Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   2   3   4   5   6   7   8   9   ...   20

26 
 
f
əsil”, “Xallı və allı”, “Qarışqam”, “Rəqəmlər”, “Boyalar”, “Çiyələk”, 
“Elay v
ə İlkay”, “Heyvanlar” (3 cilddə), “Küçə”, “Tiraxtur basdı qaza”, 
“Dörd f
əsil” adlı şeir, “Orxan və mani” adlı hekayə məcmuələrini isə 
n
əşr üçün hazırlamışdır. Güneydə "uşaqların böyümə və inkişaf, xəyal, 
duyğu, düşüncə və duyarlılıklarına, zövqlərinə əyilərkən əylənmələrində 
iştirak etmək məqsədiylə reallaşdırılan çocuksu bir ədəbiyyat"a son 
dönəmlərdə marağın bu dərəcədə artması və inkişafının təminilə bağlı 
çalışmalar üzərinə Nadir Əzhərinin yazdığı fikirlərin tam bir gerçək 
olduğunu yansıdır: “İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir 
uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsimsiz 
macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam 
əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer 
üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəfləri doldurar. Bu 
gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa 
gücü çatmayan uşaqlar üçün Xalq kitapxanalarının uşaq kitabları 
hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin da öz 
xüsusi kitabxanası vardır. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, 
26 
 


27 
 
həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə 
deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. 18. 
əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz
oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin 
uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər 
kitab deyilincə, uşaqların ağılına, başdan sona yaxşı davranış qaydaları 
ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün 
maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı (15). Xosrov 
Barışanın uşaqlar üçün yazdığı şeirlərinin toplandığı “Gözəl quşum” 
kitabından “Ulduz” adlı bir şeiri fikirlərimə söykək ola bilər: 
Ehey...Ehey...Ay ulduz; 
Yoldaşındır ay, ulduz. 
Ulduz adlı bir qızam; 
A
dım sənə tay ulduz. 
 
Tez-
tez yanıb sönürsən; 
Göz vurursan hey m
ənə. 
27 
 


28 
 
Çıxsam əyər dağa mən; 
Əlim çatar mı sənə?! 
 
N
ərdüvan qoyub dağa, 
M
ən səni dərəcəyəm. 
Anama sonra s
əni 
H
ədiyə verəcəyəm. 
 
Şairin şeiri, onun kimliyinin, yaşamının əks-sədasıdır... 
"Gerç
ək şeirin, əsl sənət əsərinin öz varlığından başqa bir məqsədi 
yoxdur. Özünd
ə başlar, özündə bitər. Bütün soyluluğu da buradan gəlir. 
Heç bir şey yox idi şeirdən öncə... Və şeir insanı yaratdı (15).”      
Ümumiyy
ətlə, türk şeirində çeşidli qonu-mövzuların yer aldığını, klişe və 
standartlardan uzaq şeir olduğunu bilən çağdaş dövrün şairləri “insan” 
yaradacaq, ruhunu t
əlatümə gətirəcək şeirlər yazmaq üçün həyatın dibinə 
enir, m
əişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə 
g
əlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş 
28 
 


29 
 
ver
ənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada modern şeirə 
g
ətirirlər... Məhz bu baxımdan Dr.Hüseyn Süleymanoğlu “Bilimsəl”, 
Ziba K
ərbasi “Nəfəs”, Nadir Əzhəri “Donuq şeir planı”, son zamanlar 
“Ar
əstə mücərrəd” adlandırdığı öz “Nano” şeirini yazaraq Güneydə 
dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar... Deməli, bu gün 
Güney Az
ərbaycanın gənc şairləri “Avangard şeir”ə çox böyük maraq 
göst
ərirlər.  
Həmin maraq bu gün Güney Azərbaycanda müqavimət-dirəniş 
ədəbiyyatının dinamik inkişafını büsbütün təmin edir. Düşünürəm ki, 
Azərbaycan türklərinin dil və kültürlərinə qarşı hücumlar davam etdikcə, 
Güney 
Azərbaycanda muqavimət ədəbiyyatı da inkişaf edəcək, 
yaşayacaqdır. Doğrudur, İranda Azərbaycan muqavimət şeiri hələ də 
bütünlüklə ayrılıq, həsrət, motivlərindən ayrılmayıb. Çünki hazırda 
dünyanın bir sıra ölkələrində mühacir həyatı yaşayan bəzi şairlərin 
doğma yurddan uzaqda vətən həsrətilə qələmə aldıqları şeirləri də, heç 
şübhəsiz, bu kateqoriyaya daxildir. Hadi Qaraçay, Əlirza Miyanalı, Əziz 
Səlami, Nuşin Musəvi, Türkan Urmulu, Dr.H.Süleymanoğlu, Ramin 
29 
 


30 
 
Cabbarlı və başqalarının həsrət şeirləri Vətəndən ayrılığın cövründən, 
qürbət acısından yaranmış ən bitkin poeziya nümunələridir...  
Güney 
şair və yazarları ədəbiyyatı inkişaf etdirmək üçün ədəbi 
dərnəklərin fəaliyyətini də önəmli sayır və bu sahədə aktivlik nümayiş 
etdirirlər. Xiyov, Təbriz, Zəncan, Urmu, Sulduz, Tehran, Ərdəbil və s. 
kimi 
şəhərlərdə, İran İslam Mədəniyyət Nazirliyinin yerli şöbələrində 
ədəbi dərnəklər fəaliyyət göstərir. Məs:Təbriz şəhərindəki “Çağdaş 
Yazınsal Dərnək”də daha çox gənc şairlər toplaşır. Zəncanda isə Seyid 
Heydər Bayat və qələmdaşları hər həftə “Füzuli gecələri” dərnəyində və 
yeni yaratdıqları “Qara Dərnək” adlı cəmiyətdə klassik və modern 
ədəbiyyatla bağlı söhbətlər aparır, şeir məclisləri qurur, yeni şeirlərini 
oxuyurlar.  
2013-cü ilin çap m
əhsullarından, internet resurslarında yer alan 
əsərlərdən də görünür ki, Güney Azərbaycanda bütün gücü ilə inkişaf 
ed
ən milli poeziya və nəsrdə, eləcə də modern ədəbiyyatda bədii 
t
əcəssümün predmeti, yalnız gerçəkliklər, reallıqlar, həyatın diktə etdiyi 
30 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə