Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

43

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

məmulatın  ensiz  his səsində  iş  görmək  üçün  al ət».  Bəstirə  gər- 

dənirə  ve  lözani rost  bısoxtənund.  «Güyümün  boğaz  hissəsini 

bu alətlə  düzəldirlər» və  s.



Daranoy -   «ling  növü».  Bə  misgəri  ən  qe  kor fidoşta bira 

oləthon  yeki  iş  daranoyi.  «Misgərlikdə  ən  çox  işlədilən  alətlər­

dən biri  də daranoydur»»  və  s.

Qolamıx  -   «mıx  düzəltmək  üçün  alət».  Be  mismor  rost 

soxtan  qolamıx istifodə  bısoxtənim.  «Mismar  düzəltməkdən  öt­

rü  qolamıxdan istifadə  edirik».

Mıxkəş -   «kəlbətin».  Fəzail  mıxkəşə  vəyift  ki,  kihnə  mix- 

hona  vakanı  ə  divor.  «Fəzail  kəlbətini  götürdü  ki,  köhnə  mıx­

ları  divardan  çıxarsın».  Mıxkəş  sözü  iki  t ərkib  hiss əsindən  iba­

rətdir:  mıx+kəş  «çəkmək».  Bu  sözdüzələtmə  modeli  İran  dillə­

rində  geniş  yayılmışdır.



Zınqavod  -   «mıxın  başını  girdələmək  üçün  alət».  Bərə 

zın qavod lozim  na  san  boşı.  «Burada  zınqavod  lazım  olmaya - 

caq» v ə  s.



Ödrang -   «ocağı  qarışdırmaq  üçün  alət».  Əvvəli  icoğa ve 

ödrang qarış  mini.  «Əvvəlcə  ocağı  odrangla  qarışdırarsan».

Nö  -   «nov,  isti  metalı  soyutmaq  üçün  qab».  Misgər  b ə 

bürun nohrabı.  «Misgər novu bayıra qoymuşdu» və  s.



Qırsa -   «bərpa  olunmuş,  lazımi  qəlibə  salınmış  mis».

Ökişi  -   «tayqulp  mis  suqabı».  Bə  löyıj  bıraftəni  ye  mis­

gəri  be  man  ökişibaxş  soxtabı.  «Lahıca gedəndə  bir misgər mə­

nə  ökişi  bağışlamışdı».  Bu  qabdan  həm  misgərlikdə,  həm  də 

məişətdə  istifadə  olunur.



Danduna -   «maşa».  Vər,  kəəbə,  gərdan danduna vəşunda 

bədə  düş  dora bəbiran.  «Boğaz,  alt,  boyun  hissələr  maşa  ilə  ci­

lalandıqdan  sonra qaynaq  edilir».

Gülləbur  -   «gülləkəsən  alət».  Bə  muzeymun  ə  tüfəng,  ta- 

pançö,  xənçol,  qılınc  bağir  ə  tərəf  silohsozhon  rost  soxta  bir ə 



güll əbur  iş  histi.  «Muzeyimizdə  tüfəng,  tapança,  xənçəl,  qı­

lıncdan  başqa,  silahsazlar  tərəfindən  düzəldilmiş  gülləkəsən




44

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili 

alət d ə var»  və  s.



M əbrəd -   «yeyə».  Məbrədə  nə  yoftum.  “Yeyəni  tapa  bil­

mədim”.


Rezbavokun«yivaçan».  Rezbavokuna  vəyi  biyor.  «Vinta- 

çanı  götür  gəl».  Bu,  yarımkalka  üsulu  ilə  düzəlmiş  sözdür. 

Onun  birinci  t ərkib  hissəsi  rus  dilində  olduğu  kimi  alınmışdır, 

ikinci  tərkib  hissəsi  isə  açan  feli  sifətindən  kalka  edilmişdir. 

Azərbaycan  dilində  «yivaçan»  sözü  olsa  da,  danışıq  dilində 

“rezbaaçan”  sözü  işləkdir.  Bu  söz  tat  dilin ə  Azərbaycan  danı­

şıq dilindən keçmişdir.

Qeyd  olunan  terminlər  misgərlikdə  istifadə  olunan  alət və 

avadanlığın  hamısını  əhatə  etmir.  Bəzi  terminlər  bu  paraqrafın 

əvvəlində qeyd  olunmuşdur.

Məişət  və  təsərrüfat  alətlərinin  xeyli  hissəsi,  xüsusilə  kəsici 

alətlər  (balta,  dəhrə,  məngəl,  dəryaz,  oraq,  cin,  qırxılıq,  kərki,  qiy- 

məkeş,  bıçaq,  gazan  və  s.)  bir  qayda  olaraq poladqarışıq  dəmirdən 

hazırlanırdı.  Kəsici  alətləri  düzəltmək  üçün  əvvəlcə  poladqarışıq 

dəmir  hazırlanırdı.  Döymə  əməliyyatından  çıxmış  "iş"in  üzərində, 

adətən,  zərbə izləri  və  nahamar  sahələr  qalırdı.  Ona görə  də  həmin 

izlər  törpü  və  yeyə  vasitəsilə  sürtülüb  hamarlanmışdır.  Bu  alətlər 

dəmirçilikdə  istifadə  olunduğundan  onların  adları  mda leksik  siste­

mə daxil edilmişdir.

2. 


Misgərlikdə  istifadə  istifadə  o lunan texnoloji  proseslər 

və üsulların  adları.

Misgərlik  məmulatlarının  hazırlanmasında  müxtəlif  tex- 

noloji  proses  və  üsullardan  istifadə  olunur.  Həmin  üsullardan 

bəzilərini  bildirən terminləri  nəzərdən keçirək.

Qəlləə  doran  «qalaylamaq».  «Qəlləə»  sözü  Azərbaycan 

dilində  işlənən  qalay  sözünün  müqavilidir,  mis  qab-qacağın 

üzərinə  təbəqə  qalay  çəkmək  (qalaylamaq)  prosesini  bildirir. 

Bu  prosesdə  qalaydan  istifadə  olunduğundan  söz birləşməsində 



qalay  tərkib  hissəsindən  istifadə  olunmuşdur.  Qalay  həm  də 

kimya  terminidir.  Doran  tat  dilində  köməkçi  fel  olub,  «ver-




45

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili 

mək»  deməkdir.



Mola  doran  «lehimləmək».  Bu  proses  məmulat  hissələri­

ni bir-birinə bərkitmək,  birləşdirməklə  əlaqədardır.



Obiyə «lehimləmə».  Yuxarıdakı  terminin  ifadə  etdiyi  pro - 

sesin  adıdır.  Lakin  prosesdə  istifadə  olunan  vasitələrə  görə 

bunlar  bir-birindən  fərqlənir.  Prosesin  nəticəsi  isə  eynidir. 

Yəni,  bu  proses  zamanı  da  məmulatın  hissələri  bir-birinə  bir­

ləş dirilir.

Düş  doran  «qaynaq  etmək».  Əzinhon  bədə  alınmış  birə 

in  duto  hissə  bə  həmin  düş  dora  bəbiran.  «Bundan  sonra  alın - 

mış  bu  iki  hissə  bir-birinə  qaynaq  edi lir».  «Düş  doran»  le him- 

ləmə  ilə  müqayisədə  daha  böyük  ölçülü  hissələrin  bir-birinə 

birləşdirilməsi  prosesidir.  Proses  qızdırma və  döymə ilə  həyata 

keçirilir.



Traçka  -   təqlidi  sözdən  əmələ  gəlib,  çəkiclə  son  işləmə 

üsuludur.



Tö  -  misgərlikdə  metalın  qızdırılaraq,  dartılması  prosesi­

ni  bildirir.  Bədə  bəstirə  şürə  bızərənund  və    bıdorənund. 

«Bundan  sonra güyümə kimyəvi  tərkib  vurulur və  dartılır».

Nügoni  -   təmirolunma.  İn  qablıon  nügoni  san  boşı.  «Bu 

qablar təmir olunmalıdır».  Bu,  korlanmış və ya  müəyyən hissə­

si  sınmış  məmulatın  bərpa  edilməsi  prosesinin,  işinin  adını  bil - 

dirir.


3.  Misgərlik məmulatlarının  adları.

Məcməyi  -   Əsasən  də  sini  kimi  işlənir;  aşı  dəmə  qoyar­

kən  qazanın  ağzını  örtmək üçün  də istifadə  edilir.



Baxtəvər  -   iki  qulplu  sərnic,  ökışi  «tayqulp  suqabı»,  sər- 

d ə f «samovarın  lü ləyinin  dib  hissəsi»,  bəsti  «güyüm,  s əhəng», 

vər  «güyümün  boğaza  qədərki  hissəsi»,  gərdan  «güyümün  bo­

ğaz  hissəsi»,  kəəb  «güyümün  alt  hiss əsi»,  kiləstun«ərsin»  və  s. 

Bəsti  rost  soxtan  gərəyisə bəstirə vəri,bini,  gərdəni,  kəəbi  ə  hə­

min  cürö  b əbiran.  «Güyüm  düz əltmək gərəksə,  güyümün  bo ğa- 

zı,  dibi,  boynu,  altlığı  bir-birindən  ayrılır»  və  s.



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə