GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə13/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
40 
dəndir  və  bir  neçə  sözdə  qalmışdır:  qunşivər  «qonşudakılar», 
xunavər «ev adamı», «evdəkilər», ərsivər «toyadamı» və s
Həşivər  sözü  Azərbaycan  dili  şivələrində  də  qeydə  alın-
mışdır:  Simaya  dedim,  bir  həşivər  saldı  ki,  gəl-görəsən  (7, 
223).  Bu  mətndə  həşivər  sözü  «haray-həşir»  mənasında  işlən-
mişdir. 
Rah-ruz  «yol-riz»  (Lah.).  Riz  sözü  tat  və  talış  dillərində 
«iz» mənasında işlənir. 
Azərbaycan  dilinin  dialektlərində  iriz  formasında  bu 
sözün  «cığır»,  «iz»,  «ləpir»  mənalarında  işləndiyi  qeyd  olun-
muşdur (7, 260). 
Ləc  «davakar,  höcət,  adamla  yola  getməyən,  bədxasiy-
yət»  (Q.,  Qon.  k.).  Azərbaycan  dilinin  dialektlərində  ləc/ləc 
şəkillərində qeydə alınmışdır (7, 359). 
Lələgüllə  «çərəz»  (Ab.).  Azərbaycan  dilinin  dialekt  və 
şivələrində  daha  iki  variantda  –  lələgili  və  lələgillə  –  qeydə 
alınmışdır (7, 361).  
Loş  «kök»  (Lah.,  Məl.).  Azərbaycan  dilinin  dialekt  və 
şivələrində loş sözü «boş», «kök», «tənbəl» mənalarında qeydə 
alınmışdır (7, 371). Qeyd etmək lazımdır ki, bütün bu mənalar 
İran dillərinin bəzilərində qeydə alınır.  
Daxarundən//daxardundən  «basdırmaq,  basdırıl-maq», 
suvar  birən  «minmək»,  vokardundən//voşundən//üşkəvə  səxtən 
«qusmaq»  kimi  spesifik  fellər  Quba  ləhcəsində  qeydə 
alınmışdır. 
Tat  dilinin  digər  ləhcə  və  şivələrində  işlənən  kusolə 
(Məl.)  (29,  9)  «dana»,  çiməva  «bu  tərəfə»,  «bəri»,  çuməva  «o 
tərəfə»,  «o  yana»  (mərkəzi  ləhcələrdə)  (71,  48),  sost  «kəpək», 
piçənə  «sarmaşıq»,  burburi  «çörək  qırıntısı»,  kəf  «köpük», 
«kəf»,  soğum  «sümük»,  əncunə  «dirsək»,  kilə  «qız»,  gou 
«inək»,  muş  «siçan»,  mizəqoq  «qurbağa»,  qərnənə  «ildırım», 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
41 
süngüldar  «iydə  ağacı»,  vəsirən  «südün  çürüməsi»,  veixtən 
«ələnmək,  ələkdən,  xəlbirdən  keçirilmək»,  vəzərən  «asmaq, 
sallamaq», rəxşirən  «saralmaq», vatarüstən  «qarışdırmaq», va-
küftən «dəymək, toxunmaq», ğəngistən «buynuzlaşmaq», «höl-
ləşmək»,  ğəngündən  «heyvan  döyüşdürmək»,  fülləmüstən 
«əyilmək», fixarüstən «qaşımaq», fitarüstən «başını daramaq», 
fikəndən  «çevirmək  (tərs  üzünə)»,  fərmündən  «əmr  etmək», 
dəbürüştən  «yapışmaq»,  dəbürğündən  «yapışdırmaq»,  çə-
pindən  «sıxmaq,  əzmək,  bürüşdürmək»,  çəpistən  «sıxılmaq, 
əzilmək,  bürüşmək»  spesifik  sözlərdir  (71,  114-116;  22,  18-
19). 
Tat  dilinin  spesifik  leksikası  heç  də  qeyd  edilənlərlə 
məhdudlaşmır.  Topladığımız  materiallar  içərisində  buna  aid 
misallar  kifayət  qədərdir.  Tat  dilində  olan  mürəkkəb  sözlər  və 
söz  birləşmələrinin  tərəflərini  təşkil  edən  vahidlərin  semantik-
qrammatik xüsusiyyətlərini də nəzərə alsaq, tat dilinin spesifik 
leksikası  haqqında  daha  geniş  məlumat  əldə  etmiş  olarıq.  Bu 
qəbildən olan ifadələrə aşdi birən «barışmaq», dülə qoğal «içli 
qoğal»,  qal  zərən  «çağırmaq»,  qorag  birən  «geyinmək»,  gal 
şəndən  «əmr  etmək»,  varaşıst  «toy  xərci»,  qaqalaxırdi 
«dəvədabanı»,  ruğanmü  «vazelin»,  çobəgird  «dörd  bir  tərəf, 
hər tərəf»,  bağala xırsi  «ayı moruğu»,  ələülzəran  «banlamaq», 
isbi  mijə  «çobanyastığı»,  təli  qətqəli  «çaytikanı»,  künd  biran 
«yaxınlaşmaq»,  ləc  durmarən  «acığı  gəlmək»,  xudadus 
«rəhmdil» və s. misal göstərmək olar.  
Tat dilindəki vəlg  «yarpaq», pustə  «qabıq», künküro  «so-
ğansuyu»,  guştoy  «bozbaş»,  ruşir  «qaymaq»  «çiyə»,  «südün 
üzü», so  «səhəng», şirəng «səhəngdən kiçik su qabı» (güyüm), 
şirdüş  «sərnic»,  gülpoy  «sacayaq»,  nalin  «döşək»,  sərmizi 
«süfrə», kəndü  «un saxlamaq üçün qab»,  tirəçu  «oxlov», ardə-
vic «ələk» (ard «un», vic «ələmək»), rusmu, varə «sap», sərçin 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
42 
«ülgüc»  (sər  «baş»,  çin  «qırxmaq»),  guştəncin  «qıymakeş», 
dürəş  «biz»,  dürəzi  «zivə»,  «paltar  asılan  ip»,  coğrü 
«süpürgə»,  xiyə  «kürək»,  tou  «ocaq»,  şiləsər  «eyvan»,  lanbun 
«ikinci  mərtəbənin  qarşısındakı  dam»,  goudun  «tövlə»  (go 
«inək», dun «heyvan saxlanan yer»), ələ «toyuq hini», guşəbun 
«damın  kənarı»,  dərpəncərə  «qapı-pəncərə»,  qiroblü  «qaloş», 
şitəl  «corab»,  qilində  «boyunbağı»,  gülğün  «qığılcım»,  zin 
«tələ»,  şavar  «şərq  küləyi»,  təkərd  «dolu»  (yağmur  növü), 
kulak  «qar»,  xür  «duman»,  vərəzə  «yoxuş»,  pişin  «günorta», 
aftənüş  «günbatan»,  aftəxis  «gündoğan»,  hami  «yay», 
vasal/vassol  «yaz»,  «bahar»,  bürg  «qaş»,  nuxum  «dırnaq», 
kürdə  «böyrək»,  pişni  «alın»,  zohuz  «yaşıl»  kimi  sözlər  də 
spesifik leksik laya aiddir. Onların arasında mürrəkəb söz kimi 
formalaşanlarda tərkib hissələrindən birinin ümumiran mənşəli 
söz  olması  halları  qeydə  alınır.  Göstərilən  sözlərdən  bəziləri 
tədqiqat  işində  müəyyən  problemlərlə  bağlı  təhlilə  cəlb 
olunmuşdur. 
Tat  dilində  elə  söz  və  terminlərə  də  rast  gəlmək  olur  ki, 
onlar  digər  İran  dillərində  müxtəlif  fonetik  variantlarda  işlən-
sələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir,  ya  da  həmin 
mənanı qismən özündə əks etdirir. Məsələn: anaştö «ac-susuz» 
sözünü  götürək.  Bu  söz  Lahıc  ləhcəsində  qeydə  alınmışdır. 
Əgər  sözü  tərkib  hissələrinə  ayırsaq,  birinci  tərəfin  –  ana  İran 
dillərində  inkarlıq  bildirən  ünsür,  ikinci  tərəfin  (-ö)  İran 
dillərində  müxtəlif  fonetik  formalarda  özünü  göstərən  ab  «su» 
sözünün  olduğuna  şübhə  yeri  qalmır.  «Talışca-rusca-
azərbaycanca  lüğət»də    inkarlıq  bildirən  ənə  –  (  ünsürü 
ilə  bir  neçə  söz  qeydə  alınmışdır:  ənərəs  «yetişməmiş, 
dəyməmiş,  kal»,  ənəxəbədə  «xəbərsiz,  qəfildən»,  ənəhan  «yu-
xusuz»,  ənəhard  «ac»,  ənəhıt//ənəhan  «yuxusuz»,  ənətəklif 
«çağrılmamış, dəvət olunmamış» və s. (TRAL, 180). 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə