GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə12/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
37 
şivələrində  də  işlənir.  «D»  səsi  ilə  başlanan  fonetik  variantlar 
da mövcuddur. 
Çibildiz «zirək, kələkbaz» (Bakı). Eyni səsləniş və məna-
da Azərbaycan dili şivəlrində də işlənir.  
Dıkqıli/duqqulu  «balaca,  azca,  bir  az»  (Lah.).  Əzin  nun 
diqqıli bubur ti bə el. «Bu çörəkdən azca kəs, ver uşağa» və s. 
Dıqqılı  və  cıqqılı  formaları  d~c  əvəzlənmələrinə  misal  olub, 
tat və Azərbaycan şivələrində geniş yayılmışdır (7, 138). 
Dıqqan-dıqqana – Bax: dıqqılı. 
Geznə  (İsm.) /  gəznə  (Qon. k.) /  gezinə  (Q.) «gicirtkən». 
Yə bicə gəznə vekinim. «Bir az gicirtkən yığaq» (Quba). 
Duru (Məl., Xızı) / duruğ (Ab.) / dürü (Lah.) «yalançı».  
Düdüxçi  (Q.)  «yalançı»  (<  düdüx’  «yalan»  sözündən). 
Azərbaycan dili şivələrindən bəzilərində də işlənir (7, 157).  
Dıruyə/dıruva «ikiüzlü, riyakar» (< du «iki» və ru «üz»). 
Həm  tat,  həm  də  Azərbaycan  dili  variantlarında  motivlənmə 
eynidir.  
Girdə  «böyrək»  (Lah.)  /  gürdə  (Ab.).  Həmçinin  bax:  (7, 
199) Tat ləhcəsində olduğu kimi, dialekt və şivələrdə də  «böy-
rək» mənasında işlənir. 
Bun  «çardaq» (Lah.). Müq.et:  Azərb. dial. Ban  «çardaq», 
«arabanın taxtaları», «arabanın gövdəsi» (7, 31-32).  
Bar//bor  «yük,  bağlama»  (əksər  şivələrdə).  Azərbaycan 
dili  dialekt  və  şivələrində  həmin  kökdən  düzəltmə  olan  barxa-
na  sözü  eyni  mənada  işlənməklə  yanaşı,  «qıza  verilən  cehiz» 
mənasını da ifadə edir (7, 34). 
Həm/həmin «bir-birilə» (Ab., Lah. Q.).  
Xinik/xünük  «soyuq»  (bütün  ləhcə  və  şivələrdə).  Ov  xü-
nükü  «su  soyuqdur»  (Ab.).  Havo  xiniki  «Hava  soyuqdur» 
(Məl.). Müq.et: Hünük su «ilıq su» (Gəncə) (7, 232). 
Xanda  «toya  dəvət  edilmiş  adama  təklif  edilən  şirni». 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
38 
Mənşəcə  tat.  xandistan/xandustan/xəndistən  «gülmək»  feli  ilə 
bağlıdır.  Eyni  mənada  Azərbaycan  dilinin  dialekt  və  şivə-
lərində də işlənir (7, 236).  
İsbirə «boğaz xəstəliyi» (Cəl.). Eyni mənada Azərbaycan 
dilinin Cəlilabad şivəsində qeydə alınmışdır (7, 261). 
İsbih/ispih «ağ» (Lah., Məl.).  
İsbimijə «çobanyastığı» (Lah.). 
Subi «ağ» (Ab.). Subi çum «gözün ağı». 
Diltəng/dültanq  «dilxor»  (Q.,  Dəv.).  Müq.et:  Azərb.  dil-
təng (7, 90). 
Dəhyek  «onda  bir»  (keçmişdə  vergi  adı)  (Lah.).  Azər-
baycan  dilinin  Qazax  şivəsində  eyni  mənada  qeydə  alınmışdır 
(7, 130).  
Gilabzən  «gilabpuş»  (Q.).  Azərbaycan  dilinin  Quba  dia-
lektində də geniş işlənir.  
Qeyd  etməliyik  ki,  «Dillər  heç  də  mütləq  mənada  qarış-
mır:  onların  hansısa  vilayətdə  qarışıq  mövcudluğu  istisna 
olunmur. Elə olur ki, məsələn, iki dildən biri şəhərlərdə, o biri 
kənd  yerlərində  yayılır,  lakin  bu  cür  bölünmə  heç  də  həmişə 
tam  aydın  seçilmir»  (19,  343-344).  Tat  dilinin  yayıldığı  ərazi-
lərdə də buna tez-tez rast gəlmək olur. 
Spesifik  sözlər  sırasında  qəlqələpit//guşlüyə  siçan  «yara-
sa»,  burc  «enliyarpaqlı  bitki  növü»,  kunçapari  «quş  adı», 
carcin  «çöl  quşu»,  qərəqaz//qaraqaz  «durna»,  xiyarxorek  «hə-
şərat  növü»,  qoymə  «haça»,  sərdik  «qazan  qapağı»,  guşkarsoz 
«həşərat növü», çümxuruzi  «xoruz gözü» (ot adı),  zuhun bəbəy 
«bitki  növü»,  korə  xərguş  «dovşanotu»,  qap  «kartofa  bənzər 
bostan 
bitkisi», 
nurməhmədi 
«alma 
növü», 
xumi 
«çaqqalboğan»  (armud  növü),  qirmizəsinə  «qırmızı  sinə» 
(armud  növü),  souçəyi  «armud  növü»,  tou  «otaq»,  dou  «yan, 
tərəf» və s. də yer tutur. 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
39 
Danqaz/danqoz  «lovğa,  ədabaz,  dikbaş»  (Lah.).  Azər-
baycan  dili  dialekt  və  şivələrində  də  geniş  surətdə  işlənir  (7, 
122). 
 Azərbaycan dialektlərində danqa «lovğa», danqalax «ko-
bud», danqı  «boşbogaz»,  danqıl  «yüngülxasiyyətli» derivatları 
və qohum kökləri də qeydə alınmışdır. 
Gildir/gildir  «gilə-gilə»,  «damcı-damcı»  (Xaç.,  Dəv.). 
Umo pöyist bə sər qəbr piyər başlamiş soxt gildir-gildir gireys-
tan.  «Gəlib  atasının  qəbri  üstündə  (üzərində)  gildir-gildir 
ağlamağa başladı» (Xaç.). 
Həmzotti/həmzətti  «həmzatlı»  (Məl.).  Mənşəcə  Azərb. 
həmzatlı/dial.  həmzatdı  sözündəndir.  Həmzat  qadına aid edilən 
gercək  və  ya  mifik  xəstəliyin  adıdır  və  fars-tat  mənşəlidir. 
Həmzatdı  sözü  Azərbaycan  dialekt  və  şivələrində  də  qeydə 
alınmışdır  (7,  220).  Tat  dilində  bu  söz  ikinci  alınma  hesab 
edilə bilər.  
İncəvora «nə yaxşı ki», «xoşbəxtlikdən» (Lah.). İncəvora 
man  iş  bə  vaxti  Aydinə  dirum  «İncəvara,  mən  də  Aydını 
vaxtında  gördüm».  Azərbaycan  dilinin  dialektlərində  müxtəlif 
morfoloji formalarda qeydə alınmışdır (7, 258). 
Duruğçi/duruçi/dürügü  «yalançı»,  «fırıldaqçı»  (Sur.). 
Yə  ruz  yə  duruğu  amarən  Surxuni  kutirənli  «Bir  gün  bir  ya-
lançı  Suraxanıya  gəlib  deyir».  Bu  söz  Azərbaycan  dili  dia-
lektlərindən Naxçıvan dialektində qeydə alınmışdır (7, 158). 
Həşivər  «hay-küy  salan»,  «haray-həşir  qoparan»  (Ab., 
Q., Qon. k.). Belə düşünmək olar ki, həşivər sözü həşir kökün-
dəndir.  Sonuncu  Azərbaycan  ədəbi  dilində  «haray-həşir 
salmaq»  frazeologizminin  tərkibində  işlənir.  Məs.:  Aslanı 
yaralayıblar,  –  deyə  haray-həşir  salır  (İ.Əfəndiyev).  Həşir  sö-
zü ərəbcədən alınmadır.  
O  ki  qaldı  –vər  ünsürünə  o,  qeyri-məhsuldar  şəkilçilər-


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə