Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   2   3   4   5   6   7   8   9   ...   45

 
18 
hövzəsinə  gedib  Hoçunu      mərkəz  seçərək,  Uyğun  dövlətini 
qurdular, bir qismi də Çinə, Kaansuya gedib, Çinə tabe oldular.  
Uyğur  ədəbiyyatı  yeni    ərazilərdə  də  davam  edir,  yeni 
məzmun  daşıyır  və  mənsur  əsərlərlə  zənginləşirdi.  Bu  ədəbiyyatın 
iki xüsusiyyəti   qeyd olunur:  birinci dini motivlərlə olması,  digəri 
daha  çox  tərcümə  əsərlərinə  təmaül  olması.    Tərcümə  çincə, 
sanskritcə, tibetcə, toxarca və soğdcadan olmuşdur.  
  Uyğur ədəbiyyatını iki qismə ayırırlar: 
1.
 
 Maniçi ədəbiyyat, (yəni Mani dininə inanan uyğurların meydana 
gətirdiyi ədəbiyyat.)  
2.     Budda   ədəbiyyatı.
 
 
 
Uyğur  ədəbiyyatının    tədqiqatçıları  VIII  yüzillikdən 
başlayaraq  yaranan  dini  mətnləri  də  ədəbi  nümunələr  kimi 
öyrənirlər. Bunlar əsasən dua mətnləri olub   ilk poetik nümunələr 
hesab edilə bilər.
  
 
 
 
 
 
 
 
XVII əsrdən başlayaraq yeni uyğur ədəbi dili formalaşmağa 
başlanır.  Bu  ədəbi  dil  orta  uyğur  dilinin  bir  sıra  xüsusiyyətlərini 
qoruyub  saxlasa  da,  ümumxalq  danışıq  dilinə  xeyli  yaxınlaşır.  
Uyğur  dilindəki  bu  demokratikləşmə  prosesi  XVII-XIX  əsrlərin 
şair  və  yazıçılarından  Hirkiti,  Novbati,  Zəlili,  Abdurehim  Nizari, 
Molla  Şakir,  Molla  Bilal  və  başqalarının  əsərlərində  təcəssüm 
etmişdir.  XVII-XIX  əsrlərdə  Xotanda  yaşamış  şairə  Sarıxanın 
şeirləri xalq arasında geniş  yayılmışdır. Onun şeirlərinin bir qismi 


 
19 
indi də uyğurlar tərəfindən mahnı kimi oxunur. XIX əsrdə yaşamış 
Molla  Musanın  “Tarix-i  Eminiye”  əsəri  memuar  tarixi  janrında 
yazılmışdır.  XIX  əsrin  görkəmli  şairi  Molla  Bilalın  şeirləri  xalq 
yaradıcılığı ilə sıx bağlı idi.
  
 
Tarixçi  Eberhardın  yazdığına  görə,  Çinin  1875-ci  ildə 
yenidən  Şərqi  Türküstanı  işğal  etməsi  10  milyon  insanın  məhvinə 
səbəb  oldu.  Onlar  arasında  çoxlu  istedadlı  gənc  şairlər,  yazıçılar, 
sənətkarlar  də  vardı.  Ümumiyyətlə,  Şərqi  Türküstanda  daha  çox 
şair və yazıçının gənc ikən dünyasını dəyişdiyi müşahidə olunur ki, 
bu da ölkədə irticanın hökm sürdüyünü göstərir. Türk memarlığına 
uyğun  tikilən  binalar  sökülüb  yerində  Çin  üslubunda  binalar 
tikilirdi.  Türkcə  olan  yer  adları  dəyişdirilib  çinliləşdirildi.  Əhali 
çincə  oxumağa  və  çinlilərlə  evlənməyə  təhrik  edildi.  Milli  əxlaqı 
pozmaq  üçün  qumarxanalar,  meyxanalar  və  s.  yaradıldı.  Şərqi 
Türküstan, türk və Türküstan sözlərini işlətmək, qəzet, jurnal nəşr 
etmək, Türkiyədən və müsəlman ölkələrindən kitab və s.  gətirmək  
qadağan  edildi.  Bu  da  ədəbiyyatın,  sənətin,  mədəniyyətin 
inkişafında  bir  durğunluq  və  tənəzzül  yaratsa  da,  milli  şüurun  
oyanişı və milli təəssübə səbəb olurdu. 
 
Qəznəvilər:  Müsəlman  türklərdən  ibarət  olan  Qəznəvi 
sülaləsi  böyük  dövlət  qurub  (963-1183)  islamın  Əfqanıstan  və 
Hindistanda  yayılmasına  səbəb  oldular.  Bu  sülalənin  təsisçisi  Alp 
Tegin və daha doğrusu, onun damadı Səbuk Tegindir. Səbuk Tegin 


 
20 
və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssik-
kul  civarında  yaşayan  Cuk  adında  İbir  Bahadurun  oğludur.  12 
yaşında  ikən  qoşunları  olan  Toxsi  türklərinin  basqınına  məruz 
qalıb,  onlara  əsir  olmuş  və  dörd  əsarətdə  qalandan  sonra,  Samani 
oğullarına  satılmışdır.  Səbuk  Tegin  Samanı  oğullarına  satılandan 
sonra müsəlman olub orduya girmiş və samanilər ordusunda böyük 
rütbəyə sahib olmuşdur. Alp Tegindən sonra Səbuk Tegin Qəznəni 
almış və Qəznəvi sülaləsini qurmuşdur. Onun oğlu Sultan mahmud 
bütün Əfqanıstan, Xorasan, İraq və Hindistanı alaraq, böyük islami 
türk  dövlətini  qurmuş  və  bir  islam  mücahidi  kimi  Hindistanda 
islamı  yaymağa  çalışmışdır.  Sultan  Mahmud,  eyni  zamanda  fars 
dilinə  üstünlük  verib,  fars  dilini  ərəb  dili  yerinə  rəsmi  divan  dili 
seçmiş  və  fars  dilinin  şah  əsəri  və  ana  kitabı  olan  “Şahnamə”nin 
yazılmasını  Firdovsidən  istəmişdir.  Onun  dərbarı  farsca  yazan 
şairlərin  mərkəzi  olmuş  və  o  dörd  yüzdən  artıq  şairin  yaşayışını 
təmin  etmiş  və  İranın  kənd  və  şəhərlərinə  dari  farscasını  yaymaq 
üçün minlərcə müəllim göndərmişdir.  
           SƏLCUQLAR:  Oğuz türklərinin İran və Anadoluya böyük 
dəstələr  halında  gəlmələri  səlcuqların  mühacirətləri  ilə  başladı. 
Səlcuqlar  Aral  dəryaçası  ilə  Xəzər  dənizi  və  Cəhubi  Ural  dağları 
arasında  yaşayan  xəzər  oğuzlarına  və  xüsusən  qınıq  qəbiləsinə 
rəhbərlik  edən  ailələrdən  birinə  mənsub  idilər.  Bunların  haqqında 
922-ci  ildə  buradan  keçib  Bulğar  məmləkətinə  gedən  İbn  Fədlan 


 
21 
tərəfindən və həmçinin 965-ci ildə təlif olunan “Hüdud əl-aləmdə” 
məlumat  verilmişdir.  Bu  oğuzlar  rəislərinə  yabğu  və  ordu 
komdalarına  subaşı  deyirdilər.  Bunların  dini  rəhbərləri  olan 
kamların  (şaman)  da  nüfuzları  çox  idi.  Səlcuqların  cəddi  olan 
Səlcuq  da  subaşı  idi.  Səlcuğun  atası  Dukak  müsəlmanlığı  yeni 
qəbul etmişdi.  
 
Səlcuq  subaşı  ikən  yabğu  ilə  aralarında  ixtilaf  çıxmış  yüz 
atlı  və  bir  miqdar  dəvə  və  qoyunlarla  Sır-Dərya  sahillərində 
müsəlmanlarla məskun Cənd şəhəri həvalisinə  gəlmişdi. Səlcuqlar 
yarım  əsrə  qədər  Mavərənnəhrdə  qaldıqdan  sonra  Sır-Dərya 
oğuzları  (türkmənlər)  tərəfindən  basqı  altında  qalmış  və  cənuba 
tərəf,  yəni  Xorasan keçməyə  məcbur olmuşlar.  Səlcuq 994-cü ildə 
vəfat  etmiş  və  dörd  oğuldan  (Mikail,  İsrail  (Arslan),  Yusif  və 
Musa)  Mikail  öldüyü  üçün  İsrail  (Arslan)  yabğu  təyin  edildi. 
Arslan  yabğu  Sultan  Mahmud  tərəfindən  dəvət  edilərək,  ondan 
qorxduğu  üçün  onu  Hindistan  hüdudunda  həbs  etdi,  ondan  sonra 
qardaşı  Yusif  yabğu  oldu.  O  da  1030-cu  ildə  qaraxani  əmiri  Əli 
Tegin tərəfindən tutulub öldürüldü.  
 
Səlcuqlar  Sultan  Məsud  Qəznəvi  zamanında  Səlcuğun 
nəvələri  və  Mikailin  oğulları  olan  Toğrul  və  Çağri  qardaşlarının 
başçılığı  ilə  Ceyhunu  keçərək  Xorasan  şəhərlərini,  o  cümlədən 
Nişapuru aldılar (1037). Toğrul bəy burada öz adına xütbə oxudub, 
istiqlalını  elan  etdi.  Bundan  sonra  Sultan  Məsud  çox  qüvvətli  bir 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə