Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

müəyyənləşdirmək  səlahiyyətlərindən  imtina  etmədən,  iş  üzrə  materialları  hərtərəfli 



şəkildə araşdıraraq,  6 § 1 Maddənin tələblərinə əməl etmişdi (§§ 31-32) – həmçinin 

Ortenberg Avstriyaya qarşı

, §§ 33-34; 



Fischer Avstriyaya qarşı

, § 34. 




McMichael Birləşmiş Krallığa qarşı

: bu məhkəmə işində Şerif Məhkəməsinin uşağın 

övladlığa götürülə biləcəyinə dair verdiyi qərardan Ali Hüquq Məhkəməsinə şikayət 

təqdim  edilmişdir.  Bu  məsələ  ilə  bağlı  Ali  Hüquq  Məhkəməsi  tam  yurisdiksiyaya  

malik  idi;  adətən  o,  Şerifin  müəyyən  etdiyi  faktlara  əsaslanırdı,  lakin  bu  şəkildə 

hərəkət etməyə məcbur deyildi. Zərurət olarsa özü dəlil toplaya və ya məhkəmə işini 

necə davam etdirilməsinə dair göstərişlərlə birlikdə Şerifə geri qaytara bilərdi (§ 66). 

Şerif  Məhkəməsi  həmçinin  uşaqlarla  bağlı  məhkəmə  proseslərində  çıxarılan 

qərarlardan  verilən  şikayətləri  həm  mahiyyət,  həm  də  prosessual  pozuntularla  bağlı  

araşdırmaq üçün tam yurisdiksiyaya malik idi (§ 82); 



Potocka  və  digərləri  Polşaya  qarşı

:  Ali  İnzibati  Məhkəmənin  İnzibati  Prosessual 

Məcəllə  ilə  müəyyən  edilən  yurisdiksiyası  mübahisələndirilən  inzibati  qərarların 

qanuniliyinin qiymətləndirilməsi ilə məhdudlaşırdı. Bununla belə, məhkəmə qərarının 

çıxarılması  ilə  nəticələnən  məhkəmə  prosesinin  ədalətliliyi  ilə  bağlı  prossesual 

tələblərə əməl edilmədiyi müəyyən edilərdisə, bu məhkəmə sözügedən qərarı qismən 

və  ya  tamamilə  ləğv  etmək  səlahiyyətinə  də  malik  idi.  Ali  İnzibati  Məhkəmənin 

əsaslandırması  göstərmişdi  ki,  o,  faktiki  olaraq  işin  əsaslılığını  araşdırmışdı. 

Baxmayaraq  ki,  ərizəçilərin  şikayətlərinin  prosessual  və  maddi  nöqsanları  ilə  bağlı 

mübahisələndirilən  qərarların  qüvvədə  saxlanmalı  olduğunu  müəyyən  etməklə 

məhkəmə  işin  araşdırılmasını  məhdudlaşdıra  bilərdi,  o,  işin  həll  olunması  və  ya 

müvafiq faktların müəyyən olunması üzrə yurisdiksiyadan imtina etməyərək, şikayətə 

mahiyyəti  üzrə  baxmışdı.  Məhkəmə  diqqətlə  əsaslandırılmış  qərar  vermişdi  və 

ərizəçilərin  işin  nəticəsi  baxımından  əhəmiyyət  kəsb  edən  arqumentlləri  dərindən 

araşdırılmışdı.  Müvafiq  olaraq,  Ali  İnzibati  Məhkəmənin  araşdırma  dairəsi  6  §  1 

Maddəyə uyğun olmaq üçün yetərli olmuşdur (§§ 56-59). 

 

(d)  Q

ƏRARLARIN ICRASI

 

 Yekun  və  məcburi  qüvvəyə  malik  məhkəmə  qərarının  dərhal  icra  edilməsi 



hüququ 

94.  Maddə 6  § 1  yekun  və  məcburi  qüvvəyə  malik  məhkəmə  qərarlarının  dərhal  icra 

edilməsinə  təminat  verir  (yüksək  instansiya  məhkəməsi  tərəfindən  yenidən  baxıla  bilən 

qərarların icrasından fərqli olaraq) (



Ouzounis və digərləri Yunanıstana qarşı

, § 21). 

95.  Hər  hansı  məhkəmə  tərəfindən  verilən  bu  cür  qərarların  icrası  hüququ  "məhkəməyə 

hüququn" ayrılmaz hissəsidir (

Hornsby Yunanıstana qarşı

, § 40; 


Scordino İtaliyaya qarşı (№ 

1)

  [BP],  § 196).  Əks  halda,  6  §  1  Maddənin  müddəaları  bütün  faydalı  təsirindən  məhrum 

edilər (

Burdov Rusiyaya qarşı

, §§ 34 və 37). 

96.  Bu,  inzibati  məhkəmə  icraatı  kontekstində  daha  mühüm  əhəmiyyət  daşıyır.  Əslində 

ərizəçi  məhkəmə  qərarına  yenidən  baxılması  ilə  əlaqədar  Dövlətin  ən  yuxarı  inzibati 

məhkəməsinə müraciət edərək, yalnız mübahisələndirilən qərarın ləğvini deyil, eyni zamanda 

və hər şeydən əvvəl sözügedən qərarın nəticələrinin aradan qaldırılmasına cəhd edir.  

97.  Başqa  sözlə,  iddiaçının  səmərəli  müdafiəsi  və  qanuniliyin  yenidən  təmin  edilməsi, 

inzibati orqanların qərara əməl etmək öhdəliyini nəzərdə tutur (

Hornsby Yunanıstana qarşı

§ 41; 



Kyrtatos Yunanıstana qarşı

,§§ 31-32). 

98.  Bu səbəbdən, məhkəmə qərarının icrasında müəyyən gecikmələr xüsusi şərtlər altında 

əsaslandırıla bilsə də, bu gecikmə iddiaçının qərarın icra edilməsi hüququna xələl gətirəcək 

dərəcədə olmamalıdır (



Burdov Rusiyaya qarşı

, §§ 35-37). 

24/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

99.  Aydın olduğu kimi icra tam və hərtərəfli olmalı, və natamam olmamalıdır (



Matheus 

Fransaya  qarşı

,  § 58; 



Sabin  Popescu  Rumıniyaya  qarşı

,  §§ 68-76),  ona  müdaxilə  edilə 

bilməz,  etibarsız  hesab  edilə  bilməz  və  zəruri  olduğundan  artıq  gecikdirilə  bilməz 

(

Immobiliare Saffi İtaliyaya qarşı

 [BP], § 74). 

100.  Hakimiyyət orqanının yuxarı məhkəmənin qərarını nəzərə almaqdan imtina etməsi, 

eyni  məhkəmə  prosesləri  kontekstində  bir  sıra  qərarların  təkrar  ləğv  edilməsi  ilə 

nəticələnməklə 6 § 1 Maddəyə ziddir (



Turczanik Polşaya qarşı

, §§ 49-51). 

101. Məcburi qərarın icrasının əsassız olaraq gecikdirilməsi Konvensiyanı poza bilər. Bu 

gecikmənin ağlabatan olub-olmadığı xüsusilə icra prosedurunun mürəkkəbliyi, ərizəçinin və 

səlahiyyətli orqanların davranışı və məhkəmə tərəfindən qərar verilən təzminatın miqdarı və 

mahiyyəti nəzərə alınaraq müəyyən edilməldir (



Raylyan Rusiyaya qarşı

, § 31). 

102.  Məsələn,  Məhkəmə  qərara  aldı  ki,  yekun  və  icra  edilə  bilən  məhkəmə  qərarının 

icrası  üçün  beş  ildən  çox  müddət  ərzində  zəruri  tədbirləri  görməməklə,  milli  hakimiyyət 

orqanları 6 § 1 Maddənin müddəalarını bütün faydalı təsirindən məhrum etmişdilər (

Hornsby 

Yunanıstana qarşı

, § 45). 

103.  Başqa  bir  məhkəmə  işində  qərarı  icra  etmək  üçün  hakimiyyət  orqanlarına  tələb 

olunan ümumi doqquz aylıq müddət, mövcud şərtlər nəzərə alınmaqla, əsaslı hesab edilmişdi 

(

Moroko Rusiyaya qarşı

, §§ 43-45). 

104.  Məhkəmə  müəyyən  etmişdi  ki,  hakimiyyət  orqanları  təxminən  dörd  il  ərzində 

icarəçinin çıxarılması ilə bağlı qərarın icrası ilə əlaqədar polislə əməkdaşlıq etməkdən imtina 

etdiyindən  (

Lunari  İtaliyaya  qarşı

,  §§ 38-42)  və  mübahisələndirilən  qanunvericilik 

müddəalarının tətbiqi nəticəsində müvafiq olaraq hər hansı faydalı təsirdən məhrum edilmiş 

icarəçinin  çıxarılması  ilə  bağlı  məhkəmə  qərarını  şübhə  altına  qoyan  qanunvericilik 

hakimiyyəti orqanlarının müdaxiləsinə görə icranın altı ilə ərzində dayandırılması ilə əlaqədar 

6 § 1 Maddə altında məhkəməyə hüquq pozulmuşdur (



Immobiliare Saffi İtaliyaya qarşı

 [BP], 


§§ 70 və 74). 

105.  Məhkəmə  araşdırmasının nəticələrinə  görə  Dövlətin əleyhinə məhkəmə qərarı əldə 

edən şəxsdən ayrılıqda icra üzrə icraata başlatmaq tələb olunmur (

Burdov Rusiyaya qarşı (№. 

2)

,  § 68).  Dövlət  əleyhində  qərarın  icrasının  təmin  edilməsi  sözügedən  qərarın  məcburi 

qüvvəyə malik olduğu və icra edilə bildiyi tarixdən etibarən dövlət orqanlarının öhdəliyinə 

düşür (


Yavorivskaya Rusiyaya qarşı

, § 25) (

Burdov Rusiyaya qarşı (№. 2)

, § 69). 

106.  Xeyrinə  məhkəmə  qərarı  çıxarılmış  tərəfdən  qərarın  icrasını  təmin  etmək  və  ya 

sürətləndirmək  üçün  müəyyən  prossesual  addımlar  atması  tələb  oluna  bilər.  Bununla  belə, 

kreditorun  əməkdaşlığı  ilə  bağlı  tələb  ciddi  surətdə  zəruri  olandan  kənara  çıxmamalı  və 

səlahiyyətli hakimiyyət orqanlarını öz öhdəliklərini icra etməkdən azad etməməlidir (



Burdov 

Rusiyaya qarşı (№ 2)

, § 69). 

107.  Bu səbəbdən, icra prosesində ərizəçiyə ödənilməli olan məbləğlərin gec ödənilməsi 

milli hakimiyyət orqanları tərəfindən qərarın uzun müddət icra edilməməsini aradan qaldıra 

bilməz  və  bu,  pozuntunun  müvafiq  kompensasiyanı  təmin  etmir  (

Scordino  İtaliyaya  qarşı 

(№. 1)

 [BP], § 198). 

108.  Məhkəmə  həmçinin  qərara  aldı  ki,  ərizəçinin  maliyyə  vəziyyətini  nəzərə  almadan, 

onun  xeyrinə  çıxarılmış  və  qüvvəyə  minmiş  məhkəmə  qərarı  ilə  əlaqədar  icra  üzrə  icraatı 

başlatmasına  görə məsuliyyətinin müəyyən edilməsi üzrə hakimiyyət orqanlarının mövqeyi 

həddən artıq yük təşkil edirdi və ərizəçinin məhkəməyə çatım hüququnu sözügedən hüquqa 

xələl gətirəcək dərəcədə məhdudlaşdırmışdı (

Apostol Gürcüstana qarşı

, § 65). 

109.  Ərizəçi ona vurulmuş ziyana görə kompensasiyanın təyin edilməsi (

Burdov Rusiyaya 

qarşı

,  § 35)  və  ya  mənzillə  təmin  olunma  haqqında  (



Teteriny  Rusiyaya  qarşı

,  §§ 41-42) 

yekun  qərarın  faydasından,  icra  üzrə  icraatın  mürəkkəbliyindən  və  ya  Dövlətin  büdcə 

sistemindən  asılı  olmayaraq,  ağlabatan  müddət  ərzində  məhrum  edilə  bilməz.  Dövlət 

sözügedən  qərarın  icra  edilməməsinə  haqq  qazandırmaq  üçün  maliyyə  çətinliklərini  və  ya 

25/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə