25
biri yarısında olan Amerikanı kəşf
etmişlər; lakin onlar, Qaf dağına,
xəyalata qapılan sadədillərin təsvir etdikləri tərzdə, heç yerdə rast
gəlməmişlər.
Qədim və naməlum əsrlərdən bəri bir çox müxtəlif tayfalar,
Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və
şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox
ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və
qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə
olmuşlar. İranın qədim padişahları, xüsusilə Yəzdicird Bəhrami-Gur
oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox
qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər.
Bunların xarabaları indi də durur.
Yunanlar, rumlular, ermənilər,
ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatar-
lardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində
saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri ol-
muşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin
ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə
əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hə-
lə də mövcud olan bir çox müxtəlif abidələri, adları, dilləri, adətləri
və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.
Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq
bu qədər demək olar ki, Təbərsəranın
bir hissəsində, Qubanın qərb
qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri
müxtəlif tayfalarla qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında,
Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki,
Bakı, Şirvan və Səlyan vilayətlərində yaşayanlar fars, ərəb, moğol və
tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da,
get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd,
Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində
isə daha çox qalmışlar, Onlar öz din və dillərini saxlamışlar. Qarışıq
nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dillərini və
adlarını saxlaması ən aydın bir dəlildir.
26
Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi
Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini
1
və Strabon
2
onları bu
ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada
yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər
miladi III əsrdə Ermənistan padişahlarının paytaxtı olmuşdur. İndiri
kəndinin tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi
indi də Qoysu-
nun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə
və arxlara sahibdirlər. Onlar əvvəldən burada sakindirlər.
Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşaр tayfası-
nın qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbə-
çi əhalisi, öz babalarından eşitdikləri rəvayətə görə, ticarət məqsə-
dilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir.
Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat
şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbə-
ristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan
sözündən dəyişmiş ola bilər.
Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki
kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi
indi də, öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq
kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu
dili ancaq yaxın
zamanlarda tərk etmişlər, kəndin qocaları indi də
bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və
Samur nahiyəsi, bütün Dağıstan kimi, öz kitablarında və yazılarında
ərəb xətti və ərəb dili işlədirlər.
1
Plini - məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin
«Təbii-tarix» adlı əsərində Azərbaycan tarixi və coğrafiyası haqqında qiymətli
məlumat vardır.
2
Strabon - məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il
əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri
«Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır.
Strabon əsərini Pompeyin Azərbaycana olan yürüşləri zamanında, romalıların
topladıqları məlumata əsasən tərtib etmişdir.
27
Qubadakı Bərmək mahalı, Harunərrəşidin vəziri Cəfər Bərmə-
kinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib
buraya sığınmışlar.
Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli;
Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli,
Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qə-
biləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar
vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair
elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kən-
dinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan bu-
raya köçürmüşdür. Bu nahiyədə yalnız Miskincə kəndi şiə məzhəb-
dir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin
padişah, İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin
qəbri ətrafında yerləşdirmişdir.
Bunlar indi, sünni məzhəbində olsalar
da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur.
Samur nahiyəsindəki Mikrah kəndinin və Qaziqumuq əhalisi-
nin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin
istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qi-
yafəsi və bir çox adət və ənənələri də buna şahiddir. Qaziqumuq
əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov»
deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki
halda, Qaziqumuq şəhərində üç tayfa sakindir: Qaççi, Məçcə və
Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər
nəslindən olsun; Məçcə - Məkkə sözündən
dəyişmə olub, ərəblərin
Qüreyş qəbiləsindən və Qumuq da, qədim Kamak tayfasından ol-
sun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan
Aqquşa, Qaytaq mahalları və Şamxal mülkü əksəriyyətlə qədim
nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar.
Sulağın o tərəfindəki Qumuq əhalisi, Mıçıqıç, Avar və əslində
qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal
tayfaları ilə qarışmışlar.
Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış
olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab
edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məş-
28
hur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamış-
dır, yalnız tarix kitablarında adları çəkilməkdədir.
Karamzin
1
və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Tür-
küstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin
tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan Hun nəslin-
dəndir. II əsrdə türk tayfaları tərəfindən
məğlub edilən avarlar,
cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı
Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları
arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda,
Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək,
onunla barışmış və iranlılarla müvəffəqiyyətli müharibə etmişdir.
Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış
uzun saçlarından başqa surət və əxlaqca da, tamamilə Hun tayfa-
sına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların hey-
rətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə
gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlubedilməz
tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq
üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən
heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan
bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O,
çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohe-
miyanı istila ilə Frank kralı Siqberti
məğlub edərək bir baş Tuna
çayına gəlib çıxdı. Burada lonqbard tayfası ilə ittifaq edərək Qəbi-
diyan dövlətini alt-üst etdi və Macarıstanı ələ keçirib İtaliyanı al-
maq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə
(Volqaya) qədər olan sahəni tuturdu.
Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türk-
lərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kəna-
rında o zamana qədər başlı-başına yaşayan slavyan tayfasını qətl
və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar
1
Karamzin Nikolay Mixayloviç - məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş
və 1826-cı ildə vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki cildlik əsərin
müəllifidir.