Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat
8
dilinin tədrisini nəzərdə tuturdu. Yay məktəbində yeganə kommunikasiya dili gürcü dilidir ki, bu da
dövlət dilinin öyrənilməsini aktivləşdirir.
Gürcü dili evləri
2012-ci ildən “Gürcü dilini ikinici dil kimi öyrədək” proqramı çərçivəsində gürcü dili evlərində
müəllimlərin işlə təmin edilməsi prosesi davam etdirilir. Proqramda iştirak edən təlimçi-müəllimlər
intensiv olaraq yerli əhaliyə treninqlər keçir və gürcü dilini tədris edirlər.
2013-cü ildə Yar-Muğanlı və Marneulinin dil evlərində yuxarıda qeyd edilmiş proqramın təlimçi-
müəllimləri işlə təmin olundular, onlar yerli müəllimlər və icma nümayəndələri üçün gürcü dilinin
tədrisini davam etdirirlər.
Mübadilə və qardaşlaşma layihələri
“Gürcü dilini ikinci dil kimi öyrədək” proqramının iştirakçılarının 53%-i mübadilə proqramlarının
planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmişlər. Erməni dilli və Azərbaycan dilli
məktəblər müxtəlif regionların gürcüdilli məktəbləri ilə qardaşlaşdılar. Təlimçi-müəllimlər
Gürcüstanın müxtəlif şəhərlərində (Tbilisi, Qurcaani, Qori, Qardabani, Saqareco, Çakvi, Zestafoni,
Xaşuri və s.) partnyor məktəblər axtardılar və mübadilə tədbirləri keçirdilər: qarşılıqlı səfərlər və 1
həftə ərzində birgə yaşamaq, dərslərdə iştirak etmək, ümumi konsert və ya tamaşa hazırlamaq,
müxtəlif yeməklərlə tanış olmaq, gürcü Pravoslav, erməni Apostol kilsələrinin, məscidlərin və digər
mədəniyyət abidələrinin gəzintisi. 2013-cü ildə qeyd edilmiş proqramların büdcəsi 1 435 803 lari
təşkil etdi.
“ Gələcək uğurlar naminə gürcü dili”
Gürcüstan Təhsil və Elm Nazirliyinin ÜHHŞ –Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz
“Gürcü dilini ikinci dil kimi öyrədək” proqramını həyata keçirir. Proqramın məqsədi Gürcüstanda
yaşayan etnik azlıqların inteqrasiyası və qeyri-gürcüdilli məktəblərdə gürcü dilinin tədrisinin,
təhsilin keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Məqsədə nail olmaq üçün proqram
çərçivəsində iki əsas istiqamət mövcuddur: pedaqoqların qeyri-gürcüdilli məktəblərə göndərilməsi
və təhsil resurslarının yaradılması.
Qeyd edilmiş proqram çərçivəsində, 2013-cü il ərzində yardımçı pedaqoqların qeyri-gürcüdilli
məktəblərə yollanması üç mərhələ üzrə baş tutdu :
1.
2012-ci ilin sonunda müsabiqə nəticəsində 56 iştirakçı seçildi ki, bunlara da 2013-cü ilin
yanvar ayında peşəkar qabiliyyətlər, mədəni rəngarənglik, multi-linqvistik metodologiya və
gürcü dilinin tədrisinin müasir metodları üzrə intensiv treninqlər keçirildi. Treninqdən sonra
seçilmiş müəllimlər Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionunun qeyri-gürcüdilli
məktəblərinə paylandılar.
2.
2013-cü ilin iyununda proqram çərçivəsində müsabiqə elan edildi və müsabiqə üzrə 128
iştirakçı seçildi.
3.
Proqramın tələblərindən irəli gələrək, oktyabr ayında yenidən iştirakçıların seçim
müsabiqəsi elan edildi; seçilmiş iştirakçıların bir qolu noyabr ayında regionlara göndərildi.
Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat
9
Regionlara yollanmazdan əvvəl bütün iştirakçılara aşağıdakı mövzular üzrə on günlük hazırlıq
keçirildi :
Gürcü dilinin, ikinci dil kimi tədrisinin metodologiyası;
Sinfin idarə edilməsi və peşəkar qabiliyyətlər;
Mədəni rəngarənglik və birgəyaşayış;
İnklüziv təhsil;
Təhsil prosesində tədris resurslarından istifadə ;
Məktəb təşəbbüslərinin tətbiqi prosesində komanda şəklində işləmə və liderlik .
Bu mərhələdə proqram çərçivəsində 274 nəfər işlə təmin olunub. Onlar yerli müəllimlərə dərs
prosesinin aparılmasında və pedaqoqların gürcü dilini bilmə səviyyələrinin yüksəlidilməsinə
yardım edir, digər tərəfdən isə yerli əhalinin gürcü dilini bilmə səviyyəsini əhəmiyyətli dərəcədə
yaxşılaşdırırlar.
Sxem 1: Proqramda iştirak edən qeyri-gürcüdilli məktəblərin sayı (%)
91%
9%
0%
Proqramda iştirak edən qeyri-gürcüdilli
məktəblər (%)
Proqramda iştirak edən
məktəblərin sayı
Əhatə ediləcək məktəblərin sayı
Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat
10
Sxem 2: Regionlara görə proqramda iştirak edən məktəblərin sayı
Regionlarda proqram iştirakçılarının əsas məşğuliyyətini təşkil edir:
Yerli pedaqoqla birlikdə gürcü dili dərslərinin planlaşdırılması və keçirilməsi;
Sinifdənkənar aktivliklərin həyata keçirilməsi;
Gürcü dili dərnəklərinin, klublarının yaradılması;
Qonaq edən ailəyə gürcü dilinin öyrədilməsi.
“Gürcü dilinin ikinci dil kimi ” tədrisi materiallarının hazırlanması
2013-cü ildə qeyri-gürcü dilli şagirdlər üçün orta pillənin X-XII səviyyələri üzrə gürcü dili dərsliyi
yaradıldı. Dərslik dəsti şagirdin kitabından, dəftər və müəllim dərsliyindən ibarətdir. Sinif işi üçün
tematik audio-material da hazırlandı . Tədris materialları kimi həmçinin xüsusi kompüter oyunları
da yaradıldı ki, bunlar da qeyri-gürcüdilli şagirdlər üçündür və gürcü dili dərsliyinin yeni
məzmununa uyğundur. Dərsliyin qeyd edilmiş səviyyələrdə Şagirdin kitabı və Şagirdin dəftəri
20 000-lik tirajla, audio-materialla birgə müəllim kitabı isə 2 000-lik tirajla çap olundu.
2013-cü ildə “Gürcü dilinin” I-IV səviyyəsi üzrə dərsliklər çap olundu: I səviyyəli şagird kitabı
4000-lik tirajla, şagirdin dəftəri 4500-lük tirajla. II-IV səviyyəli şagirdin kitabı 3000-lik tirajla,
şagirdin dəftəri isə 4500-lük tirajla çap olunub.
2013-cü ildə qeyri-gürcüdilli məktəblərə onların tələbatlarına uyğun sayda I-IX səviyyələr üzrə
dərsliklər paylanıldı .
Kaxeti 11
Samsxe-
Cavaxeti 97
Kvemo Kartli
126