Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

 
34 
Bu  şəhərlər  və  məhəllələr  zəlzələlər  və  siyasi  hadisələrdən 
xaraba olmuşdur.  
Elxanilər  zamanında  Təbriz  və  Sultaniyyə  Yaxın  şərqin 
iqtisadi və mədəni mərkəzləri şəklini almışdı.  
Elxanilər  dövləti  Misir  məmlükləri  ilə  və  Altun  Ordu 
dövlətlərilə  savaşlar  nəticəsində  zəiflədi  və  İranda  baş  verən 
qarışıqlıqların  sonunda  Əbu  Səiddən  sonra  parçalandı  (h. 
714\1336).  
Elxanilərin dövründə memarlıqda və gözəl sənətlərdə böyük 
tərəqqi  olmuş  və  fars  dili  tarixi  və  elmi  əsərlər  yazmaq  üçün 
işlənmiş və bununla da “Tarixi cahaquşeyi Cuveyni” və “Came ət-
təvarix” kimi əsərlər yazılmışdır.  
Cığatay  oğulları  və  Alim  Ordu  xanları  da  Türküstan, 
Məvərənnəhr  və  qıpçaq  ellərində  islamın  yayılmasına  və  türk 
ədəbiyyat  və  sənətinin  tərəqisinə  çalışmışlar.  Bu  dövrdə  Xaqani 
türkcəsinin  yerini Xarəzm  türkcəsi,  XV  əsrdə isə Cığatay türkcəsi 
almışdır.  
Misir  məmlükləri:  Bu  dövrdə  Misirdə  gedən  qıpçaq 
türkləri  tərəfindən  Misir  Məmlük  dövləti  qurulmuşdur  (628 
h.\1250m).  Bu  dövləti  Əyyubi  ordusunda  baş  komandan  olan 
Aybəy  adında  bir  qıpçaq  məmlük  qurmuşdur.  Əyyubilər  ordusunu 
türk məmlükləri təşkil edirdi. Bunlar üçün Nil çayı kənarında Ruzə 
adında  bir  qışlaq  (yadğan)  tikmişdilər.  Burada  pul  ilə  satın  alınan 


 
35 
türk  uşaqlarını  xüsusi  surətdə  tərbiyə  edib,  bunlardan  xüsusi  ordu 
(mühafizə ordusu) təşkil edirdi və əsgərlərə məmlük deyilirdi.  
Son  Əyyubi  padşahı  Turanşah  öldürüləndən  sonra  Aybəy 
böyük  bir  qüvvə  qazandı  və  Turanşahın  anası  ilə  evləndi.  Sonra 
türk əsgərlərinə arxalanaraq özünü sultan elan etdi (h. 628\1250). 
Bu məmlüklər 1390-cı ilə qədər Misirdə hökmranlıq etdilər 
və  ondan  sonra  çərkəz  məmlükləri  onların  yerinə  keçdilər.  Bunlar 
da  1517-ci  ilə  qədər  hakimiyyətdə  oldular.  Bu  tarixdə  Osmanlı 
padşahı  Sultan  I  Səlim  Misiri  aldı  və  Osmanlı  imperatorluğuna 
bağladı.  
Aybəydən sonra sultan Beybars onun yerinə keçdi. Beybars 
Abbasi  xilafəti  yıxılandan  sonra  Misirə  qaçan  Müstənsiri  xəlifə 
seçib,  Abbasilərin  Misir  şöbəsini  qurdu,  monqollar  və  səlibçilərlə 
savaşdı və onları məğlub etdi.  
Məmlüklər  Qahirədə,  Suriyadə  məscidlər,  mədrəsələr, 
xəstəxanalar,  su  yolları,  körpülər  tikdilər  və  səlib  savaşları 
nəticəsində dağılmış ölkəni yenidən abad etdilər.  
Teymurilər:  Teymur  (Dəmir)  h.  713\1335  –  ci  ildə 
Səmərqənd yaxılığında Yaşıl şəhərdə (Kiş və ya Şəhrisəbz) anadan 
olmuşdu.  Atası  Barlas  türk  qəbiləsi  bəylərindən  idi.  Bu  zaman 
Türküstan Cığatay xanlığının əlində idi. 
Teymur  bir  müddət  qaynı  Hüseyn  ilə  çalışdı  və  onlar 
monqollara  qarşı  üsyan  etdilər.  Sonra  Əmir  Hüseyn  ilə  arası 


 
36 
pozuldu  və  onunla  savaşdılar.  Əmir  Hüseyn  Bəlxdə  hakim  idi. 
Teymur  onu  məğlub  edib,  Bəlxi  aldı  və  Əmir  Hüseyn  öldürüldü. 
Bundan  sonra  Bəlxdə  toplanan  qurultay  Teymuru  əmir  elan  etdi. 
Sonra  Teymur  Səmərqəndə  gəldi  və  oranı  paytaxt  elədi.  (h. 
747\1369).  
Teymur əmir olandan sonra bir çox hərbi səfərlərə çıxdı. 16 
il əmirliyi ərzində  Şərqi Türküstanı, Xarəzmi, İranı, İraqı, Qafqazı, 
Qıpçaq  elini,  Hindistanı,  Əfqanıstanı  və  Anadolunu  alaraq  böyük 
bir imperatorluq qurdu. Bu zaman Toxtamış Altun Ordu dövlətinin 
başında  idi.  Qabaqcadan  Teymurla  arası  yaxşı  olan  Toxtamış, 
Teymur  cığatayların  ölkəsini  alandan  sonra  araları  pozuldu,  çünki 
Teymur  Çingizin  nəslindən  deyildi  və  ona  görədə  Toxtamış  onun 
hakimiyyətini həzm edə bilmirdi.  
Nəhayət,  bir  çox  keşməkeş  və  savaşlardan  sonra  Teymur 
Toxtamışı  məğlub  etdi  və  Altun  Ordunun  aradan  getməsinə  bais 
oldu.  
Bundan 
sonra 
o, 
Azərbaycanda 
müzəffərilərin 
hökmranlığına son verib, İraqa yürüdü və sultan Əhməd Cəlayirin 
hökümətini məğlub etdi. Sonra Hindistana səfər etdi. (h. 744\1398)  
Yenidən Bağdada qayıdan Teymur sultan Əhməd Cəlayirini 
qaçırtdı.  Bu  dəfə  sultan  Əhməd  osmanlı  sultanı  İldırım  Bəyazidə 
sığındı.  


 
37 
Bu  sırada  Şərqi  Anadolu  və  Azərbaycanda  hökümət  quran 
Qaraqoyunlulara hücum edib onların əmiri Qara Yusifi qaçırtdı.  
Əmir  Teymur  İldırım  Bəyaziddən  sultana  Əhməd  Cəlayir 
və  Qara  Yusifin  geri  verilməsini  istədi.  İldırım  Bəyazid  onun 
istəyini  rədd  etdi.  Teymurda  Anadoluya  hücum  etdi.  Nəhayət, 
Ankarada  İldırım  Bəyazidi  məğlub  və  əsir  etdi,  bundan  sonra 
Səmərqəndə  döndü.  Bir  az  sonra  Çinə  hücum  etməyə  hazırlandığı 
zaman  xəstələnib Otrar (Fərab) şəhərində 71 yaşında öldü.  
İmperator türk olduğu halda, türklərə, xüsusən Anadolu və 
Rusiya  türklərinə  ən  böyük  zərbəni  vurmuşdur.  O,  Altun  Ordu 
dövlətini  yıxmaqla  rusların  qüvvətlənməsinə  və  türklərə  tabe 
olduqları  halda,  zamanla  türkləri  özlərinə  tabe  etmələrinə  səbəb 
olmuş və İstanbul fəthini də əlli il geri salmışdır.  
Teymur  öləndən  sonra  oğlanları  və  nəvələri  arasında 
hakimiyyət  üçün  ixtilaf  çıxdı  və  nəhayət,  kiçik  oğlu  Şahrux 
imperatorluğun əksər hissəsini ələ keçirdi və 40 il hökmranlıq etdi. 
Şahrux  adil  və  elm  sevən  bir  adam  idi.  Atasının  buraxdığı 
xarabalıqları  təmir  etməyə  çalışdı.  Xanımı  Gurşad  Məşhəddə 
Gövhərşad məscidini və Heratda həmin məscidin  eynisini tikdirdi.  
Şahrux öləndən sonra yerinə Uluqbəy keçdi. Uluqbəy alim 
və adil bir əmir idi, onun və atası Şahruxun zamanında Səmərqənd 
böyük bir  mədəniyyət mərkəzi oldu. Uluqbəy əqidəli bir müsəlman 
idi  və  müsbət  elmlərə,  xüsusən    də    nücum  elmlərinə  çox  maraq 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə