20
1
Su — həyatın əsasıdır
Su
Əsas fikir
Biz hamımız sudan istifadə edirik və buna görə də onun qarşısında
məsuliyyət daşıyırıq. Bu o deməkdir ki, biz suya qənaət etməli və onu
çirklənmədən qorumalıyıq
Müddət
Hər bir tədris saatında 7 müstəqil iş. Birinci 2 məşğələni daha qısa
müddətə həyata keçirmək olar, ona görə ki, o, ibtidai siniflər üçün
nəzərdə tutulub.
Êlin fəsli
Êstənilən
Yer
Məktəb, sinif otagı
Tədris vasitələri
Televizor, videokasetlər, bir stəkan içməli su, diş məcunu və təzə diş
fırçası, plastmas ləyən, küvet, quru toz, tozlu şirə (KMnO4 ilə əvəz
etmək olar), pulverizator, su üçün 3 litrlik qab, qıf, 1,5 l-k plastmas qab,
müxtəlif ölçülü daşlar, kağız parçası.
Tədris fənləri
Kimya, biologiya, coğrafiya, fizika, təbiətşünaslıq, ekologiya
Məqsəd
• Suyun insan və bəşəriyyət üçün vacibliyini dərk etmək;
• Sadə hərəkətlərlə suya necə qənaət etməyi göstərmək;
• Suyun çirklənməsi haqqında məlumat vermək və onu evdə
qənaətlə işlətmək vərdişlərinin mənəmsənilməsi
Metodlar
Mühazirə, diskussiya, təcrübələrin və videofilmlərin nümayişi
Su — həyatın əsasıdır
Müəlliflər: Kliment Mindjov, Fikrəd Cəfərov
21
1
Su — həyatın əsasıdır
Su
Giriş
Su bizim planetin unikal komponentidir. Onsuz həyat mümkün deyil və akademik Oparinin fikrincə,
su canlıların əmələ gəldiyi ilk yerdir. Müxtəlif tərəfli iqtisadi maraqların və mürəkkəb sosial
münasibətlərin predmeti kimi o, idarə olunan və satıla bilən bir məhsuldur.
Turkiyənin Prezidenti olmuş mərhum Turqut Özal demişdir ki, XX
I əsrdə müharibələr yalnız içməli su
əldə edilməsi üçün aparılacaqdır.
Êçməli suları biz səth sularından və yeraltı mənbələrdən götürürük. Səth sularına çay, göl və buzluqlar,
yeraltılara isə qrunt və artezian suları aiddir. Hal-hazırda yeraltı sular kifayət dərəcədə öyrənilməyib.
Su kənd təsərrüfatında suvarmada istifadə edilir,
hidroenergetikada elektrik enerjisi almaqda, müxtəlif enerji
qurğularında istilik daşıyıcısı və soyuducu kimi istifadəyə cəlb
edilir. Su məişətdə geniş istifadə edilir: içmək, şəxsi gigiyena,
təmizlik və istilik daşıyıcısı kimi evlərin qızdırılmasında.
Sudan səmərəsiz istifadə və onun çirklənməsinin getdikcə
yüksəlməsi bəşəriyyəti fəlakətə gətirə biləcək ciddi problemlərin
ortaya çıxmasına səbəb ola bilər.
Bizim hamımız sudan istifadə edirik. Odur ki, onun qorunması
məsuliyyəti də bizim üzərimizə düşür. Praktikada su ehtiyatlarına
məsuliyyətli münasibətin yalnız iki üsulu — suya qənaət və onun
çirklənmədən qorunması mövcuddur.
Məşğələlərin aparılması
I Hissə. Su dövranı (ibtidai siniflər üçün)
Bir stəkan içməli su götürün. Şagirdlərin birindən ondan azacıq içməyi və onun yaşını müəyyən
etməyə cəhd göstərməsini xahiş edin.
Êzah edin ki, bu suyun yaşı 4,5 milyard ildir və o, bizim planetin
yaşına uyğundur, su yerin səthi ilə atmosfer arasında daimi hərəkətdədir. Günəş və külək torpaqdan,
bitki yarpaqlarından, heyvanların bədənindən, həmçinin müxtəlif su hövzələrinin səthindən suyun
buxarlanmasına səbəb olur. Buxarlanma zamanı su buxarlarına çevrilən buxar soyuyur, kondensasiya
edir, yağış, şeh, qar, dolu şəklində torpağa qayıdır. Bəzən yağışların güclü şəkildə baş verməsi, qar və
buzların əriməsi nəticəsində güclü axınlar əmələ gəlir ki, bunlara da sel deyirlər. Sellər bəzən elə gücə
malik olur ki, qarşısına çıxan hər bir şeyi (ağacları, qayaları, torpaq bəndləri, beton plitələri və s.) özü
ilə aparır. Çaylar öz növbəsində dəniz və okeanlara axırlar. Çöküntülərin bir hissəsi torpağın aşağı
qatlarına süzülərək yeraltı sular və ya axınlar əmələ gətirirlər.
Yuxarıda deyilənlərin əyani göstəricisi kimi CD-ROM-da olan interaktiv illüstrasiyalardan istifadə
etmək olar.
II Hissə. Dəniz və şirin sular (ibtidai siniflər üçün)
Şagirdlərə “Dəniz və şirin sular” haqqında işçi vərəqini paylayın; dəniz və şirin sular arasındakı
oxşarlıq və fərqləri izah edin. Qeyd edin ki, yer səthinin təxminən 70%-i dəniz və okeanlarla
örtülüdür və bu suların yüksək duzluluğa malik olması onlardan içmək, qida hazırlamaq və suvarma
üçün istifadə etməyə imkan vermir. Şirin suların payı planetin ümumi su ehtiyatlarının cəmi 2%-ni
təşkil edir. Buna görə də onun çirklənmədən qorunması çox vacibdir.
III Hissə. Su — onsuz biz yaşaya bilmərik
Şagirdləri girişdə olan məlumatlarla tanış edin və ona CD-ROM-da (“Su bölməsi”) verilənləri də
əlavə edin.
1
Êzah edin ki, nə üçün bu gün bəşəriyyətin qarşısında su böhranı dayanır:
•
Yer kürəsində bir milyarddan çox adamın keyfiyyətli suya ehtiyacı var;
•
Dünyada təxminən 2,5 milyard adam su kəmərləri və kanalizasiya olmayan antisanitar
şəraitdə yaşayır;
•
Bəzi hesablamalara görə, hazırda Yer kürəsinin əhalisinin 1/3 hissəsi şirin su çatışmazlığı
ilə qarşılaşır.
22
1
Su — həyatın əsasıdır
Su
2
“Şirin su” və “Suya necə qənaət etməli?” videofilmlərini nümayiş etdirin. Sonra şagirdlərlə
aşağıdakı məsələləri müzakirə edin:
•
Hər bir adama gündə nə qədər su lazımdır (~80 litr)?
•
Hər gün dünyada suyun keyfiyyətinin pis olması səbəbindən nə qədər adam ölür?
(25000-ə yaxın, onların da əksər hissəsi uşaqlardır).
3
Filmin sonunda qoyulmuş suallara cavab verməyə çalışın:
•
Su ehtiyatlarının səmərəli idarə olunması nə qədər vacibdir?
•
Suyun çirklənməsinin nə qədər ağır nəticələri olur?
•
Suyu necə qorumaq olar?
•
Suyun qorunmasında biz necə iştirak edə bilərik?
(“Suya necə qənaət etmək olar?” nümunəsindəki məlumatlardan istifadə edin).
IV Hissə. Evdə suya necə qənaət etməli?
Şagirdlərə izah edin ki, öz vərdişlərimizdə azacıq dəyişiklik etməklə də suya qənaət etmək olar.
Tapşırıq: Dişləri necə təmizləməli?
1
Şagirdlərdən dişlərini gündə neçə dəfə təmizlədiklərini soruşun və onlardan birini bunu
necə etməsini sinifdə əyani şəkildə göstərməsini xahiş edin. Həmin şagirdin öz hərəkətlərinə
şərh verməsi də məqsədəuyğun olardı. Nümayişdən sonra diş təmizləməyin suyun istifadəsi
baxımından daha qənaətli başqa üsulunun (məsələn, kranı yalnız diş fırçasını yuyan və ya
ağzı yaxalayan zaman açmaq; sudan əvvəlcədən onu müvafiq bir qaba tökməklə istifadə
etmək və s.) mövcudluğunu müzakirə edin.
Tapşırıq: Üzü necə qırxmalı?
2
Oğlanların birindən onun atasının mexaniki
ülgüc ilə üzünü necə qırxmasını göstərməyi
xahiş edin. Şagirdlərdən biri irəli çıxıb atasının
üzünü necə qırxmasını təqlid edir və bu zaman
o, üz qırxmaq üçün lazım olan alətlərdən
istifadə edir, imkan daxilində yerinə yetirdiyi
hərəkətləri şərh də edir.
3
Şagirdlərlə üz qırxmağın daha səmərəli
üsulunun mövcudluğunu müzakirə edin. Kimsə
öz qohumlarının başqa bir üsulla üzünü
qırxmasını görübmü?
4
Şagirdlərə izah edin ki, hər iki halda suya
qənaət olmasını həmin an təsdiq etmək olmaz. Belə ki, bəzi köhnə su kranları tez-tez
bağlanarkən damcılar şəklində axıtmağa başlayır. Lakin praktika göstərir ki, diş
təmizlənməsində və üz qırxılmasında həyata keçirilən bu kiçik dəyişikliklər, əgər bunu
əhalinin çox hissəsi yerinə yetirərsə, şəhər miqyasında böyük qənaətə səbəb ola bilər. Əmin
olmaq üçün bu məsələyə mühafizəkar yanaşan şagirdlərə “Evdə suya necə qənaət etməli?”
işçi vərəqini paylayın və onlardan orada təklif olunan iki məsələni həll etmələrini xahiş edin.
Cavablar:
Mən dişimi necə təmizləyirəm?
a: 131 400 000 l; b: 21 900 000 l; v: 109 500 000 l
Üzü necə qırxmalı?
a: 43 800 000 l; b: 3 650 000 l; v: 40 150 000 l
23
1
Su — həyatın əsasıdır
Su
Müzakirə
5
Evdə suya qənaətin başqa üsulları ilə bağlı fikir mübadiləsi təşkil edin. Bu halda bölmənin
sonunda verilən “Suya qənaətin 13 üsulu” nümunəsindən istifadə edin. Bütün cavabları
lövhədə yazın və onların hamısının real olmasını müəyyən etməyə cəhd edin və onu evdə
suya qənaət planının tərtibi üçün istifadə edin.
6
Şagirdlər öz ailə üzvlərindən xahiş etsinlər:
•
Göstərilən hesab məsələlərini həll etməyi;
•
“Suya qənaətin 13 üsulu” nümunəsi ilə tanış olmağı;
•
Ailənin suya qənaət planının tərtibində iştirak etməyi.
V Hissə. Ev şəraitində suyu çirklənmədən necə qorumalı?
Êlkin hazırlıq: Şagirdlərdən 1-2 ay müddətinə məişətdə istifadə edilən yuyucu və təmizləyici
vasitələrin qablarını (etiketkaları ilə birlikdə) toplayıb məktəbə gətirmələrini xahiş edin.
1
Sinif məşğələsi: “Biz evdə suyu necə çirkləndiririk?” mövzusunda fikir mübadiləsi təşkil edin
(kanalizasiyadan istifadə, yuyucu və təmizləyici vasitələr, evin su ilə təmizlənməsi və s.).
2
Êzah edin ki, istənilən yerdən kanalizasiyaya axıdılan su təbiət üçün elə də böyük problem
deyil, baxmayaraq çoxları bunu əsas çirklənmə mənbəyi hesab edir. Müxtəlif
mikroorqanizmlər üzvi mənşəli tullantıların zərərsizləşdirilməsinə uyğunlaşıblar. Bu sferada
olan əsas problem yuma üçün istifadə edilən sintetik yuyucu vasitələrlə əlaqədardır. Bu
kimyəvi maddələr məişətdə əmələ gələn digər çirkli sularla qarışır və belə vəziyyətdə
təmizləyici qurğulara daxil olurlar. Həmin maddələr orada olan mikroorqanizmləri məhv
edir və bununla da onların üzvi qalıqların parçalanmasında iştirakını zəiflədir və ya tamamilə
dayandırırlar. Beləliklə, təmizləmənin keyfiyyəti ciddi şəkildə pisləşir və təmizləyici
qurğulardan su hövzələrinə lazımi dərəcədə təmizlənməyən su daxil olmağa başlayır.
3
Bu gün təbiət üçün zərərsiz olan sintetik yuyucu və təmizləyici vasitələrin olmadığını qeyd
edin. Bütün onlar suyu bu və ya digər dərəcədə çirkləndirir. Buna görə də onlardan ağıllı
istifadə etmək, etiketkası üzərində “təbii mühit üçün az təhlükəli” qeyd olunan vasitələrə
üstünlük vermək lazımdır. Lakin başqa üsullar da mövcuddur: evlərin artıq unudulmaqda
olan ənənəvi üsullarla təmizlənməsi. Onlar haqqında bölmənin sonunda verilən “Suyu
çirkləndiricilərdən necə qorumalı?” nümunəsində məlumat almaq olar.
24
1
Su — həyatın əsasıdır
Su
4
Yuyucu və təmizləyici vasitələrin toplanmış
qablarını diqqətlə öyrənib, onların etiketkası
üzərində olan məlumatlara diqqət yetirmək
lazımdır. Baxın görün ki, onların hansısa birinin
üzərində həmin preparatın təbiətə nisbətən az
təsir etməsi haqqında məlumat varmı?
Valideynlərdən və mütəxəssislərdən qablar
üzərindəki məlumatları əlavə olaraq
aydınlaşdırmağı xahiş edin.
5
Qeyd edin ki, nəqliyyatda istifadə edilən
müxtəlif neft məhsulları (benzin, yağ, antifriz,
dizel yanacağı) daha təhlükəlidir. Bu tip
məhsulların kanalizasiyalara, torpağa və su
hövzələrinə axıdılması yolverilməzdir.
Avtomobillərə texniki xidmət zamanı bu tip
mayelər bağlı qablara toplanmalı, oradan isə xüsusi tutumlu yerlərə (yanacaqdoldurma
stansiyalarında və avtoservislərdə belə yerlər olur) tökülməlidir. Bundan başqa, bu
mayelər yenidən istifadə üçün xammaldır.
VI Hissə. Suyu kim çirkləndirir?
1
“
Ênsan fəaliyyəti su ehtiyatlarının çirklənməsinə necə təsir edir?” mövzusunda fikir
mübadiləsi təşkil edin (kənd təsərrüfatı, sənaye, tikintidə tullantıların və toksiki
maddələrin yığılma yeri, təmizlənməmiş çirkli məişət sularının axıdılması).
Şagirdlərin köməyi ilə CD-Rom-da (“Su” bölməsi) olan məlumatlardan istifadə etmək
olar. Bütün cavabları lövhəyə yazın. Qoy uşaqlar onların fikrincə yaşadıqları ərazidə
suyun çirklənməsinə ən çox təsir edən fəaliyyət növlərini qeyd etsinlər.
2
Şagirdlərə insanların zibili çox illər bundan qabaq torpaqda basdırmağa başlaması ilə
bağlı məlumat verin. Lakin bu məqsəd üçün onların düzgün yer seçməməsi yerüstü və
yeraltı suların çirklənmə mənbəyinin yaranmasını mümkün edə bilir.
Şagirdlərlə birgə çirklənmənin yayılması üzrə növbəti təcrübə aparın. Bunun üçün içərisində
2-3 sm qalınlığında quru qum təbəqəsi olan plastmas ləyəni və ya başqa bir qabı su ilə
doldurun. Ləyənin hər hansı bir tərəfində böyük olmayan genişlənmə düzəldin və ora tozlu
şirə (və ya kalium-permanqanat) əlavə edin.
Êzah edin ki, zibil torpağa (qrunta) məhz belə
axır. Belə yer çirklənmə mənbəyi adlanır. Genişlənmə olan tərəfindən ləyəni bir qədər
qaldırın (bir qayda olaraq təbiətdə torpaq bu və ya digər istiqamətə əyilmiş olur).
Pulverizatorlardan həmin genişlənmə yerinə su tökün. Göstərin ki, bununla siz yağış
yağmasını təqlid edirsiniz.
Şagirdlərə qumun rənginin dəyişməsini müşahidə etməyi təklif edin. Bu təcrübədən hansı
nəticələrə gəlmək olar?
Qeyd edin ki, təbiətdə məhz buna oxşar tərzdə çirklənmə uzaq məsafələrə yayılır.
Çirkləndirici maddələr yerüstü və yeraltı sulara, su quyusuna, bulaqlara, şəlalələrə,
çaylara və göllərə düşə bilər ki, məhz oradan da biz içmək və yemək hazırlamaq üçün
su götürürük.
3
Qoy şagirdlər:
•
Təcrübə zamanı gördüklərini evdə danışsınlar;
•
Yaxınları ilə lazımsız şeylərin, ya da istifadə vaxtı keçmiş gübrələrin və zəhərli kimyəvi
maddələrin taleyini müzakirə etsinlər.
25
1
Su — həyatın əsasıdır
Su
VII Hissə. Çirkli məişət sularının təmizlənməsi
Təcrübə: Çirkli məişət sularının əmələ gəlməsi və təmizlənməsi
1
3 litrlik şüşə qabda çirkli məişət suyunun nümunəsini hazırlayın. Bunun üçün 1litr suya bir
qədər təmizləyici və yuyucu toz tökün, ora qəhvə və ya çay çöküntüsü, həmçinin bir neçə
kağız parçası, rəng və bildiyiniz başqa məişət tullantısı əlavə edin.
Şəkilə müvafiq süzgəc hazırlayın. Bunun üçün 1,5 litrlik plastmas qabın dibini kəsin və onun
yuxarı hissəsini götürün. Qabı tərsinə çevirib onun boğaz hissəsini stəkana qoyulmuş qıfın
üzərinə qoyun. Həmin qabın içərisinə əvvəlcə nisbətən iri, sonra isə xırda daşlar düzün və
axırda qum tökün. Suyun mexaniki təmizlənməsini həmin qaba yavaş-yavaş su tökməklə
nümayiş etdirin.
Qoy şagirdlər suyun təmizlənmə prosesini diqqətlə izləsin və aşağıdakı suallara cavab
versinlər:
•
Süzmə zamanı su hansı dərəcədə təmizlənib?
•
Göstərilən üsulla təmizlənən suyu içmək olarmı?
Êzah edin ki, bizim evdə istifadə etdiyimiz su, əgər o, yeraltı suların dərin qatlarından
götürülməyibsə, müvafiq sutəmizləyici stansiyalarda çoxmərhələli təmizlənmə prosesinə məruz
qalır; əvvəlcə narın qumun köməyi ilə süzülür, sonra xlorlaşdırma, ozonlaşdırma və ya güclu kvars
lampaları ilə şüalandırma (ultrabənövşəyi) yolu ilə zərərsizləşdirilir və ancaq bundan sonra
istifadəyə yönəldilir.
2
Şagirdlərə “Çirkli suların təmizlənmə mərhələləri” işçi vərəqini və “Azərbaycanda çirkli
suların təmizlənməsi” nümunəsini paylayın.
Êzah edin ki, kənd yerlərində və köhnə şəhər məhəllələrində çirkli kanalizasiya suları
qazılmış və ya uducu çalalara toplaşır. Qrunt sularının çirklənməsinə yol verməmək üçün
həmin yerləri hər 3-4 ildən bir təmizləmək lazımdır və onlar etibarlı təbii və ya süni
hidroizolyasiyaya malik olmalıdır. Həmin yerlərin təmizlənməsi ixtisaslaşdırılmış təşkilat və ya
firmalar tərəfindən həyata keçirilir.
Adətən iri şəhərlərdə çirklənmiş sular mərkəzləşmiş qaydada kanalizasiya sistemi ilə
təmizləyici stansiyaya axıdılır. Stansiyada su əvvəlcə mexaniki təmizlənməyə məruz qalır ki,
bu halda onda olan iri hissəciklər təmizlənir. Sonra ikinci — bioloji mərhələ başlayır ki, bu
zaman isə bakteriya və onurğasız heyvanların fəaliyyətindən istifadə edilir. Əvvəllər bunu
xüsusi sahələrdə edirdilər ki, oranı da “suvarılma sahəsi” adlandırırdılar. Hal-hazırda bu
proses oksigenlə zəngin olan xüsusi həcmə malik yerlərdə aparılır və oksigenin çoxluğu üzvi
maddələrin minerallaşmasına müsbət təsir edir. Bu üsul “suvarma sahəsi”nə nisbətən
ərazicə az yer tələb edir və təmizləmə prosesi isə tez başa gəlir.
Lakin bu mərhələdən sonra da həmin sularda asılı maddələr, bərk qarışıqlar, həmçinin
karbohidrogenlər, fosfatlar, nitratlar, ağır metalların duzları hələ də müəyyən miqdarda qalır. Buna
görə də bəzi ölkələrdə təmizləmənin 3-cü mərhələsi də həyata keçirilir. Bu mərhələdə bir sıra
fiziki və kimyəvi proseslərdən (flutasiya, ion mübadiləsi və s.) istifadə etməklə spesifik
çirkləndiricilər zərərsizləşdirilir. Bundan sonra su təbii hövzələrə axıdılır. Təəssüf ki, 3-mərhələli
təmizləmə qurğusu tikməyi əsasən varlı dövlətlər özlərinə rəva görə bilərlər, lakin buna
baxmayaraq bu tip stansiyaların sayı artır.
3
Fikirləşin və şagirdlərlə aşağıdakı sualları müzakirə edin:
•
Sizin yaşadığınız məntəqədən içməli su haradan götürülür? O, necə təmizlənir?
•
Sizin yaşadığınız məntəqədə kanalizasiya sistemi və təmizləyici stansiya varmı? Əgər
yoxdursa, gələcəkdə onların tikintisi planlaşdırılırmı?
Sonrakı fəaliyyət
•
Su ilə əlaqədar olan yerlərə ekskursiyalar təşkil edin, kompüterdə məlumat vərəqləri hazırlayın.
Ədəbiyyat:
Abbasov V.M., Səlimov N.Ə., Babayev Ə. və b. “Ekoloji kimya, Giriş”. Bakı, “Maarif”, 2002.
“Kür hövzəsinin su anbarları”. Bakı, 2003, Ruzgar QHT.
“Su istifadəsi problemləri - Kənd təsərrüfatında su istifadəsi”. Bakı, 2001. Ruzgar QHT. Su istifadəsi problemləri -
Standartlar, normalar, texnologiyalar. Bakı, 2001.
Andronova N.M. Kruqovorot - 1. Azartno-poznovatelnaya iqra. M.: Arqus, 1995.
26
1
Su — həyatın əsasıdır
Su
27
Su — həyatın əsasıdır
Su
Kafeli necə təmizləməli?
Bu məqsəd üçün satışda təklif olunan bütün vasitələr bu
və ya digər dərəcədə zəhərlidir. Buna görə də onların əvəzinə çirklənmənin xarakterindən
asılı olaraq sirkə və ya sodadan istifadə etmək olar.
Şüşəni necə yumalı?
Bu məqsəd üçün də satışda təklif olunan bütün vasitələr adətən
zəhərli və pas əmələgətirmə xüsusiyyətinə malikdirlər. Buna görə də su ilə sirkəni 11:1
nisbətində qarışdırmaqla əla nəticə əldə etmək olar.
Çirkli boruların təmizlənməsi üçün vasitələr.
Adətən bu məqsəd üçün metalları
aşındıran, zəhərli və ya dərini qıcıqlandıran güclü qələvilərdən istifadə edilir. Bu vasitələrin
əvəzinə çirkli boruları vantuz və metal məftil vasitəsilə mexaniki yolla təmizləmək lazımdır.
Əlavə olaraq müəyyən fasilələrlə boruya stəkanın 1/4-i qədər sirkə, o qədər də soda tökmək
və sonra borunu isti su ilə yumaq lazımdır.
Əlüzyuyanı necə təmizləməlı?
Adətən bunun üçün xlorlu əhəngə əsaslanan tərkibdən
istifadə olunur ki, bu da zəhərlidir və pas əmələ gəlməsinə səbəb olur. Bu problemin
öhdəsindən yarım stəkan sirkə və ya soda ilə uğurla gəlmək olar.
Qaz, elektrik plitələri və sobaları necə təmizləməli?
Adətən bu məqsəd üçün
yüksək toksikliyə malik qələvi məhluldan istifadə edirlər. Bunun əvəzinə soda məhlulundan
istifadə etmək olar, lakin bu işi tez-tez və müntəzəm yerinə yetirmək lazımdır.
Alimlər təsdiq edirlər ki, sudan istifadənin müasir texnologiyasına əməl edilməsi
nəticəsində su məsrəfi 1/3 dəfə, kənd təsərrüfatında 2 dəfə, sənayedə 10 dəfə azala
bilər. Bunun üçün isə yalnız aşağıdakılar zəruridir:
•
Su borularını və qapayıcıları (kranları) vaxtında və keyfiyyətlə təmir etmək lazımdır ki,
su sızmalarına yol verilməsin;
•
Azərbaycanda olan iri suvarma kanallarında baş verən sızmaların qarşısının beton və
ya su izoləedici materiallardan istifadə etməklə alınması;
•
Kənd təsərrüfatında və şəhərlərdə yaşıllaşdırma işində suvarmanın damcı metodundan
(
Êsraildə və su mənbələri az olan digər ölkələrdə olduğu kimi) istifadə etmək lazımdır.
Bu üsul sudan istifadənin effektliyini artırmağa imkan verir və suyun
buxarlanmasından yaranan itkini azaldır.
•
Hər yerdə suyun effektiv təmizlənməsinə imkan verən qurğuların olması;
•
Mümkün olan yerdə dövri su təchizatı sistemindən istifadə edilməsi;
•
Suya görə daha sərt vergi ödəmələrinin müəyyən edilməsi.
Suya necə qənaət etməli?
Suyu çirklənmədən necə qorumalı?
1
Su
28
1
Su — həyatın əsasıdır
Azərbaycanda çirkli suların təmizlənməsi
•
Çirkli qabı yumazdan əvvəl onu yemək
qalıqlarından yaxşı təmizləmək lazımdır;
•
Qabı daim açıq olan kranın altında yumayın,
bunun üçün suyu əvvəlcədən ləyənə və ya
axacağı bağlanmış əlüzyuyana tökmək
lazımdır və bununla da qab yumaq üçün
lazım olan suya 50% qənaət etmək olar;
•
Meyvə və tərəvəzi yuyarkən əlüzyuyanın
axacağını tıxacla bağlamaq lazımdır;
•
Êçməli suyu içkiləri, isti xörəyi soyutmaq üçün
istifadə etməyin;
•
Paltaryuyan maşından onun tam gücünə
müvafiq istifadə etməyə çalışın;
•
Güclü çirklənmiş paltarları əvvəlcədən yuyucu vasitələr olan xüsusi qabda isladın;
•
Avtomaşının yuyulması üçün əvvəlcə sudan vedrə vasitəsilə istifadə edin. Sabun və ya
avtoşampunla onu təmizlədikdən sonra yalnız axırda yaxalamaq üçün şlanq vasitəsilə
sudan istifadə edin;
•
Eyvan və evin xarici səthlərini yağışlı havada yuyun;
•
Kiçik zibilləri təmizləmək üçün su şlanqından deyil, süpürgədən istifadə edin;
•
Bostanı içməli su ilə suvarmayın. Bu məqsəd üçün xüsusi su kəmərindən götürülən
texniki sudan, quyudan və ya yağış suyundan istifadə edin;
•
Bağ və bostanı günün isti və küləkli vaxtlarında suvarmayın, çünki belə halda siz təkcə
bitkiyə ziyan vermirsiniz, eləcə də suyu havayı yerə sərf edirsiniz;
•
Damcı üsulu ilə suvarma çoxlu suya qənaət edir;
•
Bağ və bostanın səthindən su buxarlanmasının qarşısını almaq üçün torpağı tez-tez
yumşaltmaq və ya üzərini saman və ya yarpaqla örtmək lazımdır.
Suya qənaətin 13 üsulu
Azərbaycanın və keçmiş SSR
Ê-nin digər respublikalarının, eləcə də Mərkəzi və Şərqi
Avropa ölkələrinin əsas problemi bütün çirkab sularının eyni təmizləyici qurğuda
təmizlənməsidir. Nəticədə bu və ya digər çirkli su (çirklilik səviyyəsinə görə) yaxşı
təmizlənmir. Həmin sularda olan mineral çirkləndiricilər (ağır metalların duzları,
karbohidrogenlər) asanlıqla bioloji təmizləmə mərhələsinə daxil olur və bu mərhələni
həyata keçirən canlılara öldürücü təsir edir.
Digər tərəfdən məişət-kommunal çirkab sularında üzvi maddələrin çoxluğu
zərərsizləşdirmə üçün istifadə edilən kimyəvi proseslərə maneəçilik törədir. Nəhayət,
iki müxtəlif çirkli suda olan maddələrin reaksiyaya girməsi nəticəsində yüksək
toksikliyə malik yeni maddə əmələ gələ bilər.
Təmizləyici qurğuların çoxdan işlənməsi və onun vaxtlı-vaxtında təmiri üçün
maliyyənin çatışmaması isə hər yerdə mövcud olan problemdir. Bu, təmizləyici
qurğularda qəzaların baş verməsinə səbəb olur və nəticədə hövzələrə böyük həcmdə
təmizlənməmiş su daxil olur (belə hallara Bakı və Sumqayıt şəhərlərində olan
təmizləyici qurğularda rast gəlinir). Nəhayət, bir çox rayon mərkəzlərində və kiçik
şəhərlərdə kanalizasiya sisteminin, ümumiyyətlə, mövcud olmaması ciddi qüsur kimi
qeyd olunmalıdır.
Sudan istifadə edilir:
Gəmiçilikdə
Yüklərin daşınmasında
Balıqçılıqda
Êstirahət və əyləncədə (su idmanında)
Duz və başqa məhsulların
çıxarılmasında
Êçmək üçün və yemək
hazırlanmasında
Su çirklənir:
Çirkab suları ilə
Kimyəvi maddələrlə
Ağır metallarla
Gübrə və pestisidlərlə
Lillə
Radioaktiv tullantılarla
Balıqçılıq və s. təsərrüfat tullantıları ilə
Plastmas məmulatlarla
Suların yuduğu torpaqlarla
Başqa maddələrlə
29
Su
Êşçi vərəqlər
Dəniz suyu və şirin sular
Dəniz suları
Şirin sular
hə
yox
hə
yox
Dəniz suyu
Şirin su
Yazın
Yer səthinin
Ümumi suyun
%-ni təşkil edir
%-ni təşkil edir
yerləşir
yerləşir
Tərkibində
var
Tərkibində
yoxdur
Okeanların adı
Mənim regionumun əsas
çay, göl və su anbarları
Ölkə sərhədlərində
olan dənizlərin adı
Sütunlara “hə” və “yox” cavabları yazmaqla suallara cavab verin
Evdə suya necə qənaət etməli?
Tapşırıq: Dişi necə təmizləməli?
Şərt:
Sizin şəhərdə 30.000 əhali yaşayır. Gəlin fərz
edək ki, onların əksəriyyəti dişlərini təmizləyən
zaman kranı həmin müddətə açıq saxlayır,
qalanları isə kranı yalnız diş fırçasını yuyanda və
ağzı yaxalayanda açırlar.
Hər bir adam orta hesabla bu proseduraya 3
dəqiqə sərf edir və suyun krandan axma sürəti
isə 2 litr/dəq. təşkil edir.
Êkinci halda dişlərin təmizlənməsi üçün 1 litr su sərf olunur.
Suallar:
a) Əgər şəhərin bütün əhalisi dişlərini yuyan zaman kranı açıq saxlayarsa,
onda bir il müddətinə nə qədər su sərf olunar?
b) Əgər şəhərin bütün əhalisi dişlərini yuyan zaman kranı yalnız diş fırçasını
yuyanda və ağzını yaxalayanda açarsa, onda bir il müddətinə nə qədər
su sərf olunar?
c) Əgər şəhərin əhalisi dişin təmizlənməsi zamanı sudan istifadənin daha
qənaətcil üculundan istifadə edərsə, onda il ərzində nə qədər suya
qənaət etmək olar?
30
Su
Êşçi vərəqlər
Êşçi vərəqlər
31
Su
Evdə suya necə qənaət etməli?
(davamı)
Tapşırıq: Üzü necə qırxmalı?
Şərt:
Şəhərdə yaşayan 40.000 əhalinin yarısı kişi cinsinə aiddir. Həmin kişilərin
yarısı üzünü qırxır ki, onların da yarısı bu işi hər gün görür və bu zaman
mexaniki üzqırxandan istifadə edir. Üzünü qırxan kişilərin çoxu bu
proseduranı yerinə yetirən müddətə su kranını açıq qoyur, qalanları isə
yalnız sudan alətləri və üzü yuma zamanı istifadə edir.
Üzün mexaniki vasitə ilə qırxılması 6 dəqiqə davam edir. Bu müddət suyun
axma sürəti 2 litr/dəq. təşkil edir. Əgər kran yalnız tələb olunan anda
açılarsa, onda cəmi 1 litr su sərf olunar.
Suallar:
a) Mexaniki vasitə ilə üzün qırxılması zamanı kranı həmişə açıq saxlayan
kişilərə il ərzində nə qədər su tələb olunar?
b) Mexaniki vasitə ilə üzün qırxılması zamanı kranı yalnız lazımi məqsəd
üçün açan kişilərə il ərzində nə qədər su tələb olunar?
c) Əgər üzünü mexaniki vasitə ilə qırxan kişilərin hamısı sudan daha
qənaətcil üsula keçərlərsə, onda il ərzində nə qədər suya qənaət edilər?
32
Su
Êşçi vərəqlər
Çirkli suların təmizlənmə mərhələləri
Təmizlənmənin
birinci mərhələsi
Bu, mexaniki
təmizlənmədir.
Bu mərhələdə
nisbətən böyük
ölcülü hissəciklərin
(daş, ağac qırıntıları,
əsgi parçaları və s.)
ayrılması üçün adi
filtrdən istifadə olunur.
Təmizlənmənin
ikinci mərhələsi
Bu, bir bioloji prosesdir ki, bu zaman üzvi çirkləndiriciləri 90%-ə qədər
parçalaya bilən aerob bakteriyalardan istifadə edilir. Çirkli sular böyük həcmli
bağlı çənlərə (aerotenklər) axıdılır və orada oksigenlə zənginləşdirilir.
Bu sonuncu proses üzvi maddələrin mikrobioloji parçalanmasına təsir etmək
üçün zəruridir. Çənlərə həmçinin canlı filtrlər — onurğasız (kolovratkalar)
heyvanlar da daxil edilirlər. Bu heyvanlar bakteriyalar həddindən artıq
coxalanda onların sayını tənzimləyirlər və qalıq miqdarı ilə qidalanırlar.
Sonra su çökdürücü hovuza daxil edilir ki, burada da canlı filtratlar çökür.
Birinci və ikinci mərhələdə əldə edilən çöküntü xüsusi poliqona aparılır,
əlavə olaraq aerob parçalanma prosesinə uğradılır və bundan sonra
yandırılır və ya basdırılır. Əgər o, toksiki deyilsə, onda onu üzvi gübrə kimi
istifadə etmək olar.
Hətta təmizlənmənin ikinci mərhələsindən sonra da həmin suyun tərkibində
üzvi tullantılar, bərk qarışıqlar, azot və fosforlu birləşmələr qalır.
Təmizlənmənin üçüncü mərhələsi
Bu, fiziki və kimyəvi proseslər
seriyasından ibarətdir ki, burada da
məqsəd iki mərhələdən sonra qalan
çirkləndiricilərin ayrılmasıdır. Belə
təmizlənmə baha başa gəldiyinə görə
nadir hallarda istifadə olunur.
Lakin hazırda bu təmizlənmədən
Finlandiyanın, Almaniyanın,
Êsveçrənin
və başqa ölkələrin əhalisinin artıq 1/3
hissəsi istifadə edir.
1
2
3
Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.
Dostları ilə paylaş: |