Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   2   3   4   5   6   7   8   9   ...   30

17

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

çimdik;  çalmaz  -   xalça;  ceyiştə  -   çürümüş;  cəğələ  nu  -   quru­

dulmuş  lavas;  çaqqaləbədum  -   mifik  heyvan  (nağıllarda);  çəx - 

tə  -   sıçrama;  çələmirkouk  -   kəklikotu;  çəmbərə  -   təzək;  füçə- 

müştən  -   sürüşmək;  çəprast  -   badalaq;  çərmə  -   ağ;  çupul  -  

əmzik,  soska;  çumustən  -   əmmək;  çərminə  -   yumurta  ağı; 

çümxürüzi  -   quşüzümü;  dahar  -   qaya;  daştar  -   kirkirə;  da raq- 

bəsər-//paplibəsər-  şanapipik;  dərinpiç  (tibb.)  -   ishal;  dəşirə 

birən -   daxil  olmaq;  diyij  -  kəndli;  dullab  -  hiylə;  dundur -  əs­

nəmə;  duruçi  -   yalançı;  duroustən  hürmək;  dümbəl  -   çiban; 

düroüç  -   biz;  əqiz//ağız  inəyin  doğuşdan  sonrakı  ilk  südü; 

əlaqkeş  -  kərki;  ələqiti  -  yetişməmiş  buğdadan  çalınmış  qovur­

ğa;  ələquqi  -   1)  bayram  sovqatı;  2)  ban  (xoruz);  ələquqi  dərən

-   banlamaq;  ələtdüz  -   dərzi;  ələtburun  paltarkəsdi;  ələzinqo  -  

çömbələmə;  əmləq  -   ala;  ənc  -   dişdək,  dişləmə  ənqxar -   arıye- 

yən;  əsənoqu  -   təzədən,  yenidən;  finq  -   köpək  dişi;  fikardən  -  

tökmək;  füçəmgüçəm  -   sürüşmək;  fürdüski  -   əriş  (xalça.); 

geyzun  -   şalvarda  ayaqlıq;  gərdənbənd  -   xamıt  (yük,  heyvan 

üçün);  gənduno  -  pəl  (botanika  bitki);  gəz -   ölçü vahidi;  gilən- 

do  -   suvaq;  gülbazbaza  -   novruzgülü;  gülbə  -   nehrə  gozcüyü; 

gülvərd -   qızılgül;  gülvərddar -   qızılgül  kolu;  güzdüg -   qar yı­

ğını;  hərza  -   açıq;  həlo  -   palaz;  həsü  -  ün  və  süddən  bişirilmiş 

yemək;  horə  -   yelləncək;  ü’llü -  qışqırıq,  bağırtı, ulama;  abiran -  

açılmaq; vaqazirən -  bulaşmaq; varundə səxtən -  dəyişdirmək;  vəç- 

cəsin  -   dilənçi;  vənqəvunq  -   səs-küy;  vərdi  -   bildirçin;  vərəlüğ  -  

quzu  damı;  virizə -  viruz -   qaçhaqaç;  zələ -   öd  kisəsi;  zəmər -   qı­

rov; zərdəkəmər -  eşşəkarısı; zülzül -  zolaq-zolaq;  safə -  təsir;  sarfi

-  bədlik (itə  aid);  sadır -   çirk;  zuma -  alaçiy  (yumurta);  sərdoul  -  

ah,  sərdoul  avardəm -   ah çəkmək;  sərəpəni -  kəsmik,  süzmə;  sulup

-  taxıl, düyü qabı;  vayvirə -  agı;  vəçəbürcə -  oğlaq;  vəçəxuq -  çoş- 

qa  (donuz  balası);  zəəru  -   yemişan;  zılq  -   zığ,  toyuq  zığı;  tumo  -  

qrip,  zökəm;  tilat  -   bıçaq,  kəsici  alət;  pisqaqal  -   qarapıspısa  lalı  -  

pısgiri;  nükürdə -  adaxlı,  nişanlı;  (Abşeron tatlarının dilində bu  söz 

eyni  fonetik  tərkibdə,  eyni  anlamda  qeydə  alınmışdır),  vapçiran  -




18

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

büdrəmək;  sarsari -  ərik;  səə’ləf bot.  -   soğanaq;  səllimi -  özbaşına, 

nəzarətsiz;  səlt -  tamam,  tamamilə,  büsbütün;  sənqgiri  -  daşlıq;  sə- 

rəqit -  tavan;  səyaq qoş.  -  kimi tək;  silə -  ağzınacan dolu;  simlik -  

cəyirdək  siyəəlü  -  göyəm;  supə -   supa  (ikiyaşar ulaq);  supul  -  da­

laq;  sübərdan -  belləmək;  süglə -  köv;  sülüs -  budanmış gövdə;  sül- 

sül  -   çovdar;  suncül  -   künçüt;  süründən  -   öskürmək;  şəkşəkin  -  

bülbüldən iri boz rəngli  qara quş;  şəlal  bot.  -  qanqal;  şihidi  -  gözəl­

lik;  şiloli -  çalağan;  şirəng -  bardaq;  şüng bot -  yemlik;  şüngəh bot.

-  itburnu; təqrif zərən -  sırmaq (yorgan); ura -  başaq (taxıl); ustan -  

boğaz (heyvan); xaçamazxirdsaz -  qozsındıran; xaskər -  kül; xaskə- 

rin -  küllü; xəccəbənöşə -  bənövşə;  xəlil  -  söyüd  ağacı xəmirdun -  

xəmir maya; xərmoxar -  durna; xiyəru -  kürümə; xiz -  çirk; jar -  sı­

ğırçın;  kavar -   külək;  kələqəmbər -   göbələk;  kəlləmanqo  -  minin- 

git;  kəşüqari -  göy qurşağı;  kətnə -   əməköməci  (yabanı  ot);  kəzrab

-  yalançı,  fırıldaqçı;  kişgələ  -  balaca,  kiçik;  kolü  -   ağlağan  (uşaq) 

havalı; köyrəsürvə tibb.  -  göy öskürək; köül -  mağara, kaha; kunpu- 

sava -  dal-dala,  geriyə;  külgə // sayə -  kölgə;  kund -  yaxın;  kürm -  

qurd (soxulcan);  qəhəb  -  aşıq  (sümük);  qəmçil  bot.  -  qatırquyruğu; 

qiblənamə -  kompas;  qiçini -  hörük,  saç;  qilin -  asar (adətən asma); 

qilin aftan -  açarlamaq,  açar düşmək;  qirablü -  qaloş;  qit-qit -  çilin­

gağac  (oyun);  qurəmit -  zəmi  arasında  qalan  əkilməmiş  sah;  qurta- 

mas tibb -  angina;  quşavar -  sırğa;  lapçin -  ayaqqabı, başmaq;  las -  

çalınmış  ot;  luput  -   dodaq;  lus  -   at  milçəyi;  marcul  -   kərtənkələ; 

mar-mujul  -   həşərat,  qurd-quş;  mölüh  -   çəyirtkə;  mur  -   mığmığa, 

hünü;  nixşal -  göyşəmə nöraq -  bəzək yaraşıq;  oley kərg -  toyuqçi- 

çəyi;  olə -  çiçək;  paristəg -  qaranquş;  pəmbəkar -  pambıqçı;  pista -  

qabıq;  pilpiləg -  kəpənək;  puzzuhuni -  dodaqucu;  püşgülbə’i  -  qığ; 

rasan  -   çatı  (adətən  keçi  tükündən  hazırlanmış  ip,  kəndir);  rəxnə  -  

çaxnaşma,  qarışıqlıq;  riybüzlə  -   çaytikanı;  ruznə  -   tavanda  qoyul­

muş  pəncərə,  açıq yer  (lah.  ləhcəsində  “ruzinə”  kimi  işlənir);  ruzə- 

vərə -  üzuyuxarı sadır -  çirk;  sarfə -  öd və  s.

Tat  dilinin  spesifik  leksikası  kimi  ayırdığımız  bu  sözlərin 

hər biri  iran  dilləri  materialları  və  Azərbaycan  dili  materialları




19

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

üzrə  təhlil  tələb  edir.  Belə  olduqda  həmin  sözlərin  mənşəyi  ilə 

bağlı  daha  dəqiq  fikirlər  söyləmək  mümkündür.  Bu  sözlərdən 

bəzilərini  təhlil  etməyə  çalışaq.

Ələtdar  sözü  dərzi  mənasında  işlənir.  Məlumdur  ki,  İran 

dillərində  olət,  ələt  paltar  mənasında  olan  sözdür.  «Dar»  söz - 

düzəldici  vasitə  kimi  istifadə  olunur  və  həm  də  müəyyən  işlə 

məşğul  olanı  bildirir.  Bu  baxımdan  ələtdar  «paltar  işi  ilə  məş - 

ğul  olan  mənasını  verir.  Bu  isə  dərzi  mənasına  uyğun  gəlir.  Bu 

söz  düzəltmədir.  Kök+şəkilçi  modeli  ilə  əmələ  gəlmişdir.

Ərüsküş  ləhcəsində  gülvərd  -   qızılgül;  gülvərddar  -   qı­

zılgül  kolu  sözlərinin  müqayisəsi  zamanı  «dar»  komponentinin 

artırılması  ilə  ağac  və  ya  kol  mənasının  alınmasını  da  müşahi­

də edirik.



Tat  dilinin  leksik sisteminin  təsnifi  məsələsi

Lüğət  tərkibinə  daxil  olan  sözlərin  qruplaşdırılması,  bü - 

tün  leksik-semantik  qrupların  təyini  dilçiliyin  mürəkkəb  məsə­

lələrindən  biridir.  Bu  prob lem  leksikologiya  ilə  bağlı  tədqiqat 

işlərində,  xüsusən,  lüğət tərkibinin  se mantikaya görə təsnifində 

həmişə  ön  plana  çıxır.  Nəticədə  çoxsaylı  leksi koloji  tədqiqat - 

larda  müxtəlif təsnifatlar  nəzərə  çarpır.  Müasir  dilçilikdə  dilin 

lüğət  tərkibinin  sözlər  deyil,  məfhumlar  əsasında  təsnifinə  üs - 

tünlük verilir.  R.Hallinq  və  V.Vartburqa  görə,  lüğət tərkibi  üç: 

«kainat»,  «insan»,  «kainat  və  insan»  bölgüləri  əsasında  təsnif 

oluna  bilər  (51,  314).  Bu  bölgünün  əsasında  duran  ümumiləş- 

dirici  məfhumun  hər  biri  yeni  ümumiləşdirici  məfhuma  bölü­

nür.  Məsələn,  kainat  aşağıdakıları  əhatə  edir:  göy  və  atmosfer, 

yer,  bitkilər  aləmi,  canlılar  aləmi.  İnsan  məfhumu  üzrə  insan 

canlı  bir varlıq  kimi,  insanın  daxili  aləmi  və  ağlı,  insan  ictimai 

varlıq  kimi,  insan  ictimai  hadisə  və  proseslərin  iştirakçısı  kimi 

təsniflər apar maq mümkündür.

Sözlərin  məfhumlar  əsasında  qruplaşdırılması  zamanı




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə