GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   11   12   13   14   15   16   17   18   ...   112
Avtoservis - 2010 a

Avtonəqliyyat vasitəsinin CT
− onun istismarı prosesində 
baş verən imtina və nasazlıqların aradan qaldırılmasıdır. 
İşləmə qabiliyyəti
− avtonəqliyyat vasitəsinin (aqreqat, 
qovşaq, mexanizm və sistemlərinin) öz funksiyasını onun texniki 
sənədlərinin tələbləri ilə müəyyən olunmuş parametrlərlə yerinə 
yetirmək qabiliyyətidir. 
İmtina
− avtonəqliyyat vasitəsinin işləmə qabiliyyətinin tam 
və ya qismən itirilməsi ilə baş verən hadisədir. İmtina zamanı 
avtonəqliyyat vasitəsinin işi dayandırılır. İmtinanın baş verməsi
həmişə nasazlığın yaranması ilə əlaqədardır. Nasazlığın yaranması 
heç də, həmişə imtinanın baş verməsinə səbəb olmur.
Nasazlıq
− avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, 
o, baxılan vaxt anında texniki sənədlərdə (standartlar, texniki 
şərtlər və b.) müəyyən olunmuş tələblərin heç olmasa birinə cavab 
vermir və ya uyğun gəlmir. Avtoservis müəssisəsində avtomobil 
yerləri texnoloji təyinatına görə işçi və köməkçi postlara, gözləmə 
avtomobil-yerlərinə bölünür. 
İşçi post 
− TQ və CT ilə bağlı avtonəqliyyat vasitəsinin 
üzərində bir və ya bir neçə bircins işlərin yerinə yetirilməsi üçün 
istehsalat sahəsinin texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə 


29 
təchiz edilmiş bir hissəsidir. İşçi postda bir və ya bir neçə işçi yeri 
ola bilər. 
İşçi yer
− işçinin (fəhlənin) konkret işi (texnoloji əməliyyatı) 
yerinə yetirmək üçün istehsalat sahəsinin texnoloji avadanlıqla, 
tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsi olan əmək fəaliyyəti 
zonasıdır. 
Texnoloji avadanlıq
− texnoloji prosesin müəyyən hissəsini 
yerinə yetirmək üçün tələb olunan istehsalat vasitələridir 
(dəzgahlar, stendlər, yuma qurğuları, rəngləmə kameraları və s.). 
Köməkçi post
− avtomobilin texniki vəziyyətini və xarici 
görünüşünü saz saxlamaq və ya bərpa etmək üçün lazım olan 
texnoloji köməkçi əməliyyatların bilavasitə avtomobildə yerinə 
yetirilməsi üçün 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə