Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

bağlı  fikirlərini  artıq  ifadə  etmiş  olduqları  işdə  Məhkəmə  qərəzsizlik  prinsipinin 



pozulduğu barədə qərar vermişdir (

Driza Albaniyaya qarşı

, §§ 78-83 – pozuntu); 

-  Şikayətin hüquq məsələlər üzrə baxışında iştirak edən hakimlərdən biri, bundan əvvəl 

məhkəmə  prosesində  Ali  Məhkəmənin  hakimi  olaraq  iştirak  etmişdir  (



Peruš 

Sloveniyaya qarşı

, §§ 38-39). 

 



 Fərdi xarakterli hallar 



166.  Hakimin məhkəmə işində şəxsi marağı olduğu halda da qərəzsizlik prinsipi pozulur 

(

Langborger İsveçə qarşı

, § 35; 

Gautrin və digərləri Fransaya qarşı

, § 59). 

167.  Hakimlə prosesin tərəfi və ya tərəfin vəkili arasında peşəkar və ya şəxsi əlaqələrin, 

olması  da,  qərəzsizliyə  dair  şübhələrin  yaranmasına  səbəb  ola  bilər  (



Pescador  Valero 

İspaniyaya  qarşı

,  § 27; 



Tocono  və  Profesorii  Prometeişti  Moldovaya  qarşı

,  § 31; 



Micallef 

Maltaya qarşı

 [BP], § 102). Hətta dolayı amillər də nəzərə alına bilər (



Pétur Thór Sigurðn 

İslandiyaya qarşı

, § 45). 

 

IV.  PROSESSUAL TƏLƏBLƏR 

1.  Ədalətlilik 

 

Maddə 6 § 1 

"Hər  kəs,  onun  mülki  hüquq  və  vəzifələri  müəyyən  edilərkən…,  ...  məhkəmə  tərəfindən  işinin  ...  ədalətli  ... 

araşdırılması hüququna malikdir"

 

 

(a)  Ü



MUMI PRINSIPLƏR

 

168.  Xüsusi  əhəmiyyəti: Məhkəmə hər zaman demokratik cəmiyyətdə  ədalətli məhkəmə 

araşdırması  hüququnun  əhəmiyyətini  vurğulamışdır  (

Airey  İrlandiyaya  qarşı

,  § 24; 



Stanev 

Bolqarıstana  qarşı

  [BP],  § 231).  Bu  təminat  "Konvensiyanın  mənasında  demokratik 



cəmiyyətin əsas prinsiplərindən biridir" (

Pretto və digərləri İtaliyaya qarşı

, § 21). Buna görə 

də,  6 § 1 Maddənin məhdud şəkildə şərhi üçün heç bir əsas mövcud ola bilməz (

Moreira de 

Azevedo  Portuqaliyaya  qarşı

,  § 66).  Ədalətlilik  tələbi  bütün  məhkəmə  prosesinə  tətbiq 

olunur; tərəflər arasındakı mübahisə ilə bağlı icraatla məhdudlaşmır (



Stran Greek Refineries 

və Stratis Andreadis Yunanıstana qarşı

, § 49). 

169.  Məzmun:  Mülki  iddialar  baxılması  üçün  hakimə  təqdim  edilə  bilməlidir  (

Fayed 

Birləşmiş Krallığa qarşı

, § 65; 


Sabeh El Leil Fransaya qarşı

 [BP], § 46). 6-cı Maddənin 1-ci 

bəndi mülki proseslərdə tərəflərə verilən prossesual təminatları əks etdirir. Hər şeydən əvvəl 

tərəflərin  maraqlarının  təmin  olunması  və  ədalət  mühakiməsinin  düzgün  şəkildə  həyata 

keçirilməsi nəzərdə tutulur (

Nideröst-Huber İsveçrəyə qarşı

, § 30). Tərəflər məhkəmə işlərini 

zəruri səmərəliliklə müdafiə edə bilməlidirlər (

H. Belçikaya qarşı

, § 53). 

170.  Milli  hakimiyyət  orqanlarının  rolu:  Məhkəmə  hər  zaman  bildirmişdir  ki,  milli 

hakimiyyət orqanları Konvensiyanın mənasına görə hər məhkəmə işi üzrə "ədalətli məhkəmə 



araşdırması"  tələbinə  əməl  edilməsini  təmin  etməlidir  (

Dombo  Beheer  B.V.  Hollandiyaya 

qarşı

, § 33 son cümlə). 

34/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

171.  İddiaçının tələbləri: bu, hər kəsin "mülki hüquqları və vəzifələri" müəyyən edilərkən 



–  Strasburq  Məhkəməsinin  presedent  hüququnda

12

 müəyyən  edildiyi  kimi  –  işinin  ədalətli 



məhkəmə  tərəfindən  araşdırılması  hüququna  malik  olması  prinsipi  ilə  bağlıdır.  Bura 

məhkəmənin  təşkili  və  tərkibi,  eləcə  də  məhkəmə  araşdırmasının  aparılması  ilə  bağlı  6-cı 

Maddənin  1-ci  bəndi  ilə  müəyyən  olunan  təminatlar  əlavə  edilir.  Nəticə  etibarilə,  qeyd 

olunanlar  məcmu  şəkildə  ədalətli  məhkəmə  araşdırması  hüququnu  təşkil  edir  (



Golder 

Birləşmiş Krallığa qarşı

, § 36).


 

172.  Şərhə dair prinsiplər

-  Mülki  iddianın  hakimə  təqdim  edilə  bilməsi  prinsipi  universal  olaraq  qəbul  olunan 

təməl  hüquq  prinsipləri  arasındadır;  eyni  fikir  ədalət  mühakiməsindən  imtinanı 

qadağan  edən  beynəlxalq  hüquq  prinsipi  üçün  də  keçərlidir.  Maddə  6 § 1  bu 

prinsiplərin işığında şərh edilməlidir (



Golder Birləşmiş Krallığa qarşı

, § 35); 

-  6-cı Maddənin 1-ci bəndi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ, 

hüququn  aliliyinin  Razılığa  gələn  Dövlətlərin  ortaq  mirası  olduğunu  elan  edən 

Konvensiyanın  Preambulasının  işığında  şərh  edilməlidir  (

Brumarescu  Ruminiyaya 

qarşı

, § 61; 


Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı

 [BP], § 57); 

-  Hüquqi  müəyyənlik  prinsipi  qanunun  aliliyi  prinsipinin  əsas  elementlərindən  biridir 

(

Beian Ruminiyaya qarşı (№ 1)

, § 39); 

-  Konvensiyanın  mənası  çərçivəsində  demokratik  cəmiyyətdə  ədalətli  məhkəmə 

araşdırması hüquqi elə mühüm yer tutur ki, 6 § 1 Maddənin məhdud şəkildə şərhi bu 

müddəanın məqsəd və məramı ilə uyğun gəlmir (



Ryakib Biryoukov Rusiyaya qarşı

, § 

37); 


-  Bundan  əlavə,  Konvensiya  nəzəri  və  xəyali  hüquqları  deyil,  praktik  və  effektiv 

hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (



Airey İrlandiyaya qarşı

, § 24). 

 

173.  Mülki işlər üzrə dövlətlər daha çox sərbəstliyə malikdirlər: Məhkəmə qəbul etmişdir 



ki,  mülki  hüquq  və  vəzifələrin  müəyyən  edilməsinə  dair  işlərdə  "ədalətli  məhkəmə 

araşdırması"  anlayışında  yer  alan  tələblər,  cinayət  ittihamının  müəyyən  edilməsi  ilə  bağlı 

işlərdə olan tələblərlə mütləq surətdə eyni deyildir: "Razılığa gələn Dövlətlər mülki hüquq və 



vəzifələrin  müəyyən  edilməsinə  dair  işlərdə,  cinayət  ittihamının  müəyyən  edilməsi  ilə  bağlı 

işlərə nisbətən daha geniş sərbəstliyə malikdir" (

Dombo Beheer B.V. Hollandiayaya qarşı

§ 32; 



Levages  Prestations  Services  Fransaya  qarşı

,  § 46).  6-cı  Maddənin  1-ci  bəndinin  

mülki  hüquqlarla  bağlı  işlərdə  tələbləri  cinayət  ittihamı  ilə  bağlı  işlərə  nisbətən  daha  az 

sərtdir (



König Almaniyaya qarşı

, § 96). 

 

(b)  T

ƏTBIQ DAIRƏSI

 

174.  Effektiv  hüquq:  Məhkəmə  prosesinin  tərəfləri  işlərinə  müvafiq  hesab  etdikləri 

qeydlərini  təqdim  etmək  hüququna  malikdir.  Hüquq  yalnız  bu  qeydlər  "dinlənilən"  zaman, 

yəni birinci instansiya məhkəməsində müvafiq qaydada baxıldıqda effektiv ola bilər. Başqa 

sözlə,  "məhkəmənin"  tərəflərin  təqdim  etdiyi  dəlilləri,  arqumentləri  və  sübutları  düzgün 

şəkildə araşdırmaq öhdəliyi var (



Kraska İsveçrəyə qarşı

, § 30; 


Van de Hurk Hollandiayaya 

qarşı

, § 59; 


Perez Fransaya qarşı

, § 80). Bu Maddə ilə təmin edilən hüququn effektiv olması 

üçün, səlahiyyətli orqanlar "lazımi səy göstərməlidir": vəkillə təmsil olunmayan ərizəçi üçün, 

bax 


Kerojärvi Finlandiyaya qarşı

, § 42 və 



Fretté Fransaya qarşı

, § 49; vəkillə təmsil olunan 

ərizəçi üçün 

Göç Türkiyəyə qarşı

 [BP], § 57.

 

12

 Növbəti “Tətbiq dairəsi” bölməsinə baxın.  



 

 

35/71 



 

Avropa İnsan Hüquqları Məhkəməsi 

                                                 



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə