maidə” surəsinin 3-cü ayəsində buyurulur:  
“Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan, 
qan,  donuz  əti,  Allahdan  baĢqasının  adı  ilə  (bis-
millah  demədən)  kəsilmiĢ,  boğulmuĢ  (küt  alət  və  ya 
silahla)  vurulmuĢ,  (bir  yerdən)  yıxılaraq  ölmüĢ, 
(başqa  bir  heyvanın  buynuzu  ilə)  vurulub  gəbərmiĢ, 
vəhĢi  heyvanlar  tərəfindən  parçalanıb  yeyilmiĢ  – 
canı  çıxmamıĢ  heyvanlar  müstəsnadır  –  dikinə 
qoyulmuĢ  daĢlar  (bütlər  və  ya  Kəbənin  ətrafındakı 


 
112 
bütpərəst qurbangahlar) üzərində kəsilmiĢ heyvanlar 
və  fal  oxları  ilə  pay  bölmək  sizə  haram  edildi. 
Bunlar  günahdır...  Kim  aclıq  üzündən  naçar 
qalarsa,  (çətinliyə  düşərsə)  ,  günaha  meyl  etmək 
niyyətində  olmayaraq  (zəruri  ehtiyacını  ödəyəcək 
qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah 
bağıĢlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3) 
Habelə  “əl-Ənam”  surəsinin  145-ci  ayəsində 
deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri-
sində murdar olduqları üçün ölü heyvan, axar qan, 
donuz əti və ya Allahdan baĢqasının adı ilə (bismil-
lah  deyilmədən)  günah  olaraq  kəsilmiĢ  heyvanlar 
istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər 
içərisində  haram  buyurulan  bir  Ģey  görmürəm. 
Bununla  yanaĢı,  hər  kəs  məcburiyyət  qarĢısında 
qalsa,  həddini  aĢmadan,  zəruri  ehtiyacını  ödəyəcək 
qədər (bunlardan yesə, Allah ona cəza verməz). Çünki 
sənin  Rəbbin,  həqiqətən,  bağıĢlayandır,  rəhm 
edəndir!”. ( əl-Ənam, 6/145). 
Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah-
dan  başqasının  adı  ilə  kəsilmiş  heyvan  ətini  qadağan 
edir. 
 
Ölü heyvan əti nə üçün haramdır? 
 
Quran  ayələrində  müsəlmanın  qidalanması  məsə-
lələrində  birinci  olaraq  ölü  heyvan  ətinin  qadağan 
olunması  göstərilir,  yəni  əgər  heyvan  və  ya  quş  öz 
ölümü  ilə  ölübsə  (insan  tərəfindən  kəsilməyibsə, 
ovlanmayıbsa  və  s.)  bu  heyvanın  əti  murdardır.  Bəs 
bunun mənası nədədir? 
Islam bu qadağanı nə ilə izah edir? 
Birincisi  –  şüur,  heyvan  cəsədinə  ikrahla  yanaşır, 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə