GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə21/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
65 
edilir  (128,  417).  Krım-tatar  və  başqırd  dillərindəki  ağuv/ağıv 
«zəhər»  variantlarından  da  sözün  ilkin  formasının  *ağığ 
şəklində  olması  qənaəti  hasil  olur.  Tat  dilində  sözün  ağu 
şəklində  mühafizə  olunması  onu  qədim  alınmalar  sırasına  aid 
etməyə əsas verir. 
Ağça/axça – «pul». Sözə ilk dəfə akça şəklində Tan süla-
ləsi  dövrünə  aid  (713-748-ci  illər)  sikkə  üzərindəki  yazıda 
təsadüf  edilir  (129,  120).  Daha  sonra  orta  türk  dövrünə  aid 
«Ət-töhfə»,  «Bulğat  əl-muştaq», «Kitab  əl-idrak», İbn Mühən-
na lüğəti və s. qaynaqlarda qeydə alınmış akça/ağça sözü müa-
sir  krım-tatar,  qaqauz,  qırğız,  tatar,  özbək,  uyğur,  altay, 
karayim, noqay, qazax, qaraqalpaq və s. türk dillərində də eyni 
mənada  işlənməkdədir  (129,  120).  Anadolu  və  Azərbaycan 
yazılı  abidələrində  də  «pul»  mənasını  ifadə  etmişdir  (TS,  69). 
Azərbaycan  dilinin  Qazax,  Şəmkir,  Salyan  şivələrində  axça 
fonetik  variantında  işlənərək,  «balıqların  üzərindəki  pul, 
pərək»  mənası  bildirir  (7,  45).  L.Budaqov,  N.Dmitriyev, 
V.Yeqorov,  G.Dörfer  və  b.  türkoloqlar  sözün  etimologiyasını 
ak  «ağ»  sözü  ilə  bağlamış,  -ca  formantını  kiçiltmə,  bənzətmə 
şəkilçisi  kimi  qiymətləndirmişlər.  Akça/ağça  sözü  əvvəlcə 
yalnız gümüş pula aid edilmiş, daha sonra semantikasını geniş-
ləndirərək,  ümumiyyətlə,  «pul»  anlayışı  bildirən  leksik  vahidə 
çevrilmişdir. 
Qabağ/qəbəğ «alın, ön». Göstərilən mənalarda tat dilinin 
bir  sıra  şivələrində,  o  cümlədən,  Quba  dialektinin  Şudux, 
Novdun,  Çiçi,  Bakı  dialektinin  Balaxanı,  Suraxanı  şivələrində 
(qəbağ  şəklində)  işlənir  (4,  8).  Müasir  Azərbaycan  ədəbi 
dilində  qabaq  sözü  yalnız  «ön»,  «irəli»,  «əvvəl»  mənasında 
məlumdur.  Azərbaycan  dilinin  Qazax  və  Tovuz  şivələrində 
qavax  fonetik  variantında  «alın»  və  «üz»  mənalarında  qeydə 
alınmışdır  (6,  104).  Həmin  leksik  vahidin  «alın»  mənasına 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
66 
M.P.Vaqifin  və  Aşıq  Ələsgərin  şerlərində  təsadüf  olunur:  Ay 
qabaqlı, bulud zülflü gözəlin, Duruban başına dolanmaq gərək 
(M.P.Vaqif); Büllur buxaq, lalə yanaq, ay qabaq, Şahmar zülfü 
pərişanlar  dolanır  (A.Ələsgər).  Sözün  «alın»  mənası  Tali 
İmaninin  «Bəda’i  əl-luğat»,  V.V.Radlov  və  L.Budaqov 
lüğətlərində,  türk  dili  dialektlərində,  həmçinin  xakas,  tuva  və 
altay  dillərində  qeydə  alınmışdır  (128,  161;  129,  2578;  62). 
Fikrimizcə,  qabaq  sözünün  ilkin  mənası  tat  dilində  mühafizə 
olunmuş «alın» mənasıdır,  «üz» və  «ön» mənaları həmin məna 
əsasında  meydana  gəlmişdir.  Eyni  semantik  proses  alın 
sözündə  də  müşahidə  edilir:  alın  «alın» 

  alın  «ön»  Türk 
dillərindəki  yüz  «üz»  sözü  yakut  dilində  sü:s  fonetik  varian-
tında «alın» mənası bildirir. Ümumiyyətlə, türk dillərində «ön» 
və  «arxa»  məfhumlarının  insan  bədəninin  ön  və  arxa 
hissələrinin  adları  ilə  adlandırılması  geniş  yayılmış  semantik 
hadisədir.  Bir  çox türk dillərində  burun, kabak, kaş,  köks,  yüz, 
manlay və s.  «ön tərəf»,  dal, arxa,  ənsə, sırt  və s.  «arxa tərəf» 
mənalarını ifadə edir (124, 59). 
M.Hacıyev «qəbəq» sözünün «alın» mənasında tat dilinin 
Qonaqkənd  ləhcəsində  işlənməsini  şərh  edərkən  yazır: 
«Qonaqkənd ləhcəsində qəbəq  «alın» sözü başqa tat dili ləhcə-
lərində  yalnız  «üq»  və  «pişani»  (29)  kimi  təsadüf  olunur». 
Müəllif bu sözlə bağlı lüğətdə xüsusi qeydində  yazır:  «Klassik 
Azərbaycan  şerində  (xüsusilə  M.P.Vaqif  və  Aşıq  Ələsgər 
dilində) olan ay qabalı ifadəsindəki «alın» mənasında işlənmiş 
qabaq  sözü  tat  dilində  eyni  ilə  qalır.  Bu,  tat  sözü  deyilmi?» 
(29, 8). 
   
Açıldı niqabın ay qabağından,  
   
Aldı başdan ağlı, kamalı, Xurşid!          
 
 
 
 
 
(Ələsgər). 
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
67 
   
Ay kimi şox salıb ayna qabağı 
   
Çoxların eyləyib divana, Telli  
 
   
 
 
 
 
(Ələsgər) 
V.Aslanov  qabaq  sözünün  «alın»  mənasında  bütün  yazılı 
abidələrdə,  xalq  şifahi  yaradıcılığında  geniş  işləndiyini  qeyd 
etmişdir (3, 47). 
«Qabaq»  sözünün  müasir  Azərbaycan  dilindəki  «ön,  irə-
li»  mənaları  da  semantik  baxımdan  alınla  yaxınlığı  nümayiş 
etdirir.  Semioloji  yaxınlıq  «ön,  irəli»  mənasındadır.  Alın 
insanın  ön  tərəfində,  irəli  baxan  tərəfindədir.  «Alın»  mə-
nasında  işlənən  bu  söz,  görünür,  çox-çox  əvvəllər  tat  dilinə 
keçmişdir.  Hazırda  həmin  söz  Azərbaycan  dilində  «alın» 
mənasında işlənmir. 
Qılığ  «xarakter,  xasiyyət,  davranış»  (Ab.,  Lah.).  Azər-
baycan  dilinin  Şəki  dialektində  qılıx  fonetik  variantında 
«xasiyyət, xarakter» mənası bildirir (11, 135).  Qılıq sözünə bu 
mənada  M.Kaşğarlının  «Divanü-luğat-it-türk»  lüğəti  və 
«Qutadğu  bilig»də,  uyğur,  Xarəzm  və  Cağatay  abidələrində 
rast  gəlmək  olur  (78,  443;  82,  630).  Eyni  məna  XIV  əsrə  aid 
Anadolu  yazılı  abidələrindən  «Xurşidnamə»də  əks  olunmuş-
dur: Nə köp yaxşı həmiyyət qıldınız siz, Yaman könlüm qılığın 
bildiniz  siz;  Alır  ola  cihanın  alığını,  Bilür  ola  zamanın  qılığını 
(TS,  I,  2483).  XVIII  əsr  Azərbaycan  şairi  M.P.Vaqifin  şeir-
lərində  də  bu  sözə  təsadüf  edilir:  Günəş  üzlü,  şirin  sözlü, 
xoşqılıq,  Ləblərindən  axar  balı  gözəlin.  Müasir  Azərbaycan 
dilində  bu  söz  qılığına  girmək  ifadəsinin  tərkibində  qorunub 
saxlanmışdır  (11,  511).  Qılıq  «xasiyyət,  rəftar»  sözü  qılmaq 
felindən  yaranmışdır.  Həmin  feldən  yaranan  qılınc  «xasiyyət, 
rəftar»  sözü  də  erkən  dövr  türk  yazılı  abidələrində  geniş 
şəkildə işlənməkdədir:  Kişi  əsli bilmək tiləsə  açuq,  Könül, til, 
qılıncı  bu  işkə  tanuq  «Əgər  bir  kişini  tanımaq  istəsələr,  onun 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə